Araik Arutunyana sui-qəsd olduQondarma rejimin rəhbəri Araik Arutunyana sui-qəsd olub.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Karen Andriyan yazıb. Erməni jurnalistin iddialarına görə, Arutunyana qarşı bu gün səhər saat 11 radələrində Xankəndidə sui-qəsd olub. Məlumatda qeyd olunur ki, Arutunyan avtomobilindən düşərkən ona silahlı hücum olub. Nəticə Araik yaralanıb. Xəbərdə bildirilir ki, sui-qəsdi həyata keçirənlər isə “Qayıdan qəhrəmanlar” adlı təşkilatın üzvləridir.

Hələlik Arutunyanın vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur. "Hücum edən şəxsin zərərsizləşdirildiyini şəhər sakinləri təsdiq edir" deyə Karen Andriyan bildirib.
Kəramət Böyükçöl Narkoloji Dispanserə YERLƏŞDİRİLDİYazıçı Kəramət Böyükçöl Maştağadakı Respublika Narkoloji Dispanserə yerləşdirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkədə məlumat yayıblar.

Kəramət Böyükçölün içki asılılığını müalicə etdirmək üçün bu addımın atıldığı deyilir.

Qeyd edək ki, K.Böyükçöl son günlər sosial şəbəkədə canlı yayımlar açır, içkili vəziyyətdə təhqiramiz ifadələr işlədirdi.

Onun Maştağadakı Respublika Narkoloji Dispanserə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparıldığı bildirilir.
Prezident və xanımı Bakı Zooloji ParkındaOktyabrın 7-də Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər.

Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub.
Türkiyə İranla ticarəti DAYANDIRDITürkiyə İranla sərhəd-keçid məntəqələrini bağlayıb.

Türkiyə KİV xəbər verir ki, İranla Ticarətin İnkişafı Assosiasiyasının rəhbəri Özcan Alaş bunu qərarın səbəbini izah edib.

“Bu addım Türkiyənin yük maşınlarının İran ərazisindən keçməsinə qoyulan qadağaya cavab olaraq atılıb. İranla Azərbaycan sərhədindəki gərginliyə görə ölkələrimiz arasında ticarət dövriyyəsi tamamilə dayanıb”- deyə Alaş söyləyib.

Xatırladaq ki, İran İsrailin Cənubi Qafqazda hərbi mövcudluğu barədə əsassız iddia ilə çıxış edərək Azərbaycan sərhədində hərbi təlimlər keçirib.
Ocaqnejad Azərbaycandan gizli yolla qaçıb - İlginc detallarİranın ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əli Əkbər Ocaqnejadın Bakını tərk etməsi haqda xəbər yayılıb. İİR-dan BBC-Azərbaycana bildiriblər ki, Ocaqnejad artıq Tehrandadır.

Avrasiya.net xəbər verir ki, Musavat.com saytı Ocaqnejadın əslində Azərbaycandan qaçdığını yazıb.

Xəbərə görə, Ocaqnejad Azərbaycanda diplomatik statusla, İran səfirliyinin əməkdaşı kimi qeydiyyata düşüb, amma öz statusuna uyğun fəaliyyət göstərməyib.

Belə ki, onun ofisinin yerləşdiyi Hüseyniyyə məscidi İran Mədəniyyət Mərkəzi kimi təqdim edilsə də, orada mədəniyyət təbliği üçün deyil, Azərbaycana qarşı dini-ideoloji və siyasi mübarizə və gizli şəbəkənin yaradılması üçün istifadə olunduğu müəyyən edilib.

Məlum olub ki, burada mütəmadi olaraq Azərbaycanın dövlət quruluşu, idarəçiliyi və hakimiyyətinə qarşı təbliğat aparılıb, dini düşmənçilik, dini radikalizm və fanatizm zəminində milli, irqi, sosial və dini nifrətin, düşmənçiliyin təbliği işi qurulub.

Məlumatda bildirilir ki, Azərbaycanın müvafiq dövlət orqanlarının bütün bu faktlar, qanunsuzluqlar haqda məlumat əldə etdiyindən xəbər tutan Seyid Əli Əkbər Ocaqnejad gizli yolla Azərbaycanı tərk edib. Yəni o, faktiki olaraq, ölkədən qaçıb. Bununla Ocaqnejad qanunazidd, mandatından kənar əməllər törətdiyini də etiraf etmiş olub.
Qoçuların meydanı daralırDünya yaranandan bu günə qədər cəmiyyətlərdə güclüsü-gücsüzü, varlısı-kasıbı, igidi-qorxağı, mərdi-satqını, eləcə də lotusu, qoçusu, bir sözlə, hər görkəmdə və xarakterdə insanları olub. Bu baxımdan deyilir ki, nə qədər bəşəriyyətdə insan yaşayırsa, o sayda da fərqli xarakterə malik insanlar mövcuddur. Pərdənin arxasında dayanıb, Azərbaycanda insan xarakterini öyrənmək üçün müşahidələr aparsan, qəliz-qəliz maraqlı və diqqətçəkən məlumatlar toplamaq olar. Başlıcası aydın olar ki, cibi pullu, kreslolu vəzifə sahibləri, sözün həqiqi mənasında, həm lotuluq, həm də qoçuluq edirlər. Maddi imkanlarına və əliuzun olmalarından istifadə edərək, imkansız, arxasız insanlara yuxarıdan aşağı baxırlar, bəzən hikkələrinə və iddialarına söykənib, təhqir və söyüş elementlərindən də geninə boluna istifadə edirlər. Yəni eynən lotular kimi: fırıldaqçı, cüvəllağı, hikkəli və iddialı, kələkbaz, fırıldaqçı.

Lotuluq edənlər və onların əndazələri aşan əlləm-qəlləm əməllərindən söz açmazdan əvvəl onu da qeyd etmək lazımdır ki, günümüzdə rast gəlinən personajlardan biri də qoçuluq edənlərdir. O düzdür ki, bugünkü qoçular 20-ci əsrin əvvəllərində Bakıda yaranan dəstə-tifaqlı qoçuların cır ünsürləridir. Məlumdur ki, qoçular ötən əsrin əvvəllərində Bakı şəhərində neft sənayesinin inkişaf etdiyi bir dönəmdə meydana gəlib.

İri neft maqnatları var-dövlətlərini mühafizə etmək üçün qoçuların imkanlarından istifadə ediblər. Bu da neft sahibkarlarının polislərə bir o qədər güvənməmələri ilə bağlı idi. O dövrdə qoçular o dərəcə də əl-qol açıb, bir növ harınlamışdılar ki, küçədə çəkinmədən insanları təhqir edir, alçaldır, öldürürdülər. Tarixi məlumatlara görə, Nobel qardaşları da özlərini və əmlaklarını qorumaq üçün silahlı qoçu dəstələrindən istifadə ediblər. “O olmasın, bu olsun” filmində Üzeyir Hacıbəyli qoçu Əsgərin timsalında qoçunun tipik formasını tam şəkildə müasir Azərbaycan cəmiyyətinə göstərməyi bacarıb. Kinoda nümayiş olunduğu kimi, qoçu bəzən qəddar, bəzən isə qorxaq olur. Hətta polis görəndə qaçıb gizlənir, mübahisələri kəsib susur. Bəzən isə mauzeri ilə məzlum insanlara atəş açır, onları qorxu altında saxlamağa çalışır. Kommunistlər hakimiyyətə gələndən sonra qoçular bir sinfi düşmən olaraq məhv edildi. Buna baxmayaraq, ötən yüz il ərzində istər lotuluq edənlər, istərsə də qoçuluqdan dəm vuranlar gün işığına çıxıb özlərinin kimliklərini nümayiş etdirməkdədirlər.

Deyək ki, biri bazarda, dükanda əlini belinə qoyub “ filan məhsulların və ya tələbat mallarını monopoliyaya mən almışam, lap əcəb etmişəm” deyə hikkəli şəkildə bəyan edir. Bax, bu, qoçuluğun və lotuluğun əlamətidr. Digər misal, hər kəsə bəllidir ki, “Tikinti və şəhərsalma Məcəlləsi”nin 80-ci maddəsinə görə, müvafiq sənədlərə malik hər bir vətəndaş rayon və şəhər icra hakimiyyətlərini yazılı məlumatlandırmaqla özünə fərdi yaşayış evi tikə bilər. İcra hakimiyyətlərinin qoçuları isə vətəndaşlarda məmnunluq yaradan qanunların icrasına əməl edilməsinə imkan vermirlər. Kimsə həyətyanı sahəsində tikintiyə başlayan kimi başlarının üstünü kəsdirir və “Allah avand eləsin” əvəzində əllərini bellərinə qoyub, “mani-mani” deyib, pul tələb edirlər. Pul da ki, 10 min manatdan 30 min manata qədər. Vay o günə ki, tələb yerinə yetirilməsin, tikinti aparmağa hazırlaşan insanın halı fəna olacaq. İcra hakimiyyətinin mauzersiz qoçuları şillə təpiyə və təhqiramiz sözlərdən geninə boluna istifadə etməklə tikinti aparmağa hazırlaşan şəxsi peşman edəcəklər.

Ümumiyyətlə, mövcud reallıqlar ondan ibarətdir ki, bu gün icra hakimiyyətlərində əllə idarə olunan qoçuların sayı kifayət qədərdir. Onlar arasında elələri var ki, heç icra hakimiyyətlərinin ştatlı əməkdaşları da deyillər. Sadəcə, o şəxsləri kiminsə evini sökmək, hansısa məzlumu döymək və ya biçarə, imkansız bir ailəyə zərər vermək üçün “işə” götürürlər. Məvacibləri isə görə biləcəkləri qoçuluğa bağlıdır. Görünən isə ondan ibarətdir ki, bu qoçu dəstəsinin imkanları çox geniş olur. Bu isə onu deməyə əsas verir ki, boyük qoçular onları ən yüksək formada mükafatlandırırlar. Bu cür qoçular həkimlər arasında, dövlət yol polisi əməkdaşları sırasında, biznesdə dolaşan işbazlar arasında az deyil. O gün dedilər ki, Binə ticarət mərkəzində hərci-mərclik hökm sürür. Yəni qoçular lotularla birləşib, xırda ticarətlə məşğul olan sahibkarları incidirlər. Həm də iddia etdilər ki, qoçuların başında ticarət mərkəzinin sahibi Kəbirə xanımın bacısı oğlu qoçu Bəhruz dayanır. Bığsız, keçəl, cüssəli qoçulardan olan Bəhruz o boyda ticarət mərkəzini fırladır. Kəbirə xanımın qocaldığından istifadə edən qoçu Bəhruz hər yerdə deyir ki, yaxın vaxtlarda bu ticarət mərkəzinin sahibi olacaq. Xırda sahibkarlıqla məşğul olanlar da çox narahatdırlar. Deyirlər ki, Bəhruz idarəetməni tam əlinə alsa, vay onların halına. Bir sözlə, Binə ticarət mərkəzində çox pis-pis hadisələr baş verməkdədir. Bu barədə geniş və əhatəli məlumatı növbəti saylarımızda məlumat verməyə çalışacağam.

Hələlik isə, onu deməliyəm ki, həqiqətən də bu gün qoçu və lotular at oynadırlar. Hətta atla eşşəyin izi bilinmədiyi kimi, artıq lotularla qoçuların da əməlləri bir-birinə qarışıb.

İ.ƏLİYEV
Əhalinin 88.3%-i Prezidentə tam ETİBAR EDİRSosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən Azərbaycan Prezidentinin fəaliyyəti ilə bağlı keçirilən ictimai rəyin aylıq monitorinqinin nəticələrinə görə, 2021-ci ilin yanvar-mart ayları dövlət başçısınmın işlərində ən dinamik dövr hesab olunur.

Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib.

Onun sözlərinə görə, keçirilmiş sorğunun nəticələri onu göstərir ki, əhalinin 88.3%-i Prezident İlham Əliyevə 2021-ci il üzrə beynəlxalq və daxili müstəvidəki fəaliyyət, milli maraqların qorunması, ümummilli rifahın təmin olunması baxımından tam etibar edib.

“İctimaiyyətin inam indeksinin 5-ci buraxılışı cari ilin yanvar-mart aylarını əhatə edir. Bu aylar Prezidentin fəaliyyətinin ən dinamik dövrü hesab olunur.

Bu aylar ərzində sorğuda iştirak edən repondentlərin 88.3%-i Prezidentə tam etibar etdiyini bildirib.

Qeyd edim ki, martdan sonrakı aylar isə ilin sonunda hesabat kimi əhaliyə təqdim olunacaq”, - deyə STM rəsmisi bildirib.
Bakı, Ankara və Moskvaya İran da qoşulur – PerinçəkAnkara Bakı ilə Tehran arasındakı məsələdə konstruktiv rol oynaya bilər.

Bu sözləri Axar.az-a açıqlamasında tarix elmləri doktoru, İstanbul universitetinin professoru, türkiyəli siyasi ekspert Mehmet Perinçek deyib.

"Birincisi, Azərbaycan və İranın, həmçinin Türkiyə və Rusiyanın obyektiv maraqlarının üst-üstə düşdüyünü vurğulamaq lazımdır. Qərb qüvvələrinin regiona müdaxiləsinin qarşısını almaq hər kəsə sərf edir, ölkələrimiz regionun sabitləşməsində və iqtisadi inteqrasiyanın inkişafında maraqlıdır. Şübhəsiz ki, burada Qarabağ müharibəsi böyük rol oynadı. Çünki yalnız qələbə ilə sabitliyi təmin etmək mümkün idi. Azərbaycanın ərazi bütövlüyü təmin olunmasaydı, regionda xaos hökm sürərdi və münaqişənin bərpası riskləri çox böyük olardı. Azərbaycanın qələbəsi bu imkanları aradan qaldırdı, ona görə də bu, İrana, o cümlədən Ermənistana da sərf edir.

Cənab Prezident İlham Əliyev bir neçə dəfə Paşinyanı “Sorosun uşağı” adlandırıb. Bu məsələdə İran düşməninin adı səslənir, çünki ölkə üçün əsas təhlükə ABŞ-dır. Kimin hansı mövqeyi tutması aydındır. Azərbaycan Ordusu vəziyyəti axarına qoydu və bununla da İrana arzuladığı sabitliyi bəxş etdi. Beləliklə, region ölkələrinin iqtisadi və siyasi inteqrasiyası inkişaf etməyə başladı.

İran sevinməlidir ki, Zaqafqaziya sabit sülh şansını qazanıb, Qərbin alətləri ləğv edilib”, - deyə professor qeyd edib.

Onun sözlərinə görə, İran-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi İranı Qərbin tələsinə ata bilər:

“Regional ölkələrdə yaranan xaos mütləq ki, 3-cü dövlətləri cəlb edəcək. Çünki bu yolla onlar regiona müdaxilə etmək imkanı əldə edəcəklər. Münaqişə zamanı hər iki tərəf zəifləyir və bu da həmin ölkələr üçün üstünlükdür. İstənilən halda, zəif Azərbaycan və zəif İran kifayət qədər əlverişli mənzərədir. Ona görə də Qərbin tələsinə düşmək olmaz!

Tehran bir şeyi başa düşməlidir: Azərbaycanın ərazi bütövlüyü İranın təhlükəsizliyinin qarantıdır. Sərhəddəki vəziyyət də sabitliyin pozulmasına gətirib çıxara bilər. Bu da Amerika planları üçün yaşıl işıqdır".

Ekspert qeyd edib ki, İran öz mənfi niyyətlərindən əl çəkməli, Azərbaycan-Türkiyə əməkdaşlığının mahiyyətini anlamalıdır:

“İran başa düşməlidir ki, Ankara ilə Bakı arasında hərbi-iqtisadi və siyasi əməkdaşlıq bu ölkələrin milli təhlükəsizliyini qorumaq üçün yaradılıb. Əməkdaşlığın ekspansionist məqsədləri yoxdur, hansısa ərazilərin ələ keçirilməsinə yönəlməyib. Bu ölkələr milli maraqlar uğrunda mübarizə apararkən İranın maraqlarını da müdafiə edirlər, çünki bu ittifaq Qərbin regiona müdaxiləsinə qarşıdır.

Bir məqsədimiz var. O da Qərb ölkələrinin regional məsələlərə qarışmasını qarşısını almaq. Məhz buna görə belə əməkdaşlıq Tehranı sevindirməlidir".

“Əgər biz obyektiv maraqlarımızın tamamilə üst-üstə düşdüyünü anlayırıqsa, onda ölkələrimiz arasındakı anlaşılmazlığı aradan qaldıra bilərik. Qərbin müdaxiləsinə qarşı səylərimizi birləşdirsək, onda regiondakı istənilən problemi aradan qaldıracağıq.

Hesab edirəm ki, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən Türkiyə, Rusiya, İran, Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olduğu "3+3" platformasını təklif edilməsi çox əhəmiyyətlidir. Platforma vasitəsilə bu cür problemləri müzakirə edə və tez həll edə bilərik. Türkiyə isə Bakı və Tehran arasında konstruktiv rol oynaya bilər. Biz bu platformanın yaradılmasını tezləşdirsək, daha asan olacaq”, - həmsöhbətimiz əlavə edib.

O, həmçinin İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Moskvaya dünənki səfəri mövzusuna da toxunub:

“Hesab edirəm ki, Lavrovun İranın xarici işlər naziri ilə Moskvadakı görüşü də bu məsələdə mühüm əhəmiyyət kəsb edir. Lavrov iranlı həmkarı ilə “3+3” platformasının yaradılması təşəbbüsünü müzakirə edib, İran tərəfi isə Lavrovun sözlərinə müsbət münasibət bildirib. Tehran tezliklə bu platformanın yaradılması ilə bağlı niyyətlərini ortaya qoymalıdır. Əminəm ki, Bakı, Ankara və Moskva artıq startdadır”.
AKP-dən Yunanıstana xəbərdarlıq"(Mavi Vətən) beynəlxalq müqavilələrə uyğundur və Türkiyənin burada fəaliyyəti tamamilə qanunlara uyğundur və KKTC-nin hüquq və mənfəətlərini qorumağa yönəlmiş çalışmalardır”.

Avrasiya.net xəbər verir ki, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik deyib.

Yunanıstan və Cənubi Kiprin rum kəsiminin Egey və Şərqi Aralıq dənizində maksimalist davranışlarından vaz keçməsinin vacibliyini ifadə edən Çelik, "Egey öz gölü zənn edən, Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) kimi bir dövlətin varlığını görməzdən gələn bir siyasətin varacağı heç bir şey yoxdur. Ən son bir rum gəmisinin qanunu pozması ilə Dəniz Qüvvələri dərhal müdaxilə etdi, onu öz bölgəsinə geri göndərdi", deyib.

Ömər Çelik "Mavi Vətən"də həyata keçirilən fəaliyyətlərin beynəlxalq hüquqa uyğun olduğunu xatırladıb.

AK Parti sözçüsü Yunanıstanın sağlam düşüncə ilə hərəkət etməsini, Türkiyənin "Mavi Vətən" in əzmini anlamasını və problemlərin diplomatiya yolu ilə həllində həssaslığına həm hörmət etməsini, həm də qiymətləndirməsini çox faydalı hesab etdiklərini söyləyib.
Azərbaycan İsraildə səfirlik AÇACAQ“Azərbaycanın İsraildə səfirliyinin açılması gündəmdədir”.

Bunu Modern.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyib.

Məsələnin çoxdan müzakirə olunduğunu diqqətə çatdıran F. Şəfiyevin özü də İsraildə səfirlik təsis edilməsinin tərəfdarı olduğunu bildirib:

“Lakin Azərbaycan rəhbərliyi bu prosesə pillə-pillə yanaşır. Hazırda ölkəmizin İsraildə ticarət nümayəndəliyi var. Ümumiyyətlə, Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsini İranla bağlamaq düzgün deyil. Bizim öz prioritetlərimiz var. Bu məsələdə İrandan daha vacib elementlər var. İsraillə münasibətlərimiz, əlaqələrimiz daha önəmlidir”.

O qeyd edib ki, son zamanlar İsrailin ərəb ölkələrilə olan diplomatik əlaqələri daha çox gündəmdədir:

“İsrailin Birləşmiş Ərəb Əmirliklərində, Mərakeşdə səfirlikləri açıldı və Omanda da açılacağı haqqında müzakirələr var. Ona görə, gələcəkdə Azərbaycan İsraildə səfirlik açacaq. Bunun zamanlaması isə qeyd etdiyim kimi İranla bağlı deyil, tamamilə Azərbaycanın öz prioritetlərindən asılıdır”.