AZAL Ermənistanın hava məkanından istifadəyə başladıBu gündən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

Bu barədə Avrasiya.net-ə AZAL-dan məlumat verilib..

"Bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir. Bakı-Naxçıvan reysinin marşrutunun dəyişməsi həmçinin bu istiqamət üzrə uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq. Beləliklə, bundan sonra AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər", - deyə aviaşirkət bəyan edib.
İranın növbəti özünüifşasıİRNA: İranın Cənubi Qafqaza münasibəti bölgədəki etnik və dini məsələlərə deyil, regionun geosiyasi və coğrafi əhəmiyyəti amilinə söykənir

İran Azərbaycana qarşı ənənəvi düşmənçilyinin ən iyrənc və ən məkrli tərəfini nümayiş etdirməklə, “İslam həmrəyliyi” haqqında hay-küyünün və tor tutmuş gözlərə kül kimi üfürdüyü dini-ideoloji təbliğatının mahiyyətini, getdikcə daha çılpaq şəkildə ortyaya qoyub.

Belə ki Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Tehrana səfəri ətrafında gülünc siyasi şoular düzənləyən mollakratiya təmsilçiləri, ona İranın dövlət informasiya agentliyinin – İRNA-nın resurslarında Azərbaycanın əleyhinə təbliğat aparmaq üçün tribuna verməyi və hətta bu məqsədlə istiqamətləndirici suallar ünvanlamağı da unutmayıblar.

Ararat Mirzoyanın İRNA-nın tribunasından ölkəmizə qarşı səsləndirdiyi ənənəvi böhtan və yalanlara xüsusi diqqət ayırmaq niyyətində deyiləm. Məqsədim Mirzoyandan daha çox, İranın mövcud rejiminin “din və məzhəb birliyi, qardaşlığı, həmrəyliyi” üzərindən yürütdüyü siyasətin nə qədər puç, nə qədər riyakar olduğunu nümayiş etdirməkdir.

Bu səbəbdən, İRNA-nın bəzi suallarını və təbii ki, bu suallara Ararat Mirzoyanın cavablarını dəyərli oxucularımızın diqqətinə çatdırmaq istəyirəm.
Öncə İRNA-nın Mirzoyana ünvanladığı suala diqqət yetirək:
“İranın Cənubi Qafqaza münasibəti bölgədəki etnik və dini məsələlərə deyil, regionun geosiyasi və coğrafi əhəmiyyəti amilinə söykənir. Ermənistan İranın bu yanaşmasını necə dəyərləndirir?”

Qeyd edim ki, İRNA İranın rəsmi dövlət informasiya agentliyidir və bu agentliyin ünvanladığı suallar da rəsmi Tehranın mövqeyini, siyasi baxışlarını ifadə edir.
İRNA (rəsmi Tehran) Ermənistanın xarici işlər nazirinin diqqətinə çatdırır ki, İran üçün etnik və dini məsələlər önəmli deyil. Yəni açıq şəkildə din amilinin İranın siyasətində, xüsusilə də Cənubi Qafqaza münasibətdə heç bir əhəmiyyət daşımadığını bildirir və bəlkə də tarixində ilk dəfə həqiqəti dilə gətirir. O zaman Mirzoyana sual ünvanlayan rəsmi Tehranın təbliğat və təxribat ruporu İRNA-ya, həmçinin İranın dini-siyasi, əmmaməli-əmmaməsiz, mərkəzi və əyalət mollalarına sual olunur: Belə olduğu halda “müsəlmanların həmrəyliyi”, “din və məzhəb qardaşlığı” haqqında 32 ilə yaxındır üyütdüyünüz nədir? Hansı haqla bütün dünyada, o cümlədən Cənubi Qafqazda “müsəlman qardaşlarınızı” himayə etdiyinizi bildirirsiniz? Necə olur ki, məkrli planlarınıza, boyunuzu dəfələrlə keçən iddia və maraqlarınıza gələndə “müsəlmanların bir-birinə qardaş olduğunu” deyirsiniz, amma uzun illərdən bəri müsəlmanların torpaqlarını işğal altında saxlayan, onları soyqırımına məruz qoyan, evlərindən didərgin salan, körpələrini, qadınlarını süngüdən keçirən, məscidlərində donuz saxlayanların yanında yer alırsınız?

Budur sizin saxta dini təəsübkeşliyiniz və İRNA vasitəsilə Ermənistanın xarici işlər nazirinə ünvanladığınız sualla özünüzü bir daha ifşa etdiniz.
Nə qədər ki, unutmamışam, bunu da yazım: Gör nə gündəsiniz ki, özünüz kimi bir övuc saxta müsəlman istisna olmaqla, dünya müsəlmanlarının və vicadını itirməyən bütün insanların lənətlədiyi, bəşər tarixinin ən ağır müharibə cinayətlərini törətmiş, Azərbaycan Ordusu tərəfindən darmadağın edilmiş Ermənistanın xarici işlər nazirinin ünvanınıza üfürəcəyi bir ağızlıq tərifə ehtiyac duyursunuz...

Deməli belə, necə deyirsiniz, “xub”, dinin İranın siyasətində sadəcə siyasi oyunlar üçün alət olduğunu etiraf etdiniz. İndi keçək, sizin sevimli qardaşınız, dostunuz Ararat Mirzoyanın cavabına:
“Ermənistan İranla ikitərəfli yaxın qonşuluq münasibətlərini yüksək dəyərləndirir. Ermənistan-İran əməkdaşlığı sülh, inkişaf və mədəniyyətlərarası dialoqu gündəmində əsas mövzu kimi saxlayan ölkələr üçün nümunə ola bilər.

Qədim sivilizasiyaların daşıyıcısı olan Ermənistan və İran kimi ölkələr üçün dini və milli dözümlülük, qarşılıqlı hörmət və etimad, həmçinin gələcəyə görə qarşılıqlı məsuliyyət xarakterik xüsusiyyətlərdir”.

İRNA Ararat Mirzoyanın bu cavabının qarşılığında ona heç bir sual ünvanlamayıb. Yəni soruşmayıb, sən hansı milli, dini dözümlülükdən danışırsan ki, təmsil etdiyin ölkə azərbaycanlıları etnik təmizləməyə məruz qoyub, bir milyona yaxın müsəlmanı öz yurdundan didərgin salıb, qəbirlərini dağıdıb, sümüklərini təhqir edib, oğurlayıb, məscidlərində donuz saxlayıb, ziyargahlarını dağıdıb? İRNA, həmçinin Ermənistanın xarici işlər nazirinə onun hansı haqla mədəniyyətlərarası dialoqdan danışıdığı barədə sual da vermir. Yəni demir ki, “ay filan-filan şüdə”, əgər sənin ölkən belə dialoq tərəfdarı idisə, o zaman hansı səbəbdən azərbaycanlıara onların dini və etnik mənsubiyyətinə görə divan tuturdu, işğala və onun nəticəsində yaranan münaqişəyə son qoyulması üçün 28 ilə yaxın davam edən sülh danışqılarından yayınır, yeni torpaq və yeni müharibə iddiaları ilə çıxış edirdı... Soruşmursa, deməli Ararat Mirzoyanın cavabları rəsmi Tehranı-rəsmi İRNA-nı qane edir və yuxarıda haqqında söz açdığım sual elə bu cavabı almaq üçün verilib.

İRNA-nın Ararat Mirzoyana ünvanladığı başqa bir suala nəzər salaq. Beləliklə, İranın dövlət informasiya agentliyi bölgədə münaqişə mənbəyi olan Ermənistanın xarici işlər nazirindən soruşur ki, “onun İranın bölgədə sabitliyin qorunub saxlanılmasında oynadığı rol barədə qənaəti necədir”.

Ermənistanın xarici işlər naziri isə deyir ki, İranın regiondakı gərginliyin azaldılması və sabitliyin təmin olunması istiqamətindəki rolu və potensialı göz qabağındadır: “Bunun parlaq nümunəsi İranın Ermənistanın sərhədlərinin toxunulmazlığı ilə bağlı dəqiq mövqeyini ifadə etməsidir. Biz hesab edirik ki, İranın regiondakı rolunun genişlənməsi təkcə bizim ölkələrin dostluğu və qarşılıqlı faydalı əməkdaşlığına deyil, həmçinin regionun təhlükəsizliyi, əminamanlığına və çiçəklənməsinə də müsbət təsir göstərəcək.
Həm sualdan, həm də cavabdan “xoruzun quyruğu” açıq-aşkar görünür: İran uzun illərdən bəri bəlağətli və saxta nitqlə “din qardaşı” adlandırdığı və haqlı mövqeyinin sübuta ehtiyacı olmayan Azərbaycanın yox, MirzoYAN-ların YANındadır, Ermənistanın ən yaxın müttəfiqi roluna daha açıq şəkildə sahiblənib.
Əslində göz önündə olan bir daga göz önünə sərgiləndi. Bəlli oldu ki, İran uzun illərdən bəri Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında qalması, Azərbaycanın zəif düşərək öz ərazi bütövlüyünü təmin etmək iqtidarında olmaması üçün əlindən gəlin edib. Və Müzəffər Azərbaycan Ordusunun qələbəsini özü üçün böyük faciə kimi dəyərləndirir. Əyalət, cəhalət və xəyanət mollalarının da havaya üfürdükləri sözlər, sadəcə ucuz və İran pulu qədər dəyərsiz təbliğat vasitəsindən başqa bir şey deyil.

Elçin Mirzəbəyli
Tehran rusların qapısını döyür: Abdullahianın Moskvaya təcili səfəriİranın xarici işlər naziri Hüseyin Əmir Abdullahian Rusiyada səfərdədir: Lavrovla görüşdə regionu müzakirə edəcək; Tehran Cənubi Qafqazda statusunun nə olacağını anlamaq üçün son qapını döyür;

Abdullahian Moskvada jurnalistlərə açıqlamasında bildirib ki, “Tehran Moskvadan regionda “sionistlər və terrorçular”ın mövcudluğuna reaksiya gözləyir”

İsrailin bölgədə mövcudluğunu iddia edən İranın “terrorçular” açıqlamasının iki mənası var:

Birincisi, mümkün müdaxiləyə əsas yaratmaq məqsədilə beynəlxalq siyasətdə artıq ənənəyə çevrilən “təhlükəyə” istinad edir;

İkincisi, “terrorçular” ifadəsi burada Türkiyə və Pakistana işarədir;

İran Türkiyənin adını hallandırmaqla milli kəsimin (Arazın hər iki tərəfində) etirazını körükləmək, o cümlədən, Türkiyə və Pakistanı birbaşa qarşısına almaq istəmir: “sionist” iddiası ilə dini kəsimi “ümumi düşmənə” qarşı birləşdirməyə, “terrorçu” iddiası ilə regional təhlükənin olduğu rəyini göstərməyə cəhd edir;

Tehranın Moskvadan əsl istəyi də bəllidir: Zəngəzur dəhlizinin qarşısını almaq; İranın bölgədə statusunu aydınlaşdırmaq;

Abdullahianın “Lavrovla görüşdə biz Cənubi Qafqazdakı proseslər haqqında mövqelərimizi çatdırmaq niyyətindəyik. Gözləyirik ki, Rusiya regionda sərhədlərin mümkün dəyişikliyinə həssas reaksiya verəcək” açıqlamasında da niyyət etiraf olunur.

İran Zəngəzur dəhlizi ilə yanaşı, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasının reallaşmasına da qarşı çıxır: hesab edir ki, bu proses Bakının Zəngəzur üzərində təsir imkanlarını artıracaq və Tehranın Cənubi Qafqaza girişi tamamilə bloklanacaq; əslində Bakının təsir imkanlarının güclənməsi reallığı var, lakin Azərbaycan bundan hansısa üçüncü ölkəyə qarşı yox, regional əməkdaşlıq üçün istifadə etmək niyyətindədir; Tehran Bakıdan asılı vəziyyətə düşməyi qəbul etmir;

Abdullahianın Moskvaya səfəri iki nəticəni çıxarmağa imkan verir:

1. Ermənistanla danışıqlarda (Ermənistan XİN rəhbəri Mirzoyanın Tehran səfəri) istədiklərini ala bilməyiblər və İrəvan qərarverici qapının Moskva olduğuna işarə vurub;

2. Soçi görüşündə (görüşdən öncə və sonra yazdığımız kimi) Ərdoğanla Putin Suriya və Cənubi Qafqaz üzərində anlaşma əldə edib və bu, anlaşma Tehranın bölgəyə girişini əngəlləyir: Abdullahian rusların mövqeyini dəyişməyə çalışacaq;
Qafqazda gərginlik pik həddə çatdığı vaxt Əsəd ordusunun İdlibə hücum hazırlığına dair məlumatların yayılması da diqqət çəkir: Suriya rejimi Soçi görüşündən öncə rusların dəstəyi ilə İdlib razılaşmasını pozurdu, Soçidə anlaşmadan sonra isə Əsədi İran dövriyyəyə buraxır; Əsəd Soçi razılaşmasından narazıdır və Tehran Cənubi Qafqaz cəbhəsinə paralel olaraq, Suriya cəbhəsini də açır və hər iki cəbhədə qarşısında Ankara ilə Moskva var;

İranın son ümidi Putin-Paşinyan görüşünə qədərdir, hərçənd, nəticə hasil etmək çətin görünür. Qarabağ münaqişəsinin həllində birgə iştirak edən tərəflər bölgənin gələcəyinə də birgə qərar verdilər və bu gələcəkdə İran yoxdur.



Asif Nərimanlı
"Azərbaycanın kritik hədəflərinə 1 gündə min raket atsaq..." - İranlı hərbi jurnalist həddini aşdıİran ordusuna yaxınlığı ilə bilinən hərbi jurnalist Hüseyin Daliryan Tvitter hesabındakı paylaşımında Azərbaycanla İranın hərbi gücünü müqayisə edib.

Daliryan iddia edib ki, İranın hərbi gücü Azərbaycanın hərbi gücündən dəfələrlə yüksəkdir.

Jurnalist İranın Azərbaycandakı kritik hədəflərə min raket buraxaraq mübarizəni bir gündə həll edə biləcəyini irəli sürüb.//Kanal.az