“Türk dəhlizi” açıldı: “İlk addım atıldı, Ankaranın planı reallaşır”“Ermənistan ilk “türk dəhlizi”ni açdı: Azərbaycanın təyyarələri ölkəmizin üzərindən keçərək Naxçıvana enə biləcək, həmçinin əks istiqamətdə uçuşlar həyata keçiriləcək”.

Bunu erməni türkoloq Varujan Geqamyan deyib.

“Bu səhər məlum oldu ki, Azərbaycan Ermənistan ərazisi vasitəsilə Naxçıvana daxili uçuşlar həyata keçirir. Bu, əslində, Azərbaycan və Türkiyə arasında açılacaq “türk dəhlizi”nin birinci komponentidir”, - ekspert bildirib.

Geqamyan bunun Zəngəzur dəhlizinin açılması yönündə atılmış mühüm addım olduğunu iddia edib:

“Bu dəhlizin açılması Ankaranın planında idi. Dəhliz açılsa, Türkiyə Avrasiyada supergücə çevriləcək. Eyni zamanda, Sünikin (Zəngəzur) Azərbaycanın nəzarətinə keçməsinə münbit zəmin yaradacaq”.

Ekspert 10 noyabr anlaşmasının imzalanmasından sonra Azərbaycan və Türkiyənin Ermənistandan tələblərinin yerinə yetirildiyini deyib:

“Bu tələblərdən biri bölgədəki kommunikasiyaların açılması idi. Bu kommunikasiyaların tərkib hissələrindən biri olan hava dəhlizi bu səhər rəsmi olaraq açıldı”.

Qeyd edək ki, bu gündən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.
teleqraf.com
Bakıda bu məktəblərdə korona aşkarlandıBakıda iki məktəbin şagirdləri arasında koronavirusa yoluxma faktları olduğundan bir neçə sinif distant təhsilə keçib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Tahir Həsənov adına 23 nömrəli məktəbin üç sinfində şagirdlərin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Anoloji hadisə Baku-Oxford School-da da qeydə alınıb. Belə ki, həmin təhsil ocağında da yoluxma səbəbindən bir sinif distan təhsilə keçib.

Xatırladaq ki, bundan əvvəl 162 nömrəli tam orta məktəbin 8 ç sinfində 3 şagirdin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Qeyd edək ki, hər üç təhsil müəssisəsində əyani təhsil davam edir.
Türkiyə pilotsuz sualtı aparatlar yaradırTürkiyənin pilotsuz uçuş aparatları dünya mediasının diqqət mərkəzindədir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə müdafiə sənayesi naziri İsmayıl Dəmir deyib.

“PUA sahəsində kiçikdən böyüyə uzanan layihələr var. İnsansız yerüstü texnikalar sınaq mərhələsindədir. Suyun altı üçün də bənzər sistemlər hazırlanır və bunlar biri-birinə inteqrasiya edilməlidir. Radar və elektronik hərb sistemləri mövcuddur. Burada məqsəd görünmədən görmək, vurulmadan vurmaqdır”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, Türkiyə PUA texnologiyaları sahəsində araşdırmaları davam etdirərək daha yüksək uğurlara imza atmaq niyyətindədir:

“Yavaşlamadan daha sürətli getməyimiz gərəkdir”.
Azərbaycanda vəzifəli şəxsin oğlu qəfil öldüAzərbaycan Dövlət Pedoqoji Universitetin (ADPU) Tədris departamentinin direktor müavini Ənvər İmanova ağır itki üz verib .

Avrasiya.net istinadən xəbər verir ki, Ə.İmanovun oğlu Bəxtiyar İmanov 43 yaşında vəfat edib.

YaxınlarI bildirib ki, bir müddət əvvəl qəflətən B.İmanovun beyninə qan sızıb. O, bir neçə gün xəstəxanada müalicə alsa da, xəstəni xilas etmək mümkün olmayıb.

B.İmanov oktyabrın 2- də müalicə aldığı xəstəxanada vəfat edib.
İran Azərbaycanla sərhəddə dronları HAVAYA QALDIRDIİran Azərbaycanla sərhəd yaxınlığında pilotsuz uçuş aparatlarını havaya qaldırıb.

İran KİV xəbər verir ki, rəsmi Tehran “Shahed-191” pilotsuz uçuş aparatlarını havaya qaldırıb.

7 dron Azərbaycan sərhədi boyunca hərəkət etdikdən sonra öz bazalarına qayıdıb.

Xatırladaq ki, son günlər İran-Azərbaycan münasibətlərində gərginlik hökm sürür.
Hindistan geyim sənayesi üzrə vebinar təşkil edibHindistanın Bakıdakı Səfirliyi Hindistan Geyim İxracının Təşviqi üzrə Şurası (AEPC) ilə birlikdə 5 oktyabr 2021-ci il tarixində Hazır Geyim sənayesi üzrə hibrid rejimdə vebinar təşkil edib.

Hindistanın müstəqilliyinin 75-ci illiyi münasibətilə təşkil olunan tədbirlərin bir hissəsi olan bu vebinarda Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi, Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri, eləcə də aparıcı pərakəndə geyim şirkətlərinin nümayəndələri iştirak edib.

Geyim İxracının Təşviqi Şurası Hindistanın geyim ixracatçılarının rəsmi qurumu olub, Hindistan ixracatçılarına, eyni zamanda geyim idxalı üçün Hindistanı seçən idxalçılara və beynəlxalq alıcılara lazımi köməklik göstərir.

Tədbirin məqsədi Hindistanın geyim sənayesi barədə iştirakçılara ətraflı məlumat vermək idi. Tədbir zamanı açılış nitqi ilə çıxış edən Geyim İxracının Təşviqi Şurasının sədri Dr. A. Sakthivel Hindistanın geyim sənayesinin gücünü qeyd edərək bu sahədə mövcud olan dövlət proqramına da toxundu. Geyim İxracının Təşviqi Şurası, həmçinin öz virtual platforması barədə video təqdimat edib.

Vebinarda çıxış edən Hindistanın səfiri B.Vanlalvavna Hindistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığı şaxələndirmək üçün böyük imkanların mövcud olduğunu vurğulayıb. O qeyd edib ki, Hindistanın hazır geyimləri dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da, istər yerli sahibkarların satışı, istərsə də dünya franşizaları vasitəsilə artıq çox yaxşı tanınır və Hindistanın bu sektorda Azərbaycandakı bazar payının artırılması üçün böyük potensial olduğunu vurğulayıb.

Tədbir zamanı, vebinar iştirakçıları Hindistanlı həmkarları ilə faydalı müzakirələr aparıb və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycanın statistik məlumatlarına əsasən, Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 2021-ci ilin yanvar-avqust ayları üzrə ötən il ilə müqayisədə 17,6% artaraq, 588,9 milyon ABŞ dolları olub. Hindistan bu dövrdə Azərbaycanın 7-ci əsas ticarət tərəfdaşı olub. Azərbaycandan Hindistana ixrac 489,5 milyon ABŞ dolları təşkil edərək, 18,7% artıb. Hindistanın Azərbaycanın ümumi ixracındakı payı bu dövrdə 3,8% olmaqla, Hindistan Azərbaycan üçün 6-ci əsas ixrac məkanı olmuşdur. 2021-ci ilin yanvar-avqust ayları üzrə Azərbaycanın Hindistandan idxalı isə ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% artararaq, 99,4 milyon ABŞ dolları təşkil edib.
“Gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq” - Paşinyandan etiraflar + VİDEOLitvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi və Şuşa ilə bağlı danışıb.

Avrasiya.net “BBC News Azərbaycanca”ya istinadən xəbər verir ki, Paşinyan sözlərinə görə, müharibədən yayınmaq üçün torpaqları geri qaytarılmalı idi:

“Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Bunun yeganə şərti ərazilərin qaytarılması idi. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalıydıq. Ən azı beş rayonu, o biri iki rayon məsələsi başqadır. Əslində isə gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq”.

Şuşa barədə də danışan Paşinyan bildirib ki, bu şəhər ermənilərin nəzarəti altında olarkən heç bir yaşayış binası tikilməyib:

“Bu gün əlehdarlar Şuşa haqqında danışırlar. Bəs, 30 il ərzində Şuşada neçə yaşayış binası tikililib? Cavab verirəm, heç biri. Pulları olmayıb? Nədir bunun səbəbi? Məncə, cavabı aydındır”.

Görüş iştirakçılarından birinin “Yəqin saxlaya biləcəklərinə əmin olmayıblar” replikasına “bunu siz dediniz, mən yox” cavabını verib.

İranın Azərbaycana qarşı aqressivləşməsinin səbəbləri - Rusiyadan AÇIQLAMA“İranla Azərbaycan arasında vəziyyətin belə gərginləşməsi çətin ki, müharibəyə səbəb olsun, amma İran Azərbaycandan yük daşımalarında güzəşt gözləyir, Ankaranın bölgədə artan təsirindən də ciddi narahatdır”.

Bunu Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktor müavini Aleksandr Skakov Tehran və Bakı arasında münasibətlərin gərginləşməsini şərh edərkən bildirib. O deyib ki, İran özünün bölgəyə yük daşımalarının təhlükəsizliyini təmin etmək və Türkiyənin Azərbaycana təsirini azaltmaq istəyir.

Rusiyalı ekspertin sözlərinə görə, iki ölkə arasındakı gərginliyin hərbi əməliyyata gətirəcəyi ehtimalı azdır.

“İndi daha çox əsəb savaşı gedir. Çünki İran II Qarabağ müharibəsindən sonra özünü kənarda hiss edir”.

Aleksandr Skakov bildirib ki, İran II Qarabağ müharibəsi nəticəsində heç bir şey qazana bilmədi.

“Amma gözlədiyindən də az itirdi, çünki Tehrana görə xoşbəxtlikdən Qarabağda heç bir Amerika və ya NATO sülhməramlıları görünmədi. Buna baxmayaraq, Türkiyə və İsrailin Azərbaycandakı mövqelərinin möhkəmlənməsi İranda həyəcan yaratmaya bilməz", - Skakov deyib.

Onun sözlərinə görə, İranın narazılığına yüklərin Ermənistana daşınması zamanı Gorus-Qafan yolunda Azərbaycan tərəfindən yaradılan maneələr də səbəb olub.

“Hazırkı mərhələdə nəqliyyat kommunikasiyalarının işləməsi İran üçün çox vacibdir”.

Aleksandr Skakov bildirib ki, İran Azərbaycanla sərhədə qoşun yığmaqla yanaşı, talış problemindən də rəsmi Bakıya qarşı istifadə edə bilər.

"Ümumiyyətlə, daha qlobal miqyasda danışsaq, Tehranda görürlər ki, Azərbaycan bölgədə həddindən artıq irəliləyib. Və rəsmi Tehranda bunu dayandırmaq istəyi var", - Skakov bildirib.

Ekspertin fikrincə, İran Azərbaycandan güzəştlər gözləyir.

“Bu da istisna deyil, çünki Tehranla münasibətlərin kəskin şəkildə pisləşməsi indi Bakının da maraqlarına cavab vermir.

İran tərəfi Türkiyənin Azərbaycanda artan təsirindən də narahatdır. Ankaranın rolunu mümkün qədər məhdudlaşdırmaq İranın xeyrinədir. İranın Türkiyəyə Suriyada da "cavab verə biləcəyi” istisna deyil".


Azərbaycan, Türkiyə və Gürcüstanın birgə təlimlərinə gəlincə, Aleksandr Skakov bildirib ki, rəsmi Tbilisi mümkün olan yerdə olmağa çalışır.
Meşəbəyiyə cinayət işi açıldıZaqatala rayonunda meşəbəyinə cinayət işi başlanılıb.

Bu barədə Avrasiya.net-ə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin Əliabad meşəbəyliyinin ərazisində ağacların qanunsuz kəsilməsi barədə daxil olan material əsasında rayon Prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin Əliabad meşəbəyliyinin meşəbəyi Fazil Cumayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2021-ci ilin may ayının əvvəllərində xidmət etdiyi xüsusi mühafizə olunan Əliabad meşəbəyliyinin 7 saylı dolayının 16-cı kvartalında yerləşən 11 ədəd müxtəlif növ ağacı meşə gözətçisinin xəbəri olmadan kəsməsi nəticəsində təbiətə 8 min 792 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edildiyindən rayon prokurorluğu tərəfindən Fazil Cumayev barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
İranın düşmənçiliyi molla müstəvisindən siyasi müstəviyə keçib“Prezident İlham Əliyev azad olunmuş Xudafərinə səfəri zamanı İrana xoş mesaj vermiş, qonşuluq münasibətləri, iqtisadi əlaqələrin inkişafında bölgənin rolunu vurğulamışdı. Ölkə başçısı fəaliyyəti zamanı hər zaman qonşuluq münasibətləinin yüksək səviyyədə olmasına çalışıb. Buna rəğmən İran tərəfi erməni sevdasından vaz keçə bilmir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov son günlər gərginləşən İran-Azərbaycan münasibətlərindən danışarkən bildirib.

V.Əhmədov deyib ki, bu münasibətlər tarix boyu hamar olmayıb:

“Biz bunu 44 günlük müharibədə də gördük. İran açıq-aydın şəkildə Ermənistana hər cür dəstək verdi. Yalnız müharibənin bitməsinə 1 gün qalmış, hər şey həll olunduqdan, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra guya müdafiəyə başladılar. Bu gün İranın Azərbaycana qarşı atdığı addımlar müsəlman dövətinə, İslam dövlətinə yaraşmır. Biz həmişə İranla münasibətləri normal səviyyədə saxlamağa çalışmışıq. Dövlət başçısı İran sahibkarlarına Azərbaycanda dərman zavodu, avtomobil zavodu işlətməyə icazə verdi, İran əhalisinin Azərbaycana gediş-gəlişində maneə yoxdur.

Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Sərhəd Qoşunları Zəngəzurda post qurdu, yoxlamalara başladı, amma İran tərəfi yenə də Ermənistana hansısa yollarla yardım etməyə çalışır. Hətta Arazboyunca təlimlərin başlanılması faktiki olaraq Azərbaycana güc göstərməkdir”.

44 günlük müharibədə İsrailin Azərbaycana dəstəyi danılmazdır. Amma bizim münasibətlərimiz kiməsə qarşı yönəlik deyil. Ona görə İran bu məsələni şişirtməyə çalışmasın”.

Parlamentarinin sözlərinə görə, əvvəllər İranın Azərbaycana olan kini qeyri-rəsmi, molla səviyyəsində idi:

“Artıq rəsmilər də bu məsələyə qoşulublar. Məsələni gərginləşdirmək istəyirlər. Digər tərəfdən, İran faktiki olaraq, Ermənistanla yaxınlaşmaqla, Rusiyaya qarşı təxribat aparmaq istəyir. Bir növ Ermənistanı öz çətiri altına almaq istəyir ki, Rusiya buna heç cür imkan verməz.

Digər tərəfdən, Rusiya və Türkiyənin yaxınlaşması, müəyyən məsələlərlə bağlı birgə qərar vermələri İran tərəfindən qəbul edilmir. Çünki İran bu məsələlərdən kənarda qalır. Molla rejimi elə molla rejimidir. Hazırda İrana qarşı hər tərəfdən sanksiyalar, iradlar var. Belə bir məqamda İranın Azərbaycanı hədəf seçməsi heç də uğurlu deyil, onlar çox böyük səhv ediblər. İran anlamalıdır ki, Azərbaycan güclü dövlətdir. Və istədiyi vaxt öz mövqeyini ortaya qoymaqda söz sahibidir. İran başa düşməlidir ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil”.

V.Əhmədovun İran tərəfi uzun müddət Azərbaycana qarşı təhdid və təxribatlar aparıb:

“İlham Əliyev Prezident seçiləndən sonra münasibətləri normallaşdırıb, müəyyən güzəştlərə gedib, dəstək verib, İran sahibkarları üçün şərait yaradıb. İranın Ermənistanla çox sıx əlaqələri var. İran Arazboyu bəzi işləri görəndə elə bilirdi ki, Xudafərin də tamamilə onlarındır və orada hökmranlıq edəcəklər. Amma cənab Prezidentin göstərişilə Arazboyu Azərbaycan ərazisində köklü işlərə başlanılıb. Orada ölkəmizin üçrəngli bayrağı yüksəlib. İran bütün bunları qəbul etmək istəmir”.

Deputat İranın Ermənistan kimi kiçik dövlətə dəstək verməsi səbəblərinə də aydınlıq gətirib:

“İranda 40 milyona yaxın azərbaycanlı yaşayır. Onlar da son vaxtlar aktivləşiblər, İranın Azərbaycana qarşı olan bu addımlarını dəstəkləmir və etiraz aksiyaları keçirirlər. İranın istəyi Ermənistanı Rusiyanın tərkibindən çıxarıb Qərbə meylləndirmək, Ermənistandan Azərbaycana qarşı istifadə etməkdir ki, onun bu niyyəti çox böyük yanlış, çox böyük səhvdir”.