Elnur Əşrəfoğlunun vəziyyəti ağırdır“Tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağır, kritik olaraq qalmaqdadır".

Bu barədə “Yeni Klinika”dan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, ötən müddətdə xəstənin ağciyər göstəricilərində müsbətə doğru dəyişikliklər yoxdur:

“Bu səbəbdən də ECMO vasitəsilə dəstək davam etdirilir”.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülüb. Vəziyyəti ağır olduğundan ECMO aparatına qoşulub. Jurnalistin anası Zöhrə Hüseynova oğlunun səhhətilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.
"Cənubdakı xalq birmənalı şəkildə Azərbaycanı dəstəkləyir”“Cənubda yaşayan soydaşlarımızın xalq olaraq fikrini təbliğat kampaniyasında İranın xeyrinə danışan, zahirən Azərbaycan dillilərin dedikləri ilə üst-üstə qoymamalıyıq. Cənubdakı xalq birmənalı şəkildə Azərbaycanı dəstəkləyir və dövlətimizin həmişə arxasındadır”.

Bu sözləri Modern.az-a Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz deyib. O qeyd edib ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız ölkəmizə dəstəyini istənilən formada göstərməyə hazırdırlar:

"Biz onlarla hər saniyə əlaqədəyik və əhval-ruhiyyəni bilirik. Bu kiminsə təbliğatı ilə yaranan fikirlər deyil. Xalq azərbaycanlıdır, bunu ruhunda hiss edən hər kəs Azərbaycanı dəstəkləyir və onların istəyinə heç kim irad bildirə bilməz. Cənubi azərbaycanlılar birmənalı şəkildə Azərbaycan dövlətinin toxunulmaz olduğunu bəyan edir, Zəngəzur dəhlizinin açılmasını tələb edir, bir əsgər kimi Azərbaycanın həmişə yanındadır".

S.Aruz onu da vurğulayıb ki, İrandakı azərbaycanlılar yaşadıqları ərazinin Cənubi Azərbaycan adlandırılmasını tələb edirlər:

“Bu məsələni isə təkcə İran dövləti deyil, həm də beynəlxalq təşkilatlar qarşısında qaldırırlar. Sənədlər hazırlanır, məsələ üzərində işləyirlər. Təkcə Cənubi azərbaycanlılar deyil, dünyada yaşayan azərbaycanlı fəalların çoxu buna can yandırır, məşğul olurlar.

Qarabağda 25 min erməninin təminatını düşünən İran dövləti 100 ildir əsarət altında saxladığı, müxtəlif metodlarla boğmağa çalışdığı azərbaycanlı əhalisinin istəklərini nəzərə almalıdır. 45 mindən artıq soydaşımızı öz evlərində, öz yurd-yuvalarında əsir kimi saxlayan İran dövləti erməniləri daha çox düşünür. İranın bu yanaşması isə Azərbaycan xalqı tərəfindən layiqli cavabını və qiymətini alacaq".
Hadrut erməniləri Fransaya KÖÇMƏK İSTƏYİRErmənistan paytaxtında Hadrut erməniləri növbəti etiraz aksiyası keçiriblər.

Modern.az xəbər verir ki, Yerevanda hökuməti binası önünə toplaşan sakinlər hökumətin onları ev və işlə təmin etməsi barədə 45 gün əvvəl yazdıqları kollektiv məktuba cavab verilməməsindən gileyləniblər.

“Bu günə qədər cavab almamışıq. Hökumətdən niyə bizə gələcək planları və taleyimiz barədə açıqlama vermədiyini soruşmaq istəyirik”- deyə etirazçılardan biri söyləyib.

Bundan əvvəl, baş nazirin müavini Mqer Qriqoryanla görüşdüklərini deyən Hadrut erməniləri əldə olunmuş razılaşmalara əməl olunmamasından və qışın gəlişi fonunda evsiz qalmalarından şikayət ediblər.

Sakinlər Fransa səfirliyinə də məktubla müraciət etdiklərini açıqlayıb. Hadrut erməniləri siyasi sığınacaq verilməsi halında Fransaya köçməyə hazır olduqlarını söyləyiblər. Etirazçılar Fransaya 10 minə qədər sakinin qaçqın statusu ilə mühacirət edə biləcəyini əlavə edib.

Xatırladaq ki, Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad olunub.
Rövşən Əkbərovun məhkəməsində öldürülən şəxsin həyat yoldaşı dindirilibBu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Report" xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində qətlə yetirilən Elçin Əliyevin həyat yoldaşı Fəxrintac Əliyeva dindirilib.

O, istintaqa verdiyi ifadəni təsdiqləyib.

Daha sonra şahid qismində mərhumun uşaqlıq dostu Səməd Novruzov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsi yaxından tanımır: "2001-ci il iyunun 1-də mənə zəng gəldi. Hadisə ilə bağlı mənə xəbər etdilər. Biz rəhmətlik Elçinlə uşaqlıq dostu olmuşuq. Təcili çıxdıq Ukraynaya. Axşam Kiyevə çatdıq. Bizi orada bir nəfər qarşıladı. Gecə oteldə qalıb, ertəsi günü "morq"a getdik. Saat 4-də Elçinin cənazəsini Bakıya yola salıb, Kiyevdəki səfirliyə getdim. Orada keçmiş hərbçi, Ukrayna vətəndaşı olan Qriqoryev Mixailoviçi gördüm. Mənə dedi ki, hadisəni sizinkilər törədib. Biz onunla telefonda əvvəl danışmışdıq, amma üzünü görməmişdim. Ukraynada olan səfirlikdə mənə söylədilər ki, Elçin "Abşeron" adlı restoranda yeyib-içib. Sonra səfirlikdə kiminləsə mübahisələri düşüb. Təzədən başqa restorana gedib. Səfirlikdə mübahisə etdiyi adamlar da həmin restorana gedib. Hadisə həmin yerdə baş verib. Mənə orada dedilər ki, Rövşən Əkbərov da həmin restoranda olub. Sonuncu dəfə Elçinlə mayın 31-də danışmışam. Mən iyunun 1-də səfirlikdə olmuşam, ayın 2-si isə Rövşənin qətl törətməsini eşitmişəm. Bu günə kimi də bu sual maraqlandırır ki, Rövşən Elçini niyə öldürüb?".

Daha sonra təqsirləndirilən şəxs R.Əkbərov şahidə "siz necə dost olmusunuz ki, gəlib Rövşəni tapıb soruşmadın?" sualını verib.

Şahid isə "sübutum olmadan kimisə qətldə ittiham edə bilmərəm" cavabını verib.

Növbəti iclas oktyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
"AzerGold"un geoloqlarının elmi tədqiqat işi beynəlxalq konfransda yüksək nəticə əldə edib4-5 oktyabr tarixlərində "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) 15-ci Beynəlxalq Geologiya Mühəndisliyi və Yer Elmləri Konfransında təmsil olunub.

Şirkətdən verilən məlumata görə, ənənəvi olaraq hər il keçirilən və dünyanın nüfuzlu alim və tədqiqatçılarını bir araya toplayan elmi konfrans videobağlantı formatında təşkil edilib. Beynəlxalq konfransda Səhmdar Cəmiyyətin Geoloji kəşfiyyat şöbəsinin əməkdaşları Samir Verdiyev, Nabat Qocayeva və Nərminə İsmayılova "Mühəndislik və fizika elmlərinin tədqiqi" panelində qrup şəklində hazırlanan 3 elmi məqalə ilə çıxış ediblər.

Samir Verdiyev "Filizçay polimetal yatağının sedex tipli filizlərinin petroqrafik xüsusiyyətləri" (həmmüəlliflər: Samir Verdiyev, Fuad Huseynov, İslam Quliyev, Coşqun İsmayıl), Nabat Qocayeva "Çovdar" filiz sahəsinin şimal hissəsində epitermal qızıl sulfid satellit yataqlarının yaranmasının struktur-litoloji şərtləri" (həmmüəlliflər: Nabat Qocayeva, Mikayıl Nağıyev, Sultan Cəfərov, Gülər Mikayılova), Nərminə İsmayılova isə "Tülallar" filiz daşıyan quruluşun qızıl filizinin minerallaşmasının sənaye baxımından dəyərli yığımlarının konsentrasiya şərtləri" (həmmüəlliflər: Nərminə İsmayılova, Şamil Zabitov, Fuad Əsgərzadə, Raqif Seyfullayev) mövzularında çıxış edərək, elmi işlərin təqdimatını ediblər.

Konfransın ikinci günü sözügedən elmi məqalələrin qiymətləndirilməsi həyata keçirilib. Nərminə İsmayılova tərəfindən təqdim olunan məqalə komitə üzvləri tərəfindən yüksək qiymətləndirilərək fərqlənmə sertifikatına layiq görülüb. Hər üç məqalənin konfransın elmi dərgisində dərc edilməsi nəzərdə tutulur.

"AzerGold" QSC ölkənin milli dağ-mədən şirkəti olaraq, geologiya elminin inkişafı, gənc geoloqlar nəslinin yetişdirilməsinə də mühüm töhfələr verir. Səhmdar Cəmiyyət bu məqsədlə Azərbaycanda fəaliyyət göstərən bir sıra elmi tədiqat müəssisələri ilə sıx əməkdaşlıq edir. Bununla yanaşı, şirkətin geoloq mütəxəsisləri beynəlxalq elmi platformalarda təmsil olunur, tələbələrə mühazirələr oxuyur, ustad dərsləri həyata keçirirlər.
İsrail İran generalını Suriyadan qaçırtdı və...İsrail xüsusi xidmət orqanı olan "Mossad" İran generalını qaçırıb və dindirmə məqsədi ilə Afrika ölkələrindən birinə aparıb

Publika.az xəbər verir ki, bu barədə "Rai Al Youm" məlumat yayıb.

Qeyd edilib ki, "Mossad", 1986-cı ildə Livanda vrulan İsrail dənizçisi Ron Aradın taleyini və ölüm şərtlərini öyrənməyə çalışıb. Mətbu orqan iranlı generalın oğurlanmasının dəqiq tarixi açıqlamır. İsrail xüsusi xidmət orqanlarının ehtimallarına görə, o, dənizçinin taleyi haqqında nəsə deyə bilərdi.

Xatırladaq ki, bundan öncə İsrailin Baş naziri Naftali Bennet Knessetin qış sessiyasının açılışında çıxış edərək, Ron Aradın taleyi haqqında məlumat almaq məqsədilə xüsusi xidmət orqanlarının "cəsarətli əməliyyatı" haqqında danışıb.

Məlumata görə, əməliyyat Suriya ərazisində keçirilib.

Nəticədə, israillilər həmvətənlərinin taleyi haqqında nəsə öyrənmək cəhdləri uğursuz alınıb. Buna görə də, İran generalı dindirildikdən sonra azad edilib.
Quzey Kıbrısda daha bir sərgi - Bakı təmsilçiliyinin əməkdaşı mükafatlandırıldı - FOTOQuzey Kıbrıs Türk Cümhuriyyətinin Milli Təhsil və Mədəniyyət Nazirliyinin nəzdində Kültür Dairəsinin düzənlədiyi “30-cu Dövlət Fotoqraf Yarışması Sərgisi”nin açılış və mükafatlandırılma mərasimi keçirilib.

Avrasiya.net xəbər verir ki, mərasim Lefkoşa Atatürk Kültür Mərkəzində baş tutub. Sərgi oktyabrın 11-dək ziyarət edilə bilinəcək.

Covid-19 tədbirləri çərçivəsində düzənlənən tədbirə Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Milli təhsil və mədəniyyət naziri Olgun Amcaoğlu, millət vəkilləri və Kültür Dairəsi müdiri Kerim Akpolat, həmçinin nazirlik təmsilçiləri qatılıb.

Açılış nitqi ilə başlayan tədbirdə yarışmada mükafat alan fotoqraflara mükafatlar təqdim edilib.

Qeyd edək ki, sərgidə mükafata layiq görülənlər arasında Quzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı təmsilçiliyinin əməkdaşı Tevfik Ulual da var. Tevfik Ulual tədbirə qatıla bilmədiyi üçün mükafat onun xanımına təqdim edilib.


"Hacı Qalibi çox döymüşəm" - Hafiz Hacıyevİranın Ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın Bakıdakı ofisi bağlanıb. Dünən polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi “Hüseyniyyə” məscidinə baxış keçirilib. Təhlillər nəticəsində müəyyən edilib ki, şəhərin bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb.

Məlum olub ki, həmin yerlərdən biri də “Hüseyniyyə” məscididir. Buna görə də həmin yerlər, o cümlədən də məscidin fəaliyyəti dayandırılıb.

Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Modern.az-a deyib ki, İranın Bakıdakı mədəniyyət ocağı çoxdan bağlanmalı idi.

“Mədəniyyyət ocağının bağlandığından və Ocaq Necat ağanın karantinə alındığından xəbərim var”,- deyə H.Hacıyev bildirib.

Özünün nə vaxtsa “Hüseyniyyə” məscidinə getməsinə gəlincə, H.Hacıyev bu barədə sosial şəbəkələrdə yayılan xəbərləri təkzib edib. Partiya sədri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qudası, sabiq deputat hacı Qalib Salahzadənin onun İran agenti olduğuna dair iddialarına da münasibət bildirib:

“Mən heç vaxt Ocaq Necatın ofisinə getməmişəm, ona görə də karantinə alına bilmərəm. Ora gedən Allahşükür Paşazadədir, hazırda karantinə alınıb.
Şeyxin qudası hacı Qalib mənimlə bağlı “Hafiz Hacıyev İran agentidir” deyib. Onun bu iftiranı səsləndirməsi səbəbsiz deyil. Çünki mən “Azərbalıq” Dövlət Konserninin sədri olduğum vaxtlarda hacı Qalibi çox döymüşəm. İranın birinci agenti elə hacı Qalibin özüdür, o da həbs olunmalıdır”.
Tehranı “Böyük Turan” ideyası narahat edir“Azərbaycanla İranın qarşıdurması hərbi əməliyyatlara gətirib çıxarmayacaq. Tehranın təzyiqi sadəcə psixoloji hücumdur”.

Bu barədə Rusiya KİV-nə açıqlamasında Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Yaxın və Orta Şərqin Öyrənilməsi Mərkəzinin baş elmi əməkdaşı Vladimir Sajin söyləyib.

Ekspert İranın Azərbaycana hərbi müdaxilədən qorxduğunu da əlavə edib.

“İranla Azərbaycanın qarşıdurmasının “isti faza”ya keçməsini gözləmirəm. Bu İranın psixoloji hücumudur. Böyük müharibəyə gətirib çıxaran deyil. Tehran anlayır ki, Azərbaycanla təkbətək döyüşən deyil, Türkiyə də qoşulacaq. Tehran isə Ankara ilə döyüşmək istəmir. Ona görə belə gərginlik var”- deyə Sajin açıqlama verib.

Ekspert Azərbaycan sərhədi yaxınlığında baş tutan təlimlərin miqyas və məkan baxımından misli görünməmiş olduğunu əlavə edib.

“Dünən başlayan Türkiyə-Azərbaycan təlimləri də tezliklə başa çatacaq. Türkiyə ilə Azərbaycan hər şeyə hazır olduqlarını göstərdi. İran da göstərdi. Hər şey burda bitəcək”.

Ekspert İranla Azərbaycanın münasibətlərinin gərgin qalacağını düşünür. Rəsmi Tehran 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi konstuksiyada təsirinin azalmasından narahatdır. Həm də Zəngəzur dəhlizi Tehranı narahat edir.

“Azərbaycanla Türkiyə Zəngəzur dəhlizinin açılmasına hazırlaşır. Burada avtomobil və dəmir yolu xətti inşa olunacaq və Türkiyədən Naxçıvana, oradan isə Azərbaycanın əsas əraziləri birləşəcək. Xəzər dənizindən isə hamısı türkdilli olan Mərkəzi Asiya respublikaları ilə əlaqə qurulacaq. Bu isə Ərdoğan tərəfindən “Böyük Turan”nın yaradılması iddiasıdır. Bu İranı narahat edir və onlar Qafqazda təsirlərinin azalmasını görürlər”- deyə Vladimir Sajin açıqlama verib.

modern
“İrana qarşı əməliyyat planı...” – Baş qərargah rəisi açıq şəkildə hədələdi“İran təhlükəsini aradan qaldırmağa yönəlmiş əməliyyatlar davam edəcək”.

Bunu İsrail baş qərargah rəisi Aviv Koçavi deyib.

Koçavi hərbi kəşfiyyat sayəsində İsrail ordusunun İranda baş verənlər və Yaxın Şərqdəki mövqeləri haqda çox şey bildiyini söyləyib:

“İran təhlükəsini məhv etmək əməliyyatları bütün sahələrdə və həmişə davam edəcək. İranın nüvə proqramına qarşı əməliyyat planları inkişaf etdiriləcək və təkmilləşdiriləcək”.

Nüvə mövzusundakı gəlişmələrdən asılı olmayaraq təsiredici cavab verməyin bir vəzifə olduğunu deyən baş qərargah rəisi bütün kəşfiyyat xidmətlərinin də bu işdə ortaq olduğunu vurğulayıb.

teleqraf.com