“Taliban”ın 34 üzvü hökumət vəzifələrinə təyin edilibRadikal “Taliban” hərəkatı tərəfindən qurulan Əfqanıstanın müvəqqəti hökuməti 34 üzvünü hökumət vəzifələrinə təyin edib.

“Report” xəbər verir ki, müvafiq məlumat tviterdə radikalların nümayəndəsi, informasiya və mədəniyyət nazirinin müavini Zabihullah Mücahidin səhifəsində dərc edilib.

Sənədə görə, təsdiqlənən vəzifələrin hər birinə yalnız dini titulu olan “Taliban” nümayəndələri təyin olunub: dörd qari (Quran oxuyanlar - Red), 16 molla (mədrəsə məzunları - Red) və 14 üləma (xüsusi dini təhsil almış mollalar - Red) .

Molla Əbdül Məcid Axund şəhid və əlillər naziri olub. Bununla da sentyabr ayında qurulan müvəqqəti hökumətin 23-cü üzvü olub. Mavlavi Əbdül Kəbir baş nazirin siyasi məsələlər üzrə müavini təyin edilib.

Mövləvi Mati ül-Haqq Əfqanıstan Qızıl Aypara Cəmiyyətinin rəhbəri olub və onun müavini vəzifəsinə isə bu yaxınlarda ölkədə ictimai edamların yenidən başladığını elan Molla Nuruddin Turabi təyin edilib.

Digər radikallar əsasən regional idarə rəhbərləri və ya onların müavinləri vəzifələrinə təyin edilib.
Rumıniyalı milyarder və ailəsi təyyarə qəzasında öldüÖtən gün İtaliyada havaya qalxdıqdan bir müddət sonra qəzaya uğrayan və göyərtəsində 8 nəfərin olduğu şəxsi təyyarədə rumıniyalı milyarder Dan Petrescu və ailəsi olub.

Axar.az xəbər verir ki, qəzada ölənlər arasında Rumıniyanın ən varlı iş adamlarından Dan Petrescu, həyat yoldaşı, oğlu və ailə dostlarının olduğu bildirilib.

İtaliyanın Hava Təhlükəsizliyi Agentliyi qəza ilə bağlı araşdırmalara başlayıb.

Milan Baş Prokurorluğundan prokuror Tiziana Siciliano təyyarənin qara qutusunun tapıldığını və araşdırmaya başlayacaqlarını açıqlayıb.
Feysbukun domeni satışa çıxarıldıFeysbuk (facebook.com) domeni “Whois” saytında satışa çıxarılıb.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, bu barədə Tvitterin yaradıcısı Cek Dorsi rəsmi hesabında məlumat paylaşıb.

Sözügedən saytda Feysbukun domeninin kim tərəfindən satışa çıxarıldığı və nə qədər vəsaitin tələb olunduğu barədə məlumat verilməyib.
Afrikada hücum: 14 ölü, 7 yaralıBurkino Fasonun şimalında silahlılar ölkənin silahlı qüvvələrinə hücum edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Burkino Faso hökuməti məlumat yayıb.

Silahlıların hücum nəticəsində Burkino Faso silahlı qüvvələrinin 14 hərbi qulluqçusu öldürülüb, 7-si yaralanıb.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. İlkin ehtimala görə, hücumu İŞİD və “əl-Qaidə” terror təşkilatı ilə əlaqəli silahlılar həyata keçirib. Bu qruplaşmalar Afrikanın Sahel bölgəsində minlərlə insanın həyatına son qoyub, Burkina Faso, Mali və Nigerdə milyonlarla insanı didərgin salıb. Təkcə Burkina Fasoda baş verən şiddət nəticəsində təxminən 1,2 milyon insan köçkün vəziyyətinə düşüb.