İTV bu deputatlarla bağlı ŞOK VİDEO YAYIMLADIİctimai Televiziyada Milli Məclisin deputatlarını tənqid edən video yayımlanıb.

Publika.az xəbər verir ki, videoda 5 ildə bir dəfə də olsun danışmayan bəzi deputatlar tənqid olunub.

Videoda bu vaxta qədər heç 3 dəqiqə danışmayan deputatların görüntüsü əks olunub və bildirilib ki, səsləri çıxmayan bu deputatların mövqeyini kimsə bilmir.

Sözügedən videonu təqdim edirik:
İran Əliyevin nələr etdiyini unudub? – Rus analitikTehran bəyan edir ki, guya Bakı İsrailə İranı hədələmək üçün Azərbaycan ərazisindən istifadə etməyə icazə verib. Bu, əsası olmayan absurd bir bəyanatdır. Bundan əlavə, İranın bu bəyanatı ümumiyyətlə məntiqdən məhrumdur.

Avrasiya.net Axar.az-a istinadla xəbər verir ki, bu fikirləri rusiyalı hərbi analitik Aleksandr Artamonov deyib.

Onun sözlərinə görə, Azərbaycan öz ərazisindən qonşularına qarşı istifadə etməyə prinsipial olaraq müqavimət göstərib və bu prinsip Azərbaycanın xarici siyasətinin təməl daşıdır.

“Bakının bu mövqeyi vaxtilə sınaqdan keçib. 2005-ci ildə amerikalılar Bakıya Azərbaycan ərazisində İran sərhədləri yaxınlığında ABŞ xüsusi təyinatlı qüvvələr bazasının yaradılması barədə fikrini dilə gətirdilər. Əks təqdirdə, onlar Azərbaycanı “rəngli inqilab” və müxalifətə dəstək olacağı ilə hədələdilər. Hədə-qorxuya baxmayaraq, Prezident Əliyev prinsipial mövqeyindən geri çəkilmədi. Yaddan çıxarmayaq ki, o zamanlar Amerika İraq və Əfqanıstana daxil olaraq, öz qüdrətini dünyaya bəyan etmişdi.

Bu gün, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan hakimiyyəti daha möhkəm və daha inamlı olduğundan, heç kimə qarşı öz ərazisindən istifadə olunmasına imkan verməz. Heç kim Azərbaycana bunu məcbur edə bilməz. Tehranı yalnız Azərbaycanda Türkiyənin nüfuzunun artmasından narahat olmaq kontekstində başa düşmək olar, lakin müasir Türkiyəni “sionist qüvvə" adlandırmaq ən azı siyasi baxımdan düzgün deyil. Bu, heç də İran üçün produktiv olmayacaq.

Bu gün Azərbaycan Prezidenti Əliyev “Dostluq sərhədi” adlandırdığı İranla 30 il müddətinə işğal altında qalmış yüz kilometrlik sərhədi nəzarət altına alıb. Bütün bunların fonunda İranın Azərbaycana qarşı dost olmayan mövqeyi Bakının Ankara ilə münasibətlərinin daha da dərinləşməsinə gətirib çıxaracaq”, - deyə ekspert qeyd edib.
"Rusiya Türkiyə və Azərbaycanla birlikdə İrana girsə..."Avrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, İranın Cənubi Azərbaycanda, Azərbaycanla sərhədlərdə son hərbi təlimləri və İran rəsmilərinin Azərbaycan əleyhinə yönəlik açıqlamalarına dair fikirlərinizi bilmək istərdik.

- İranda dinlə siyasətin birləşməsi dini dəyərlərin gözdən salınmasına yol açıb. Mollalar hakimiyyəti ələ keçirdikləri gündən düşünülməmiş siyasətləri ilə ölkəni 40 ildən artıqdır ki, beynəlxalq sanksiyalar altında saxlayırlar. İndi də Azərbaycanla münasibətləri korlamaq üçün dəridən-qabıqdan çıxırlar. Amma Azərbaycan mollaların əndazəni aşan açıqlamalarına diplomatik etiket qaydalarını pozmadan cavab versə də, mübasibətlərin tam korlanmaması üçün tövbə qapısını açıq saxlayır. Çünki hökumətimiz Azərbaycanın hərbi gücünə arxayındır və bütün xalqımız kimi bilir ki, İranın Azərbaycan sərhədlərini hər hansı formada pozmaq cəhdinin qarşısını sərt formada alacaq, bu, regional münaqişəyə çevriləcək və İran dövlətinin varlığına son qoyacaq. Biz bilirik ki, İranda da, hər necə olsa, mollalar bunu başa düşmək gücündədir. İrandan fərli olaraq Azərbaycanın həm güclü müttəfiqləri, həm də qardaş Türkiyə ilə qarşılıqlı yardım haqqında sazişimiz var. Eyni zamanda Azərbaycan MDB-nin üzvüdür və daxildəki bütün fikir ayrılıqlarına və ziddiyyətlərə baxmayaraq, nəinki Azərbaycan, istənilən MDB üzvü kənardan təcavüzə məruz qalsa, Rusiya həmin dövlətə yardım edəcək. Rusiya Türkiyə və Azərbaycanla birlikdə İrana girsə, oradan çıxması üçün 1946-cı ildən fərqli olaraq ona Britaniya və ABŞ tərfindən nüvə silahı tətbiqi hədəsi ilə təzyiq edilməyəcək, bəlkə də kömək ediləcək və Cənubi Azərbaycanda 1946-cı ildə həmin dövlətlərin dəstəyi ilə fəaliyyətinə son qoyulmuş Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökuməti bərpa olunacaq. Təkcə Azərbaycan türkləri yox, başqa millətlər də öz dövlətlərini quracaq. Bundan başqa, hər kəs başa düşür ki, İsrail başda olmaqla İranın düşmənləri də kənardan hadisələri müşahidə etməyəcək. Ona görə də İranın təlimləri heç bir narahatçılıq yaratmadı, yalnız acı təbəssüm və təəssüf doğurdu. İran bu yolla xalqın ölkəni bürümüş aclıq və epidemiya ilə uğursuz mübarizədən diqqətini yayındırmaq istəyirsə, yaxud ermənipərəst Qərb dairələrinin dəstəyini əldə etmək istəyirsə, yanılır. İranın bütövlüyü və inkişafı Azərbaycanla dostluq siyasətinə bağlıdır.

- ABŞ-ın Əfqanıstanda biabırçı məğlubiyyəti onun dünya liderliyinə ciddi zərbə oldu. Bu vəziyyət dünyada yeni müharibələrə yol açmayacaq ki?

- Sovet İttifaqının süqutundan sonra ABŞ özü üçün dəqiq hədəflər və ona çatmaq üçün ideologiya formalaşdıra bilmədi. Hazırda sanki okeanda üzən, hara getdiyini bilməyən kompassız gəmiyə bənzəyir. Hazırda ABŞ-da daxildə də ciddi böhran yaşanmaqdadır. Cəmiyyət parçalanıb və bu, irqi ayrı-seçkiliyə yol açır. Korrupsiya səbəbindən odlu silahların yayılmasına və bu yolla törədilən qanlı cinayətlərə qarşı effektli mübarizə təşkil etmək mümkün olmur. İslamofobiya gündən-günə genişlənir. Qocalmış və islahatlar aparılmayan siyasi sistem dövlət həyatında gənc istedadların önə çıxmasına imkan vermir. Bu vəziyyətdə yalnız seçildiyi vaxt gənc hesab olunan Obama kimi zəif xarakterli adamlar, yaxud Bayden kimi fiziki baxımdan tükənmiş qocalar irəli verilə bilər. İslahatlar aparılmasa, ABŞ dünyadakı rolunu və nə istədiyini müəyyənləşdirə bilməsə, Amerika xalqı kimi beynəlxalq birlik də baş verənlərdən ciddi zərər görəcək. Bu, ABŞ cəmiyyətində böyük silkələnmələrə gətirib çıxaracaq, bəlkə ondan sonra hansısa dəyişikliklərə gedilsin.

- Qüdrət bəy, Serj Sarkisyan bizim işğalçı üzərində qələbəmizi İlham Əliyevə boşqabda verilən hədiyyə kimi qiymətləndirib. Siz necə düşünürsünüz?

- Bütün siyasi ekspertlər Serjikin savadsız biri olmasını həmişə qeyd ediblər. Heydər Əliyev 1994-cü ilin mayında Ermənistana güclü xarici dəstəyin olduğunu, Azərbaycan iqtisadiyyatının isə ağır müharibə aparmağa hazır olmadığını görüb Ermənistanla atəşkəs haqqında saziş imzaladı. Bundan sonra güclü Qərb ölkələrinin neft şirkətləri ilə "Əsrin müqaviləsi" adlanan saziş imzalandı, ölkə daxilində silahlı müxalifətin varlığına son qoyuldu, sabitlik təmin edildi, ölkə stabil inkişaf yoluna qədəm qoydu. Neft pulları hesabına güclü ordu, xarici iqtisadi əlaqələr quruldu, müttəfiqlər qazanıldı. Azərbaycan səbirlə, addım-addım irəlilədi, əlverişli beynəlxalq vəziyyətin yaranmasını gözlədi. Serjik belə şeyləri qanmaz. Məhz güclü ordumuzun 2016-cı ildə Lələtəpə əməliyyatından sonra Serjikin hərbi səhra komandiri kimi məğlubedilməzlik xarizması alt-üst oldu və erməni xalqı onu hakimiyyətdən qovdu. Tam əminliklə deyə bilərik ki, əslində onu hakimiyyətdən Azərbaycan Ordusu qovub. Azərbaycanın apardığı uğurlu diplomatik fəaliyyətin nəticəsi idi ki, Ermənistan döyüş meydanında tək qaldı və biz işğalçının başını əzdik. Ona görə başa düşmək olmur ki, hakimiyyətdən qovulmuş birisi rəhbərlik etdiyi dövrün hansı uğurundan danışır. Dünyada riyakar ikili standartlar olmasaydı, beynəlxalq hüquq normalarının aliliyi təmin olunsaydı, indi Serjik dinc Xocalı sakinlərini qətlə yetirdiyi üçün çoxdan hərbi tribunala verilməli və həbsxanada təkadamlıq kamerada saxlanılmalıydı, yaxud az-çox kişiliyi olsaydı, özünü döşəkağı ilə boğmalıydı.
Prezident Cəbrayılda DSX-nin yeni hərbi hissə kompleksinin açılışında iştirak edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışını edib.

Avrasiya.net xəbər verir ki, Prezident, Silahlı Qüvvə¬lərin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin açılış mərasimində iştirak etməsi münasibətilə hərbi hissədə mərmər yaddaş daşı və lövhəsi quraş¬dırılıb.

Hərbi hissənin silah və döyüş texnikası arsenalına “Harop” və “Quzğun” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar, tank əleyhinə idarə olunan raketlər, 120 millimetrlik və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri, atıcı, qrup və snayper silahları, müşahidə və gecəgörmə cihazları, termal qurğular və nişangahlar, xüsusi təyinatlı avadanlıqlar, həmçinin zirehli transportyorlar, yüksək keçidli avtomobillər, zirehli döyüş maşınları daxil edilib. Dövlətimizin başçısının tapşırığına əsasən işğaldan azad olunan ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir.

Prezident İlham Əliyev zirehli döyüş avtomobilini idarə etdi, “Harop” pilotsuz uçuş aparatlarına baxdı.

Ərazisi 64 hektar olan hərbi hissə kompleksinə qərargah binası və əsgər yataq¬xanası, şəxsi heyətin xidməti yüksək səviyyədə aparması üçün lazımi şəraitlə təmin edilən iş otaqları, yeməkxana binası, hamam-camaşırxana, yaşayış şəhərciyi, avtomobil texnikasının saxlanması üçün bokslar, silah, yanacaq, ərzaq və əşya-geyim anbarları daxildir. Kompleksin təlim şəhərciyində hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi üzrə məşqlərin təşkili, atış poliqonunda müxtəlif cür atıcı və iriçaplı silahlardan atışların keçirilməsi və nəticələrinin qiymətlən¬dirilməsi, şəxsi heyətin mövcud silah və döyüş texnikasından istifadə bacarıqlarının təkmilləş¬dirilməsinə imkan verən zəruri şərait yaradılıb. İdman şəhərciyində hərbi qulluqçuların idman¬la məşğul olmaları üçün futbol və voleybol meydançaları, həmçinin ən müasir standartlara uyğun avadanlıqlar və alətlərlə təchiz olunan idman zalı vardır. Ərazidə əsaslı abadlıq işləri aparılıb.
04.10.2021 14.13

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi istifadəyə verilib.

Avrasiya.net-in xəbərinə görə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbi hissə kompleksinin açılışında iştirak edib.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.
İlham Əliyev Cəbrayılda yeni yarımstansiyanın açılışını edibOktyabrın 4-də Cəbrayıl rayonunda 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının açılışı olub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yarımstansiyanın açılışında iştirak edib.

Dövlət başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində işğaldan azad edilən Cəbrayıl rayonuna Füzulidəki “Şükürbəyli” yarımstansiyasından uzunluğu 31 kilometr olan 110 kilovoltluq ikidövrəli 1-ci və 2-ci “Cəbrayıl” hava xətləri çəkilib. Bir vaxtlar qoşunların təmas xətti olduğundan tamamilə minalanmış yerlərdən keçən xəttin uzandığı ərazi partlamamış sursatlardan təmizlənib. Hava xəttinin ildırımdan mühafizəsi və yarımstansiyalararası siqnalların ötürülməsi üçün zəruri işlər görülüb. Yeni yarımstansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib. O cümlədən 110/35/10 kilovoltluq “Qubadlı” və “Zəngilan” yarımstansiyalarının qidalandırılması məqsədilə Cəbrayıldan çəkilən ikidövrəli ötürmə xətlərinin qoşulması üçün texniki cəhətdən yarımstansiyada lazımi şərait yaradılıb. “Cəbrayıl” yarımstansiyası yeni avadanlıqlarla komplektləşdirilib, burada müasir rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri quraşdırılıb. Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-Scada dispetçer idarəetmə sistemi qurulub və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunaraq rəqəmsallaşdırılıb.

“Cəbrayıl” yarımstansiyası, ilk növbədə, bu rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini, eləcə də rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən, Cəbrayıl şəhərini və bütövlükdə rayonun bütün kənd-qəsəbələrini elektrik enerjisi ilə təmin edəcək.

04.10.2021 14.29

Prezident İlham Əliyev Cəbrayılda yeni yarımstansiyanın açılışında iştirak edib.

Avrasiya.net xəbər verir ki, açılış mərasimi bu gün dövlət başçısının Cəbrayı rayonuna səfəri çərçivəsində baş tutub.

Qeyd edək ki, yeni yarımstansiya 110/35/10 kV-luq-dur.
Baş Prokurorluq “Günay Bank"ın iddialarına cavab veribQurumun mətbuat xidmətindən Avrasiya.net-ə daxil olan məlumatda deyilir:

“Günay Bank” ASC-nin 7 saylı filialının vəzifəli şəxsləri barəsində daxil olan məlumat əsasında cinayət işinin başlanması ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti tərəfindən 04 oktyabr 2021-ci il tarixdə ictimaiyyət məlumatlandırılıb.

Bu gün “Günay Bank” ASC tərəfindən bir sıra kütləvi informasiya vasitələrinə açıqlama verilərək, iş üzrə təqsirləndirilən şəxs Rauf Hüseynovun guya bir müddətdir ki, tutduğu vəzifədən azad olunduğunu, onun qeyd edilən bankda işlədiyi müddətdə hər hansı qeyri-qanuni əməlinin öz təsdiqini tapmadığını, ümumiyyətlə R.Hüseynovla bağlı yayılan məlumatların "Günay Bank"la heç bir əlaqəsinin olmadığını bildirilib.

Baş Prokurorluq qeyd edilən məlumatı təkzib edərək bildirir ki, Rauf Hüseynov “Günay Bank” ASC-nin 7 saylı filialının müdir müavini vəzifəsində 20 fevral 2018-ci il tarixdən - 29 sentyabr 2021-ci il tarixədək işləyib.

Qanunsuz əməllərlə bağlı daxil olan əməliyyat məlumatı əsasında 15 sentyabr 2021-ci il tarixdə Rauf Hüseynovun çalışdığı bankdakı xidməti otağına baxış keçirilib, aşkar edilən cinayət faktları ilə bağlı 16 sentyabr 2021-ci il tarixdə cinayət işi başlanıb və yalnız bundan sonra, yəni, 29.09.2021-ci il tarixdə R.Hüseynov tutduğu vəzifədən azad olunub.

Baş Prokurorluq bir daha hər kəsi ictimaiyyətdə çaşqınlıq yarada biləcək bu növ təhrif olunan məlumatları yaymaqdan çəkinməyə çağırır".
Azərbaycanda aptekə basqın edib satıcı qızı zorla apardılar – ŞOK HADİSƏNİN TƏFƏRRÜATIBu ilin may ayında Şəmkir rayonunda bir qrup şəxsin Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən “Rafiq Optik” mağazasına basqın edərək orada satıcı işləyən gənc qızı zorla qaçırması faktı üzrə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində İlham Səmədov, Orxan Yusifov və Zahid Qulamov (şərti ad-soyadlı) barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə açılmış işin araşdırılması zamanı maraqlı faktlar üzə çıxıb.

Məlum olub ki, Aysu Məmmədova (şərti) aptekdə satıcı vəzifəsinə yeni işə başlayıbmış. Həmin aptekin yaxınlığındakı bərbərxanada bərbər işləyən 1993-cü il təvəllüdlü İlham qızı görəndən sonra onu bəyənib və evlənmək qərarına gəlib. Müxtəlif bəhanələrlə bir neçə dəfə aptekə daxil olub xoşladığı qızla söhbət edən İlham onun fikrini öyrənib. Aysunun evlənmək fikrinin olmadığını yəqin edəndən sonra o, sevdiyi qızı zorla qaçırmaq qərarına gəlib. Bu məqsədlə o, yeznəsi Orxan və bərbərxananın yaxınlığındakı telefon mağazasında işləyən Zahidi hazırladığı plana daxil edib. Belə ki, Orxanın öz avtomobili ilə, Zahidin isə qızın qaçırılması zamanı aptekə daxil olaraq İlhama dəstək verməsi barədə razılıq əldə edilib. Plan da əvvəlcədən razılaşdırıldığı kimi həyata keçirilib.

Məhkəmədə zərrəçəkmiş şəxs qismində dindirilən Aysu Məmmədova olayı belə nəql edib: “Anam, qardaşım və bacımla birlikdə Şəmkir şəhərində yaşayıram, atam isə Rusiyada işlədiyi üçün orada yaşayır. Məlum hadisədən təxminən 10 gün əvvəl Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Rafik Optika” adlanan tibbi və günəş eynəkləri satılan mağazada stajor satıcı kimi işləməyə başlamışdım. Orada Nigarla (şərti adlı) ikimiz işləyirdik. Hadisəni törədən İlhamı isə daha əvvəl tanımamışam. Təxminən 10-11 may tarixində günorta saatlarında İlham işlədiyim mağazaya gələrək özünə məxsus günəş eynəyini təmir etdirmək istədiyini bildirdi. Bu barədə mağazanın müdirinə məlumat verdim. O isə mağazada olan təmir alətlərini müştəriyə verməyimi və müştərinin özünün təmir etməyini dedi. Çünki tibbi optik mağazada həmin eynəkləri təmir edə bilmirdik. İlham da mağazanın alətləri ilə eynəyini təmir edib və 1 manat pul verərək çıxıb getdi. 17 may 2021-ci il tarixdə saat 09 radələrində Nigar ilə birlikdə iş yerində olan vaxt Nigar yaxınlıqda yerləşən marketə mobil telefonuna kontur yükləmək üçün getmişdi, həmin vaxt İlham mağazaya gələrək mənimlə söhbət etməyə başladı, söhbət zamanı İlham məndən xoşu gəldiyini, anasının bibisinin bizim ailəni tanıdığını və məni izlədiyini, buna görə də mənimlə ailə qurmaq istədiyini dedi. Mən isə İlhama ailə qurmaq fikrimin olmadığını dedim. İlham da məndən hər hansı şəxslə istəkli olub-olmadığını soruşdu, mən də cavabımda istədiyim oğlanın olmadığını dedim. Bundan sonra İlham mağazadan çıxıb getdi və təxminən 5 dəqiqədən sonra Nigar mağazaya gəldi, mən də baş verənlər barədə iş yoldaşıma danışdım. Həmçinin telefonla bacıma və anama zəng edib videokonfrans yaratdıq və İlhamın təklifi barədə danışdıq. Onlar da həmin şəxsi ciddi şəxs kimi qəbul etmədilər”.

İstintaq metariallarından məlum olur ki, elə həmin gün axşam saatlarında İlham sevdiyi qızı qaçırmaq qərarına gəlib. Zərərçəkən şəxs ifadəsində bildirib: “Həmin günü saat 18 radələrində mağazanın bağlayıb evə getmək idtəyirdik. Bu zaman İlham qapıdan içəri daxil olaraq “işdən çıxırsınızmı” sualını verdi, Mən də onun mağazadan nəsə almaq istəyini düşünüb ona mağazadan çıxıb getmək istədiyimizi dedim. İlham isə heç bir söz demədən qolumdan dartaraq çölə tərəf aparmağa çalışdı, tez Nigarın qolundan tutdum ki, İlham məni apara bilməsin. İlhama məni aparmaması üçün yalvarmağa başladım. Həmin vaxt giriş qapısından sonradan adının Zahid olduğunu bildiyim şəxs içəri daxil olaraq Nigarın qolundan tutdu və əllərini məndən buraxmasına məcbur etdi. Nigar məni buraxdıqdan sonra İlham qucağına alaraq məni mağazadan çölə çıxardı və “Vaz 2107” markalı avtomobilin yanına gətirdi və zorla maşına mindirdi. Sonradan adının Orxan olduğunu bildiyim şəxs avtomobili hərəkət etdirdi, avtomobildə olarkən İlham mənə istifadəmdə olan “Samsung Galaxy A70” markalı mobil telefonumu kiməsə zəng edib məlumat verməməyim üçün Orxana verməyimi bildirdi, mən də telefonu verdim. Yol boyu İlham maşından düşə bilməyim deyə əlləri ilə məni qucaqlamışdı. Çox qorxduğumdan donub qalmışdım. Təxminən 10 dəqiqə ərzində Şəmkir şəhərinin içərisində yol qət etdikdən sonra “Morul” adlanan əraziyə gəldik. Yolda İlham kiməsə zəng edərək, ailə qurmaq məqsədilə qız qaçırmasını, qızın buna razı olduğunu, lakin valideynlərinin razı olmadığını dedi. Həmçinin İlham mənə kiməsə zorla qaçırılmağını deməyimimi, əks halda məni heç vaxt buraxmayacağını, əgər kimsə məndən İlhamla ailə qurmağına razı olub-olmamağımı soruşsa, onunla ailə qurmağa razı olmağımı, lakin anamın razı olmadığını deməyimi bildirdi. Mən də İlhamın məni daha da uzaqlara aparacağından qorxaraq onunla razılaşdım”.

Bəlli olub ki, İlham Aysunu Şəmkir şəhəri, Dəllər Cəyir və Dəllər-Daşbulaq kəndlərində müxtəlif ünvanlara apararaq bir müddət gizlənib. O, daha sonra “Mercedes Sprinter” markalı mikroavtobus tutaraq qaçırdığı qızı Bakı şəhər Binə qəsəbəsinə bibisi oğlunun evinə gətirib.

Zərərçəkən qız bildirib ki, onu qaçıran şəxs bibisioğlunun evində qalarkən onunla cinsi əlaqədə olmağı təklif etsə də, bununla razılaşmayıb.

Ekspertiza zərərçəkən qızın cinsi zorakılığa məruz qalmadığını, bakirəliyinin pozulmadığını müəyyən edib.

Bundan az sonra Binədəki evə polislər gəlib və bu barədə Şəmkir polisinə məlumat verilib. Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları Bakıya gələrək onu rayona qaytarıblar.

Gəncə Ağır Cinayətlər Məhkəməsi may ayında həbs edilmiş qrup üzvlərinin şərti cəzaya məhkum edilməsinə qərar verib və onların 3-ü də oktyabrın 1-də azadlığa buraxılıblar.
ABŞ-dan İrana xəbərdarlıq: Diplomatiya işə yaramasa…ABŞ nüvə razılaşmasının yenidən başlanması barədə razılıq əldə olunana qədər avans olaraq İrana qarşı sanksiyaları ləğv etməyi planlaşdırmır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi deyib.

“Biz heç bir sanksiyaları götürməyəcəyik. Biz avans ödəməyəcəyik və bunu aydın şəkildə başa salmışıq. Vaşinqton əvvəlki kimi diplomatik metodlara yatırım edir, amma danışıqlar işləməsə, başqa mümkün variantlar nəzərdən keçiriləcək”, - nümayəndə bildirib.
Mark Zukerberq üzr istədi"Facebook”un sahibi Mark Zukerberq sosial şəbəkənin fəaliyyətində yaranan problemə görə istifadəçilərdən üzr istəyib.

Avrasiya.net-in məlumatına görə, o, bu barədə özünün “Facebook” hesabında yazıb:

Şirkət sahibi bildirib:

““Facebook”, “Instagram”, “WhatsApp” və “Messenger” yenidən onlayn fəaliyyətə qayıdır. Bugünkü problemlərə görə üzr istəyirik - maraqlandığınız insanlarla əlaqə saxlamaq üçün xidmətlərimizə nə qədər etibar etdiyinizi bilirəm”.

Qeyd edək ki, ötən gün axşam saatlarından başlayaraq bir neçə saat sözügedən sosial şəbəkələrdən istifadə etmək mümkün olmayıb.