DİN Ocaq Necat ağanın ofisinin bağlanma SƏBƏBİNİ açıqladı“Bakıdakı Hüseyniyyə məscidi bağlanıb”. Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

E.Zahidov qeyd edib ki, epidemioloji vəziyyətlə əlaqədar bir neçə qapalı məkanın fəaliyyəti dayandırılıb, onlardan biri də Hüseyniyyə məscididir:

“Bu gün günorta saatlarında polis əməkdaşları, digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür. Qeyd edim ki, yoluxma qeydə alınan bir məktəb də distant təhsilə keçirilib”.

Qeyd edək ki, İran İslam Respublikasının ali rəhbəri ayətullah Seyyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın ofisi Hüseyniyyə məscidində yerləşir.
Azərbaycanlı killer Kiprə buna görə gedibmiş - Şok məqamBir neçə gün əvvəl Kiprdə tutulan, Rusiya pasportu daşıyan azərbaycanlı killerlə bağlı yeni sensasion məqamlar açıqlanıb.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, bu ölkənin hökuməti və müdafiə naziri killerin İran xüsusi xidmət orqanlarının tapşırığı ilə Kiprdə nüfuzlu israilliləri öldürmək üçün getdiyini rəsmən açıqlayıblar.

Ötən gün İsrail KİV-ləri killerin hədəfində qalmaqallı milyarder, qumar oyunlarının proqram təminatını hazırlayan şirkətin rəhbəri, Kiprdə və Londonda mənzillənmiş Tedi Saqini onun rusiyalı ortağının sifarişi ilə öldürmək üçün getdiyini yazmışdı. Amma Tedi Saqinin şirkəti bildirmişdi ki, bu məlumat düzgün deyil və killerin hədəfi təkcə milyarder olmayıb, o cümlədən söhbət kriminal hesablaşmadan getmir.

“The Times of İsrael” qəzeti bu gün oktyabrın 5-də yazır ki, killer özü də dindirmə zamanı İran xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirdiyini təsdiqləyib. Bildirilir ki, killer Kiprdə bir neçə israilli biznesmenin, o cümlədən Tedi Saqinin ofisinin yerləşdiyi ofis mərkəzinin qarşısında dəfələrlə müşahidə aparıb. Onun görüntüləri binanın videomüşahidə kameraları tərəfindən qeydə alınıb.

İsrailin “Kanal 12” televiziyası isə bildirir ki, muzdlu qatil Rusiyadan təyyarə ilə Larnaka aeroportuna gəlib və daha sonra Kipr adasının türk hissəsinə keçib. Orada kirayə mənzil götürüb və iki avtomobil kirayələyib. Daha sonra Larnakaya qayıdaraq Anqumi işgüzar rayonunda israilli biznesmenlərin ofislərini axtarıb. O, dəfələrlə adanın yunan və türk hissəsi arasında velosipedlə gedib-gəlib. Killerin ofis mərkəzinin qarşısında videomüşahidə kameraları tərəfindən çəkilmiş görüntüləri sonradan onun yaxalanmasına imkan verib.

İsrail mənbələri onu da bildirir ki, killerin Kiprdə israilli biznesmenləri öldürmək planı ötən il Tehran yaxınlığında İranın nüfuzlu nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsinə cavab olub. Həmin qəsdi “Mossad” peykdən idarə olunan robot-pulemyotla həyata keçirib. İsrailin İctimai Yayım Korporasiyası isə bildirir ki, killerin Kiprdə öldürməyi planlaşdırdığı israillilərin necə hədəf seçildiyi məlum deyil. Onları sadəcə israilli olduqları üçün, yoxsa İsrailin xüsusi xidmət orqanları ilə bağlılıqlarına görə seçdikləri haqda məlumat yoxdur. Korporasiya habelə bildirir ki, İsrailin dəyərləndirmələrinə görə, Tehran habelə Azərbaycanın paytaxtı Bakıda İsrail diplomatının avtomobilinə, o cümlədən İsrailin Dehlidəki səfirliyinə də hücuma cəhd edib. Bu cəhdlərin nə zaman baş verdiyi göstərilmir.

Ötən gün Knessetdə çıxış edən müdafiə naziri Benni Gantz təsdiq edib ki, Kiprdə milyarder Tedi Saqiyə planlaşdırılmış hücum İran terroru ilə bağlıdır.

“Bu günlərdə məlum olduğu kimi, Kiprdə İsrail obyektlərinə İranın terror hücumunun qarşısı alınıb”,-müdafiə naziri parlamentdəki çıxışında deyib. “İran qlobal və regional təhdid, habelə İsrail üçün çağırış olaraq qalmaqda davam edir, biz vətəndaşlarımızı və İsrail dövlətini istənilən təhdiddən qorumaq üçün fəaliyyətimizi davam etdirəcəyik”, - Benni Qantz əlavə edib.

Milyarder Tedi Saqi isə ötən gün bildirib ki, onun sui-qəsddən son anda xilas olduğu və tələsik Kipri tərk etdiyi haqda məlumatlar doğru deyil. “Mən Kipri tərk etmək üçün heç bir xəbərdarlıq almamışam”,-o bildirib.
Xameneinin adamının Bakıdakı ofisi bağlandıBakıdakı Hüseyniyyə məscidi bağlanıb.

Avrasiya.net xəbər verir ki, bunu Report-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, paytaxtın bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb:

"Bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür".

Qeyd edək ki, İran İslam Respublikasının ali rəhbəri ayətullah Seyyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın ofisi Hüseyniyyə məscidində yerləşir.
İrandan Azərbaycana növbəti xəyanət - Qadağa qoyulduBu gün İran Azərbaycan tərəfinə rəsmi hərbi kanallar vasitəsilə Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyulduğunu çatdırıb.

Bu barədə Axar.az-a hərbi dairələrdən məlumat verilib.

Mənbə İranın Azərbaycana qarşı növbəti xəyanətinin Ermənistanın diqtəsi ilə həyata keçirildiyini iddia edib.

İran nəqliyyat-tranzit məsələlərində Azərbaycan ərazisindən daha çox istifadə edir. Bu, əsasən, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən daşımalarda özünü göstərir.

"İranın Azərbaycana növbəti dəfə zərbə vurmaq cəhdi Naxçıvandakı hərbi hissələrin təchizatına bir o qədər də təsir göstərməyəcək. Azərbaycan bu marşrutdan çox az istifadə edir və daha çox digər marşrutlar üzrə daşımalara üstünlük verir" - deyə mənbə bildirib.
Saakaşvili həbs edilərkən viski içir... - VideoGürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin Tiflisdə qaldığı mənzildə saxlanılması ilə bağlı internetdə qısa video yayılıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, videoyazını “PalitraNews” telekanalı yayıb.

Kadrlarda M.Saakaşvilinin qandallandığı əks olunub. Videodan göründüyü kimi, siyasətçiyə qarşı hər hansı bir zor tətbiq edilməyib.

Qeyd edək ki, sabiq dövlət başçısı oktyabrın 1-də Tiflisdə saxlanılıb.
Telman İsmayılov azadlığa çıxmaq üçün son şansını da İTİRDİRusiyalı iş adamı, “Çerkizov” bazarı və “Praqa” restoranını keçmiş sahibi Telman İsmayılovun Rusiyaya ekstradisiyası hazırlanır.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, dünən iş adamının azadlığa buraxılması üçün vəkillərin qaldırdığı vəsadət rədd edilib.

Hazırda Rusiya Baş Prokurorluğu İsmayılovun ekstradisiyası üçün Monteneqro tərəfinin tələb etdiyi sənədləri hazırlamaqla məşğuldur.


Xatırladaq ki, 65 yaşlı iş adamı qətl sifarişində ittiham olunur.
Azərbaycanda 12-15 yaşlılara da PEYVƏND vurulacaq“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

Səhiyyə Nazirliyindən (SN) Avrasiya.net-ə verilən məlumata görə, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası yeni qərar qəbul edib. Qərara əsasən:

Müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurula bilər.

12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.


İranın sərhəddəki təlimlə ötürdüyü 3 mesaj - Brayzaİran hökuməti Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməklə üç əsas mesaj ötürməyə çalışdı.

Bu sözləri Axar.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və Minsk Qrupundakı sabiq həmsədri Metyu Brayza deyib.

Onun sözlərinə görə, səbəblərdən birincisi Türkiyə və Azərbaycana ünvanlanıb:

“Birinci əsas səbəb Türkiyə, Pakistan və Azərbaycanın iştirakı ilə Azərbaycan ərazisində keçirilən hərbi təlimlərdir. İkinci səbəb, İran sistemi daxilindəki narazılıqlardır”.

Brayzanın fikrincə, üçüncü və ən əsas mesaj İran ərazisində yaşayan azərbaycanlılarla bağlıdır:

“Bildiyiniz kimi, Şimali İranda əsasən etnik azərbaycanlılar yaşayır. Onların 44 günlük müharibə əsnasında İranla sərhəd boyunca hərəkət edən Azərbaycan əsgərlərinə intuziazmla dəstək nümayiş etdirməsi rəsmi Tehranın narahatlığına səbəb oldu. Çünki Tehranda hər zaman etnik azərbaycanlıların bir növ separatizmə meyil edəcəyi ilə bağlı böyük qorxu olub. Düşünürəm ki, İran hökuməti nəzarətdən çıxa biləcək hər hansı bir nümayişin meydana gəlməsinin qarşısını almaq üçün Azərbaycanla sərhəddə hərbi güc nümayiş etdirir”, – deyə diplomat bildirib.
Bir qrup təhsil işçisinə “Əməkdar müəllim” fəxri adı verilib - SİYAHIPrezident İlham Əliyev "Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında" Sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, Sərəncamla Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adı verilib:

Abbaslı Aybəniz Ərzuman qızı

Abbasova İlhamiyyə Ələddin qızı

Abbasova Kəmalə Əli qızı

Abdullayev Mirtahir Həsənağa oğlu

Abdurazaqov Rasim Rəşid oğlu

Abdurəhmanov Elşad Nərman oğlu

Ağayeva Məlahət İmran qızı

Allahverdiyev Aydın Çingiz oğlu

Aşımova Afət Nazim qızı

Aydın Könül Nadir qızı

Bayramova Səidə Mirbaba qızı

Cəbrayılov İntiqam Hilal oğlu

Cəfərova Məlahət Süleyman qızı

Cəlalova İradə Səttar qızı

Dadaşova Gülnaz Nəsib qızı

Dibirova Nəcibə Müslüm qızı

Əfəndiyeva Afət Nurməmməd qızı

Əliyev Nurəddin Qəhrəman oğlu

Əliyev Rüfət Nahid oğlu

Əliyeva Aynurə İldırım qızı

Əliyeva İradə Sabir qızı

Əliyeva Zəhra İsa qızı

Əlizadə Sahir Əlisa oğlu

Əsgərova Nəzakət Arif qızı

Əsgərova Zenfira Sabir qızı

Fərzəliyeva Fazilə Fərzəli qızı

Fətəliyeva Mehriban Ağa qızı

Hacılı Sona Qənbər qızı

Həmzəyeva Almayə Abbas qızı

Həsənov Nazim Yaqub oğlu

Həsənova Vəfa Əflatun qızı

Hüseynova Elmira Əsəd qızı

İbrahimov Saməddin Həsən oğlu

İbrahimova Hüsniyyə Bəhlul qızı

İbrahimova Şahnaz İbrahim qızı

İbrahimova Yeganə Ağali qızı

İsgəndərov Yaşar Çoban oğlu

İsmayılov Mərdan Rəhim oğlu

İsmayılova Nazlı Zəkəriyyə qızı

İsrayılova Gülzar Əvəz qızı

Kərəmli Aminə Kərəm qızı

Qarayev Mehralı Rəşid oğlu

Qasımova Rubiynə Elton qızı

Qədəşova Mətanət Müracəb qızı

Qəniyeva Kəmalə Əli qızı

Quliyeva Aytən Qəhrəman qızı

Quliyeva Fatmaxanım Ələkbər qızı

Quliyeva Gülarə Qoca qızı

Quliyeva Gülnarə Xuduş qızı

Quliyeva Qıztamam Əliağa qızı

Qurbanov Saleh Cümşüd oğlu

Manafov Əsgər Əmirxan oğlu

Məhərrəmova Adilə Adil qızı

Məmmədov İlham Allahverdi oğlu

Məmmədova Ceyran Məmmədalı qızı

Məmmədova Gülnarə Saleh qızı

Məsimova Elza Adil qızı

Mirzəliyeva Emiliya Abdulla qızı

Mövsümova Fəridə Əlihüseyn qızı

Muradova Rəna Səməd qızı

Musayev Vəli Cənnət oğlu

Mustafayeva Gültəkin Rafiq qızı

Nağıyeva İradə İsa qızı

Nəsibova Zareta Almas qızı

Rəhimova Şəhla Məmmədqasım qızı

Rüstəmov Akif Şahverdi oğlu

Semyonova Yuliya Genadiyevna

Səmədov Fəxrəddin Salman oğlu

Süleymanova Səadət Yunis qızı

Yolçuyeva Nüşabə Qərib qızı

Zayıdova Maral Zakir qızı.
Komitə sədri müəllimləri təbrik edibMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Müəllimlər Günü" münasibətilə müəllimləri təbrik edib.

Təbrikdə deyilir:

Dünyanın əvəzolunmaz insanı olan MÜƏLLİMLƏR!

Sizi 5 oktyabr "Müəllimlər Günü" münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm!

Siz kainatın sirrlərini öyrənərək yaşam dünyamızı gözəlləşdirdiyiniz üçün, insanlığa elm-mədəniyyət, bilik-savad, təlim-tərbiyə verdiyiniz üçün, bizi yetişdirdiyiniz üçün, ən əsası da vətənə layiqli övlad olmağı öyrətdiyiniz üçün hər kəsin qəlbinin ali sevgi mərtəbəsindəki yerin sahibisiniz!

Bütün tarixi dövrlərdə görkəmli şəxsiyyətlər, dövlət adamları müəllimlik peşəsinə yüksək qiymət vermiş və müəllimliyi cəmiyyətin ən şərəfli peşəsi hesab etmişlər. Müqəddəs dinimizin banisi Məhəmməd Peyğəmbər özünü müəllim adlandırmış, Nizami Gəncəvi müəllimi günəşə, Mövlana Cəlaləddin Rumi müəllimi yanar şama, dahi Füzuli müəllimi gənc qəlbin memarına bənzətmiş, Nəsirəddin Tusi müəllimi elmin çırağı adlandırmışdir. Böyük dövlət xadimi Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi sözlər öz xüsusi dəyəri, əhəmiyyəti və peşəyə verdiyi yüksək qiyməti ilə seçilir: “Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!”

Ulu Öndərimiz Hеydər Əliyеv öz­lərini vətən tоrpаğının bir zərrəsi sаyаn gənclərin tər­biyə еdilib yеtişdiril­mə­sində müəl­lim əməyinə, оnun şəхsiyyətinə yüksək qiymət vеrmişdir. Heydər Əliyev dеyirdi ki, müəllim аdı şə­rəfli аddır, müəllim аdı yüksək аddır. Müəllim vəzifəsi оnа görə şə­rəflidir ki, о, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkаlı, tərbiyəli, və­tənpərvər vətəndаş hаzırlаyır. Müəllim dün­yаdа yеgаnə şəх­siyyətdir ki, cəmiyyət öz gələcəyini – uşаqlаrının tərbiyəsini yаl­nız оnа еtibаr еdir.

Bəli, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsində, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsilə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Bu gün dünyada inkişaf çox sürətlə gedir və gedən bu proseslərdə ölkəmiz də yaxından iştirak edir. Azərbaycanda gənclərin yüksək səviyyədə təhsil alması, yaradıcılıq potensialının inkişafı, öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün dövlətimiz tərəfindən lazımi şərait yaradılıb. Bütün ümumtəhsil məktəblərində təhsil alan uşaq, yeniyetmə və gənclərə dövlət rəmzlərimizə, müstəqilliyimizə, xalqımızın tarixinə, dilinə, adət və ənənələrinə, milli dəyərlərinə hörmət və qayğı aşılanır, vətənpərvər ruhlu, Azərbaycan dövləti və xalqı qarşısında öz məsuliyyətini dərk edən, Azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən gənclər yetişdirilir. Heç şübhəsiz ki, bu proseslərdə, ölkəmizin inkişafı və rifahı üçün müəllimin üzərinə daha çox məsuliyyət düşür. Azərbaycan müəllimi həmişə öz işinin öhdəsindən məharətlə gəlmiş və ümid edirəm ki, bundan sonra da vətənimizə, millətimizə yararlı gənclər, dövlətimizə layiqli vətəndaşlar yetişdirəcəkdir!

Azərbaycanın vətənpərvər gəncləri 44 günlük müharibə ilə torpaqlarımızı yağı düşməndən azad edərək xalqımıza zəfər sevincini yaşatdılar. Danılmaz faktr ki, bizə qələbə sevincini yaşadan hər gəncin bu qədər vətənpərvər ruhlu olmasında müəllimin əməyi əvəzsizdir və bir daha sübut olundu ki, uzun illər ərzindəki fəaliyyət nəticəsində qarşıya qoyulan vətənin keşiyində duran, torpaqlarımız, ümummilli dəyərlərimiz üçün canından keçən vətəndaşlar yetişdirməyə nail olunub. Bu, Azərbaycan müəlliminin, təhsilimizin, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin siyasətini layiqincə davam etdirən cənab İlham Əliyevin və təhsilimizin hamisi Mehriban xanım Əliyevanın ən böyük uğurudur. Son illər təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar, məqsədyönlü şəkildə görülən işlər dövlətimizin daha da qüdrətlənməsinə, savadlı, bacarıqlı gənclərin yetişdirilməsinə rəvac verir. Düşünürəm ki, biz gələcəkdə də işlərimizi bu istiqamətdə qurmalıyıq. Yüksək intellektli, bilikli, bacarıqlı gənclər yetişdirmək ən böyük amalımız olmalıdır, çünki bizi qarşıda böyük işlər gözləyir. Azərbaycanımızın inkişafını olduğu yerdən daha da irəliləməsi, eyni zamanda Qarabağımızın yenidən bərpası intellektlə, biliklə sıx bağlıdır. Əminəm ki, siz bu şərəfli işlərin öhdəsindən layiqincə gələcəksiniz.

Əziz müəllimlər!
Bir daha Sizi ürəkdən təbrik edir və bütün fəaliyyətinizdə uğurlar arzulayıram!