İrandan yeni təhdid: Bakı xarici qüvvələrə güvənməsinAzərbaycan təhlükəsizik məsələlərində xarici qüvvələrlə bağlı illüziyalara qapılmasın.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, bu təhdidvari cümlə İranın Beynəlxlaq münasibətlər üzrə strateji şurasının sədri Kamal Xərrazi tərəfindən səslənib.

“Onların motivlərini, qeyri-qanuni(?) maraq və hədəflərini nəzərə alaraq bütün bunların bölgədə rəqabətə yol açacağını və zərərli olacağını demək olar. Bundan başqa nə qədər burda xarici qüvvə varsa, onları qəbul edən ölkənin də bir o qədər asılılığı artır”,- deyə o bildirib.

Kamal Xərrazi yenə də bölgədə sionist rejimin başqa məqsədlər daşıdığını söyləyib və Azərbaycan rəhbərliyinin strateji səhvlərə yol verdiyini iddia edib.

Onun sözlərinə görə vaxtilə İran rəhbərliyi Azərbaycanın əvvəlki prezidenti Heydər Əliyevə Silahlı qüvvələri rəsmi Tehranın köməyi, onunla əməkdaşlıq əsasında qurmağı təklif edib.

“Lakin təəssüf ki, Heydər Əliyev bunu qəbul etmədi və nəticədə Azərbaycan xarici qüvvələrdən daha da asılı vəziyyətə düşdü”, -deyə İran rəsmisi maraqlı məlumat verib.
ŞOK TƏFƏRRÜAT: İran ABŞ-dakı erməni lobbisi ilə...Rəsmi Tehran indi də maraqlarını təmin etmək üçün Ermənistandan vasitəçi qismində istifadə etmək niyyətindədir. İranlı və erməni diplomatlar arasındakı son təmaslar buna sübutdur.

Məlumatlı mənbələrdən verilən informasiyalara görə, Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns postuna təyin ediləndən az sonra İranın Ermənistandakı səfiri Abbas Zohuri onunla görüşmək istədiyini deyib.

Makuns istəyə müsbət cavab verib, görüş baş tutub.

Görüş əsnasında A.Zohuri Makunsdan xahiş edib ki, İranın maraqlarının ABŞ-da təmin olunması üçün erməni lobbisinin köməyinə şərait yaradılsın.

İranlı diplomat işarə vurub ki, 44 günlük İkinci Qarabağ Müharibəsində İranın Ermənistana verdiyi dəstəyin müqabilində rəsmi Tehran Birləşmiş Ştatlarda güclü olan erməni lobbisinin yardımlarına və dəstəyinə bel bağlayır.

İranın əsas məqsədi Konqresdə dayaqlara malik olmaq, sonra Ağ Evə müəyyən təsir imkanlarına yiyələnmək və bu minvalla da ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların yumşalmasına nail olmaqdır.

Trend-in məlumatına görə, sözügedən məsələdə ABŞ Konqresinin Nümayəndələr Palatasındakı bir sıra ermənipərəst konqresmenlər "resursları paylaşmağa" və Tehranın maraqlarının lobbiçiliyi ilə məşğul olmağa razılaşıblar.

Lakin A.Zohuri ilə ikinci görüşdə Ermənistanın ABŞ-dakı yeni səfiri L.Makuns çox naşı davranıb.

Belə ki, Abbas Zohuri L.Makunsdan ABŞ-dakı erməni lobbi təşkilatları ilə yanaşı, yəhudi qurumları ilə əlaqə yaradılmasında kömək göstərilməsini istəyib.

Bu məsələdə də rəsmi Tehran erməni lobbiçilərə və onların dəstəyinə bel bağlayırdı.

Abbas Zohuri görüşdə bildirib ki, İran tərəfi danışıqlara heyət ayırmağa və Birləşmiş Ştatlardakı yəhudi təşkilatların nümayəndələri ilə sadəcə, Vaşinqtonda yox, İrəvanda, hətta üçüncü ölkədə görüşməyə hazırdır. Fəqət, bu görüş Ermənistanın vasitəçiliyi ilə olmalıdır.

Lakin "sövdələşmə" baş tutmayıb.

ABŞ-dakı yəhudi təşkilatları belə təmaslardan qətiyyətlə imtina edərək ermənilərlə İrana rədd cavabı veriblər. ("Milli.Az")

Bakıda 15 yaşlı yeniyetmə atasını qətlə yetiribOktyabrın 3-ü saat 19 radələrində 1984-cü il təvəllüdlü Vüqar Eyyubovun yaşadığı evdə xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, narkotik vasitə aludəçisi olan Vüqar Eyyubov yaşadığı fərdi yaşayış evinin həyətində ailə üzvlərinə narkotik vasitə tapmalarını tələb etməsi səbəbindən ailə münaqişəsi zəmnində aralarında baş vermiş mübahisə zamanı fiziki zor tətbiq edib 2006-cı il təvəllüdlü oğlu Aydın Eyyubovu yerə yıxaraq boğazına şüşə parçası dirəyib pul tapmayacağı təqdirdə onları öldürəcəyi ilə hədələyərkən sonuncu daş parçası ilə Vüqar Eyyubovun başına bir neçə dəfə zərbə vuraraq zəruri müdafiə həddini aşaraq atasını öldürüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Aydın Eyyubova Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
"Azərbaycan heç kimlə münasibətləri korlamaq istəmir"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri


Prezident İlham Əliyevin Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışını etməsi və Sərhəd Xidmətinə məxsus "HAROP"lara, “Quzğun” PUA-larına, eləcə də tank əleyhinə dəzgahlı qumbaraatanlar, raketlər, minaatanlar, zenit qurğuları, snayper silahları, müşahidə və gecəgörmə cihazları, termal qurğular və nişangahlar, xüsusi təyinatlı avadanlıqlar, həmçinin zirehli transportyorlar, yüksək keçidli avtomobillər, zirehli döyüş maşınlarına baxış keçirməsi son günlərin ən yaddaqalan, möhtəşəm hadisələrindən biridir. Bu addım İranın sərhədlərimizin yaxınlığında keçirdiyi hərbi təlimlərə və molla rejiminin bir sıra rəsmi şəxslərinin təhdid xarakterli açıqlamalarına ən layiqli və ölçülüb-biçilmiş, effektiv cavab oldu.

Dövlət başçımızın Cəbrayıl sakinləri ilə görüşündə İran tərəfinin təxribat xarakterli son addımları ilə bağlı səsləndirdiyi fikirləri də vaxtında və yerində bəyan edilmiş fikirlər, ismarıclar kimi dəyərləndirməliyik. Azərbaycan bir tərəfdən ən son nəsil yüksək texnologiyaya əsaslanan silahlarını nümayiş etdirməklə “heç kim bizimlə güc dili ilə danışa bilməz!” xəbərdarlığını edir, eyni zamanda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılmasını elan etməklə və yeni regional əməkdaşlıq formatının - Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan formatının artıq gerçəkləşməkdə olduğunu bildirməklə həm də İrana mesaj verir ki, Azərbaycanla münasibətləri süni surətdə gərginləşdirmək əvəzinə, dostluğa və iş birliyinə üstünlük vermək lazımdır. Bir sözlə, İlham Əliyev deyir ki, gəlin regionumuzu sülh və sabitlik, iqtisadi əməkdaşlıq və tərəqqi arealına çevirək. Və bunun üçün ideyalar irəli sürür, təkliflərlə çıxış edir.

Ümumiyyətlə, Azərbaycan Prezidenti bölgənin inkişafını əngəlləyən problemlərlə bağlı demək olar ki, hər çıxışında qonşularımıza düşünülmüş mesajlar verir, hamının maraqlarına cavab verən həll yolları və əməkdaşlıq formatlarını ortaya qoyur. Odur ki, indi qonşu ölkələrdən də adekvat münasibət gözləməyə tam haqqımız çatır. Azərbaycan heç kimlə münasibətləri korlamaq istəmir. İran və Ermənistan da bölgədə əməkdaşlığı və sülhü əngəlləmək siyasətindən əl çəkib Azərbaycanın xoş məramlı çağırışlarına müsbət reaksiya verməlidir. Ümumiyyətlə, hər iki ölkənin - İranın da, Ermənistanın hakim elitaları bunu bilməlidir ki, bu iki ölkənin gələcək taleyi və varlığı məhz Azərbaycanla münasibətlərin nə dərəcədə düzgün qurulub, qurulmamasından asılıdır.

Prezidentin işdən çıxardığı icra başçısına yüksək vəzifə verildiBu gün Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunan Gədəbəyin icra başçısı İbrahim Mustafayevə vəzifə verilib.

Avrasiya.net virtualaz.org-a istinadən xəbər verir ki, o, Prezident Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş üzrə şöbəsinin rəhbərinin müavini təyin olunub.

Həmin şöbəyə Prezidentin köməkçisi Zeynal Nağdəliyev başçılıq edir.

Xatırladaq ki, İ. Mustafayev 2018-ci ildən Gədəbəyin icra başçısı idi
Azərbaycan və Türkiyənin İrandakı səfirləri görüşdüAzərbaycan və Türkiyənin İrandakı səfirləri Əli Əlizadə ilə Dərya Örs arasında görüş olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan səfiri Əli Əlizadə Tvitter səhifəsində yazıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin avqustun 7-də imzaladığı sərəncamı ilə Əli Əlizadə Azərbaycanın İrandakı səfiri təyin edilib.
Niyaməddin Orduxanlı AXC TV-nin baş redaktoru təyin olunubPolitoloq Niyaməddin Orduxanlı “Xalq cəbhəsi” Media Qrupuna daxil olan AXC TV-nin və axctv.az saytının baş redaktoru təyin olunub.

Xatırladaq ki, “Xalq cəbhəsi” Media Qrupunun AXC TV multimedia layihəsi artıq bir ildir ki, fəaliyyət göstərir. Layihənin axctv.az saytı isə bir neçə aydır yayıma başlayıb.

“Xalq cəbhəsi” Media Qrupunun rəhbəri Əməkdar jurnalist Elçin Mirzəbəylidir.



Türk generaldan İrana SƏRT XƏBƏRDARLIQ: Ağlını başına toplasın, yoxsa Türkiyə və Rusiya...İran ölkə tarixində ilk dəfə olaraq Azərbaycanla sərhəddə belə bir miqyasda hərbi təlimlər keçirir. Əsas məsələ də məhz budur. İkincisi, 28 il idi ki, Azərbaycan-İran sərhədinin 200 kilometrə yaxın hissəsi işğal altında idi. Buna baxmayaraq, İran bir dəfə də olsun Azərbaycanın haqq səsini müdafiə etməyib, erməni işğalını qınamayıb. İranın bu məsələdə öz məqsədləri var.

Bu sözləri Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

O bildirib ki, Zəngəzur dəhlizinin və digər kommunikasiyaların açılması ilə bölgədə sülh və sabitliyin təmin olunmasını istəməyən qüvvələr buna müxtəlif üsullarla əngəl olmağa çalışırlar. İran da bu təlimi keçirərək Zəngəzur dəhlizinin açılmasına qarşı olduğunu bir daha ortaya qoyur: “Bütün bunların məqsədi Ermənistana siyasi dəstək göstərmək, Azərbaycan, Türkiyə və Rusiyaya isə mesaj verməkdir. İranın bu davranışı nə əxlaqi, nə vicdani, nə də hüquqidir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sərhədlər çərçivəsində Azərbaycanın haqq işinə dəstək verməyən İran Birinci və İkinci Qarabağ müharibələri zamanı mülki insanlara qarşı törədilən qətliamlarla bağlı bir söz demədi. Əksinə, İran Birinci Qarabağ müharibəsi zamanı Ermənistana dəstək olmuşdu. Müharibə bitdikdən sonra əsas generallarını İrəvana göndərdi, onlar oradakı erməni ünsürlərinə təlim keçdi. Bu, İranın siyasətidir. Ancaq onların illərdir apardığı bu siyasət ölkələrinin maraqlarına uyğun deyil. İranın maraqları haqq və hüquqdan, Azərbaycanın ərazi bütövlüyündən ötrü olmalıdır. Ancaq 30 ildir bununla bağlı heç bir iş görməyiblər”.

Y.Karauz İranın yüksək səviyyəli hərbi gücə malik olmadığını qeyd edib. General bildirib ki, illərdir İran nələrsə hazırladığını bildirsə də, əllərində-ovuclarında müasir silah sistemləri mövcud deyil: “Çox keçmişə aid silah və texnikaları var ki, bunların da əksəriyyəti düzgün işləmir. Onların keçirdiyi bu təlim görüntü və şoudan başqa bir şey deyil. İran illərdir bunu etməyə çalışır, ancaq söylədiklərilə gerçəkləşdirdikləri bir-biri ilə uyğunlaşmır. İran kimi bir ölkənin özünün xeyli problemləri olduğu halda, Azərbaycan-Ermənistan məsələsi ilə əlaqədar sərhəddə təlim keçirməsi uyğun davranış deyil. İran bu davranışından sonralar çox peşman olacaq”.

Bəs İran tərəfindən Azərbaycana yönəlik hansısa addımlar atılarsa, Türkiyə və Rusiyanın mövqeyi necə olacaq?

General Karauz bununla bağlı qeyd edib ki, Türkiyə daim Azərbaycanın yanındadır. Rusiya da tərəfsiz mövqe sərgiləyərək bu məsələdə neytrallığını qoruyur. Ancaq Azərbaycanın ərazi bütövlüyünə yönəlik hansısa addım atılarsa, Rusiya buna göz yummayacaq: “İran-Türkiyə sərhədi 1300-cü illərdə müəyyənləşdirilib. Bundan əlavə, Azərbaycanın İranla əlaqədar Xəzər dənizində və quru sərhədində hansısa bir mənfi yanaşması olmayıb. Türkiyənin və Azərbaycanın xoşniyyətli beynəlxalq əlaqələrə, ölkələrin ərazi bütövlüyünə hörmət göstərməsinə baxmayaraq, İran həm Türkiyəyə, həm də Azərbaycana qarşı xoş münasibət sərgiləməyib. Zaman-zaman da radikal dini qruplar və digər ünsürlərlə bu ölkələrə qarşı hərəkət edib. İran dövləti milli maraqlarını Azərbaycan və Türkiyəyə qarşı Ermənistana üstünlük verəcək şəkildə qurmaqdadır ki, bu da çox yanlış bir tarazlıqdır. Əgər İran bu bölgədə sülh, sabitlik, təhlükəsizlik və iqtisadi yüksəliş istəyirsə, Ermənistan tərəfindən deyil, Azərbaycan, Türkiyə və Rusiya üçbucağı baxımından seçimini etmək məcburiyyətindədir.

İranın təlimləri həm də Rusiyaya bir mesajdır. Qarabağ müharibəsində Rusiyanın tərəfsiz qalması, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi İranı xəyal qırıqlığına uğradıb. Bu təlimlər Türkiyəyə, Azərbaycana və Rusiyaya mesaj olaraq dəyərləndirilməlidir. Azərbaycanın İsraillə olan əlaqələri ilə də bağlılığı var. Hər bir ölkə başqa ölkə ilə beynəlxalq münasibətlər çərçivəsində dialoqlar qura bilər. Azərbaycanın və Türkiyənin İranın ərazi bütövlüyünə qarşı heç bir hədəfi və məqsədi yoxdur. Türkiyə-Azərbaycan birliyi sülh və sabitlik birliyidir, qardaşlıqdır. Azərbaycan haradadırsa, Türkiyə də orada durmağa davam edəcək. Rusiya da haqq və beynəlxalq hüquqlar çərçivəsində tarixində heç zaman olmadığı qədər tərəfsiz qalmaqdadır. Azərbaycanın ərazi bütövlüyünə yönəlik atılacaq ən kiçik addım belə, Rusiya tərəfindən qəbul edilməyəcək. İran ağlını başına toplasın, hesab-kitabını buna görə etsin, haqq və hüquq çərçivəsində davransın”.
Gürcüstanın müxalif partiya sədrinin deputat mandatı ləğv olunubGürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın deputat mandatı vaxtından əvvəl dayandırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərar ölkə parlamentinin bugünkü iclasında 79 deputatın dəstəyi ilə qəbul edilib.

Qərarın əleyhinə səs verən olmayıb.

Qeyd edək ki, VMHP sədri bu il iyulun 29-da deputat mandatından imtina ilə bağlı qanunverici orqana müraciət etmişdi.
İran Ermənistan kartı ilə oynayır - TƏHLİLİran Cənubi Qafqazda Ermənistan kartının əlindən çıxmaması üçün hər şeyi edir:

- Xarici işlər nazirləri Abdullahiyanla Mirzoyan Düşənbədə və Nyu-Yorkda görüşdən sonra Tehranda bir araya gəldilər;

- İran Gorus-Qafan yoluna alternativ marşrutu (Tatev yolunu) açmaqda İrəvana hərtərəfli yardım edəcək.

Proseslər İranın Ermənistanı razı salmağa çalışdığını deməyə əsas verir. İrəvanda anlayırlar ki, Cənubi Qafqazda həlledici faktor Türkiyə-Rusiya ikilisidir və Moskva Tehranın Ermənistan üzərindən razılaşmları pozmasına sona qədər imkan verməyəcək.

Lakin Ermənistan prosesdən qazanclı çıxmağa çalışır:

1. İrandan alternativ variant kimi istifadə etməklə dördtərəfli danışıqlarda – Moskva-Ankara-Bakı-İrəvan - əlini gücləndirir;

2. İran maliyyəsini nəqliyyat infrastrukturunun qurulmasına cəlb etmək istəyir.

İranın Tatev yolunun inşasına dəstək vermək qərarı İrəvanın istəyinə nail olduğunu göstərir, halbuki, İran əvvəl maliyyə ayırmaq istəmirdi.

İran Gorus-Qafan yoluna alternativ marşrutun qısa zamanda reallaşmasına çalışır:

Cari hədəf: yük daşınmasındakı problemlərin aradan qaldırmaqla iqtisadi Ermənistan bazarını və kartını əlində saxlayır; Xankəndinə yük daşımasını bərpa etməklə Bakıya qarşı təzyiq cəbhəsini yenidən açır;

Perspektiv hədəf: Gorus-Qafan yolu ilə Cənubi Qafqaza giriş imkanını Bakının nəzarətindən çıxarır; Ermənistanı “xilas etməklə” Zəngəzur dəhlizinə qarşı siyasətini davam etdirə bilir.

Artıq alternativ yolun inşası ilə bağlı razılaşma əldə olunub, artıq İranın yol və şəhərsalma nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Tatev yoluna baxış keçirmək üçün Ermənistana gedib.

Lakin bu problemin tam aradan qalxacağı da demək deyil. İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami etiraf edir ki, alternativ yolun infrastrukturu iritonnajlı maşınların keçidi üçün əlverişsizdir. Bununla yanaşı, yolun inşası üçün zamana da ehtiyac var.

İranın çox da əlverişli olmayan layihəyə yatırım etməsi hazırki dövrdə İrəvana dəstək vermək və Ermənistan kartını itirməməyə hesablanıb.



Asif Nərimanlı