Tbilisi platforması Qarabağda sülhyaratma prosesinə dəstək olacaqmı?Gürcüstanın Azətbaycanla Ermənistan arasında sülhyaratma prosesinə cəlb olunması təqdir olunası haldır. Çünki Cənubi Qafqazda sabitliyin bərqərar olunmasına töhfə vermək istəyən Gürcüstanın hər iki qonşu dövlətlə normal münasibətləri mövcuddur. Onu da unutmaq olmaz ki, adıçəkilən dövlət məhz öz ərazisində erməni separatizminin hər zaman təhdidləri ilə üzləşir. Heç şübhəsiz ki, Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi həm Azərbaycanın Qarabağ, həm də Gürcüstanın Akhalkalaki bölgəsində erməni separatizminin qarşısını alar.

Digər vasitəçilərdən fərqli olaraq Gürcüstan tərəfi sülhə töhfə vermək işində daha səmimi görünür. Bu ölkənin XİN müavini Laşa Darsaliya jurnalislərlə görüşü zamanı bildirib: “Bizim hədəfimiz regionda sabitliyə, sülhə və Azərbaycanla Ermənistan arasında kommunikasiya xəttlərinin açılışına dəstək olmaqdır. Ona görə, hər iki ölkə ilə danışıqları davam etdiririk”.

Gürsüstanlı nazir müavinin bu fikri Tbilisi platformasının Qarabağda sülhyaratma prosesinə dəstək verəcəyinə inamı daha da artırır. Çünki mövcud vəziyyəti və regionu dərindən bilən Gürcüstan tərəfinin faşizm ideyalarına xidmət edən, separatizmə meylli olan erməni cəmiyyətini başa salmaq, qandırmaq cəhdləri effekt verə bilər. Bir çox siyasi ekspertlər də təsdiqləyir ki, regionda sülhün yaradılması, kommunikasiya xəttlərinin açılışı Ermənistanın xilası ola bilər. Onu da unutmaq olmaz ki, Tbilisi platforması Azərbaycanın strateji maraqlarına cavab verən mühüm vasitədir.

Əkrəm Bəydəmirli
Məhəmməd peyğəmbərin karikaturalarını çəkən müəllif öldüMəhəmməd peyğəmbərə çəkilmiş karikaturların müəllifi İsveçli Lars Vilks və onun mühafizəçiləri yük maşınının onların avtomobili ilə toqquşması nəticəsində ölüb.

Avrasiya.net-in məlumatına görə, bu barədə SVT televiziya kanalı xəbər verib.

Məlumata əsasən, toqquşma nəticəsində hər iki avtomobil yanıb, yük maşını sürücüsü ağır yaralanıb.

Qəzanın necə baş verdiyi barədə hələlik məlumat yoxdur. Yük maşını sürücüsü xəstəxanada dindirilib.
Çin alimi: Dünya yeni virusla üzləşəcəkBəşəriyyət gələcəkdə mütləq yeni bir virusla üzləşəcək. Dünya təkcə koronavirus pandemiyası ilə deyil, infodemiya kimi bir sıra digər problemlərlə də üz-üzədir.

Axar.az xəbər verir ki, bu sözləri Çinin Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Qao Fu deyib.

O, gələcəkdə dünyanın hələ heç kimə məlum olmayan, hər yerdə və hər an baş verə biləcək "X virusu" ilə qarşılaşacağını vurğulayıb:

"Bəşəriyyətin gələcəyi naminə problemi həll etmək üçün birlikdə çalışmaq lazımdır. Bununla əlaqədar olaraq "Dörd C prinsipi"ni təklif edirəm: əməkdaşlıq, rəqabət, ünsiyyət və koordinasiya".
"Vaxtilə ermənilər işğal etdikləri ərazilərdə  ekoloji vandalizm və soyqırım həyata keçiriblər"Azərbaycan torpaqlarının işğaldan azad olunması ərazi bütövlüyümüzün bərpası, təhlükəsizlik və ekoloji tarazlığın əldə edilməsi baxımından çox əhəmiyyətlidir. İşğaldan azad edilmiş hər bir ərazimiz Azərbaycan xalqı və dövləti üçün xüsusi səciyyəvi məna daşıyır.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetka və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Cəbrayıl rayonun işğaldan azad edilməsinin ildönümünü şərh edərkən bildirb.

S.Qurbanov: ”Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşən Cəbrayıl rayonu həmçinin cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəd olması starteji baxımdan mühüm siyasi əhəmiyyət daşıyır. Coğrafi baxımdan əsasən dağlıq ərazilərdən ibarət olan Cəbrayıl rayonu özünəməxsus flora və faunaya malik olmaqla təbiət abidələrinin mövcudluğuna görə də xüsusi çəkiyə malikdir. Bu sırada işğalından əvvəl rayonda yaşı 400-1700 ili əhatə edən, diametri 60/800 sm olan 14 təbiət abidəsi hesab olunan qədim ağaclar işğal zamanı tamamilə məhv edilmişdir. 96 kəhriz və çox sayda bulaqların da böyük bir hissəsi dağıdılmış məhv edilmişdir.

Meşə fondunun zənginliyi ilə seçilən Cəbrayıl rayonun ərazisində palıd, vələs, şah çinar, fısdıq, qovaq ağacları ilə zəngin olan 4629 hektar meşə fondunun 2319,7 hektarı məhv edilmişdir. Qeyri meşə fonduna aid olan 409 (yol və çay qırağı və.s) ədəd ağac məhv edilmiş. Həmçinin faydalı qazıntılarla zəngin 26 mineral xammal yataqlarından 13 qanunsuz olaraq istismar edilməklə həm iqtisadiyatımıza həm də Azərbaycanın zəngin flora və faunasına ciddi zərbə vurulmuşdur”.

Komitə sədri daha sonra bildirib ki, vaxtilə ermənilər işğal etdikləri ərazilərdə ekoloji vandalizm və soyqırım həyata keçiriblər. Hökümətin qarşısında duran ən ümdə vəzifə ekoloji tarzlığın bərpa edilməsi məqsədi ilə ərazilərin yaşıllıq zonalarının yenilənməsi olduğunu bildirən S.Qurbanov onu da xüsusi ilə vurğulayıb ki, təəssüf ki, təbiətimizə vurulmuş bəzi zərərlər var ki onları aradan qaldırmaq mümkün deyil.

Onun sözlərinə görə Cəbrayıl rayonu ərazisində Azərbaycanın dövlət reyestrinə daxil edilmiş məhv edilən təbiət abidələrinin bərpası mümkün olmayan vəhşilikdir. S.Qurbanov hazırda həmin ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən monitorinqlərin davam etdiyini və ərazinin zəngin təbiətinə vurulmuş zərərin dəqiqləşdirilməsi istiqamətində iş aparıldığını bildirib.
Müxalifət mitinq elan etdiMüxalif "Vahid Milli Hərəkat" partiyasının sədri Nika Melia eks-prezident Mixeil Saakaşvilinin olduğu Rustavidəki 12 saylı həbsxananın qarşısında mitinq keçiriləcəyini elan edib.

Avrasiya.net xəbər verir ki, "Mişaya azadlıq" adlı mitinq 4 oktyabr, saat 15:00 təyin edilib.

Məlumat üçün bildirək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, Rustavi şəhərində cəzaçəkmə müəssisəsinə yerləşdirilib.
Həddindən artıq kökəlmənin yeni səbəbi tapıldıABŞ-ın Virciniya Universitetinin alimləri artıq çəkiyə təsir edən genlər aşkar ediblər.

Publika.az xəbər verir ki, müvafiq tədqiqatın nəticələri “PLOS Genetics” elmi jurnalında dərc olunub.

Alimlər insanın bədən çəkisinə təsir göstərə biləcək 293 gen aşkarlayıblar. Laboratoriya yolu ilə onlar təcrid olunmuş genləri piylənməyə səbəb ola biləcək və onun qarşısını ala biləcək genlərə bölüblər. Məlum olub ki, 14 gen kilo almağa səbəb olur və yalnız üçü bunun qarşısını ala bilir.

“Biz kəşf etdiyimiz yeni genlərin piylənməni azaldan müalicə üsullarının hazırlanmasını sürətləndirəcəyini gözləyirik”, - deyə “UVA” İncəsənət və Elmlər Kollecinin, Tibb Məktəbinin Hüceyrə Biologiyası fakültəsi və Ürək-Damar Tədqiqatları Mərkəzinin əməkdaşı Eylin O'Rurk bildirib.

Qeyd olunur ki, mütəxəssislər tədqiqatı genlərinin təxminən 70%-i insanlarla üst-üstə düşən qurdlar üzərində spsrıblar.
Saakaşvili həbsxanadan məktub yazıb müxalifətə səsləndiHazırda həbsdə olan eks prezident Mixeil Saakaşvili, “Vahid Milli Hərəkat"ın sədri Nika Meliyaya cəzaçəkmə müəssisəsindən məktub göndərib.

Publika.az yerli KİV-ə istinadla xəbər verir ki, Saakaşvili məktubunda müxalifəti birliyə çağırıb.

O, həmçinin Nika Melianı seçkilərin nəticəsinə görə təbrik edib:

"Nika, əzizim, sənin keçmiş həbsxanandan salamlayıram və istəyirəm səni də və Tbilisili seçicini də təbrik edəm ki, həqiqətən möcüzə etdiniz. Bunu nə dost nə də düşmən gözləmirdi.

İndi ikinci tur keçiriləcək şəhərlər fəxr etdiyimiz böyük şəhərlərdir, dayanmamalıyıq. 2018-ci ilin ikinci turunda olduğu kimi, əksinə daim və daha da güclü hücuma keçməliyik.

Atana xüsusi təbriklər! Bütün müxalifəti və sağlam qüvvəni birləşdirək, inciklikləri unudaq, bir dəfəlik ölkəmizdə demokratiya və azadlığı qaytaraq. Hamımız bu ölkənin övladlarıyıq.

Uğurunuzla fəxr edirəm. Həmçinin təkrar edirəm ki, həyatım bahasına Gürcüstanın hər bir sakinini çətin həyatdan çıxarmaq və Gürcüstanın qələbəsi üçün mübarizə aparmağa hazıram.

Tanrı ölkəmizi və hər birmizi qorusun", - deyə Saakaşvili məktubunda qeyd edib.
Vahid Milli Hərəkat Partiyası: “Saakaşvili tezliklə azad olunacaq”Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının üzvü Yekaterina Xerxeulidze bildirib ki, keçmiş prezidenti Mixeil Saakaşvili tezliklə azadlığa çıxacaq.

“Report”un “RİA Novosti”yə istinadən məlumatına görə, partiya üzvü bu barədə jurnalistlərə açıqlamasında deyib.

"Saakaşvili çox qısa zamanda azadlığa buraxılacaq, tezliklə həbsxanadan çıxacaq. Necə? Hamımız birlikdə görəcəyik", - o deyib.

Yekaterina Xerxeulidze əlavə edib ki, yaxın vaxtlarda xəbərləri və saxlanılması ilə bağlı bütün rəyləri ona çatdırmaq üçün siyasətçi ilə görüşməyi planlaşdırır.

Xerxeulidze həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin Saakaşvilinin işi ilə şəxsən məşğul olacağı barədə bəyanatını qoçaq addım adlandırıb.
Gəncə terrorundan bir il ötürİkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından bir il ötür.

Avrasiya.net xatırladır ki, 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb.

Düşmən tərəfindən Gəncənin bombalaması nəticəsində 1 mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.

Ermənistanın bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi.

Hadisədən sonra Azərbaycanın Baş prokuroru Kamran Əliyev bəyanat yayıb. Bəyanatda bildirib ki, ilkin araşdırma ilə qeyd olunan fakt üzrə qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan tərəfindən Cenevrə konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb: “Buna görə də tərəfimdən Arayik Arutunyanın barəsində Azərbaycan Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.