Prezident Tatar: "Kıbrıslı türklər heç vaxt dövlətlərindən əl çəkməyəcəklər"Anadolu Universitetində 2021-2022-ci tədris ili üçün açılış mühazirəsi oxumaq və Mütəxəssislər Şurasının qərarı əsasında Fəxri Doktor adına layiq görülmək üçün Ankara üzərindən Eskişəhərə gefən Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Sivrihisara gəlib.

Avrasiya.net xəbər verir ki, Prezident Tatar burada bir açıqlama verib: “Kiprdə çoxlu şəhid verdik, böyük bir qiymət ödədik. Kıbrıs Türk xalqının 60 ildir bir dövləti var. 60 ildən sonra Kıbrıslı türklər heç vaxt öz dövlətlərindən əl çəkməyəcəklər".

Türkiyənin müxtəlif bölgələrini ziyarət etdiyini deyın Prezident Tatar, kıbrıslı türklərin Anadolu və Vətən Türkiyə ilə hər zaman sıx əlaqədə olduqlarını və Türkiyənin mübarizə illərində kıbrıslı türk xalqının yanında olduğunu xatırladıb.

Prezident Ersin Tatar, bölgədə sülhün və sabitliyin qorunması üçün Türkiyə Respublikası ilə birlikdə irəli sürülmüş Kiprdə yan yana yaşayan iki suveren bərabər dövlətin əməkdaşlıq siyasətinə hörmətlə yanaşılacağını gözlədiklərini qeyd edib.
Qarabağ Dirçəliş Fondu layihələrin maliyyələşdirilməsinə başlayırAzərbaycanın işğaldan azad edilmiş ərazilərində bir neçə obyektə maliyyə yardımının göstərilməsi ilə bağlı texniki işlərə başlanılıb”.

Avrasiya.net xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Bakıda keçirilən Azərbaycan-Yaponiya investisiya forumunda bildirib.

“Hazırda ayrılacaq vəsaitlərin məbləği müəyyən edilir. Məqsədimiz bunu yaxın günlərdə etməkdir. O cümlədən ekologiya ilə bağlı bir neçə iri layihə maliyyələşdiriləcək. Çünki Qarabağda bizim təkcə tarixi abidələrimiz deyil, həm də təbii abidələrimiz, ekologiyamız məhv olub. 10 min hektarlarla ərazimiz, ağaclarımız məhv edilib. Bununla bağlı, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə memarandum imzalamışıq. Ötən həftə Azərbaycanın bir neçə böyük şirkəti memaranduma qoşulmaq istəyini ifadə edib. Həmin şirkətlər də büdcə ayıracaq”, - o deyib.

R.Hacıyevin sözlərinə görə, həmçinin, bir neçə potensial investorla danışıqlar aparılır: “Bu layihələr alternativ enerji ilə bağlıdır. Yaxın gələcəkdə iqtisadi strategiya təsdiq edildikdən sonra Fond olaraq investorlar üçün müəyyən xidmətlər də göstərəcəyik”.
Duqindən şok iddia: “Ərdoğan Putinə Qarabağdakı qırmızı xəttini göstərdi”“Türkiyə və Rusiya liderləri Soçidəki görüşdə qırmızı xətləri və yeni dünya üçün yol xəritəsini çəkdilər. Türkiyə və Rusiya indi yeni bir yola qədəm qoydular və bu bölgənin dinamikası bütün dünyaya təsir edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin ideoloqu, politoloq Aleksandr Duqin deyib.

O, Soçidəki son görüşün detallarını bildiyini iddia edib:

“O gün Ərdoğan və Putin dünya tarazlığı baxımından hansı tərəfi tutacaqlarını müzakirə etdilər və qərarlarını açıqladılar. Kürd xəritəsindən Krıma, Əfqanıstandan Liviyaya, Qafqazdan (Qarabağ) Suriyaya qədər öz qırmızı xətlərini çəkdilər. Deyə bilərəm ki, başda İdlib olmaqla bir çox mövzuda razılığa gəldilər. Amma bu tarixi görüşdə söylənilənlərin əhəmiyyətli hissəsi sirr olaraq qalacaq. Biz bunları tədricən həyata keçdikcə görəcəyik”.
Bakıda evli qadına birgə qaçmağı təklif edən şəxsin ŞOK ƏMƏLLƏRİ – 8 Mart günü...Bu ilin mart ayının 8-də 1997-ci il təvəllüdlü Tərxan Rzayevin tanışı, 1999-cu il təvəllüdlü Cabir Sadıqov tərəfindən Nərimanov rayonu ərazisində bıçaqlanması hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa açtıb.

Publika.az xəbər verir ki, Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə açılmış işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmıdovun sədirliyi ilə baxılıb. Məhkəmə prosesində məlum olub ki, hadisə yetkinlik yaşına çatmayan qıza görə baş verib.

Belə ki, Ağdaş rayon sakini olan şəxslərin ikisi də eyni qızı sevib. Qız isə Cabiri bəyənməyib və Tərxana qoşulub qaçıb. Onlar Bakıda məskunlaşıb yaşamağa başlayıblar. Bundan sonra isə Cabir Bakıda artıq başqası ilə ailə qurmuş qızı taparaq ona yaxınlaşıb.

Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs Tərxan Rzayev olayı belə təsvir edib: “Cabir həmyerlimdir, onu uşaqlıqdan tanıyıram. Səma isə həyat yoldaşımdır, yeni doğulmuş körpmiz var. O, hələ yetkinlik yaşına çatmadığından nikaha daxil olmamışıq. Səmanı sevib ailə qurmuşuq. Əvvəllər Cabir də Səmanı sevibş və ailə qurmaq istəyib. Lakin Səma mənə qoşularaq qaçıb. Ona görə də Cabir Səmadan inciyib. Səma ilə ailə həyatı qurduqdan sonra Ağdaş rayonundan işləmək üçün Bakı şəhərinə gəlmişik, mən fəhləlik etmişəm, Səma isə “Bravo” marketin qarşısında səyyar şəkildə gül satıb. Bir gün Səma mənə dedi ki, “Bravo” marketin qabağında Cabiri görüb. Səma həmçinin mənə dedi ki, Cabir bir neçə dəfə ona yaxınlaşaraq söhbət edir, ondan niyə onunla evlənməməyini soruşur, ona qoşularaq qaçmağını təklif edir. Mən də Səmadan Cabirə nə cavab verdiyini soruşmuşdum. Səma isə Cabirə üz vermədiyini, Cabirdən uzaqlaşmaq istəsə də, Cabirin əl çəkmədiyini demişdi. Eyni zamanda marketin qarşısında işləyən şəxslər də mənə demişdilər ki, həmyerlimiz olan Cabir mənim arvadı Səmaya yaxınlaşaraq narahat edib. Bu məsələ məni çox narahat etmişdi. Səma bunları mənə danışdıqdan sonra əsəbiləşmişdim və Cabirin məndə olan mobil nömrəsinə zəng edərək görüşmək istədiyini dedim. Əvvəllər Cabirlə eyni rayonda yaşadığımdan və onunla normal münasibətim olduğundan Cabirin nömrəsini bilirdim. Cabirə zəng edərək özümü Fərid kimi təqdim edim. Cabirə Tərxan olduğumu desəydim, görüşə gəlməyəcəkdi. Cabirlə telefonla danışdıqdan sonra “Nərimanov” metrosunun yanında olan “Ağ Çiçəyim” gül mağazasının yanında görüşməyə qərar verdik. 08 mart 2021-ci il tarixdə, təxminən saat 20:00 radələrində “Ağ Çiçəyim” gül mağazasının qarşısında görüşdük. Orada adam çox olduğundan bir qədər kənara çəkilməyimizi dedim. Həmin vaxt yanımda Rəfail adlı dostum da vardı. Lakin mən Cabirlə kənara çəkildikdə Rəfail bizimlə gəlmədi. Kənara çəkildikdən sonra Cabirdən hansı səbəbdən Səmanın arxasınca düşməsini və narahat etməsini soruşdum. Cabir isə Səmadan yalnız bir kəlmə “niyə onunla (Tərxanla) qoşulub qaçdığını” soruşduğunu dedi. Həmin vaxt çox əsəbi idim, Cabirin Səmaya qoşulub qaçması barədə etdiyi təklifi məni özümdən çıxarmışdı. Sonra mən Cabirə “sən şərəfsiz və namussuzsan. Bir də Səmanın arxasınca gəlsən və narahat etsən, yaxud da ona yaxınlaşsan məndən incimə” dedim. Bundan sonra əlbəyaxa olduq və yerə yıxıldıq, yumruqla Cabirin üzündən vurdum, o da qarşılıq verərək məni vurdu. Bir qədər əlbəyaxa olduqdan sonra ayağa qalxdıq. Cabirə irad bildirərək bir də belə hadisənin baş verməməsini dedim və üzümü döndərib oradan uzaqlaşmaq istədim. Təxminən on addım atmışdım ki, birdən Cabir məni arxadan çağırdı və “bu nə hərəkətdir edirsən” dedi, Arxaya dönərək Cabir tərəfə gedim onu itələdim və öz yoluma davam etdim. Cabir isə arxamca gələrək anidən belimdən zərbə vurdu, ilk olaraq nə olduğunu başa düşmədim. Cabir tərəfə döndükdə onun əlində bıçaq olduğunu gördüm. Bu vaxt Cabir yenidən mənim qarın nahiyəmdən bıçaqla vurdu. Cabir məni iki dəfə bıçaqladıqdan sonra yenidən məni bıçaqla vurmaq istədi. Bunu görüb qorxdum və Cabirin əlindən qaçmaq istədim, yoxsa məni öldürəcəkdi. Bundan sonra qaçmağa başladım. Cabir isə məni təqib edərək əlində bıçaqla arxamca gəldi. 100-150 metr qaçdıqdan sonra halsız olduğumdan Təbriz küçəsində avtomobil yolunun ortasında yerə yıxıldım. Cabirin çatdığını görüb birtəhər ayağa qalxdım. Cabir isə bu vaxt mənə çataraq bıçaqla vurmaq istədi, lakin bıçaq mənə dəymədi. Cabirin sakitləşmədiyini görüb yolu qaçaraq keçdim və yenidən yerə yıxıldım. Məndən çoxlu qan axmışdı. Cabir yerə yıxıldığımı görüb yenə mənə tərəf qaçaraq üzərimə çıxdı və yenidən bıçaqla zərbələr endirməyə başladı. Həmin vaxt ətrafda çoxlu sayda adam vardı, Cabirin hərəkətləri və qışqırması adamların diqqətini cəlb etmişdi. Cabir mənim qarın nahiyəmdən bıçaqlamaq istəsə də, özünü müdafiə edirdim və bıçaq zərbələri əllərimə və qollarıma dəyirdi. Cabirin endirdiyi ən möhkəm bıçaq zərbəsi sağ əlimi deşmişdi. Həmin vaxt zərbədən bıçaq əyildi. Cabir yenidən bıçağı düzəldərək məni vurmaq istədi. Bu zaman orada olan şəxslər Cabiri itələdilər və bizi ayırdılar. Orada dayanmış maşınlardan birinin sürücüsü məni avtomobilinə mindirərək xəstəxanaya apardı”.

Hadisəni törədən Cabir Sadıqov baş verənləri təsdiq edib. Lakin o, Səmaya birgə qaçmağı təklif etmədiyini, sadəcə niyə onunla evlənmədiyini soruşduğunu deyib. Həmçinni təqsirləndirilən şəxs Tərxanı öldürmək istəmədiyini, buna görə də onun Cinayət Məcəlləsinin 126.1-ci, yəni qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə ittiham edilməli olduğunu deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsi C.Sadıqovu 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Vidadi Muradov xəstəxanaya yerləşdirildiAzərxalça ASC-nin həbsdə olan sabiq sədri Vidadi Muradov xəstəxanaya yerləşdirilib.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, onkoloji xəstəlikdən əziyyət çəkən V.Muradovun səhhəti ağırlaşdığı üçün o, Milli Onkologiya Mərkəzinə köçürülüb.

Xatırladaq ki, V.Muradov 21 milyon 673 min manatı mənimsəməkdə ittiham olunur.

İttihama görə, V.Muradovun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

V.Muradovun qeyd olunan vəzifədə işləyərkən təsisçisi olmaqla faktiki rəhbərliyi həyata keçirdiyi Azər-İlmə MMC-nin Bakı şəhəri ərazisində yerləşən inzibati binasının Azərxalça ASC-yə mövcud bazar qiymətlərindən yüksək qiymətə icarəyə verilməsi, Azərxalça ASC-yə məxsus pul vəsaitinin xalça istehsalı üçün nəzərdə tutulan ipin alınması üçün formal müqavilənin bağlanması yolu ilə ayrı-ayrı hüquqi şəxslərə məxsus bank hesablarına köçürülərək sonradan nağdlaşdırılması, ölkə ərazisində tikintisi həyata keçirilmiş 23 müəssisə üzrə smeta sənədlərində iş həcmlərinin və qiymətlərin əsassız olaraq şişirdilməsi, işlərin daha ucuz və keyfiyyətsiz işlərlə əvəz edilməsi və ya yerinə yetirilməməsi və digər qanunsuz üsullarla ona etibar edilmiş ümumilikdə 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talaması, habelə xüsusilə külli miqdar təşkil edən cəmi 640 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və vəzifə saxtakarlığına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaq zamanı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə Azər-İlmə MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Qeyd edək ki, V.Muradovun cinayət işi üzrə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilməli idi.
“Sənədsiz mənzil” problemindəki “maraq” və ya Əmlak Məsələləri Dövlət Xidmətinin qeyri-müəyyən fəaliyyətiBu gün cəmiyyətimizdə hər kəsi narahat edən sosial məsələlərdən biri və deyərdim ki, elə birincisi “sənədsiz mənzil” problemidir. Etiraf etməliyik ki, ölkəmizdə 2 milyondan artıq ev təssərrüfatı olsa da onların yarıdan çoxunun çıxarışı yoxdur. Biz indiki məqamda, xüsusəndə Bakı və Abşeron yarımadasında sənədsiz mənzil probleminin hansı səbəbdən yarandığını, kimlərin bu prosesə “rəvac verməsinin”, həmçinin pay torpaqlarında və kənd təsərrüfatı təyinatlı torpaqlarda mənzillərin tikintisinə kimlərin “göz yumması”nın təhlilni aparmaq niyyətimiz yoxdur.

Ancaq deməliyik ki, Bakı və Bakıətrafı ərazilərdə 500 mindən artıq sənədsiz mənzil var və bunun səksən faizindən çoxunun sənədləşdirilməsi mümkündür. Rayonlarda isə mövcud mənzil və evlərin təxminən on fazinin çıxarışı olduğu halda müvafiq orqanlar hələ də gözləmə mövqeyindədirlər. Hansısa səbəbdən əsas üstünlüyü MTK və şirkətlərin inşa etdiyi çoxmənzilli və çoxmərtəbəli yeni tikililərin sənədləşdirməsinə yönəldən xidmətin məhz bu problemin həllinə üz çevirəcəyi günü ölkəmizin böyük əksəriyyət sakinləri səbrsizilklə gözləyir.

Ölkə başçısı problemin həlliylə bağlı çoxsaylı ciddi və vacib sənəd imzalasa da təəssüf ki, Əmlak Məsələləri Dövlət Xidmətinin qeyri-müəyyən fəaliyyəti sayəsində problem hələ ki elə problem olaraq qalmaqdadır.

***

Biz son on il ərzində mövzuyla əlaqəli daimi olaraq mülahizələrimizi, təhlil və araşdırmalarımızı ictmailəşdirməkdəyik. İstənilən halda vətəndaş cəmiyyətinin təmsilçisi olaraq problemin həllinə öz töhvəmizi verməyə çalışırıq.

Hər halda haqqında danışdığımız məsələ bu günədək həll edilməmiş qalmaqdadır. Və çox təəssüf ki, müvafiq orqanlar, xüsusən də Əmlak məsələləri Dövlət Xidməti həmişəki kimi öz ampluasındadır və məsələni uzatmaqla problemi daha da dərinləşdirir.

Dahi Cəlil Məmmədquluzadənin qəhrəmanı “balkona çıxıb səs salan uşaqlara hərdən “tişe”” dediyi kimi, bizim də bu yazının səbəbkarı olan Əmlak məsələləri Dövlət Xidmətinin əməkdaşları hərdən efirə çıxıb “tişe” deyərək vətəndaşa ehtiyac olmayan məlumatlarıyla sanki qaranlıq suallara cavab vermiş kimi görünmək istəyirlər. Ancaq problemin həll etməyin vaxtı çatıb CƏNABLAR.

Bələdiyyələrə mülkiyyətə torpaq və əmlak verməməyiniz bir yana, tərtib etdiyiniz elektron xəritələrdə problemlərin, qüsurların və ciddi çatışmazlıqların olması bir yana, heç olmasa bu problemin həllinə maraq göstərin. Bu qurumdakı bürokratik abu-havanın hesabına cəmiyyətdə ƏMDX-nə qarşı “antipatiya” hökm sürməkdədir. Vətəndaş məmnunluğunun keşiyində dayanmalı olan bir orqan əksinə vətəndaşlara (mən hələ 1606 bələdiyyəni demirəm) problemin həllinə “maraq” olanda maraqlı olur. Niyə belə olmalıdır axı? Vətəndaş istər mənzili, istərsə də torpağı sənədləşdirmək istəsə günlərlə aylarla niyə gözləməlidir? ASAN Xidmət olduğu halda, nədənsə ASAN Xidmətə bənzər yaradılan “Əmlak xidmətləri məkanı” nəyə görə yaradılb? Vətəndaş ilkin sənəd almaq üçün niyə bu qədər ləngidilir. Düşünürəm ki, mövcud problemləri “malalamaq” yox, bu sahənin ciddi şəkildə islahata ehtiyacı var. Nə isə...

Çox dərinə getmədən keçək indiyədək qəbul edilən sənədlərə.

***

Yanılmıramsa, 2010-cu ilin martında Bakı və ətraf qəsəbələrin inkişafına dair ikinci dövlət proqramının təqdimatı keçiriləndə Prezident İlham Əliyev qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı məsələ qaldırmış və sənədsiz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan edərək, müvafiq strukturlara, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq vermişdi. Məhz həmin təqdimatdan sonra, yəni 2012-ci ilin iyun ayında Prezident İlham Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə adminstrasiya rəhbərinin sədrliyi ilə komissiya yaradılması haqqında sərəncam imzaladı.

Prezident daha sonra, yəni 2015-ci il yanvarın 13-də sənədsiz evlərlə bağlı problemin həllinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə fərman imzaladı. Prezidentin məqamında imzaladığı sonuncu Fərmanı bu sənədlərin siyahısının daha da genişləndirilməsinə gətirib çıxardı. Burada söhbət 2004-cü ildə qəbul olunan “Reyestr haqqında” qanunda əksini tapmayan sənədlərin siyahıya salınmasından gedir. Yəni, bu Fərmanla həm qeydiyyat orqanlarının, həm də vətəndaşların işi asanlaşdı. Yəni sovet dövründə sənədi olanlarda problemsiz şəkildə sənədləşdirməyə cəlb edildi.

Yalnız bu fərmandan dörd il keçəndən sonra Prezident Adminstrasiyasının rəhbəri tərəfindən 27 iyun 2019-cu il tarixində tədbirlər planı təsdiq edildi. Və dörd ildən sonra təsdiq edilən tədbirlər planına uygun olaraq hər bir rayonda yerli ekspert komissiyaları yaradıldı və anket forması təsdiq edildi, inventarlaşdırma işləri sürətləndirildi. Yerli ekspert komissiyasının tərkibinə icra hakimiyyətinin məsul işçiləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri daxil edildi. Ancaq bu gün Yerli ekspert komissiyasının tərkibinə daxil olan şəxslər barədə rəsmi internet resurslarında açıq məlumatın olmaması təəssüf doğurur. Üstəlik, sənədsiz mənzil sahiblərinin müraicətlərinin elektron qaydada müraciət platforması da hazır deyil.

Deməliyik ki, inventarlaşdırma işləri bundan xeyli əvvəl başlamışdı. Yəni 2019-cu ilin yanvarından artıq qeyri-rəsmi olaraq RİH-lərdə prosesə start verilmiş və 2019-cu ilin aprelində artıq prosesin böyük hissəsi yekunlaşmışdı. Bu işlərin icrası isə icra nümayəndəlikləri və bələdiyyələrə tapşırılmışdı. Prosesin icrasında isə əsas məsuliyyət yenə Əmlak Məsələləri Dövlət Xidmətindən yan keçmiş oldu. Belə çıxdı ki, xidmət “hazırın nəziri”nə sahib çıxası oldu.

Bu arada xidmət cəmiyyətdə quruma qarşı yaranan neqativi yumşaltmaq üçün “Kütləvi çıxarış” kampaniyasına üstünlük verməklə və bu fəaliyyəti bəh-bəhlə reklam etməyə başladı. Olsun. Vətəndaş məmnunluğuna səbəb olan hər bir addımı alqışlayıram. Bu addımla yeni tikililərdə illərlə yaşayanların “çıxarış almaq” arzusu gerçəkləşdi.

2019-cu ilin sonunda mətbuatda səslənən rəqəmlərə inansaq Bakıda 163 mindən artıq, regionlarda 75 minə yaxın sənədsiz ev inventarlaşdırıldı. Nazirlər Kabinetinin (NK) 2020-ci ildə fəaliyyəti haqqında hesabatında Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşdırıldğı qeyd edilib.

Bu günlərdə isə xidmət rəsmisi indiyədək 267 min sənədsiz mənzilin qeydiyyata alındığını və bu proses yekunlaşdıqdan sonra təhlil edilərək müvafiq orqanlara hesabat veriləcəyini bildirdi. Və bir “şad” xəbər də verdi ki, vətəndaşın hər hansı bir orqana müraciət etməsinə ehtiyac yoxdur, yəni Yerli ekspert komissiyası özü bu evləri qeydiyyata alacaqdır. “Şad xəbər”lə bağlı deyərdim ki, dostlar, gəlin növbəti dəfə nağılabənzər fikirlərlə vətəndaşlar arasında çaşqınlıq yaratmayaq.

Nə isə...

***

Azərbaycan Prezidenti İlham Əliyev 26 iyun 2021 tarixli imzaladığı Fərman deyərdim ki, hər kəsin ürəyindən xəbər vermiş oldu. Ölkə başçısı bununla sturkturda ciddi və köklü islahatlara başlanıldığını sanki elan etmiş oldu. İnanmaq istərdik ki, bu Fərman cəmiyyətdə xidmətə qarşı yaranmış neqativi aradan qaldırlmasına təkan vermiş olacaqdır.

Beləliklə, bundan sonra Əmlak Məsələləri Dövlət xidmətinin yerlərdə daha üç ayrı- ayrı və birini qəbul etməyən sturkturu olmayacaqdır. İkinci bir tərəfdən bir sənədin öz həllini tapması üçün daha vətəndaş və bələdiyyələr aylarla və bəzən də illərlə bu qurumlara təpik döyməyəcəklər.

Fərmanda birmənalı olaraq qeyd edilir:

- 7.2. Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”;

- 8. Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) və Dövlət Komitəsinin tabeliyindəki “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu Fərmanın 7.2-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxsin tabeliyinə verilsin.

Demək, Cənab Prezidentin iradəsiylə daha bir problem öz həllini tapmaqdadır. Qalır Fərmandan irəli gələn məsələlərin Əmlak məsələləri Dövlət xidməti tərəfindən həllinin sürətləndirilməsi.

***

Son olaraq deməliyəm ki, hər bir xidmət əməkdaşı bilməlidir ki, sənədsiz mənzillərə çıxarışların verilməsi birinci növbədə vətəndaş məmnunluğunun təmin edilməsi kimi başa düşülür. Yəni vətəndaş sahib olduğu əmlakı vərəsələri arasında verə və bölə biləcək, girov qoyub kredit götürə biləcək və nəhayət sata biləcək. Necə olur ki, vətəndaş yaşadığı mənzilə ünvan verilir, kommumal xidmətlərə görə ödənişləri edir, mənzilə qaz, su və işıq xətti çəkilərək verilir, hətta telefon xətti çəkilir, lakin vətəndaş onu nə bağışlaya bilir, nə girov qoyub kredit gotürə, nə də sata və ən əsası bələdiyyələrə yerli vergiləri ödəməklə bələdiyyələrin inkişafına öz töhvəsi verə bilir.

Unutmayaq ki, sənədləşdirmə zamanı həm dövlət, həm də yerli bələdiyyə büdcəsinə kifayət qədər maliyyə vəsaiti daxil ola bilər. Xidmətin əsas vəzifəsi büdcəyə indiki məqamda bu vəsaitin daxil olmasını təmin etmək olmalıdır. Məhz bu addımın atılmaması ucbatından bələdiyyələr il ərzində kifayət qədər maliyyə vəsaiti itirirlər. Hər halda fakt göz qabağındadır.

Xidmət rəsmilərinə isə tövsiyə edərdim ki, onlara edilən hər bir müraciətə keçmiş sovet məmurlarının diliylə desək “otpiska” edib cavab vermək yox, (yəni cavab xətrinə cavab) real vəziyyətə uyğun cavab versinlər.

İkincisi isə, son 20 ildə bu qurumun “səmərəli fəaliyyəti” sayəsində gah komitəyə, gah nazirliyə və sonda xidmət qurumu səviyyəsinə salınmasının əsas səbəbləri üzərində təhlil aparmaqla yanaşı vətəndaş məmnunluğunun təmin edilməsinə ürəklə, ən əsası hansısa maraq güdmədən çalışsınlar.

Yekun olaraq inanmaq istərdik ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yeni rəhbərliyi qaldırılan məsələlərin həllini diqqətdə saxlamaqla xidmətin cəmiyyətdə əvvəlki illərdə itirilmiş nüfuzunun bərpasına çalışmaqla ölkə başçısının tapşırıq və tövsiyələrini layiqincə yerinə yetirəcəkdir.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri

P.S. Yazıda qaldırılan məsələlərlə bağlı qarşı tərəfin fikirlərini verməyə hazırıq
Rəsmi Bakıdan İran XİN rəhbərinin təhdidinə CAVAB“İlk növbədə vurğulamaq istərdik ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın yerli televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi, iki ölkə xalqları arasında münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan və İran arasında əlaqələr möhkəm tarixi bağlar, dostluq və əməkdaşlıq üzərində qurulub”.

Avrasiya.net-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran xarici işlər nazirinin müsahibəsində Azərbaycanla bağlı söylədiklərini şərh edərkən deyib.

L.Abdullayeva iranlı nazirin müsahibə zamanı səsləndirdiyi bəzi fikirlərlə bağlı aşağıdakıları qeyd edib:

"Azərbaycan və İran sərhədi yaxınlığında hər hansı üçüncü qüvvələrin olması, bu qüvvələrin təhrikedici cəhdləri ilə bağlı iddiaları qəbul etmirik, çünki bu fikirlərin heç bir əsası yoxdur. Ümumiyyətlə, Azərbaycan ərazisində nə dövlətimizə, nə də qonşu ölkələrə təhdid doğura biləcək hər hansı qüvvələrin, o cümlədən terrorçu ünsürlərin mövcudluğu müzakirə mövzusu belə ola bilməz. Əfsuslar olsun ki, hələ 44 günlük Vətən müharibəsi zamanı bəzi tərəflər tamamilə əsassız şəkildə bu kimi iddiaları səsləndirirdi. O zaman da bəyan etmişdik, indi də təkrar edirik ki, bu kimi iddiaların heç bir əsası yoxdur və bu günədək Azərbaycan tərəfinə bu xüsusda heç bir dəlil təqdim edilməyib.

Beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı Azərbaycanın hər zaman rəhbər tutduğu fundamental prinsiplərdən biridir. Məlumdur ki, məhz Azərbaycan, ərazilərinin bir hissəsinin hərbi işğalından və beynəlxalq sərhədlərinin pozulmasından onilliklər ərzində əziyyət çəkib. O cümlədən, bizim İran ilə sərhədimizin 130 km. dən çox hissəsi uzun illər ərzində Ermənistanın işğalı altında olub. Təəssüf ki, bu illər ərzində dost İran dövlətinin sərhədimizin bir hissəsinin işğal altında olması ilə bağlı indiki kimi qəti reaksıyasını eşitməmişik.

Ümumiyyətlə, Azərbaycan bütün dövlətlərlə münasibətləri məhz bir-birlərinin beynəlxalq sərhədlərinə hörmət əsasında qurulmasının tərəfdarıdır, bu ölkəmizin dəyişilməz mövqeyidir. Məlumdur ki, tərəfimizdən o cümlədən, Ermənistan ilə münasibətləri elə bu fundamental beynəlxalq hüquq prinsipi əsasında normallaşdırmağa və sərhədlərin delimitasiyası üzrə danışıqlara başlamağa hazır olduğumuzu bəyan etmişik. Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası prosesi ikitərəfli məsələdir və son zamanlar qarşı tərəfdən bu xüsusda müsbət siqnalların verilməsi prosesin konstruktiv istiqamətdə inkişafına ümid yaradır.

Kənar qüvvələrin Azərbaycana müdaxiləsi fikrinə gəldikdə vurğulamaq istərdik ki, Azərbaycan Respublikası hər zaman milli maraqlarına əsaslanan müstəqil xarici siyasət həyata keçirib və 30 il ərzində atdığı konkret addımları ilə bunu dəfələrlə sübut edib. Qonşu dövlətlərlə dostluq və mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi xarici siyasətimizin əsas prioritet məsələlərindəndir və tərəfimizdən bu istiqamətdə davamlı addımlar atılmaqdadır.

Onu da bildirmək istərdik ki, Azərbaycan İslam həmrəyliyi məsələsinə böyük həssaslıqla yanaşır və məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatında (İƏT) fəal mövqeyi ilə seçilir. Ölkəmiz son onilliklər ərzində Azərbaycan ərazisində İslam tarixinə və mədəniyyətinə məxsus irsin dağıdılması, talan edilməsi və təhqir edilməsi ilə bağlı məsələni diqqət mərkəzində saxlayıb və bu məsələdə bizim haqq mövqeyimizin İƏT üzv ölkələri tərəfindən dəstəklənməsini yüksək qiymətləndiririk.

Hesab edirik ki, Azərbaycan ərazilərinin işğalına son qoyulması, həmin bölgədə Ermənistanın qanunsuz əməllərinə, o cümlədən böyük həcmdə silah-sursat cəmləşdirməsi, qeyri-qanuni iqtisadi və digər əməllər, narkotik qaçaqmalçılığı, terrorçuların hazırlanması, İslam dini və mədəniyyət abidələrinin təhqir və məhv edilməsi hallarının dayandırılması və 30 illik həsrətdən sonra azərbaycanlı məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması, regionda sabitliyin və təhlükəsizliyin təmin olunması İran İslam Respublikasının maraqlarına cavab verən şərait olmalıdır".


Zakir Həsənov Gürcüstana getdiAzərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana yola düşüb.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Z.Həsənov Gürcüstanın Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.
Zelenskiyə impiçment elan edilə bilərUkrayna Prezidenti Vladimir Zelenski ilə bağlı "Pandora sənədi"ndə məlumatların yayılması onun impiçmenti və ya zəifləməsi üçün rəqibləri tərəfindən istifadə oluna bilər.

Avrasiya.net xəbər verir ki, bunu rusiyalı ekspert Nikolay Silayev deyib.

"Onun impiçmentini elan etmək o qədər də asan deyil, o, parlament çoxluğuna nəzarət edir. Amma bu, onu Amerika rəhbərliyi və ümumiyyətlə Qərbdən ayırmaq üçün bir yoldur, çünki onlar (Qərb - red.) üçün korrupsiyaya qarşı mübarizə mövzusu çox vacibdir. Bu, güclü bir arqumentdir, Ukraynada istifadə ediləcək, Zelenskini daxili siyasət və Qərblə münasibətləri baxımından böyük nəticələrlə təhdid edəcək. Mümkündür ki, impiçment məsələsi qaldırılsın", - Silayev bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi Mərkəzi (OCCRP) "Pandora dosyesi"nə istinadən Zelenskinin korrupsiyaya bulaşması barədə məlumatlar dərc edib.
Sayt rəhbəri iş yerində vəfat etdiBakıda fəaliyyət göstərən Xeberdaram.az saytının rəhbəri Mahir Behbudov qəflətən dünyasını dəyişib.

Kult.az xəbər verir ki, bu barədə onun iş yoldaşları məlumat yayıblar.

O, ötən gün iş yerində vəfat edib. Onun qəfil ürəktutmasından dünyasını dəyişdiyi ehtimal olunur.

Allah rəhmət eləsin!