Yumruğumuz - möhkəm, səsimiz – gurdur.Üzü-gözü qanlı o məsum uşağı xatırladınızmı? Dağıntılar arasından çıxardılarkən üzündən qan damcıldayırdı... Necə də məsum üzü, qorxudan ürkmüş gözləri var idi... Xatırladınızsa, deməli, ötən ilin müharibə günlərində baş vermiş “Gəncə terroru”nu unutmamısınız. O çığırtılar, o günahsız insanların qətli, anaların fəryadı, hər iki valideynini itirmiş körpə Nilayın, Sevil və qardaşı Hüseynin gözlərindəki kədər yəqin ki, bir daha gözləriniz önünə gəlmiş oldu. Fulya Öztürkün gecənin bir yarısı həyəcanlı səslə canlı yayıma çıxıb “Gəncəni vurdular” - deməsi yəqin ki, bir daha qulaqlarınızı cingildətdi...

““Gəncə terroru”nun bir ili tamam olur, sabah Gəncəyə gedəcəyik!” – telefonda eşitdiyim bu sözlərdən sonra ötənilki hadisələr yenidən gözlərimdə canlandı. Özümü toparlayıb telefonda “yaxşı” desəm də, o kədəri həmin an yenidən yaşadım... O kədər ki, Gəncəyə yaxınlaşdıqca çox ağır şəkildə üzərimə çökürdü. Sanki o günlərə bir daha qayıdırdım, o acıları bir daha yaşayırdım.

Ötən ilin bu günündə bütün dünyanın diqqəti Azərbaycanda idi. Cəbhədə gərgin döyüşlər gedir, Azərbaycanın mərd oğulları mənfur düşmənin – ermənilərin başına Dəmir Yumruq endirir, hər gün torpaqlarımızı işğaldan azad edirdilər. Ölkə əhalisi sanki bir-birindən fərqlənən 10 milyon deyil, eyni düşüncələrə və duyğulara sahib bir adam idi. Hamının bir istəyi vardı: düşməni torpaqlarımızdan qovmaq, ana yurdumuzu işğaldan azad etmək.

Sentyabrın 27-dən başlayaraq hər gün cəbhədən şad xəbərlər eşitməyə alışmışdıq. Şəhidlər barədə xəbərlər nə qədər acı olsa da, Vətən uğrunda canından keçənlərin igidliyi və rəşadəti bizi qürurlandırırdı. Onlar elə bir müqəddəs zirvəyə yüksəlirdilər ki, bütün elin örnək və qürur mənbəyinə çevrildilər...

Hər birimiz müharibənin yalnız cəbhə boyu davam edəcəyinə inanırdıq... Düşünməzdik ki, bu savaşın coğrafi məkanı dəyişə bilər, cəbhə xəttindən uzaqlarda dinc əhali arasında itkilər barədə xəbər eşidərik. Amma təəssüf ki, mənfur düşmən öz vəhşiliyindən əl çəkməmişdi... Erməni işğalçıları insanlıqdan tamamilə uzaq olduqlarını bir daha dünyaya göstərmiş oldular.

Gecəyarısı Gəncə şəhəri ballistik raketlərdən atəşə tutuldu. Mərmilərin ünvanı isə günahsiz insanların daha sıx məskunlaşdığı ərazilər idi. Qocalar, qadınlar və uşaqlar mərmi yağışının altında qaldılar. Evlər dağıldı, şəhər meydanı qan gölünə döndü, ürəklərə dağ çəkildi...

Bütün beynəlxalq yayımlar diqqəti Gəncədə baş verənlərə yönəltdilər. Faciə dünya tarixinə “Gəncə terroru” kimi düşdü. Dağıntılar altında qalan insanların xilas edilməsi ilə bağlı operativ tədbirlərə başlanılmaqla yanaşı, bütün dünyaya ermənilərin qəddarlığı bir daha nümayiş etdirildi...

Gəncədəyik... Terror aktı törədilən ərazidə... Gördüyüm mənzərə sözlə ifadə olunası deyil... Dağılmış evlər, külə dönmüş ev əşyaları arasında yaşlı insanların fəryadını, körpələrin iniltisini duyuram... Telefonun kamerasını işə salıb danışmaq istəyirəm... Bacarmıram. Kəlmələr boğazımda düyünlənib qalır... Susuram. Əvəzimə çəkdiyim görüntülər danışır... Bu kadrlarda təkcə mənim yox, mənimlə birgə bu müdhiş mənzərəni ürək ağrısı ilə seyr edənlər yox, həmin gecə xəsarət almış 120-dən çox insanın, 27 şəhidin səsi eşidilir. Bu səs vəhşiliyin təcavüzünə məruz qalmış insanlığın səsidir. Bu – haqqın və ədalətin səsidir. Dünya əhalisinin qəbul etdiyi Cenevrə Konvensiyasının beynəlxalq hüquq və normalarını ayaq altına atanlara sülhsevər insanların etiraz səsidir. Bu səs həm də #PrayForGanja haştağının yayılması ilə beynəlxalq aləmin uzun illər xalqımın haqq və ədalət uğrunda müqəddəs savaşına qarşı haqsızlıqlarına “Dur!” deyən Dəmir Yumruqlu Azərbaycanın səsidir.

Vaxt gələcək, bu gün açıq səma altında muzeyə çevrilmiş bu məkan beynəlxalq aləmin erməni faşizminə kor qalmış gözlərini açacaq və susmuş vicdanını üzü qanlı Bəxtiyarın kədərli olsa belə, gerçəkliyə dik baxan gözləri danışdıracaq... Çünki yumruğumuz - möhkəm, səsimiz – gurdur.

Könül Quliyeva,
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri

İlham Əliyev İrana mesaj verdiİkinci Qarabağ müharibəsinin bitməsi o demək deyil ki, region əvvəlki vəziyyətə qayıdacaq. Heç vaxt əvvəlki vəziyyət olmayacaq. Bunu hər kəs bilməlidir.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident, Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

“Bölgədə bu gün sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür. Yəni, bizə bu format kifayətdir. Ermənistan da bu formata qoşulacaq, çünki başqa yolu yoxdur. İndi reallıq bundan ibarətdir. Son vaxtlar Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı verilən ifadələri biz də dəstəkləyirik”.

Dövlət başçısı deyib: “Hazırda regionda real praktik əməkdaşlıq çərçivələri müəyyən olunur. Türkiyə-Rusiya əməkdaşlığı regionumuzun sabitliyinin təminatçısıdır. Bu yaxınlarda Türkiyə və Rusiya prezidentlərinin görüşü zamanı Ermənistan-Azərbaycan münasibətləri müzakirə olundu və həm Türkiyə, həm Rusiya ilə biz daim təmasdayıq. Mən Prezident olaraq daim təmasdayam”.

Prezident qeyd edib ki, bu, müharibənin hər hansı bir riskini aradan götürmək üçün lazımdır: “Yəni, bizim üçün bu format kifayətdir: Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan. Kim istəyir qoşulsun, kim istəmir özü bilər. Hər halda bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Bunu hər kəs bilməlidir”.

İlham Əliyev İrana da mesaj verib:

“Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq”.

Dövlət başçısı deyib ki, biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uyduranda biz buna fikir vermədik:

“Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.

İlham Əliyev deyib, Azərbaycan müstəqil siyasət aparan ölkədir.

“Bunu hər kəs bilir və birinci il deyil ki, müstəqil siyasət aparırıq. Qonşularımızla, bütün başqa ölkələrlə müstəqil siyasət əsnasında münasibətlər qururuq. Heç kim bizim daxili işimizə qarışmasın.

“Biz hansı ölkə ilə hansı səviyyədə münasibətlər qururuq, bizim öz işimizdir. Biz axı Ermənistan ilə sıx dostluq əlaqələri olan ölkələrə qarşı iddia qaldırmırıq. Görün, Ermənistanın nə qədər havadarı var. İkinci Qarabağ müharibəsi bunu göstərdi və bu gün, görün, Ermənistanı dəstəkləyən nə qədər ölkə var. Yəni, biz bu ölkələrlə düşmən olaq? Yox. Bu, ölkələrin suveren hüququnu biz qəbul edirik. Onların suveren işidir. Bəli, haradasa daxili aləmimizdə bundan narahat ola bilərik, bizi incidə bilər, xüsusilə yaxın olan ölkələr Ermənistanla münasibətlərdə xüsusi canfəşanlıq edəndə. Amma biz bunu heç vaxt dilə gətirmirik”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident deyib ki, biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq. Tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin:

“Belə cəhdlər əvvəllər də olub, onların hamısı uğursuz olub. Bir daha demək istəyirəm, rəsmi qaydada bizə qarşı səsləndirilən ittihamlar sübuta yetirilməlidir. Gəlsinlər tapsınlar, bir xarici vətəndaş var bu bölgədə?”.
Koronaya yoluxanların sayı kəskin azaldıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 391 yeni yoluxma faktı qeydə alınıb, 835 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 486 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 465 446 nəfər müalicə olunaraq sağalıb, 6 584 nəfər vəfat edib, aktiv xəstə sayı 14348 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 962, ötən müddət ərzində isə ümumilikdə 4 892 127 test aparılıb.
Qoqi Meşveliani namizədləri qələbə münasibəti ilə təbrik edibBolnisi, Dmanisi, Tetritskaro və Tsalka majoritar deputatı Qoqi Meşveliani sözügedən bələdiyyələrdəki seçicilərə təşəkkür edir və namizədləri qələbə münasibətilə təbrik edir.

Avrasiya.net Aktual.ge-yə istinadən xəbər verir ki, o, özünün sosial şəbəkəsində qeyd edib:

"Bolnisi, Dmanisi, Tetritskaro və Tsalkadan olan əhaliyə, komandamıza verdiyi dəstəyə, güvənə və köməyə görə çox təşəkkür edirəm. Majoritar dairəmizdəki 'Gürcü Arzusu'nun namizədlərini inamlı qələbə münasibətilə təbrik edirəm. Mən əminəm ki, bu insanlar seçicilərin etimadını doğrultacaq və bələdiyyələri inkişaf etdirməyə davam edəcəklər. Sizin bizlərə olan etibarı bizi gücləndirir və ümidlərinizi doğrultmaq üçün hərəkət etmək məsuliyyətini bizə həvalə edir".

Q.Meşveliani sözügedən bələdiyyələrdə ki, seçkilər nəticələrini də açıqlayıb:

Bolnisi - Davit Şerazadişvili - 73,06%
Dmanisi - Koba Muradaşvili - 52.08%
Tetritskaro - Giorgi Tsiklauri - 65,16%
Tsalka - İlya Sabadze - 55.86%
Azərbaycanlı qız Xarkov meri uğrunda seçkidə YARIŞACAQUkraynanın ikinci böyük şəhəri olan Xarkov meri uğrunda keçiriləcək seçkilərdə soydaşımız da mübarizə aparacaq.

Avrasiya.net AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 30-da şəhər meri uğrunda keçiriləcək seçkilərdə Mustafayeva Alina Elman qızının da namizədliyi qeydə alınıb. 29 yaşlı Alina Mustafayeva 2019-cu ildə Karazin adına Xarkov Milli Universitetinin Tibb fakültəsini bitirib. Xarkovda fəal ictimai-siyasi xadim kimi tanınır. 2020-ci ildə hakim “Xalqın xidmətçisi” partiyasından Xarkov şəhər Şurasının deputatıdır.

Xarkov merinə seçkilərdə namizədlərin qeydiyyatı sentyabrın 30-da başa çatıb. 13 nəfərin namizədliyi qeydə alınıb. Oktyabrın 8-də Mərkəzi Seçki Komissiyası namizədləri rəsmi elan edəcək.

Onu da qeyd edək ki, soydaşımız qeydə alınan namizədlər arasında yeganə qadın namizəddir.
Cəbrayıl Şəhər Mərkəzi Xəstəxanasının inşasına 500 min manat ayrılıbPrezident İlham Əliyev Cəbrayıl Şəhər Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamla Cəbrayıl şəhər 150 çarpayı yerlik mərkəzi xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Səhiyyə Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.
İran-Azərbaycan GƏRGİNLİYİ: “Hizbullah”a qarşı “boz qurdlar” var“İran-Azərbaycan münasibətləri indiki qədər gərgin olmamışdı. Azərbaycan müstəqillik qazandığı 30 ildə İranla münasibətlərdə zaman-zaman gərginliklər olub, ancaq hər dəfəsində bu uzun çəkməyib. Misal üçün Tehran Azərbaycanın BP şirkətiylə birgə Xəzərdəki neft yataqlarından birində çalışmasına əngəl oldu, bu məsələ donduruldu. İran təyyarələri 2000-ci illərin əvvəllərində Azərbaycanla sərhədi pozmağa başladılar, bu yolla bizə təzyiq etmək istədilər. Türk yıldızları Bakı səmasında göstəri düzənlədikdən sonra İran təyyarələri sərhəddən uzaq uçmağa başladılar. Bir dəfə də torpaqlarımızın işğalı davam edərkən İran Araz çayı üzərində su elektrik stansiyasının tikintisinə başlamaq istədi. Belə çıxırdı ki, Arazın bu tərəfində su elektrik stansiyasından erməni separatçıları faydalanacaqdılar. Tehran Bakının etirazını nəzərə aldı və tikintini təxirə saldı”.

Avrasiya.net-in məlumatına görə, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İran-Azərbaycan münasibətlərindəki gərginliyi şərh edərkən bildirib.

“Bu dəfə isə etriaz etdik ki, Qarabağ separatçılarına yanacaq daşımayın, bu, İran-Azərbaycan münasibətlərinə mənfi təsir edir. İran rəsmiləri və dini dairələri bu mövzu haqqında bir kəlmə danışmazkən, Azərbaycan-İsrail münasibətlərini hədəf aldılar. Əsas iddiaları belədir: “Sionist rejim İranla sərhəddə yerləşib”. Yəni demək istəyirlər ki, rəsmi Bakı İsrailin Azərbaycanda fəaliyyətinə şərait yaradıb və “sionistlər” sərhədə qədər yaxınlaşıblar”, - politoloq əlavə edib.

Ekspertin sözlərinə görə, bu ittihamı hamısı bir ağızdan dilə gətirdiyinə görə gəlinən nəticə budur:

“İranda yüksək səviyyədə Azərbaycanla bağlı toplantı keçirilib və iki qərar veriblər. Birinci qərarda Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham edən açıqlamalar səsləndirməyə başlayıblar. İkinci qərar isə sərhəddə təlimlər keçirilməsinə dairdir. Azərbaycana qarşı ittihamları İranın ali dini lideri başda olmaqla, generalları, nazirləri və deputatları az qala hər gün səsləndirir, sosial şəbəkələrdə paylaşırlar”.

Siyasi şərhçi bildirib ki, İran rəsmiləri və din xadimləri əvvəllər də Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham edirdilər, ancaq münasibətlərə xələl gətirilməsin deyə bunu bağlı fikirləri qapılar arxasında səsləndirirdilər.

“İndi isə ittihamlarını açıq dilə gətirirlər və bununla Azərbaycanla münasibətləri gərginləşdirməyə üstünlük verdiklərini gizlətmirlər. Aydındır ki, Tehran istəyir deyə Azərbaycan İsraillə əməkdaşlıqdan imtina etməyəcək, hətta mümkündür ki, rəsmi Bakı Tehranın təzyiqləri qarşısında bir neçə ay öncə İsraildə açdığı ticarət nümayəndəliyini rəsmən səfirliyə çevirsin”.

Ekspert deyib ki, İran rəsmilərinin İsraillə bağlı Azərbaycana qarşı başqa bir iddiası da var:

“Guya bir neçə il əvvəl İran səmasında vurulan İsrailin pilotsuz uçuş aparatı Azərbaycan ərazisindən havaya qalxıb. Həmin pilotsuz uçuş aparatı guya kəşfiyyat xarakterli imiş. Amma Azərbaycan üçüncü dövlətlərin öz ərazisindən İrana qarşı istifadəsinə yol vermir, bu Azərbaycanın təhlükəslizlik maraqlarına ziddir. Ancaq İran rəsmilərinin iddiası hipotetik olaraq doğru olsa belə, sonrakı illərdə İran səmasında İsrailə məxsus dron vurulmasına dair xəbər yayılmayıb. Ancaq rəsmi Bakı İranın Azərbaycandakı səfirinə xəbərdarlıq notası verdikdən sonra da İran Qarabağ separatçılarına yanacaq daşımaqda davam edib”.

E.Şahinoğlu qeyd edib ki, İranın hazırki prezidenti İbrahim Rəisi və onun mühafizəkar komandası Azərbaycana qarşı indiki siyasətini davam edərsə, bunun İrana heç bir faydası olmayacaq. Tam əksinə, Azərbaycan özünü İran təhlükəsindən qorunmaq üçün İranın ehtiyat etdiyi təşkilat (NATO) və dövlətlərlə (Türkiyə, İsrail, Pakistan, ABŞ) hərbi əməkdaşlığını gücləndirəcək.

“Bu arada, İranın kəşfiyyat strukturlarının Azərbaycanda fəaliyyətlərini genişləndirəcəklərini proqnozlaşdırmaq olar. İran rəsmilərinin və dini dairələrinin ümidi Azərbaycanda İrana rəğbət bəsləyən qrupların artacağına və hakimiyyətə problemlər yaradacağınadır. Təsadüfi deyil ki, son zamanlar Azərbaycan vətəndaşları adından İsraili lənətləyən fikirləri internetdə yaymağa çalışırlar. “Hizbullah”ın bayraqlarını Azərbaycanda yaymağa çalışan insanlar da var. Azərbaycan heç zaman İranın daxili işlərinə qarışmadı. Ancaq Bakıdan Tehrana belə bir mesaj da göndərilməlidir ki, İran Azərbaycanda müxtəlif üsullarla tərəfdar qrupları formalaşdırmağa çalışarsa, Azərbaycan da İran daxilində oxşar fəaliyyətə başlaya bilər və bu mübarizədən İran daha çox zərərli çıxacaq, indinin özündə İran cəmiyyətində və ordusunda “boz qurd” işarəsi göstərənlərin sayı durmadan artır”.
Snayperçi Raufun döyüş yoluna nəzər...Süleymanov Rauf Allahverdi oğlu 1987-ci il mayın 29-da Neftçala rayonunun Abasallı kəndində neftçi ailəsində anadan olmuşdur. 1994-2005-ci illərdə həmin kənddə tam orta təhsil almışdır. 2007- ci ildə Azərbaycan Respublikası Daxili Qoşunlarının Bərdə rayonundakı N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir.Hərbi xidməti başa vurduqdan sonra həmin hərbi hissədə Xüsusi Təyinatlı Dəstədə Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu (MAHHXHQ) - snayperçi vəzifəsində işləmişdir. 29 dekabr 2008-ci ildə çavuş hərbi rütbəsi almışdır. Sonra 2011-ci ildə Bakı şəhərində Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində hərbi xidmətini davam etdirmiş və Baş çavuş vəzifəsinə təyin olunmuşdur.

2009-cu ilin iyulunda Daxili İşlər Nazirliyinin 1719 N-li əmrinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2018)” yubiley medalına layiq görülmüşdür.
2012-ci ilin mart ayının 15-də xidmət etdiyi hərbi hissə komandiri tərəfindən Azərbaycan Respublikası “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi” yubiley döş nişanı ilə təltif edilmişdir.
Rauf Süleymanova DİN-nin müavini və Daxili Qoşunlar Komandanının 4 oktyabr 2014-cü il tarixli 241 nömrəli əmri ilə “Zoğalı Beret” daşıma hüququ verilmişdir.
29 iyun 2016-cı ildə isə DİN-nin müavini və Daxili Qoşunların Komandanının 1768 N-li əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.

9 fevral 2019-cu ildə Daxili qoşunlar Komandanının 1-ci müavini – qərargah rəisi tərəfindən Daxili Qoşunların birinciliyi uğrunda keçirilən “AKM-1,2,3 tapşırıqları” üzrə yarışda III yeri tutduğuna görə diplomla təltif edilmişdir.
24 avqust 2019-cu ildə Xüsusi Təyinatlı Dəstənin snayper qrupunda atıcı-snayper vəzifəsinə təyin edilib.
2019-cu ilin 15 noyabr – 20 dekabr tarixlərində Türkiyə Cümhuriyyətinin Foça şəhərində atış üzrə təlim kursu keçmiş və yüksək dərəcəli sertifikatla təltif olunmuşdur.

2020-ci ildə komandanlıq tərəfindən Baş gizir təyin edilib. 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən Müharibəsində iştirak etmiş və igidliyi ilə seçilmişdir. Cəbrayıl və Füzuli rayonları uğrunda gedən döyüşlərdə fərqlənmişdir. 60-a yaxın düşmən hərbçisini məhv etmişdir. Oktyabr ayının 5-də Füzuli rayonu istiqamətində hərbi əməliyyat zamanı qəhrəmancasına şəhid olmuşdur. Doğulduğu Neftçala rayonunun Abasallı kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan İlham Əliyev tərəfindən 15 dekabr 2020-ci ildə “Vətən uğrunda” və 24 dekabr 2020-ci il

“Cəbrayılın azad olunmasına” görə medalları ilə təltif olunub.
Rauf Süleymanov 2010-cu ilin sentyabr ayında ailə həyatı qurmuşdu. Bir qız övladı var.

Mehriban Mehdiyeva
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı
Horadiz-Mincivan dəmir yolundan relslər oğurlandıFüzuli rayonunda Azərbaycan Dəmir Yolları QSC-yə məxsus 49 ədəd rels oğurlanıb.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının çevikliyi və operativliyi sayəsində Horadiz-Mincivan dəmir yolunun Füzuli rayonu ərazisindən keçən hissəsindən Azərbaycan Dəmir Yolları QSC-yə məxsus 49 ədəd relsi oğurlayan 3 nəfər saxlanılıb.

Polis əməkdaşları tərəfindən onların Beyləqan rayon sakini İ.Həsənov, Bakı şəhər sakini Z.Zahidov və Ağdam rayon sakini M.Musayev olduqları müəyyən edilib.

Araşdırma aparılır.
Robert Köçəryan: “Azərbaycan Elçibəyin vaxtında uduzdu”Azərbaycan tərəfinin Birinci Qarabağ müharibəsində uduzmasının əsas hissəsi Elçibəyin vaxtında baş verib. Bu barədə Ermənistanın keçmiş prezidenti Robert Köçəryan jurnalistlərə mətbuat konfransında deyib.

Köçəryanın fikrincə, bu gün Ermənistanda müşaiyət edilən vəziyyət 1990-cı illərdə Azərbaycanda olan vəziyyəti xatırladır. Lakin hər şey əksinədir.

Azərbaycanın Ermənistanla münasibəti bir qapı ilə oyuna bənzəyir: “Bu bir qapı ilə oyundur. İkinci qapını yığışdırırsan və tək oynayırsan”.