Bakıda bir qrup şəxsin intihara cəhdinin qarşısı alındı - VİDEO2 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 23 ünvanında yerləşən yataqxana binasının damında intihara cəhdlə bağlı məlumat daxil olub.

Nazirlikdən Avrasiya.net-ə bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri cəlb edilib.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, bir qrup yataqxana sakini yaşadıqları binanın damına çıxaraq intihara cəhd edirlər.

Yaranmış mürəkkəb vəziyyəti operativ təhlil edərək psixoloji söhbət üçün müvafiq taktika seçən xilasedicilərin səyi nəticəsində intihara cəhd nümayiş etdirən şəxsləri fikirlərindən daşındırmaq mümkün olub və onlar XRXX-nin xilasediciləri tərəfindən təhlükəsiz qaydada binanın damından endiriliblər.
Bakı İrəvana son şans verdiElçin Mirzəbəyli

Azərbaycan Prezidentinin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa, müharibə səhifəsini bağlamağa çağırması rəsmi Bakının İrəvana verdiyi son şansdır və 44 günlük Vətən müharibəsindən öncə İlham Əliyev tərəfindən işğala son qoyulması ilə bağlı səsləndirilən çağırışların zamanında dəyərləndirilməməsinin nəticələri ortalıqdadır.

Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun davranmaq, məsuliyyətli olmaq, revanşçı davranışlara son qoymaq Ermənistanın yeganə çıxış yoludur. Çünki bütün bunlara əməl edilmədən sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, Ermənistanın regionda həyata keçirilən və keçirilməsi nəzərdə tutulan layihələrdə iştirakı mümkün deyil.
Sülh müqaviləsinin imzalanmaması müharibənin başa çatmaması anlamına gəlir.

Bu isə o deməkdir ki, Ermənistan tərəfinin istənilən təxribatı bu ölkə üçün daha böyük faciələrə səbəb ola bilər. Ermənistan iqtisadiyyatı hələ uzun illər boyu ölkənin hərbi potensialını Azərbaycanla qarşı-qarşıya qoymaq gücündə olmayacaq. Ermənistanın iqtisadi problemlərinin həlli isə yenə də sülh müqaviləsindən, əsassız iddialara son qoyulmasından keçir. Mahiyyət etibarilə bütün bunlar bir-birilə zəncirvari şəkildə bağlı olan məqamlardır və birini gerçəkləşdirmədən digərinin həyata keçirilməsi istisna olunur.

Ermənistan Maliyyə naziri Tiqran Xaçatryanın açıqladığı son məlumatlara görə, ölkənin dövlət borcu hazırda ümumdaxili məhsulun 63,5%-ni təşkil edir. Bunun 77%-i ölkənin xarici borclarının payına düşür. Tiqran Xaçatryan hesab edir ki, əgər Ermənistan iqtisadiyyatında fəallıq qeydə alınarsa, o zaman yaxın 5 il ərzində dövlət borcunu 60%-ə endirmək mümkün olacaq. Yəni Ermənistan hətta kommunikasiyar açıqlacağı təqdirdə belə dövlət borcunun cəmi 3,5%-nin qaytarılmasına 5 il vaxt sərf edəcək!

Ermənistan Maliyyə Nazirliyinin bir müddət öncə ictimailəşdirdiyi hesabatda isə qeyd olunurdu ki, hökumət Mərkəzi Bankın borcları istisna olunmaqla, 2005-ci ildə 1,4 milyard dollar civarında xarici borcun qaytarılması barədə öhdəlik götürüb. Yenə də eyni hesabatda bildirilirdi ki, 2021-ci ilin 8 ayı ərzində Ermənistanın xarici borcu, təxminən 1 milyard dollar artıb. Bu gedişlə, yəni Ermənistanın indiki qeyri-müəyyən siyasəti davam edəcəyi halda, 2025-ci ilədək bu ölkənin xarici borcu daha 6,5 milyard artacaq ki, bu da ÜDM-i bir xeyli üstələyəcək. Mövcud reallıqlar çərçivəsində Ermənistanın 2025-ci ildə 1,4 milyard dollarlıq borcunu qaytarması da qeyri-mümkündür.
Bir daha xatırladım ki, təqdim etdiyim göstəricilər, Ermənistan Maliyyə nazirliyinin rəsmi hesabatlarından götürülüb və erməni ekspertləri real vəziyyətin bundan daha acınacaqlı olduğunu bildirirlər.

“Qarabağ Azərbaycandır!” futbol turniri keçiriləcək44 günlük Vətən müharibəsindəki qələbəmizin birilliyi tamam olmaq üzrədir. Bu münasibətlə bir çox tədbirlər nəzərdə tutulmuşdur. Bu tədbirlərdən biri də Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş “Qarabağ Azərbaycandır!” futbol turniridir.

Həvəskar komandaların iştirak edəcəyi yarış 03 oktyabr – 08 noyabr tarixləri arasında keçiriləcəkdir. Turnirdə 12 komanda 2 qrupda yarışacaq, ilk dörd yeri tutan komandalar növbəti mərhələyə keçərək Play-off formatında yarışı davam etdirəcəklər. Yarış barədə məlumat verən Zəngilanın “Çinar” həvəskar futbol komandasının rəhbər Ramil Şıxəliyev bildirmişdir ki, bu yarış həm şəhidlərimizin əziz xatirəsini yaşatmaq və eyni zamanda tarixi qələbəmizi özünəməxsus şəkildə qeyd etmək üçün təşkil edilmişdir.

R.Şixəliyev öz komandasının turnirin favoritlərindən olduğunu və yarışın qalibi olmaq üçün əllərindən gələni edəcəklərini bildirdi. “Bizim rayon 20 oktyabr 2020-ci il tarixdə işğaldan azad edildi. Artıq biz məcburi köçkün sayılmırıq və ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə alınmış rayonumuza geri dönmək üçün günləri sayırıq. Bu yarışda da qalib olmaq üçün motivasiyamız budur.

Biz şəhidlərimizin xatirəsini daim yad etmək məqsədilə futbol geyimlərimizdə öz adlarımızı deyil, məhz Vətən üçün canlarını qurban vermiş şəhidlərimizin adlarını qeyd etmişik. Biz onların adlarına layiq olmaq üçün meydana çıxacağıq və əldə edəcəyimiz kubok və medalları Zəngilanımıza aparacağıq!” Ramil Şixəliyev bu yarışa marağın böyük olduğunu dedi.

Qısa bir müddət ərzində iştirakçıların sayı 12-yə tamamlandı və 02 oktyabr tarixində püşkatma baş tutdu. O qeyd etdi ki, yarışlarda iştirak üçün müəyyən maliyyəyə ehtiyac yaranmışdı və biz rayonun sahibkarlarına müraciət etdik. “Komandamızın loqosu xan çinar yarpağıdır. Gördüyünüz kimi formamızın üzərində bu yarpaq əks olunub. “Aqrar sahələrin idarəedilməsi və investisiya şirkəti”nə müraciət etdik ki, bizim xərclərimizin bir qismini qarşılasınlar.

Şirkət rəhbərliyi məmnuniyyətlə dəstək verəcəyini dedi və biz də həm komandamızın, həm adıkeçən şirkətin, həm də Zəngilanın simvolu olan Xan çinar yarpaqlı formamızı əldə etdik. Zəngilanın futbol ənənələri vardır və biz ümid edirik ki, rayonumuzun ölkə çempionatlarında iştirak edəsi güclü komandaları yaranacaqdır”.

Sonda Ramil Şixəliyev komandanın yaradılmasında onlara dəstək vermiş hər kəsə, o cümlədən “Aqrar sahələrin idarəedilməsi və investisiya şirkəti”nin rəhbərliyinə öz minnətdarlığını bildirdi.



Sülhdən yayındıqca Ermənistan daha çox itirirNail Cəlil: “Qonşu ölkə yalnız sülh müqaviləsi imzalamaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla özünü xilas edə bilər”

“44 günlük Vətən müharibəsindən – Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri əhəmiyyətli dərəcədə bərpa edildikdən sonra Prezident İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyini konstruktiv mövqe tutmağa, ölkəmizin ərazi bütövlüyünü tanımağa çağırıb. Dövlət başçısı son çıxışlarında rəsmi İrəvanı müharibə səhifəsini bağlamağa, sülh müqaviləsi imzalayaraq, regionda çoxtərəfli əməkdaşlıqda iştirakçı olmağa səsləyib. Qalib ölkənin rəhbəri kimi, İlham Əliyevin qarşı tərəfə bu müraciəti Azərbaycanın güclü və ədalətli mövqeyini, Güney Qafqaz regionunda sülhün, sabitliyin, əməkdaşlığın əsas qarantı, təminatçısı olduğunu bir daha təsdiqləyir”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə eksklüziv açıqlamasında politoloq Nail Cəlil söyləyib. Siyasi ekspert qeyd edib ki, dövlət başçısının Ermənistanın baş naziri Nikol Paşinyanla konstruktiv mövqe tutacağı təqdirdə birbaşa danışıqlara hazır olduğunu bildirməsi Azərbaycanın beynəlxalq hüquqa, sivil dəyərlərə, ərazi bütövlüyü prinsipinə sadiqliyinin, regionda, dünyada güclü və ədalətli aktor olmasının göstəricisidir: “Digər tərəfdən, bu, qonşu Ermənistana, regionda sülhü, tərəqqi təmin etmək məqsədilə yönələn çox müsbət, pozitiv bir jestdir. Azərbaycan Ermənistana mövcud beynəlxalq münasibətlər sisteminə istinadla ədalətli və bərabər səviyyəli əməkdaşlıq təklif edir.

Dəyərləndiriləcəyi təqdirdə bu Ermənistana regional təcrid vəziyyətindən, siyasi-iqtisadi böhrandan çıxması, eləcə də sivil dövlət kimi formalaşması üçün ciddi fürsətdir. Uzun illər Azərbaycan torpaqlarının 20 faizə qədərini işğalda saxlaması nəticəsində Ermənistan regional infrastrukturdan, böyük layihələrdən özünü təcrid edib. Müharibə, əsassız ərazi iddiaları Ermənistana fəlakət, yoxsulluq və böhrandan başqa heç nə verməyib. Görünən odur ki, Ermənistan rəsmiləri tədricən bu mövqeni qəbul etməyə, siyasi reallıqlarla hesablaşmağa meyillənirlər”.

Nail Cəlil əlavə edib ki, Prezident İlham Əliyev bu məqamı nəzərə alaraq, məhz Nikol Paşinyanın hazır olduğu zaman onunla danışmağa hazır olduğunu vurğulayıb: “Heç kəsə sirr deyil ki, labüd məğlubiyyətdən sonra Paşinyan Ermənistanda hazırda azlıq təşkil edən revanşist qruplaşmaların təzyiqi, hətta təhdidi ilə üzləşib. Bununla belə, ictimai rəyin nisbətən sağlamlaşdığı, sülh və əməkdaşlıq mövqeyini dəstəkləyənlərin artdığı, əhəmiyyətli çoxluğa çevrildiyi də görünür. Faktiki olaraq, bu təkliflə Azərbaycan Ermənistan cəmiyyətini və dövlətini xilas etmək, regionda bütün problemləri kökündə həll etmək üçün rəsmi İrəvana öz əlini uzadır. Hesab edirəm ki, qarşı tərəf bu təklifi ciddi dəyərləndirəcək və adekvat cavabı çox da gözləmək lazım gəlməyəcək. Çünki vaxt uzandıqda, sülhdən yayınmağa çalışdıqca Ermənistan daha çox itirir”.
"Avropa İttifaqı həmişə Ermənistanın başını sığallayıb"Avropa İttifaqı Ermənistanı öz tərəfinə çəkmək məqsədilə, necə deyərlər, onu satın almaq istəyir. Bunu Avrasiya.net-ə açıqlamasında QHT sədri, ictimai fəal Emin Əliyev bildirib.

Onun fikrincə, Avropa İttifaqı həmişə ikili standartlardan çıxış edib, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymayıb. Ermənistanın başını sığallayıb:"Məsələn, ötən il Avropa İttifaqı bəyan etmişdi ki, Aİ koronavirusa qarşı mübarizə üçün Ermənistana 24 milyon avro ayırıb. Ötən ilin yulun 17-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İrəvanda bildirib ki, Avropa İttifaqı Ermənistana, 2,6 milyard avro yardım edəcək. Cənab Prezidentimizin vurğuladığı kimi həmin həcmdə məbləğ eyni şərtlərlə işğaldan əziyyət çəkmiş tərəfə - Azərbaycana da təklif edilməlidir, Avropa İttifaqı özünü dürüst aparmalıdır. Amma düşünürəm ki, Avropa İttifaqı bu məsələdə də ədalətli olmayacaq".

E.Əliyev onu da bildirib ki, ötən il Azərbaycan Ermənistan ordusuna qarşı əks-hücuma keçdikdən cəmi 72 saat sonra, sentyabrın 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək təmas xəttində hərbi əməliyyatların başlamasından narahatlığını bildirdi və münaqişənin sülh yolu ilə nizamlanmasının zəruri olduğunu söyləyib: "Baxın, Ermənistan 30 il Azərbaycan torpaqlarını işğalda saxladı, dağıtdı, taladı, minlərlə vətəndaşımızı öldürdü, evlərindən didərgin saldı amma bir dəfə də olsun Avropa İttifaqı işğalçıya "dur" demədi, ona heç bir sanksiya tətbiq etmədi. Bu da onun xristian təəssübkeşliyindən və ədalət prinsiplərini ayaqlar altına artmasından xəbər verir. Artıq 44 günlük İkinci Qarabağ müharibəsində əldə etdiyimiz zəfər regionda vəziyyəti dəyişib. Avropa İttifaqı heç olmasa bu dəfə reallıqla barışmalı və ədalət prinsiplərinə söykənməlidir".
Marneulidə azərbaycanlı namizədlər arasında davaGürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində 48 saylı seçki məntəqəsinin qarşısında qarşıdurma olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, insidentə səbəbin seçki saxtakarlığının olduğu bildirilir.

Gürcü Arzusu Partiyasının namizədi Ceyhun Çovdarov müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Hacımurad Muradovu döyüb. O, xəstəxanaya çatdırılıb.

Əraziyə polis əməkdaşları cəlb olunub.
"Elə bil ki, Xomneyi bunun dini rəhbəridir"“Azərbaycandakı dini sahəyə rəhbərlik edənlərin 90 faizi dəyişdirilməlidir”.

Bunu Laf TV-yə müsahibəsində Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib.

Onun sözlərinə görə, QMİ sədri Allahşükür Paşazadənin də dərhal dəyişdirilməsinə ehtiyac var:

“Allahşükür Paşazadə bu rütbəyə təsadüfən gəlib çıxmış adamdır. Özü də İranpərəstdir. İranpərəst olması o tərəfə, İran şiəliyinə tabe olan bir şəxsdir. Elə bil ki, Xomneyi bunun dini rəhbəridir.

Əlbəttə ki, Şeyx də dəyişdirilməlidir. Ora normal, müasir dini təhsil almış, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, İordaniyada təhsil görmüş azərbaycanlı alim dini rəhbərliyə gətirilməlidir ki, dini qurumları da İranın həmin o dini kəşfiyyatından təmizləsin”.

Cebhe.info
Azərbaycanda vəzifəli şəxs həbs edilibBu barədə Avrasiya.net-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, prokurorluq orqanları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Hacıqabul rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin baş məsul icraçısı Rauf Həmidov, ölkə xaricində olan Hacıqabul rayon sakini, 1997-ci il təvəllüdlü Şamil Əliyevin hərbi həkim komissiyası tərəfindən təkrar tibbi müayinədən keçirilməsini növbəti çağırışadək təxirə salınmasını təşkil etmək müqabilində sonuncunun atasından rüşvət alarkən cinayət başında yaxalanıb.

Rauf Həmidov Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilib, barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Nazir müşavirə keçirdiOktyabrın 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdıran Müdafiə naziri, Azərbaycan Ordusunda qoşunların hazırlığına xüsusi diqqət yetirilməsi barədə müvafiq göstərişlər verib.

Müşavirədə dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyət təhlil edilib.

Şəxsi heyətin döyüş hazırlığı və ayıq-sayıqlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə Müdafiə naziri bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin praktiki məşq etdirilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Şəxsi heyətə təhlükəsizlik qaydalarının çatdırılması və onlara əməl olunmasına ciddi nəzarət edilməsinin vacibliyi xüsusi vurğulanıb.

General-polkovnik Z.Həsənov azad edilən ərazilərdəki bölmələrdə qoşun xidmətinin təşkili, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, hərbi infrastrukturun yaradılması, dağ yollarının çəkilməsi və onların daim işlək vəziyyətdə saxlanılması, bölmələrin qışa hazırlıq işlərinin tamamlanması, xüsusilə dağlıq ərazilərdə xidmət edən bölmələrə lazımi ehtiyatların vaxtında çatdırılması məsələlərinin diqqətdə saxlanılması ilə bağlı müvafiq göstərişlər verib.

Nazir, Ali Baş Komandanın müvafiq sərəncamına əsasən elektron qaydada bölgüsü aparılan çağırışçıların müvafiq bölmələrdə yerləşdirilməsi, eyni zamanda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması işlərinin mütəşəkkil qaydada icra olunması barədə aidiyyəti şəxslərə tapşırıqlar verib.
Prezident: Avropa İttifaqına dürüst vasitəçi kimi etibar edirikAvropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə etdi və biz belə təşəbbüsləri dəstəkləyirik. Lakin, bildiyimə görə, Ermənistan tərəddüd edir. Ermənistan Avropa İttifaqının təklifini qəbul edib-etməyəcəyi ilə bağlı qərar verməyib.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu mövzular bizim rəsmilər və Avropa İttifaqı nümayəndələri arasında çoxsaylı təmaslarda müzakirə edilir. Bundan əlavə, cari ilin yayında Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin Azərbaycana səfəri zamanı biz vəziyyəti geniş müzakirə etdik və fəal şəkildə çalışmaqla bağlı birgə niyyətimizi ifadə etdik. Avropa İttifaqı yenidənqurma və dinc mühitin yaradılması kimi müxtəlif sahələrdə təcrübəyə malikdir. Beləliklə, Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə etdi və biz belə təşəbbüsləri dəstəkləyirik. Lakin, bildiyimə görə, Ermənistan tərəddüd edir. Ermənistan Avropa İttifaqının təklifini qəbul edib-etməyəcəyi ilə bağlı qərar verməyib. Azərbaycanın mövqeyi isə olduqca açıqdır. Biz işləməyə hazırıq və müxtəlif səviyyəli dövlət rəsmilərimiz Avropa İttifaqı ilə təmasdadırlar. Avropa İttifaqı bizə delimitasiya, kommunikasiyaların açılması və postmüharibə dövründə inkişaf məsələlərində yardım edə bilər.

Biz, həmçinin Avropa İttifaqı ilə iqtisadi yardım məsələsi ətrafında müzakirələr aparırıq. Bizə məlumdur ki, Avropa İttifaqı Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesindədir. Bu proses artıq başa çatmış da ola bilər. Əlbəttə, bizim gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana da təklif edilsin. İstər qrant, istərsə də kredit – burada bərabərlik olmalıdır. Çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var. Bu səbəbdən biz, əlbəttə ki, həmin iqtisadi yardım paketinin qeyri-balanslı olmasına dair öz narahatlığımızı ifadə etdik. Hazırda biz Avropa İttifaqı ilə təmaslarımızı davam etdiririk və onlardan bizə iqtisadi dəstəklə əlaqədar təklif gözləyirik. Avropa İttifaqı çox iş görə bilər. Biz bu imkanlardan istifadə etməyə hazırıq və Avropa İttifaqına dürüst vasitəçi kimi etibar edirik".