Zurabişvili: "Saakaşvili əfv edilməyəcək"Gürcüstan Prezidenti Salome Zurabişvili Mixeil Saakaşvilinin əfv edilməsi məsələsinə münasibət bildirib.

Avrasiya.net Gürcüstan KİV-ə istinadən xəbər verir ki, o, sabiq prezidentin əfv edilməyəcəyini bəyan edib.

Prezident bildirib ki, Saakaşvili tərəfdaşların tövsiyələrinin əksinə gedərək sabitliyi pozmaq üçün Gürcüstana gəlib.

Qeyd edək ki, bu gün Saakaşvili Tbilisdə saxlanılıb.
Saakaşvili Tiflisdə belə saxlanıldı - VideoGürcüstanın sabiq prezidenti Mixail Saakaşvili paytaxt Tiflisdə saxlanılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili xüsusi brifinqdə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Saakaşvili penitensiar müəssisəyə yerləşdirilib.

Qeyd edək ki, M.Saakaşvili bu gün Gürcüstana gəldiyini açıqlamışdı.

***
M.Saakaşvilinin saxlanılması görüntüləri yayılıb.
Saakaşvili Gürcüstanda SAXLANILDIGürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Gürcüstanda saxlanılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Gürcüstanın hüquq-mühafizə orqanları sabiq prezidentin hərəkəti barədə öncədən məlumatlı olub və bu proses tam nəzarət altında saxlanılıb.
İran səfirliyi qarşısında edilmiş hərəkət pisləndi - AÇIQLAMAİran İslam Respublikasının Azərbaycandakı səfirliyinin qarşısında edilmiş hərəkət sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Məsələ burasındadır ki, həmin xoşagəlməz addımlar həm də Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına da ziddir.

Yeri gəlmişkən, qonşu ölkənin milli atributlarına qarşı hörmətsizlik edənlər artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, gənclər cəzalandırılıb, konkret desək cərimələniblər.

Oxu.Az Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun məsələyə münasibətini öyrənib. Diplomat gənclərin bu hərəkətini pisləyib:

“Hesab edirəm ki, etiraz üçün hər hansısa əsas varsa, onu qəbul olunmuş siyasi yollarla çatdırmaq mümkün olur. Şəxsən mən düşünürəm ki, bu şəkildə etiraz olmayaydı”.

Estoniya və Latviyada ölkəmizin fövqəladə və səlahiyyətli səfiri işləmiş T.Zülfüqarov etiraz aksiyasının düzgün formada edilmədiyini bildirib:

“Etirazın üslubları var. Həmin üslublar hamıya bəllidir. Bu üslublardan birindən yararlanmaq olardı. Üstəlik, İranda bizə qarşı çıxanlardan başqa, xeyli dostlarımız var. Onların içərisində Azərbaycanı sevən siyasətçilər də var. Mən İran azərbaycanlılarını yox, digər millətlərdən olan nümayəndələri də nəzərdə tuturam. Onlara qarşı bu, hörmətsizlikdir, siyasətə aid olmayan hərəkətdir. Gərək ki, arada hörməti saxlayaq. Dövlət atributuna qarşı bu hərəkət qəbuledilməzdir”.

Tofiq Zülfüqarovun sözlərinə görə, bu, gənclərin səhv addımıdır, polis onları düzgün şəkildə cəzalandırıb.
Saakaşvili xalq qarşısına sabah çıxacaq - DumbadzeBiz Mixail Saakaşvilini rəsmi olaraq sabah 20:05-də göstərəcəyik.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının rəsmi nümayəndəsi Murman Dumbadze deyib. Onun sözlərinə görə, Saakaşvili hazırda Batumidədir:

“Onun çoxlu tərəfdarı var. Onu bütün Gürcüstan gözləyir və biz rəsmi olaraq Saakaşvilini sabah 20:05-də göstərəcəyik. Hesab edirəm ki, operativ hərəkət etmək lazımdır”.

Qeyd edək ki, sabah Gürcüstanda yerli özünüidarəetmə seçkiləri keçiriləcək.
SEPAH-ın raket bazasında dəhşətli partlayış – FotoTehranın qərbində yerləşən raket bazasında böyükmiqyaslı partlayış baş verib.

Axar.az xəbər verir ki, bu haqda İsrailin “İmage Sat İnternational” adlı özəl təhlükəsizlik şirkəti yazılı açıqlama yayıb.

Açıqlamada sözügedən partlayışın İran İslam İnqilabı Keşikçiləri Korpusuna aid gizli raket bazasında olduğu iddia edilib və binanın 22-27 sentyabr tarixlərində peykdən çəkilmiş şəkilləri paylaşılıb. Paylaşılan ikinci fotoda partlayışın olduğu binanın bir hissəsində ciddi dağıntının olduğu görünür.

“Tayms of İsrail” qəzeti isə raket bazasının “Şahid Hemmat İndustrial” şirkətinin zavodunda yerləşdiyini yazıb. Bu şirkətin İranın ballistik raket proqramının bir hissəsi olduğu və “Şahab-3” raketlərini istehsal etdiyi vurğulanıb.

Xatırladaq ki, 26 sentyabrda İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən verilən açıqlamada Tehranın qərbində yerləşən araşdırma mərkəzlərindən birində yanğın baş verdiyi, iki əməkdaşın həlak olduğu bildirilib.
“Azərbaycan” nəşriyyatına yeni baş direktor təyin olundu"Azərbaycan" nəşriyyatına yeni baş direktor təyin olunub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sənədə əsasən, Leyla Güləliyeva “Azərbaycan” nəşriyyatının baş direktoru təyin edilib.

L.Güləliyeva təyinatla bağlı xəbəri təsdiqləyib.

Qeyd edək ki, L.Güləliyeva keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Azərmarka MMC-nin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, ötən gün “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov vəzifəsindən azad edilib.
Saakaşvili UkraynadadırGürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin hansı şəhərdə olması barədə yeni məlumat yayılıb.

Gürcüstan KİV xəbər verir ki, o son 4 günü Ukraynanın Truskovets şəhərində olub.

Lvov yaxınlığında yerləşən şəhər kurort mərkəzi kimi tanınır. Gürcüstanlı jurnalistlər Saakaşvilinin Batumi kimi təqdim etdiyi şəhərin əslində Truskovets olduğunu söyləyib.

Ukrayna və Gürcüstan Daxili İşlər Nazirlikləri də məlumat mübadiləsindən sonra Saakaşvilinin Ukrayna sərhədlərini keçmədiyini açıqlayıb.
Azərbaycanlı və erməni gənclər arasında insident…Polşanın paytaxtı Varşavada azərbaycanlı və erməni gənclər arasında insident yaşanıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Varşavanın Belyanı (Bielany) rayonunda baş verib.

Belə ki, axşam saatlarında yaşadıqları ərazidə küçədə azərbaycanlı gənclərin ucadan ingiliscə "Karabakh Is Azerbaijan!" şüarları yaxınlıqdakı kafedə əyləşən 4-5 nəfərdən ibarət gənc erməni oğlan və qızların etirazına səbəb olub.

Onların iradına baxmayaraq azərbaycanlı gənclər şüar səsləndirməsini davam edib. Bu zaman kafedən çıxaraq azərbaycanlı gənclərə hücum edən ermənilər ilə insident yaşanıb. Ətrafdakılar şəxslər onları ayırıb.