Həmkarlarımızı təbrik edirik!Azərbaycan mediasında özünəməxsus yeri olan Cebhe.info xəbər portalınln 6 yaşıdır.

Bu gün eyni zamanda, “Cümhuriyət” qəzetinin bir neçə illik fasilədən sonra yenidən nəşrə başladığı gündür.

Rəfail Becanovun rəhbərlik etdiyi Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzeti Azərbaycan mediasında xüsusi çəkiyə malikdir. Kiçik kollektivlə az bir zamanda böyük işlərə imza atıblar. Operativliyi və peşəkarlığı ilə heç də 100-ə yaxın işçisi, maddi texniki bazası zəngin olan media orqanlarından geri qalmır.

Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzeti həmişə obyektivliyə və dürüstlüyə üstünlük verib. Ən əsası heç bir istiqamətə əsməyib, onların öz yolu, öz xətti və dəyişməyən mövqeləri var.

Həmkarlarımızı təbrik edirik, uğurları bol olsun.

Avrasiya.net




Avropa.info kollektivi həmkarlarımızı təbrik edir, işlərində uğurlar arzulayır.
90 general bəyanat verdi: “Dərhal istefa verməlidirlər”90 təqaüdçü general və admiral ABŞ qoşunlarının Əfqanıstandan biabırçı şəkildə çıxmasına etiraz olaraq, müdafiə naziri Lloyd Ostin və baş qərargah rəisi Mark Millini istefaya çağırıb.

Teleqraf.com xəbər verir ki, məktuba imza atanlar müdafiə naziri və baş qərargah rəisinin ilk növbədə, vəzifələrini yerinə yetirə bilmədikləri üçün istefa verməli olduqlarını bildiriblər.

Məktubda qeyd edilib ki, həm Milli, həm də Ostin Prezident Co Baydenə qoşunların geri çəkilməsinin qarşısını almaq barədə məsləhət verməli idi, amma bu iki şəxsin dərhal geri çəkilmə prosesini dayandırmaq üçün əllərindən gələni etmədilər. Buna görə də istefa verməlidirlər.

Generallar “qəddar düşmən”in nəzarətində olan təhlükəli bölgələrdə qalan 15 minə yaxın amerikalı və Amerika qüvvələrinə dəstək verən təxminən 25 min Əfqanıstan vətəndaşının qaldığını söyləyiblər.

Generallar bu fəlakətin nəticələrinin inanılmaz olduğunu və təsirin onilliklər ərzində rezonansa səbəb olacağını bildiriblər.
“Düşmənlərimizin əlinə keçən qabaqcıl hərbi texnika və təchizat da milyardlarla dollar itki deməkdir”, - məktubda vurğulanıb.

Rusiyaya səyahət edənlərin NƏZƏRİNƏ: yeni qaydalar qüvvəyə minirBu gündən, sentyabrın 1-dən Azərbaycandan Rusiyaya yerinə yetirilən bütün reyslərdə yeni giriş qaydaları qüvvəyə minir.

Avrasiya.net xəbər verir ki, həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına «Путешествую без COVID-19» mobil tətbiqini yükləməlidirlər.

Tətbiqə pasportun skan olunmuş surətini, habelə COVID-19 üçün PCR testinin nəticəsini yükləmək lazımdır. Tətbiq ödənişsizdir.

«Путешествую без COVID-19» tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:

- iPhone üçün: https://apps.apple.com/app/id1541206996

- Android smartfonları üçün: https://play.google.com/store/apps/details?id=com.nocovid19.su&hl=az&gl=US

- Huawei smartfonları üçün: https://appgallery.huawei.com/#/app/C104343239

Tətbiqin istifadəsi aşağıda qeyd edilən sərnişinlər üçün məcburi deyildir:

- Rusiya Federasiyasının vətəndaşları üçün;

- Azərbaycan ərazisindən tranzitlə keçən sərnişinlər üçün (Rusiya Federasiyasına yerinə yetirilən bütün marşrut üzrə aviabiletlər və (və ya) minik talonları mövcud olduqda) və ilkin yola düşmə ölkəsində testdən keçmiş olduqda.

- smartfonları olmayan uşaqlar və ya yaşlı əhali qrupu kateqoriyasından olan sərnişinlər QR-kodun təsdiqini onlarla birgə səyahət edən digər sərnişinin smartfonundakı tətbiqdə təqdim edə bilərlər.

Rusiyaya səyahət edərkən, PCR-testi yalnız əvvəlcədən razılaşdırılmış tibb müəssisələrində keçirilə bilər.

Laboratoriyaların siyahısı ilə həm mobil tətbiqdə, həm də keçid vasitəsilə aviaşirkətin rəsmi internet səhifəsində tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-russia

Testdən keçərkən sərnişin Rusiyaya uçduğunu klinikaya mütləq bildirməli və xarici pasport təqdim etməlidir. Tətbiq test əsasında hava limanında sərhəd nəzarəti məntəqəsində göstərməli olduğunuz QR-kod yaradacaqdır. Testin nəticəsi barədə məlumat mobil tətbiqdə yaşıl QR-kod şəklində saxlanılacaqdır. Bu kodu qeydiyyat masalarında, habelə Rusiyaya gəldikdə sərhəd keçid məntəqələrində təqdim etmək lazımdır. Səyahət zamanı telefonunuzda texniki problemlər yarandığı halda, sərnişində PCR-testin kağız nüsxəsi olmalıdır. Koronavirus infeksiyasına dair testi Rusiyaya uçmazdan əvvəl 72 saat ərzində vermək lazımdır. «Путешествую без COVID-19» tətbiqini hazırlayan mütəxəssislər bildirirlər ki, ən yaxın zamanda bu tətbiqdə sərnişinlərin peyvənd olunması barədə məlumatlar da öz əksinin tapacaq.
Azərbaycan səfiri UAR-ın yeni rəhbərliyi ilə görüşübAzərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov və aparat rəhbəri Elşad İbrahimovu qəbul edib.

UAR-Dan Avrasiya.net-ə verilən məlumata görə UAR-ın fəaliyyəti, son zamanlar keçirilmiş və nəzərdə tutulan tədbirlər barədə məlumat vermək, həmçinin gələcək birgə tədbirlərin müzakirə olunması məqsədini daşıyan görüşdə səfir Elmira Axundova göstərilən təqdirəlayiq fəaliyyətə görə UAR həmsədrlərinə təşəkkürünü ifadə edib. Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətinə toxunan səfir öz tövsiyyə və təkliflərini bildirib: “Arzumuz UAR-ın bütün Azərbaycanlıların evinə çevrilməsi, milli maraqlarımızın Ukraynada müdafiə və tərənnüm edilməsi məqsədilə diasporumuzun koordinasiyalı şəkildə fəaliyyət göstərməsidir. Regionlardakı diaspor təşkilatları və icmalarla əlaqələr gücləndirilərək, onların UAR ətrafında birləşməsinə nail olmaq lazımdır.” Səfir Azərbaycan kimi qüdrətli və müzəffər bir xalqın vahid və güclü diaspora sahib olması üçün dövlət dəstəyi və lazımi imkanların mövcud olduğunu da əlavə edib.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirəsinin Ukraynada əbədiləşdirilməsi məqsədilə Heydər Əliyev Fondu və şəxsən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat Bağında ədibin və onun “Xəmsə”sindən qəhrəmanların kompozisiya heykəlinin ucaldılacağı barədə məlumat verən səfir abidənin qoyulacağı ərazinin abadlaşdırılmasında UAR-ın da fəal olmasını təklif edib. Xanım səfir həmçinin Azərbaycan həqiqətləri və dəyərlərinin Ukraynada daha keyfiyyətli təbliği naminə birgə fəaliyyətin vacibliyini, yaxın aylardakı əhəmiyyətli tədbirlərin birgə təşkilinin daha əhəmiyyətli olacağını vurğulayıb.

Görüşdə çıxış edən UAR baş katibi Ceyhun Məmmədov qəbul üçün xanım səfirə təşəkkür edib, gələcək planlardan danışıb. “Fikirdə, sözdə və əməldə birlik” şüarı ilə bütün soydaşlarımızı Azərbaycan naminə birliyə çağırdıqlarını bildirən Məmmədov Ukraynada güclü diaspor ənənəsinin olduğunu vurğulayıb. “Təməlləri ulu öndər Heydər Əliyev tərəfindən atılan Ukraynadakı Azərbaycan diasporu Ukraynanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal rol oynayır. Bununla yanaşı davamlı olaraq Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması üçün çalışır. Bu, xalqımızın zəfəri ilə bitən Vətən müharibəsi zamanı bir daha sübut oldu - Ukrayna dövləti və Ukrayna ictimaiyyəti Azərbaycanın haqq mübarizəsinə birmənalı dəstək verdi” deyən Məmmədov UAR ilə səfirlik arasında konstruktiv əməkdaşlığın artırılmasına nail olacaqlarına inandığını bildirib.

Regionlarda görülən işlərlə bağlı xanım səfirə məlumat verən aparat rəhbəri Elşad İbrahimov oktyabr ayında UAR üzvü olan təşlilatlarla geniş tərkibdə görüş təşkil olunacağı barədə məlumat verib.

Görüşdə Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri xanım Elmira Axundova ilə yanaşı, müşavirlər Kamal Xəlilov və Sabir Rzayev, ikinci katib Samir Allahverdiyev və üçüncü katib Təranə Sadıqova da iştirak edib.
Millimiz Lüksemburqa qarşıBu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlara start veriləcək.

Avrasiya.net xəbər verir ki, A qrupunda yer alan Azərbaycan millisi də növbəti matçına çıxacaq.

İlk iki turu xalsız başa vuran Canni de Byazinin yetirmələri üçüncü matçında səfərdə Lüksemburqun qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.

DÇ-2022-nin seçmə mərhələsi

IV tur, A qrupu
1 sentyabr
22:45. Lüksemburq – Azərbaycan
Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina)
Lüksemburq. “Stad Lüksemburq”
Koronavirusa yoluxanların sayı 218 milyonu ötdüDünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 219 mindən çox artıb.

Avrasiya.net-in məlumatına görə, ötən sutka ərzində 219 901 nəfər koronavirusa yoluxub, 3874 pasiyent dünyasını dəyişib.

Virusa yoluxanların ümumi sayı 218 540 994, ölənlərin isə 4 533 609 nəfərə çatıb.

İndiyədək ən çox yoluxma halı ABŞ-da qeydə alınıb. Bu ölkədə 40 114 099 nəfərdə koronavirus aşkarlanıb.

Siyahıda sonrakı yerlərdə Hindistan (32 810 892), Braziliya (20 777 867), Rusiya (6 918 965), Britaniya (6 789 581), Fransa (6 765 708), Argentina (5 171 458), İran (4 895 448), Kolumbiya (4 903 304), İspaniya (4 831 809) və İtaliya (4 524 292) qərarlaşıb.
ABŞ Kabildə həlak olan hərbçilərinin qisasını alacaqABŞ Prezidenti Co Bayden Əfqanıstanda fəaliyyət göstərən İŞİD-i hədələyib.

Avrasiya.net xəbər verir ki, Bayden Kabildəki partlayışda ölən və yaralanan hərbçilərin qisasını alacaqlarını vurğulayıb.

"Hələ bitirməmişik. Ali Baş Komandan olaraq, qəti şəkildə inanıram ki, bizi qorumağın ən yaxşı yolu amansız, hədəflənmiş dəqiq strategiyadır", - Bayden qeyd edib.
Rus ekspert: Zelenski öz-özünü inkar edirVladimir Zelenskinin rus qazının çirkli olması ilə bağlı açıqlaması onun Ukraynanın Rusiya-Avropa arasında tranzit ölkə olaraq saxlanılması istəyi ilə ziddiyyət təşkil edir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Mixeyev deyib.

O bildirib ki, Zelenskinin sözügedən açıqlaması tam cəfəngiyyatdır:

“Zelenski Amerika və almanlarla Şimal Axını-2-ni müzakirə edir, ölkəsinin tranzit olaraq qalmasını istəyir. Eyni zamanda rus qazını "ən çirkli qaz" adlandırır. Birincisi, çoxlu metan tullantısı olduğu üçün, ikincisi də orada Kremllə bağlı təbliğat var. Yəni bu şəxs tam cəfəngiyyat danışır. Əgər dünyada ən çirkli qazdırsa, nə üçün tranzit olmasını istəyirsən?”

Qeyd edək ki, Zelenski Vaşinqtonda amerikalı nazirlə görüşdə rus qazını metan tullantıları, korrupsiya və şantajdan dolayı dünyanın ən çirkli qazı adlandırıb.
Baydenlə Qəninin telefon danışığının - DetallarABŞ Prezidenti Co Baydenlə Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəni arasında 23 iyul tarixindəki son telefon danışığının detalları bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Telefon söhbətində Baydenin Qəninin ölkədəki vəziyyəti nəzarət altına almaq planı barədə məlumat verəcəyi təqdirdə hava dəstəyi göstərəcəyinə davam edəcəyinə dair söz verdiyi bildirilib.

Digər məlumata görə, Baydenin hadisələrin axarını dəyişdirmək üçün Qəniyə təzyiq göstərməyə çalışdığı qeyd olunub.

Ağ Ev məsələ ilə bağlı hələ bir açıqlama verməyib.