Azərbaycanda polis arvadını şöbədə öldürdüAzərbaycanda polis şöbədə həyat yoldaşını xidməti silahla öldürüb.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb.

O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.

İ.Məmmədov saxlanılıb. Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.
Ərdoğan seçimini İZAH ETDİ: "Amerikalılar məni vadar etdi"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan S-400 zenit-raket kompleksi almasına aydınlıq gətirib.

"Nyu York Times" qəzetinə açıqlama verən prezident ABŞ-ın "Patriot" raketlərini ölkəsinə satmamasını bu addımı atmasına həlledici rol oynadığını qeyd edib.

"Əgər amerikalılar "Patriot" raket əleyhinə hava hücumundan müdafiə sistemini bizə satsaydı, S-400 almaqdan vaz keçə bilərdik".

ABŞ 2018-ci ildə Türkiyəyə "Patriot" raketləri satmaqdan imtina etmişdi.
Tonoyanın Ermənistandan çıxışına qadağa qoyulurErmənistan məhkəməsində ölkənin keçmiş müdafiə naziri David Tonoyanın ölkədən çıxışına qadağa qoyulması barədə vəsatət qaldırılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə erməni KİV-i yazıb.

Xatırladaq ki, bundan əvvəl Tonoyanın mənzilində axtarış aparıldığı, keçmiş nazirin həbs oluna biləcəyi barədə məlumatlar yayılmışdı

Məlumata görə, David Tonoyan və erməni silah təchizatçısı David Qalstyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən 2011-ci ildə keyfiyyətsiz silah tədarükü ilə bağlı açılan cinayət işi çərçivəsində saxlanılıb.

Tonoyan 2020-ci ilin noyabr 20-də Ermənistanın müdafiə naziri vəzifəsindən azad edilib.
Krımı Rusiya ərazisi kimi tanımalıyıq - PerinçəkTürkiyə ABŞ-İsrail təhdidlərinə qarşı həm təhlükəsizliyi, həm də iqtisadi inkişafı üçün Rusiya, Suriya, İraq, İran və Azərbaycanla hər sahədə əməkdaşlıq etməlidir. Bu strateji imperativdə Rusiya əsas rol oynayır.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının rəhbəri Doğu Perinçək deyib.

"Şimali Kiprin tanınması ilə əlaqədar Rusiyanın atacağı addımların kilidini açmaq vacibdir və bunun üçün Qara dənizdə Türkiyə-Rusiya dostluğunu gücləndirəcək addımlar atmaq məsuliyyəti ilə üz-üzəyik.

Krımın bu gün Rusiya ərazisi kimi tanınması həm Türkiyənin təhlükəsizliyini gücləndirir, həm də Krım türklərimizin iradə və maraqlarının tələbidir. Qara dənizdə Ukraynanı ABŞ-ın nəzarətindən azad etmək yalnız bu konteksdə həyata keçiriləcək.

Türkiyə və Rusiyanın iştirakı ilə Suriyanın ərazi bütövlüyü də təmin edilə bilər. Suriya dövlətinin yeganə nümayəndəsi Bəşər Əsəd rəhbərliyidir. Bəşər Əsəd əleyhinə bəzi müxalif görünüşlü separatçı təşkilatları dəstəkləməyin bədəli çox ağırdır", - Perinçək qeyd edib.
Ana südü bu dəfə koronavirusda dadımıza çatacaq: Dərman hazırlanırAna südü ilə körpələrə koronavirusa qarşı anticisim ötürülə bilir.

Nyu-Yorkdakı Mount Sinai Xəstəxanasının alimləri apardıqları araşdırmadan sonra belə qənaətə gəliblər.

Bildirilir ki, ana südü ilə qidalanan körpələr virusdan qismən qorunur.

Amerikalı tədqiqatçılar koronavirusdan sağalan qadınların südündə 10 aya qədər anticisimlərin qaldığını aşkar ediblər.

Hazırda elm adamları immunitetin peyvənd vurdurduqdan sonra ana südü ilə keçib-keçmədiyini araşdırırlar.

Alimlər ana südündəki anticisimləri yetkinlər üçün COVID-19-a qarşı dərmanda istifadə etmək istəyirlər.

Mənbə: “Daily Mail”
Fransa Britaniya ilə münasibətlərə yenidən baxa bilər“Rəsmi Paris ticarət və əməkdaşlıq razılaşması da daxil olmaqla öz öhdəliklərini pozan Londonla münasibətlərinə yenidən nəzərdən keçirməlidir”.

“Report” xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv le Drian deyib.

Xatırladaq ki, sentyabrın 16-sı ABŞ, Böyük Britaniya və Avstraliya AUKUS adlandırılan müdafiə tərəfdaşlığı barədə razılaşma imzalayıblar. Bundan sonra Avstraliya Fransanın “Naval Group”" şirkəti ilə 66 milyard ABŞ dolları dəyərində 12 sualtı qayığın istehsalını nəzərdə tutan müqaviləyə xitam verib. Rəsmi Paris öz növbəsində Avstraliyanın bu addımını pisləyib və səfirini geri çağırıb.

“Bu mərhələdə deyə bilərəm ki, hazırda yaşadığımız böhran ciddidir. Böhran davam edəcək və ondan çıxmaq üçün sözlərə deyil, ciddi əməllərə ehtiyac olacaq”-dey nazir bildirib.

Xarici işlər naziri Fransa səfirinin Kanberraya qayıdacağını, lakin onunla məsləhətləşmələrin davam etdiyini qeyd edib.

Daha əvvəl Le Drian, sualtı qayıqla bağlı müqavilənin ləğvini arxadan vurulan bıçaq zərbəsi adlandırmışdı.
Avropa Liqası: "Fənərbağça" "Olimpiakos"la, "Qalatasaray" "Marsel"lə qarşılaşacaqBu gün UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək.

Avrasiya.net-in məlumatına görə, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" klubu Polşada İngiltərə "Lester"ini qəbul edəcək.

C qrupunun digər matçında Rusiyanın "Spartak" (Moskva) komandası ilə İtaliya "Napoli"si üz-üzə gələcək.

Türkiyənin turnirdəki təmsilçilərindən "Qalatasaray" Fransada "Marsel"in qonağı olacaq. "Fənərbağça" isə İstanbulda Yunanıstan "Olimpiakos"u ilə qarşılaşacaq.

UEFA Avropa Liqası

Qrup mərhələsi, II tur

A qrupu

20:45. "Sparta" (Praqa, Çexiya) - "Reyncers" (Şotlandiya)

20:45. "Lion" (Fransa) - "Bröndbü" (Danimarka)

Xal durumu: "Lion" - 3, "Sparta" -1 "Bröndbü" - 1, "Reyncers" - 0.

B qrupu

20:45. "Şturm" (Qrats, Avstriya) - PSV (Eyndhoven, Niderland)

20:45. "Real Sosyedad" (İspaniya) - "Monako" (Fransa)

Xal durumu: "Monako" - 3, "Real Sosyedad" - 1, PSV - 1, "Şturm" - 0.

C qrupu

20:45. "Legiya" (Polşa) - "Lester" (İngiltərə)

20:45. "Napoli" (İtaliya) - "Spartak" (Moskva, Rusiya)

Xal durumu: "Legiya" - 3, "Napoli" - 1, "Lester" - 1, "Spartak" - 0

D qrupu

20:45. "Antverpen" (Belçika) - "Ayntraxt" (Frankfurt, Almaniya)

20:45. "Fənərbağça" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan)

Xal durumu: "Olimpiakos" - 3, "Fənərbağça" - 1, "Ayntraxt" - 1, "Antverpen" - 0

E qrupu

23:00. "Marsel" (Fransa) - "Qalatasaray" (Türkiyə)

23:00. "Latsio" (İtaliya) - "Lokomotiv" (Moskva, Rusiya)

Xal durumu: "Qalatasaray" - 3, "Marsel" - 1, "Lokomotiv" - 1, "Latsio" - 0.

F qrupu

23:00. "Braqa" (Portuqaliya) - "Midtüllan" (Danimarka)

23:00. "Lüdoqorets" (Razqrad, Bolqarıstan) - "Srvena Zvezda" (Belqrad, Serbiya)

Xal durumu: "Srvena Zvezda" - 3, "Lüdoqorets" - 1, "Midtüllan" - 1, "Braqa" - 0.

G qrupu

23:00. "Ferentsvaroş" (Macarıstan) - "Betis" (İspaniya)

23:00. "Seltik" (Şotlandiya) - "Bayer" (Leverkuzen, Almaniya)

Xal durumu: "Betis" - 3, "Bayer" - 3, "Seltik" - 0, "Ferentsvaroş" - 0

H qrupu

23:00. "Vest Hem" (İngiltərə) - "Rapid" (Vyana, Avstriya)

23:00. "Genk" (Belçika) - "Dinamo" (Zaqreb, Xorvatiya)

Xal durumu: "Vest Hem" - 3, "Genk" - 3, "Rapid" - 0, "Dinamo" - 0.
Yağış, külək, leysan - Bu günün HAVASIBakıda və Abşeron yarımadasında sentyabrın 30-da arabir yağış yağacağı gözlənilir.

Avrasiya.net Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-19° isti, Bakıda gecə 14-16° isti, gündüz 17-19° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütuna yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimal və şərq rayonlarında güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 17-22° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.


Sloveniya ABŞ vaksinindən imtina etdi - SƏBƏBSloveniya ABŞ-da istehsal edilən "Johnson & Johnson" vaksinunun istifadəsini dayandırıb.

Avrasiya.net xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Buna səbəb kimi ölkədə gənc qızın peyvənd edildikdən sonra ölməsi göstərilir. Nazirliyin məşvərət qrupu vəziyyət aydınlaşana qədər bu vaksinin istifadəsini dayandırmağı tövsiyə edib.