İran Azərbaycanla sərhəddə hərbi kompleks yerləşdirib - FOTOİran Azərbaycanla sərhəddə müasir hərbi-texniki vasitələr yerləşdirməkdə davam edir.

Sosial şəbəkələrdə yayılan fotoda Araz çayı sahilində “Jitel” radioelektron mübarizə sisteminin yerləşdirildiyi görülüb.

Rusiyadan alınan həmin sistem qarşı tərəfin rabitə və radioelektron kəşfiyyat siqnallarını pozmaq üçün istifadə edilir.

Yayılan şəkildə sistemin 4 antenindən yalnız 2-nin işlək vəziyyətdə olduğu görünür. “Jitel” radioelektron mübarizə kompleksi pilotsuz uçuş aparatları ilə mübarizədə də effektivdir.(modern)
Rafael Cəbrayılov son nəfəsində günahkarların adını açıqladıXəbər verdiyimiz kimi, keçmiş deputat Rafael Cəbrayılov bu gün səhər saatlarında dünyasını dəyişib.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, koronavirus infeksiyasına yoluxan keçmiş deputat Binə qəsəbəsində yerləşən İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müalicə olunurmuş (Yeni Klinika isə açıqlama yayaraq, onun bu xəstəxanada müalicə aldığını və burada da dünyasını dəyişdiyini bildirib - red.). Bir neçə gün əvvəl onun vəziyyəti ağırlaşıb və bu gün səhər saatlarında öldüyü məlum olub. Rafael Cəbrayılovun nəşi morqa aparılıb.

"Rafael Cəbrayılov işi”ndə zərərçəkən kimi tanınan şəxslərdən biri keçmiş deputatın ölümündən xəbər tutan kimi morqa gedib və orada Rafael Cəbrayılovun yaxınlarından heç kəsin olmadığını görüb.

Əldə etdiyimiz məlumata görə, keçmiş deputat son gününə qədər qardaşları Rauf Cəbrayılovla Elşən Cəbrayılovu ittiham edib. O, vəziyyəti ağırlaşan zaman zərərçəkənlərə xəbər göndərərək bildirib ki, baş verənlərdə onun suçu yoxdur. Onları aldadan qardaşları olub.

"Dedi ki, qardaşlarım məni müflis etdi, həbsxanaya düşməyimə səbəb oldu. Koronavirusdan öləcəyinə inanmırdı. Deyirdi ki, yaxınlarımın etdikləri məni öldürəcək. Sözlərindən məlum olurdu ki, həbsxanada da ona baş çəkməyiblərmiş”, - adının çəkilməsini istəməyən zərəçəkənlərdən biri bildirib.

Rafael Cəbrayılovun 8 nəfərə ümumi olaraq 1 milyon 550 min dollar borcu var idi. Onun borclu olduğu şəxslər aşağıdakılardır:

Təranə Fətəliyeva - 300 000 dollar

Məlahət Qurbanova - 580 000 dollar

Xatirə Nəcəfova - 200 000 dollar

Yusif Orucov - 200 000 dollar

Aynur Kazımova - 100 000 dollar

Şəfa Məmmədova - 80 000 dollar

Bəşir Məmmədov - 60 000 dollar

Allahverdi Səfərəliyev - 30 000 dollar

Bundan başqa Rafael Cəbrayılov deputat olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla ondan 240 min manat məbləğində pul vəsaitini alıb.

Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan keçmiş deputatın işi məhkəmə mərhələsində idi.
Arvadını güllələyib öldürən polis görün kimin oğlu imişBu gün səhər saatlarında həyat yoldaşını öz tabel silahı ilə güllələyib öldürən polis əməkdaşı İsmayıl Məmmədov haqda yeni məlumat əldə etmişik.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, İsmayıl Məmmədovun atası Vaqif İsmayılov Birinci Qarabağ müharibəsi şəhididir. Vaqif İsmayılov 1992-ci ildə Qarabağda gedən döyüşlərdə şəhid olub.

Məmmədovlar ailə əslən Xocalıdandır. İsmayıl Məmmədovun bir neçə il öncə polis sıralarına atası şəhid olduğu üçün götürüldüyü deyilir.

Xatırladaq ki, sentyabrın 30-da səhər saatlarında Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminimdə güllələyərək öldürüb.
İlham Əliyev ali orden və rütbə ilə təltif edilsin - TəklifVətən müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Ali Baş Komandan İlham Əliyev təltif edilməyib. Nəzərə alaq ki, Vətən müharibəsindəki qələbənin əldə edilməsində Prezident İlham Əliyevin xüsusi rolu var.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentin bu gün keçirilən iclasında deyib.

O vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyev ən ali orden və rütbə ilə təltif edilməlidir: “Xahiş edirəm ki, bu məsələ parlamentin gündəliyinə salınsın”.
“Ermənistan parlamentinin sədrinin əsassız iddialarına cavab verdim” - SpikerMilli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında parlamentin beynəlxalq fəaliyyətindən söz açıb.

Avrasiya.net-in xəbərinə görə, Sədr bildirib ki, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiya dövründə və sessiyadan sonra da davam etdirilib:

“Artıq 3 dost və qardaş ölkənin yeni parlament əlaqələrinin əsası qoyulub. Mən əminəm ki, Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlıq qarşıdakı illərdə daha da genişlənəcək və dərinləşəcək. Bütün görüşlərdə 44 günlük Vətən müharibəsi ilə bağlı məlumatlar verilib. Azərbaycanın BMT Təhlükəsiz Şurasının qətnamələrini öz gücü ilə təmin edilməsi barədə məlumatlar görüşdüyümüz rəsmi şəxslərin və nümayəndə heyətlərinin diqqətinə çatdırılıb. Bu gün də Ermənistanın müharibə cinayətlərinə rast gəlinməsi ilə bağlı AŞPA-da keçirilən görüşlərdə məlumat verdim. Hazırlanan hesabatın həqiqətləri əks etdirməsinin vacibliyini qeyd etdim. Avqustun 6-da İranda rəsmi səfərdə oldum. Səfər çərçivəsində keçirdiyimiz görüşlərdə Azərbaycanın öz torpaqlarını azad etdikdən sonra İranla dövlət sərhədimizin tam nəzarətə götürülməsini diqqətə çatdırdım. Görüşdə İran parlamentini Xocalı soyqırımını tanımağa çağırdım. Avstriyada işgüzar səfər çərçivəsində iştirak etdiyim konfransda Ermənistan Parlamentinin sədrinin əsassız iddialara cavab verdim”.
Bakıda məktəbdə ŞOK - Mühafizəçilərlə valideynlər arasında dava (VİDEO)Bakıda "Landau School" məktəbinin həyətində mühafizəçilərlə valideynlər arasında əlbəyaxa dava baş verib.

Avrasiya.net xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, dava məktəbin mühafizəçisi ilə valideynlərdən biri arasında baş verib.

Daxili İşlər Nazirliyi yaranan insidentlə bağlı araşdırmalara başlayıb.


Rafael Cəbrayılov həbsdə öldüMilli Məclisin həbsdə olan sabiq deputatı Rafael Cəbrayılov vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a onun yaxınları məlumat verib.

O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Rafael Kamil oğlu Cəbrayılovun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.

Aparılan ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, zərərçəkmiş şəxslərdən biri məşhur iş adamı, "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundovdur.
"Regionda kartlar yenidən paylanır..."Artıq dövr dəyişib və regionda kartlar yenidən paylanır. Regionda maraqları olan bütün qüvvələr bunun fərqindədir və proseslərin isinməsinin altında yatan səbəblərdən biri də məhz budur. Məsələn, Rusiya bilir ki, qərb onu regiondan sıxışdırmaq istəyir. İran isə fərqindədir ki, əzələ nümayişinə getməsə, xəritədən silinəcək. Azərbaycan və Türkiyə bir yerdə qərar veriblər ki, nəyin bahasına olursa olsun, Zəngəzur dəhlizinin açılmasına nail olmaq lazımdır. Qərb isə düşünür ki, nəyin bahasına olursa olsun, yoluna Rusiyasız davam etsə də, Türkiyəni yanına çəksin. ABŞ ilə müəyyən eyni bhaxış bucağı ilə hadisələrə baxmayan Avropa İttifaqı istər istəməz regional və qlobal siyasətdə novator addımlar atmalıdır ki, dağılmaqdan xilas olsun. Bütün bunları nəzərdən keçirən, analiz edən rəsmi Bakı təbiri - caizsə, regionda 44 günlük müharibə qazanılan zəfərdən sonra artan rolunu daha da möhkəmləndirmək üçün dinamik gedişlər edir. Azərbaycan prezidenti İlham Əliyevin son günlər dünyanın aparıcı KİV - lərinə verdiyi müsahibələrdə demək istədiyi məhz elə budur.

Bu sözləri Türkiyəli araşdırmaçı yazar, Qərbi Azərbaycan icması Ankara təmsilçisi Dr.Derya Akdemir Azərbaycan Prezidenti İlham Əliyevin son günlər dünyanın aparıcı KİV - lərinə verdiyi müsahibələrini dəyərləndirərkən deyib.

O, qeyd edib ki, Cənubi Qafqazda öz üstünlüyünü stabilləşdirən rəsmi Bakının yeni geosiyasi mexanizmdə aktiv aktor kimi mövcud olması düzdür bəzi qüvvələri narahat edir, ancaq buna baxmayaraq Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi - təhlükəsizlik motivləri nəzərə alaraq özünü daha dinamik dövrlər üçün hazırlayır və qarşısına xarici siyasətdə yeni hədəflər qoyur. Regionda siyasətin yazılmamış qanunlarına yaxşı bələd olan İlham Əliyevin son müsahibələrində bu yeni hədəfləri açıq - aşkar görmək mümkündür və dünyanın analitik beyinləri bunu çox yaxşı anlayırlar ki, Azərbaycan regionun açar ölkəsi olmaq yolunda əmin addımlarla irəliləyir və nə olursa olursa yolundan dönmək niyyətində deyil.

Dr.Derya Akdemir bildirib ki, artıq ötən il qırx dörd gün davam edən müharibədə qazanılan zəfərdən sonra Azərbaycan sadəcə regionda mövcud olan aktivliyini artırmaqla kifayətlənmədi, həmçinin, region üçün yeni siyasi-iqtisadi reallıqların formalaşmasını təmin etdi. Onun sözlərinə görə, Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın məğlubiyyətinin təsdiqi olan Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları 10 noyabr Bəyanatından sonra ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərə etdikəri hər səfərdə bizdə bərpa və quruculuq işlərinin miqyası barədə aydın təsəvvür yaratdı: "Bu gün biz artıq görürük və bilirik ki, 28 il işğal altında olan torpaqların əsl sahibləri ora əllərində silah, bayraq, ürəklərində Vətən sevgisi ilə qayıdıblar və artıq işğaldan azad olunan hər bir qarış torpaqda gedən quruculuq və abadlıq işləri dövlətimizin əzminin, gücünün göstəricisidir, rəsmi Bakının siyasət masasında apardığı diplomatik müharibəsinin real nəticəsidir. Eyni zamanda bu həm də Türkiyə - Azərbaycan qardaşlığının əyani təzahürüdür. Ölkə başçısı da özünün həm axırıncı müsahibələrində, həm də bundan əvvəlki müsahibələrində dəfələrlə bildirib ki, regionda yeni bir dövr başlayır və bu yeni dövrün memarları Tükiyə və Azərbaycan qardaşlığıdır.

Məhz bu qardaşlığın regionun siyasi müstəvisində geniş vüsət almasından dolayıdır ki, hal - hazırda regionda maraqları olan qüvvələr bunun qarşısını almaq üçün əllərindən gələni edirlər. Cənab Prezident də son müsahibələrinin birində dünya ictimaiyyətinə haqlı olaraq müraciət edərək sülhün davamlılığın təmin edilməsi birgə fəaliyyətin vacibliyini vurğuladı. Bu da Azərbaycanın regionda sülhə və sabitliyə nə qədər önəm verdiyinin əyani sübutudur".
Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşü bölgəmizə nə verə bilər?Türkiyə və Rusiya prezidentləri arasında Soçidə keçirilən görüş başa çatsa da müzakirələr davam etməkdədir. Belə görüşlərin Azərbaycanın maraqları çərçivəsində Qarabağda sülyaratma prosesinə və həmçinin nəhəng tranzit layihələrin gerçəkləşməsinə təkan verəcəyi ehtimalı böyükdür.

Ona görə ki, Türkiyənin bölgədə Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı mövqeyini Rusiyanın da qəbul edəcəyi reallığa çox yaxındır. Çünki Qərbin və ABŞ-ın iqtisadi sanksiyaları ilə üzləşən Rusiya Turkiyə ilə birgə strateji layihələri genişləndirməyə məcburdur. Digər tərəfdən Zəngəzur dəhlizinin reallaşması Türkiyənin olduğun kimi Rusiyanının da maraq dairəsindədir. Bir sözlə mövcud şəraitin diktəsilə dərinləşən Türkiyə-Rusiya iqtisadi əməkdaşlığı Qarabağda və ümumilikdə regionda sülhyaratma prosesinə təkan verə bilər.

Təbii ki, Ərdoğan-Putin görüşü yalnız Cənubi Qafqaz məsələləri ilə yekunlaşmırdı. Mediaya geniş məlumatlar verilməsə də aydın məsələdir ki, dünyanın bir sıra regionlarında gedən proseslər dövlət başçılarının müzakirə mövzusu olub. Şübhəsiz ki, hər iki dövlətin uyğun gələn, üst-üstə düşən və həmçinin zddiyyət təşkil edən maraqları var.

Müşahidələr göstərir ki, Qarabağla, ümumilikdə, Cənubi Qafqazla bağlı proseslərdə Türkiyə -Rusiya strateji mahiyyət kəsb edən əməkdaşlığı gələcək üçün effektli ola bilər.

Əkrəm Bəydəmirli
Sabahdan Azərbaycanda bu qadağalar ləğv olunur - SİYAHISabahdan Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlər çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qismi ləğv olunur.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabrın 24-də qərar qəbul edib.

Qərara əsasən, oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur.

Əlavə olaraq, oktyabrın 1-dən aşağıda qeyd olunan iş və xidmət sahələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilib:

- istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti;

- ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyəti;

- iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, eləcədə ümumi tutumunun 50 faizindən çox olmamaqla kinoteatrların fəaliyyəti.

Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə əks göstəriş sertifikatı ilə daxil ola bilərlər.

Sözügedən iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVID-19 pasportuna (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) malik olması mütləqdir.

Həmçinin, çox sayda insanın uzun müddət qapalı yerdə toplaşmasının koronovirus infeksiyasının yayılmasına münbit şərait yaratması nəzərə alınaraq, insanlar arasında COVID-19 virusuna yoluxma riskinin azaldılması məqsədilə şəhər və rayonlar arası müntəzəm sərnişin daşımaları ilə bağlı qərar qəbul edilib.

Qərara əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.

COVID-19 pasportlarının verifikasiyası xüsusi mobil tətbiqetmə (“Check App”) vasitəsi ilə həyata keçiriləcək. Sözügedən tətbiqetmə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılıb və 1 sentyabr tarixindən COVID-19 pasportu tələb olunan bütün məkanlarda istifadə edilir.

Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə tətbiq edilən digər tələblərə riayət olunmasını təmin etmək məqsədilə müvafiq nəzarət tədbirlərinin icrasına davam ediləcək, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.

COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri üzrə fəaliyyət göstərən məkanlarda COVID-19 pasportunun verifikasiyası prosesinin təşkili və həyata keçirilməsində baş vermiş pozuntu hallarına görə məkan sahibi birbaşa cavabdehlik daşıyır.