Çempionlar Liqasında II tur - Bütün NƏTİCƏLƏRSentyabrın 29-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start verilib.

Avrasiya.net xəbər verir ki, görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A qrupu

“Paris Sen-Jermen” (Fransa) – “Mançester Siti” (İngiltərə) - 2:0.

“Leyptsiq” (Almaniya) – “Brügge” (Belçika) - 1:2.

Qrupdakı vəziyyət:

“Paris Sen-Jermen” - 4,
“Brügge”- 4,
“Mançester Siti” - 3,
“Leyptsiq”- 0.

B qrupu

“Milan” (İtaliya) – “Atletiko Madrid” (İspaniya) - 1:2;

“Portu” (Portuqaliya) – “Liverpul” (İngiltərə) - 1:5.

Qrupdakı vəziyyət:

“Liverpul” - 6,
“Atletiko Madrid” - 4,
“Portu”- 1,
“Milan”- 0.

C qrupu

“Ayaks” (Niderland) – “Beşiktaş” (Türkiyə) - 2:0;

“Borussiya Dortmund” (Almaniya) – “Sportinq” (Portuqaliya) - 1:0.

Qrupdakı vəziyyət:

“Ayaks”- 6,
“Borussiya Dortmund” - 6,
“Beşiktaş” - 0,
“Sportinq”- 0

D qrupu

“Şaxtyor Donetsk” (Ukrayna) – “İnter” (İtaliya) - 0:0;

“Real Madrid” (İspaniya) – “Şerif” (Moldova) - 1:2.

Qrupdakı vəziyyət:

“Şerif” - 6,
“Real Madrid” - 3,
“İnter”- 1,
“Şaxtyor” - 1
Tiflis Bakı və İrəvan arasında vasitəçilik edirGürcüstan Azərbaycan və Ermənistan arasında etimadın bərpası prosesinə töhfə vermək istəyir.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

O bildirib ki, son 30 ildə ilk dəfə olaraq Gürcüstanın vasitəçiliyi, amerikalı tərəfdaşlar və dostların iştirakı ilə uğurlu presedent yaradılıb:

“Gürcüstan dost və qardaş qonşu ölkələr arasında vasitəçi kimi çıxış etdi, bu, uğurlu əməkdaşlıq və vasitəçilik nümunəsi oldu”.

İ.Qaribaşvili bu faktın ABŞ və Avropa İttifaqı tərəfindən təqdir olunduğunu qeyd edib: “Mən istəyirəm ki, Gürcüstan bir neçə ay bundan əvvəl iki ölkə arasında başlanılan etimadın bərpası prosesinə kiçik də olsa, faydalı töhfə versin. Bu istiqamətdə səylərimi əsirgəməyəcəm”.
Bakıda 13 yaşlı qız itkin düşdüBakıda 13 yaşlı qız itkin düşüb.

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 27-də saat 20:10 radələrində, Biləcəri qəsəbəsində baş verib.

Belə ki, M.Aslanov küçəsi döngə 11, ev 21-də yaşayan 2008-ci il təvəllüdlü N.Qasımova evdən gedib və geri qayıtmayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır.
Əliyevlə görüşəcəm, ona böyük hörmətim var - QaribaşviliSabah (bu gün - red.) Bakıya səfər edəcəm və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəm. Mənim ona böyük hörmətim var. Bizim yaxşı münasibətlərimiz, ən əsası, etimad mövcuddur.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində deyib.

Onun sözlərinə görə, ölkələr və onların liderləri arasında etimad varsa, bütün məsələlər buna uyğun həll olunur.

Baş nazir yaxın zamanlarda Ermənistana da səfər edəcəyini bildirib: “Hesab edirəm ki, iki ölkə arasındakı münasibətlərdə faydalı rol oynayacam”.

Qeyd edək ki, sentyabrın 29-da Bakıda Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçiriləcək. İ.Qaribaşvili komissiyanın həmsədri kimi toplantıda iştirak edəcək.
Şəhriyarla Teymur ilk qələbələrini QAZANDILARNorveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin dördüncü turunun oyunları keçirilib.

Avrasiya.net xəbər verir ki, yarışda Azərbaycanı qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. Dördüncü turda Ş.Məmmədyarov fransalı Maksim Vaşe-Laqrava, T.Rəcəbov polşalı Yan-Kşiştov Dudaya 2,5:1,5 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, şahmatçılarımız bundan əvvəlki 3 turda məğlub olublar.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.