Ölkə xaricində 6 ordu yaratmışıq - İran generalıİran ölkə xaricində 6 ordu yaradıb.

Axar.az xəbər verir ki, bunu İranın “Hatəm əl Ənbiya” mərkəzinin komandanı general Qulam əl Rəşid deyib.

Onun sözlərinə görə, bu orduların ümumi ideologiyası var və İran xaricində fəaliyyət göstərirlər ki, islam respublikasını istənilən hücumdan qorusunlar. Rəşid bu ordular sırasına Hizbullah, HƏMAS, İslami Cihad, Suriyadakı iranyönlü qruplaşmalar, İraqdakı Xalq Səfərbərlik Qüvvələri və Yəməndəki husilərin daxil olduğunu qeyd edib.
Azay Quliyev seçicilərilə görüş keçirdiBu gün deputat Azay Quliyev Naxçıvani küçəsi, 8 saylı binanın həyətində seçiciləri ilə görüş keçirib.

Avrasiya.net xəbər verir ki, görüşdə iştirak edən seçicilər binaların həyətində vətəndaşların istirahəti və asudə vaxtlarının səmərəli keçirilməsi üçün müvafıq şəraitin yaradılması, kommunal, məşğulluq və əfv məsələləri ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar.

Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən rayon bələdiyyəsinin rəhbəri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.

Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müfaviq addımların atılacağını bildirib.

Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1 saylı SİƏD üzrə nümayəndəsi Mübariz Məmmədov, Binəqədi bələdiyyəsinin sədr müavini Toğrul Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundov və 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin şöbə müdiri Emin Mustafayev iştirak edib.
27 sentyabr təkcə Anım Günü yox, həm də Şərəf günümüzdürƏlisahib Hüseynov: “Biz bu müharibədə Ordu ilə xalqın sarsılmaz birliyini, dövlət başçısı ilə siyasi qüvvələrin həmrəyliyini də əyani surətdə müşahidə etdik”

Biz bir müstəqil dövlət, azad xalq olaraq sentyabrın 27-də tarixi bir gün yaşadıq. Daha doğrusu, böyük tarixi hadisənin birinci ildönümünü geridə qoyduq. Sentyabrın 27-i İkinci Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın ilk Anım günü idi. 27 sentyabr bizi qələbəyə aparan günün başlanğıcı kimi tarixə qızıl hərflərlə yazılıb. 30 il ərzində bizim milli qürurumuzun, ləyaqətimizin tapdalanmasına çalışan erməni faşizmini darmadağın etdiyimiz müharibənin start nöqtəsidir 27 sentyabr. Odur ki, biz 27 sentyabrı sadəcə təqvimin sıradan bir günü kimi yaşamadıq. 27 sentyabr bizi böyük Zəfərə aparan 44 günlük müharibənin ilk günü kimi dövlət səviyyəsində qeyd edildi. Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində rəsmi səviyyədə yürüş təşkil edildi.

Bunu “Xalq Cəbhəsi”nə aşıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.
MHP sədri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və terrorçu Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdirdilər. Neftçilər prospektindən başlayan yürüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün təməli qoyulan Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinədək davam etdi: “Bu yürüşü dünən bütün azərbaycanlılar böyük qürur hissilə və şəhidlərimizin xatirəsinə ehtiramla izləyirdilər. Amma bu yürüşü izləyənlər təkcə biz deyildik. Dost ölkələr də, düşmənlərimiz də bu yürüşü şübhəsiz ki, diqqətlə izləyirdi. Bu yürüş müasir dünyamızda faşizmin beşiyinə çevrilən, ancaq 44 günlük müharibədə Şanlı Azərbaycan Ordusu tərəfindən məğlubiyyətə uğradılan Ermənistanda da anbaan izlənilirdi. Bunu Ermənistan KİV-nin Bakıda keçirilən yürüşə verdiyi reaksiyalar da təsdiqləyir. Bəli, sentyabrın 27-də Bakıda keçirilən yürüş qalib xalqın yürüşü idi. Odur ki, biz 27 sentyabrı təkcə Anım Günü kimi yox, həm də Şərəf günümüz kimi dəyərləndiririk. 44 günlük Vətən müharibəsi düşmənə dərs olduğu kimi, dünənki yürüş də ermənilərə sözün əsl mənasında göz dağı idi”.
Ə.Hüseynov onu da vurğulayınb ki, məğlub Ermənistanda İkinci Qarabağ müharibəsində ölmüş erməni əsgərlərinin valideynləri və yaxınları baş naziri və prezidenti Erablur panteonundakı əsgər məzarlarına yaxın buraxmadığı halda, qalib Azərbaycanda isə biz tam fərqli bir mənzərəni müşahidə edirik. Qazilərlə, şəhid ailələri ilə tez-tez görüşən Azərbaycan Prezidenti və birinci xanım Anım Gününə həsr olunmuş yürüşün önündə gedirdi. Onlar əllərində şəhid portretləri tutmuşdular. Dövlətimizin başçısı yürüşdə şəhid Adil Asəm oğlu İbrahimlinin fotosu əks olunmuş plakatı aparırdı. Birinci xanım Mehriban Əliyeva isə yürüşdə şəhid Narin Teymur qızı Xalıqovanın fotosu əks olunmuş plakatla irəliləyirdi. Bu, ölkə rəhbərliyi səviyyəsində şəhidlərin xatirəsinə göstərilən yüksək ehtiramın nümayişi idi.

Möhtəşəm yürüşün ardınca paytaxtdakı 8 Noyabr prospektində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməlqoyma mərasimi baş tutdu. Dövlətimizin başçısı və birinci xanım Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoydular. Təməlqoyma mərasimindən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Saat 12:00-da isə bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Xəzər dənizinin sahil sularında sıralanan hərbi gəmilərdən fasiləsiz fit səsi verildi, yaylım atəşi açıldı. Binaların eyvanlarından üçrəngli bayraqlarımız asılmışdı. Qardaş Türkiyə və Pakistanın bayraqları da hər yanda diqqəti cəlb edirdi. Bu, insanlarımızın qədirbilənliyinin təntənəsi idi. İnsanlarımız 44 günlük müharibədə bu ölkələrin bizə verdikləri dəstəyi bir an da olsun unutmadıqlarını bu yolla nümayiş etdirirdilər: “Bir sözlə, biz dünən millət və dövlət olaraq hamımız ayaqda idik, bir il bundan öncəki kimi hamımız yenidən bir araya gəldik, milli həmrəyliyimizin davam etdiyinə şahidlik etdik. Bizi Qələbəyə daşıyan 44 günlük müharibənin birinci ildönümü əzəmətli görüntülərlə, möhtəşəm bir Anım Günü mərasimləri ilə yadda qaldı. Birinci ildönümünü qeyd etdiyimiz İkinci Qarabağ müharibəsinin başlandığı ilk günə - 27 sentyabr 2020-ci il tarixinə doğru 30 il ərzində keçib gəldiyimiz yol isə hər şeydən öncə fundamental tarixi tədqiqat əsərlərinin, dərin siyasi araşdırmaların mövzusudur. Bəli, 2020-ci il 27 sentyabrda xalqımız üçün böyük Vətən müharibəsinin başlandığı tarixi an nəhayət ki, gəlib çatmışdı. Ancaq həmin tarixi ana birdən-birə və asanlıqla gəlib çatmadıq”.

MHP sədrinin fikrincə, biz bir millət və dövlət olaraq bu ana yetişmək üçün 30 illik bir “marafon”u qət etdik: “Biz 30 il ərzində necə deyərlər, böyük bir testdən, imtahandan keçdik, özümüzü və özgələrini daha yaxşı və daha yaxından tanımaq imkanı əldə etdik, kimin kim olduğunu bildik, başımızın üzərindən beynəlxalq səviyyədə oynanılan oyunların pərdəarxasını gördük və mübarizə qaydalarını mənimsədik, özümüzü hazırladıq, toparladıq və gözlədik. 30 il beynəlxalq hüququn prinsip və normalarına əməl ediləciyini, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrin yerinə yetiriləcəyini, işğalçı Ermənistanın beynəlxalq birlik tərəfindən sanksiyalara məruz qoyulacağını və sülhə məcbur ediləcəyini, ədalətin qalib gələcəyini gözlədik. Lakin 30 ilin sonunda bu gözləntilərimizdən yalnız sonuncusu doğruldu. Beynəlxalq hüququn norma və prinsipləri, BMT-nin qətnamələri, dünya birliyinin obyektivliyi isə zorlandı və Anadolu türklərinin ifadəsi ilə desək, çöplüyə atıldı”.

Beləliklə, Azərbaycan 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti dəfə hərbi mövqelərimizə və mülki əhalimizə qarşı genişmiqyaslı hücuma başlamasına cavab vermək məqsədilə, BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı və bununla da BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin, digər beynəlxalq hüquqi normativlərin hərbi yolla icrasının təmin edilməsi missiyasını öz üzərinə götürdü. Beynəlxalq hüquq normalarına qarşı saymazyana davranan, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı, Avropa Şurası Parlament Assambleyasının 1059,1119, 1416, 1553, 2085 saylı, habelə Avropa Parlamentinin 2216, 2315 saylı qətnamələrini yerinə yetirməkdən boyun qaçıran Ermənistan 44 günlük müharibənin gedişində tarixi ədalət mühakiməsi ilə üz-üzə qaldı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan düşməni cəmi 44 gün ərzində darmadağın etdi və Azərbaycanın ərazi bütövlüyünu təmin etməyə nail oldu.

Sevindirici haldır ki, biz bu müharibədə Ordu ilə xalqın sarsılmaz birliyini, dövlət başçısı ilə siyasi qüvvələrin həmrəyliyini də əyani surətdə müşahidə etdik. Şanlı Ordumuzun Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qazandığı tarixi Qələbəmizdə siyasi dialoq və milli birlik, həmrəylik amili həqiqətən də mühüm rol oynadı. Belə ki, Vətən müharibəsinin ilk günlərindən 50 siyasi partiyasının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair verdikləri birgə bəyanat milli və siyasi həmrəyliyin parlaq göstəricisi olmaqla yanaşı, həm də torpaq, Vətən məsələsində bütün Azərbaycan xalqının əzmini bütün dünyaya nümayiş etdirdi. Yeri gəlmişkən, Prezident İlham Əliyev də 44 günlük müharibə günlərində siyasi qüvvələrin birlik-bərabərlik nümayiş etdirməsinin və milli həmrəyliyin Qələbəmiz üçün əhəmiyyətini öz çıxışlarında dəfələrlə qeyd edib.
Beləliklə, 44 günlük Vətən müharibəsinin birinci ildönümü milli iradə, milli ruh, milli ləyaqətimizin təntənəsi kimi təzahür etdi. Prezident İlham Əliyevin də xalqa müraciətində qeyd etdiyi kimi biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücümüzü səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Odur ki, indi ürək dolusu qürur hissilə deyə bilərik: Qələbən mübarək, Azərbaycan!
Azərbaycanda daha 842 nəfər koronavirusa yoluxub, 2 062 nəfər sağalıbAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 842 yeni yoluxma faktı qeydə alınıb, 2 062 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 483 128 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 457 144 nəfər müalicə olunaraq sağalıb, 6 513 nəfər vəfat edib. 19 471 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 668, bu günə qədər isə ümumilikdə 4 849 531 test icra olunub
Çoxuşaqlı valideynlərə müavinətin verilməsi ilə bağlı qərar“Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda dəyişikliklər edilib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, sənədlərin siyahısında aşağıdakı dəyişiklik edilib:

Belə ki, indiyədək sənədlər arasında qadının 3 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı tələb olunurdu.

Həmçinin indiyədək sənədlər arasında atanın 3 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyütməsi etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı tələb olunurdu.

Burada uşaqların sayı 5-ə qaldırılıb.

5 və daha çox uşağı 8 yaşınadək böyüdən qəyyum kişilərə yaşa görə müavinətin təyin edilməsi üçün:

- qəyyumluğu təsdiq edən sənədin surəti;

- qəyyum kişinin 5 və daha çox uşağı 8 yaşınadək böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;

- və daha çox uşağı övladlığa götürüb təkbaşına 8 yaşınadək böyüdən atalara yaşa görə müavinətin təyin edilməsi üçün:

- atanın 5 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;

- uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti.
"Azərbaycanın öz gücünə həll etdiyi problemi “dirildib” yenidən danışıqlar masasına qaytarmaq mümkün deyi""Minsk Qrupunun yenidən aktivləşməsini istəyən Qərb ölkələri və Ermənistan əvvəlcə Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatmış 44 günlük müharibənin regionda yaratdığı yeni reallıqları nəzərə almalıdırlar. Qarabağ münaqişəsi artıq başa çatıb, təbii ki, Azərbaycanın öz gücünə həll etdiyi problemi “dirildib” yenidən danışıqlar masasına qaytarmaq mümkün deyil. Bunu ölkə Prezidenti, cənab İlham Əliyev xarici telekanallara müsahibələrində dəqiq ifadə edib ki, artıq Azərbaycanın gündəmində belə bir məsələ yoxdur".

Avrasiya.net xəbər verir ki, bunları "AzPolitika.info"-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov Minsk Qrupunun yenidən aktivləşdirilməsi cəhdlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, vasitəçilər üçün mövzular var və onların əhəmiyyətli hissəsini Azərbaycan rəhbərliyi təklif edib: "Bura Azərbaycanla Ermənistan arasında mövcud problemlərin müxtəlif aspektləri daxil ola bilər. Məsələn, Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilməyib. Habelə, 10 noyabrda imzalanmış üçtərəfli bəyanatda əksini tapan bir neçə müddəanın yerinə yetirilməsi baş verməyib. Kommunikasiyaların, o cümlədən, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsini təmin edən Zəngəzur dəhlizinin açılması, erməni silahlı birləşmələrinin tamamilə ərazidən çıxarılması, nəqliyyat yollarının bərpası, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının prosesə cəlb edilməsi vacibdir. Yaxşı olar ki, Minsk Qrupu regionda davamlı sabitliyin əsas təminatı olan bu məsələlərin həlli ilə bağlı təkliflər versin. Azərbaycanda artıq Dağlıq Qarabağ adlı bölgə yoxdur, Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonları var. Biz orada yaşayan erməniləri də öz vətəndaşlarımız sayırıq və bölgənin iqtisadi inkişafı üçün hər cür addımlar atmağa hazırıq".

Millət vəkili daha sonra bildirib ki, ABŞ rəsmilərinin, xüsusən Vaşinqtonun İrəvandakı təmsilçisinin ritorikası regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə xidmət etmir: "ABŞ diplomatları münaqişənin bitmədiyi, Qarabağın statusunun müəyyənləşməli olduğu haqda bəyanatlar verirlər. Bunlar çox təhlükəli çağırışlardır və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına dolayısı ilə dəstək verməkdir. Hesab edirəm ki, vasitəçi ölkələr regionda sülhün, əməkdaşlığın bərqərar olmasına töhfələr vermək istəyirlərsə, ilk növbədə bu cür açıqlamalardan çəkinməlidirlər. Daha sonra hər iki ölkənin ərazi bütövlüyünə, suverenliyinə qarşılıqlı hörmət əsasında istənilən problemi müzakirə etmək olar. Prezident İlham Əliyev bu müzakirələrin dairəsini müəyyən edib, bundan sonra top onların meydanındadır".
Hafiz Hacıyev Gülər Əhmədovanı Türkiyəyə niyə göndərib? - AÇIQLAMAMüasir Müsavat partiyasının beynəlxalq məsələlər üzrə sədr müavini, sabiq deputat Gülər Əhmədova Türkiyəyə səfər edib.

Bu barədə Modern.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məlumat verib. Partiya sədri bildirib ki, G. Əhmədova türkiyəli siyasətçilərlə əməkdaşlığın genişləndirilməsi, partiya adından bir sıra görüşlərin keçirilməsi üçün qardaş ölkəyə yollanıb:

“Gülər Əhmədova partiyamızda xarici məsələlərlə məşğuldur. Bir neçə dəfə televiziyalarda çıxış edib, partiyanın platformalarını səsləndirib. Biz dövlət üçün, dövlətçilik üçün əlimizdən nə gəlirsə, etməyə hazırıq. Gülər xanımın işindən razıyıq. Kifayət qədər təcrübəli qadındır. Azərbaycan siyasətində türməyə düşüb, çıxan bir xanımdır. Onun siyasi cəhətdən möhkəm “zakalka”sı var. O da dövlətə bağlı insandır, əl-ələ verib çalışırıq”.

Hafiz Hacıyev söyləyib ki, lazım olarsa, özü də Türkiyəyə gedəcək:

“Sədr müavini Gülər Əhmədovaya bütün lazımi təlimatları vermişik. Dəvət edilsəm, mən özüm də gedəcəyəm və görüşlərə qatılacağam. Türkiyə siyasi qurumları ilə əlaqələri genişləndirməyi hədəfləmişik”.
Kolumbiya "VII İnvestisiya Sammiti" təşkil edirKolumbiya Səfirliyi iş adamlarını 20-26 oktyabr 2021-ci il, virtual və üz-üzə formatda keciriləcək 7-ci İnvestisiya Sammitinə dəvət edir.

Sammitin açılışında Kolumbiya Respublikasının prezidenti İvan Duke, bir neçə nazir, ProColombia adlanan İxrac, Turizm və İnvestisiyaların Təşviqi Agentliyinin prezidenti Flavia Santoro və digər yüksək vəzifəli şəxslər Kolumbiyaya sərmayə perspektivlərini və imkanlarını təqdim edəcəklər.

İnvestorlar üçün müxtəlif imkanları bir araya gətirirən bu sammit, ölkəyə birbaşa xarici investisiyaların cəlb edilməsi baxımından ən əhəmiyyətli tədbir sayılır. Bu sammit Kolumbiya hökumət rəsmiləri, müxtəlif iqtisadi sektorlardan olan və xarici sərmayə və ya strateji ittifaqlar axtaran Kolumbiya şirkətləri və layihələri, müxtəlit təşkilatlar, birliklər, azad iqtisadi zonalar və regional təşviq agentlikləri ilə əlaqə qurmağa imkan verir.

7-ci İnvestisiya Sammitində xarici investorlar biznes imkanlarını müəyyən etmək, strateji ittifaqlar yaratmaq, layihələrə qoşulmaq və Kolumbiyaya gəlmək üçün əsas təşkilatlarla görüşmək üçün yerli şirkətlərlə virtual görüşlər təşkil etmək imkanı əldə edəcəklər.

2020-ci ildə keçirilən son İnvestisiya Sammiti, 2000-dən çox iştirakçının, o cümlədən 1085 ölkədən 50 investorun iştirakı ilə virtual və əyani formatda baş tutmuşdur. İnfrastruktur, texnologiya, aqrar-sənaye, energetika və turizm kimi sektorlarda öz inkişafı üçün müttəfiq axtaran 230 layihə təqdim olunmuş və ölkəyə 1.330 milyard ABŞ dolları dəyərində 14 yeni birbaşa xarici investisiya elan edilmişdir.

İştirak etməkdə xüsusi marağınız olduğu təqdirdə sizi aşağıdakı linkə daxil olmağa dəvət edirik. Burada siz həmçinin müvafiq sektorlar və altsektorları tapa bilərsiniz:

https://colombiainvestmentsummit.co/en
7-ci İnvestisiya Sammitində marağlı olan bütün şəxslərə iştirak etmək üçün qeydiyyat prosesini asanlaşdırmaq üçün Kolumbiya səfirliyi öz köməkliyini göstərməyə hər zaman hazırdır. Bunun üçün Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyi ilə [email protected] elektron poçt vasitəsilə əlaqə saxlamanızı xahiş edirik.
“Azərişıq” ASC-nin sədri Vüqar Cəbrayıl oğlu Əhmədova ironyalı məktubHörmətli Vüqar müəllim, öncə sizə məlumat vermək istəyirik ki, sosial şəbəkələrdə Yardımlı əhalisinə rayonumuzda elektrik enerjisinin təminatının səviyyəsi ilə bağlı verdiyimiz suallara müsbət cavab almışıq. Əhali rəhbərlik etdiyiniz təşkilatın işindən çox razıdır. Heç kimin şikayət və iradı yoxdur. “Azərişıq” ASC-nin Yardımlı Elektrik Şəbəkəsinin fəaliyyəti qənaətbəxşdir. Rayon ərazisində bir dənə də olsun nasaz transformator, yararsız elektrik dirəyi yoxdur.

Yenilənmiş elektrik naqilləri göz oxşayır. Bir sözlə fasiləsiz elektrik enerjisindən hamı məmnundur. İnsanlar bütün bunları görüb, yaşamaqdan zövq alırlar…
Şəbəkənin işçilərinə gəldikdə isə rəisdən tutmuş, sıravi işçiyədək, hər kəs xalqa vicdanla xidmət edir. Demək olar ki, rayon əhalisinin sevimlilərinə çevriliblər.
Cənab sədr, bütün bunlara görə Sizə təşəkkürümüzü bildirir, Yardımlı Elektrik Şəbəkəsinin işçilərinə bu yolda böyük uğurlar arzulayırıq.

P.S. Məktuba qoşma olaraq bir neçə şəkil əlavə edirik. Və sizdən el arasında dolaşan “Xan sağ olsun, o FİL-dən birini də göndər” rəvayətini xatırlamağınızı xahiş edirik.

Hörmətlə,
“Yardımlının Səsi” qəzetinin təsisçisi, baş redaktor əvəzi Elman Eldaroğlu

Minaya düşən şəxslərlə bağlı daha bir rəsmi - Açıqlamaİyulun 30-u Daşkəsən rayon sakinləri 2010-cu il təvəllüdlü Qismət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun kənd təsərrüfatı işləri ilə məşğul olmaq məqsədi ilə evdən çıxaraq itkin düşmələri barədə rayon polis şöbəsinə məlumat daxil olmuş və hər iki şəxsin axtarılması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri aparılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.

24 sentyabr 2021-ci il tarixdə rayon prokurorluğuna daxil olmuş məlumata əsasən, Göygöl-Kəlbəcər rayonu Murovdağ silsiləsindəki düşmən tərəfindən minalanmış ərazidə ilkin ehtimala görə minayə düşmələri nəticəsində Qismət Bayramov və Ülfət Rüstəmova aid meyit fraqmentləri aşkar edilib.

Prokurorluq və polis əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin və Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı meyit qalıqları və müxtəlif geyim əşyaları aşkar edilib, həmin fraqmentlərin Qismət Bayramova və Ülfət Rüstəmova aid olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq davam etdirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.