Kreml Putinlə Ərdoğanın müzakirə mövzularını açıqlayıbRusiya prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan qarşıdakı danışıqlarda bir çox məsələləri, xüsusi halda, Suriyada, Əfqanıstanda və Liviyada yaranmış vəziyyəti geniş müzakirə edəcəklər.

“Report” xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Düşünürəm ki, ilk növbədə Suriya mövzusu gündəlikdə olacaq, əlbəttə, Əfqanıstan, Liviya barədə və başqa beynəlxalq məsələlər üzrə ənənəvi fikir mübadiləsi aparılacaq", - Kremlin nümayəndəsi vurğulayıb.

Putinlə Ərdoğan arasında danışıqların sentyabrın 29-da Soçidə keçiriləcəyi gözlənilir.

Daha əvvəl Ərdoğan bildirib ki, həmkarı ilə Türkiyə-Rusiya əlaqələrini və Suriyada vəziyyətin necə olduğunu, bundan sonrakı mərhələdə atılacaq addımları geniş şəkildə müzakirə edəcək.

İki prezidentin son birbaşa görüşü 2020-ci ilin martında Kremldə olub. Koronavirus pandemiyası səbəbindən yaranmış vəziyyətə görə sonrakı danışıqlar ya telefonla, ya da videokonfrans rejimində keçirilib.

Kanadada mədən qəzası olub, 39 işçi yerin altında qalıbBraziliyanın “Vale SA” şirkəti Kanadanın Sadberi şəhərindəki kömür mədənində qəzanın baş verməsi barədə xəbər yayıb.

“Report”un xarici mətbuata istinadən məlumatına görə, qəza zamanı 39 nəfər işçi yerin altında qalıb.

Şirkət bütün işçilərin xilasetmə əməliyyatının davam etdiyini bildirib. Bildirilir ki, onlar mədənin ikinci çıxışı ilə təxliyə olunacaqlar.

Məlumata görə, mədən işçiləri yaxın bir neçə saatda xilas ediləcəklər.
Teymur və Şəhriyardan növbəti məğlubiyyətNorveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində III tura yekun vurulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçiləri bu turu da məğlubiyyətlə başa vurublar. Şəhriyar Məmmədyarov polşalı Yan-Kşiştof Dudaya, Teymur Rəcəbov isə niderlandlı Aniş Giriyə eyni hesabla uduzub - 2,5:3,5. Məmmədyarovla Rəcəbovun gücü qarşılaşmaları tay-breykədək uzatmağa çatıb.

Xal durumu: Maqnus Karlsen - 23,5 xal, Uesli So - 18,5 xal, Levon Aronyan - 12 xal, Hikaru Nakamura - 10 xal, Aniş Giri - 9,5 xal, Teymur Rəcəbov - 9 xal, Maksim Vaşye-Laqrav - 7,5 xal, Vladislav Artemyev - 5,5 xal, Yan-Kşiştof Duda - 5 xal, Şəhriyar Məmmədyarov - 2,5 xal.

Sentyabrın 28-də keçiriləcək IV turda Rəcəbov Duda ilə, Məmmədyarov isə Vaşye-Laqravla qarşılaşacaq.
Saakaşvili biletini aldı, anası ilə Tiflisə gəlir...Oktyabrın 2-nə Tiflisə bilet almışam.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Feysbuk səhifəsi vasitəsilə etdiyi videomüraciətində deyib.

O, həmin günün axşamı Tiflisdə Gürcüstan xalqının iradəsini müdafiə edəcəyini bildirib:

“Sizinlə birgə Gürcüstanın xilasında iştirak edəcəm. Bunu özüm üçün etmirəm, heç bir şəxsi ambisiyam, hər hansı vəzifə istəyim yoxdur. Mən uşaqlarımızın gələcəyi üçün mübarizə aparacam”.

Sabiq dövlət başçısı Kiyev-Tiflis istiqaməti üzrə aldığı aviabiletin fotoşəklini də paylaşıb. Biletdən aydın olur ki, o, oktyabrın 2-də, yerli vaxtla saat 23:05-də anası Giuli Alasaniya ilə birlikdə Tiflisə çatacaq.

Qeyd edək ki, oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.