İlham Əliyev Frans-24-ə müsahibə verdiSentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibə verib.

Avrasiya.net müsahibəni təqdim edir.

- Salam, “France-24” kanalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə eksklüziv müsahibəyə xoş gəlmisiniz. O, bizə Bakıdan qoşulur. Cənab Prezident, “France-24” kanalında bizim qonağımız olduğunuz üçün çox sağ olun.

- Fransız auditoriyası ilə danışmaq üçün mənə bu fürsəti verdiyinizə görə təşəkkür edirəm.

- Ölkənizin 44 gün ərzində qalib gəldiyi Azərbaycan və Ermənistan arasında olan müharibənin başlanmasından düz bir il ötür. Keçən həftə BMT-də müharibə bitəndən bəri ilk dəfə hər iki ölkənin - Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri görüşdü. Bu, hər iki tərəf arasında dialoqun yenidən başlaması və sülhə ümidin olacağı deməkdirmi?

- Ümid etmək istərdim ki, bu, belədir. Çünki Azərbaycan artıq neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Hər iki ölkənin xarici işlər nazirlərinin görüşü bu səylərin yaxşı göstəricisidir. Ümid edirəm ki, bu, təkcə bir görüş yox, yeni bir prosesin başlanğıcı, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin və Cənubi Qafqaz regionunda geniş əməkdaşlığa yeni bir miqyas verəcək proses olacaq.

- Düzdür, dialoqa yenidən başlamağa cəhd etmək və sülhə doğru irəliləmək üçün Ermənistan rəhbərliyi - Ermənistanın baş naziri ilə əlaqə yaratmısınızmı?

- Keçən ilin noyabr ayında müharibə bitəndən bəri bizim bir-birimizi görmək üçün yalnız bir imkanımız olub. Bu, yanvar ayında Rusiya Prezidenti Vladimir Putin tərəfindən Moskvada təşkil olunan üçtərəfli görüş zamanı olub. Görüşün məqsədi müharibədən sonra hadisələrin gedişatını planlaşdırmaq idi. Bizim bir-birimizi görmək üçün başqa imkanımız olmayıb. Yəqin ki, bu pandemiya ilə və ya başqa səbəblərlə əlaqədar olub. Lakin Azərbaycan heç vaxt, hətta müharibə zamanı, hətta işğal zamanı belə istənilən yüksək səviyyəli təmaslara etirazını bildirməyib. Əksinə, hesab edirik ki, bu təmaslar hər iki tərəfdə ola bilən sualları cavablandıra bilər və regionun inkişafı üçün yeni başlanğıc nöqtəsi ola bilər. Bizim mövqeyimiz çox aydındır. Biz münaqişənin həll olunduğunu hesab edirik, keçmişə qayıdış olmamalıdır, Ermənistanda revanşizm əlamətləri olmamalıdır. Biz gələcək haqqında, sülh haqqında və regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında danışmalıyıq.

- Siz bunları söyləmək üçün baş nazir Paşinyana zəng etməyə hazırsınızmı?

- Ola bilsin ki, sizin dediyiniz kimi yox. Adətən iki ölkə rəhbəri arasında təmaslar ATƏT-in Minsk qrupu çərçivəsində təşkil olunurdu. Onlar gündəliyi təklif edirdi, onlar görüşləri təşkil edirdi. Mənim prezidentlik təcrübəmdə heç vaxt Ermənistanın hər hansı bir rəhbəri ilə telefon danışığım olmayıb. Yəqin ki, bu yanaşma bunu etmək üçün doğru yol deyil. Lakin Minsk qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, əlbəttə, biz buna qarşı çıxmarıq.

- Müharibənin ildönümü ilə əlaqədar müraciətinizdə Siz dediniz ki, - mən Sizdən sitat gətirirəm: “Əgər biz erməni faşizminin bir daha baş qaldırdığını görsək, yeni təhlükə görsək, heç bir tərəddüd etmədən erməni faşizmini yenidən əzəcəyik”. Bu, sülh mesajı kimi səslənmir, elə deyilmi?

- Bilirsiniz, bu, Ermənistandakı vəziyyəti əks etdirən bir fikirdir. Regionda sülhün bərqərar olunması ilə bağlı bizim mövqeyimizə gəldikdə, mən bir neçə dəfə açıq bəyanatlar vermişəm və yəqin siz internetə baxsanız onları tapa bilərsiniz. Bunlar xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işə başlamaqdan, Ermənistanla sülh sazişinin üzərində aparılacaq hərtərəfli danışıqlara hazırlaşmağa başlamaqdan ibarətdir. Bütün bunlar xoşməramlı jestlərdir. Yeri gəlmişkən, bunların heç birinə Ermənistan rəhbərliyi tərəfindən adekvat cavab verilməyib. Onlar ya bu təkliflərə məhəl qoymur, ya da ki, hazır olmadıqlarını deyirlər. Lakin mənim bəyanatım öz mənşəyini Ermənistanda müşahidə etdiyimiz tendensiyadan götürür. Bu siyasi istablişmentin bəzi dairələrində revanşizm tendensiyasıdır. Söhbət təkcə müxalifətdən getmir, iqtidardan da gedir. İntiqam almaq üçün ictimai bəyanatlardan və daha önəmlisi praktiki addımlardan, Ermənistanı militarizasiya etmək cəhdlərindən, bir məqsəd xatirinə edilən, müharibəyə yenidən başlamaq üçün yeni müasir avadanlıqlara çıxış əldə etmək cəhdlərindən gedir. Buna görə, mənim sözlərim kobud görünə bilər, lakin bu sözlərin əsas məqsədi Ermənistan rəhbərliyi və Ermənistan siyasi istablişmentini istənilən revanşizm əlamətlərinə, xalqımıza, dövlətçiliyimizə və ərazi bütövlüyümüzə qarşı istənilən təhlükəyə cavab veriləcəyi haqqında xəbərdar etməkdən ibarət idi. Onlar bizim necə cavab verdiyimizi bilir və İkinci Qarabağ müharibəsi onların bizim qarşımızda heç bir şansının olmadığını göstərdi. Biz müharibəyə başlamaq istəmirik. Bu, bizə lazım deyil. Danışıqlar aparılan illər ərzində bu, bizə heç vaxt lazım olmayıb. Lakin indi hesab edirəm ki, revanşizm səylərindən vaz keçmək və gələcəyə doğru baxmaq üçün onlara xəbərdarlıq etmək vaxtıdır.

- Burada bir məsələ var. Siz hesab edirsinizmi ki, bütün əraziləri geri qaytarmısınız? Əvvəllər Sizin bəyanatlarınız olub ki, Ermənistanın paytaxtı İrəvan qədim Azərbaycan torpağıdır. Bəli, Siz ötən il torpaqları geri qaytardınız, ancaq yenə də müəyyən suallar var. Ermənistanın özünün hesab etdiyi ərazilərlə bağlı hər hansı iddianız varmı?

- Xeyr. Mənim bəyanatlarımda siz heç vaxt ərazi iddialarının əlamətlərini tapa bilməzsiniz. Mənim nəzərdə tutduğum tarixi həqiqətdir. Bu, bir tarixi faktdır ki, 1920-ci ildə sovet hakimiyyəti Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq onun Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib və bu qərar icra olunub. Bu hadisə 1920-ci ildə baş verib - 101 il bundan əvvəl. Tarixi torpaqlarımız haqqında danışarkən mən ərazi iddialarından bəhs etmirdim. Siz mənim heç bir çıxışımda buna rast gələ bilməzsiniz. Bununla yanaşı, hər bir ölkə kimi, biz də tariximizi bilməli, gənc nəsil qədim tariximizi bilməli, keçmişdə hansı ərazilərdə yaşadığımızdan xəbərdar olmalı və oralara necə qayıtmalı olduğunu bilməlidir. Əminəm ki, biz oralara qayıdacağıq. Mən artıq bunu demişdim ki, biz ora tanklarla deyil, piyada, avtomaşın və təyyarələrlə gedəcəyik. Vəziyyət normallaşandan sonra sülh müqaviləsinə nail olunacaqsa, niyə də biz geri qayıtmayaq? Bu, bizim legitim hüququmuzdur. Lakin sualınıza cavab verərkən tamaşaçılarınızın diqqətini bir məsələyə cəlb etmək istəyirəm ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var. Onlar hələ də iddia edirlər ki, “Dağlıq Qarabağ” bizə məxsus deyil. Onlar hələ də iddia edirlər ki, o, ya Ermənistana məxsusdur, ya da ki, “müstəqil” bir qurumdur. Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur. Belə bir qurum mövcud deyil. Beləliklə, Ermənistan, ilk növbədə, Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməli və özünü yaxşı aparmalıdır. Biz isə adekvat münasibət göstərəcəyik.

- Siz Qarabağa muxtariyyət verməyə hazırsınız? Minsk qrupunun üzvü ABŞ hələ də bəyan edir ki, Qarabağ məsələsi öz həllini tapmayıb. Siz bəyan edirsiniz ki, məsələ həllini tapıb və Qarabağ sizə məxsusdur. Lakin illər ərzində bu münaqişədə vasitəçilik edən bir sıra ölkələr iddia edir ki, məsələ həll edilməyib.

- Mənim məsələnin həll edilmədiyini deyən həmin ölkələrə tövsiyəm odur ki, öz ərazilərində erməniləri yerləşdirmək və öz ərazilərində ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünsünlər. Niyə onlar hesab edirlər ki, hər hansı hüquqi, siyasi və tarixi əsaslar olmadan Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmalıdır? Mən deyəndə ki, münaqişə həllini tapıb, bu, mənim mövqeyimdir. Mən bu mövqeyi müdafiə edirəm. Mövcud reallıq onu nümayiş etdirir ki, bu, düzgün mövqedir. Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Münaqişə həll edilməyib deyənlər göstərsinlər ki, o, necə həll olunmalıdır. “Dağlıq Qarabağ” dedikdə onlar nəyi nəzərdə tuturlar? Hansı sərhədlər çərçivəsində, hansı ərazidə, hansı formada? Həmin sualları cavablandırmaq üçün eyham belə yoxdur. Bu səbəbdən münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir. Bu, o deməkdir ki, onu həll etmək üçün düşmənçilik xarakterli digər hərəkətlərə ehtiyac var. Sizin muxtariyyətlə bağlı sualınıza gəldikdə, Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır.

- Yəni, onlara muxtariyyət verilməyəcək. Bu, artıq müzakirə mövzusu deyil?

- Tamamilə doğrudur, bu, artıq müzakirə mövzusu deyil.

- Sualım Fransanın mövqeyi ilə bağlıdır. Fransa Sizin bəzi hərəkətlərinizi tənqid etdi və bu yaxınlarda Ermənistanla sərhəddən geri çəkilməyə çağırdı. Siz Fransanı dürüst vasitəçi hesab edirsiniz?

- Bilirsiniz, müstəqilliyimizin bütün illərində biz ikitərəfli əlaqələrimizdə Fransa ilə bu mövzuda və bir çox digər məsələlərdə fəal çalışırdıq. Fransa hər zaman Azərbaycanda dost ölkə hesab olunub. Biz bir çox iqtisadiyyat, ticarət və infrastruktur layihələrini həyata keçirmişik. Münasibətlər uğurla inkişaf edirdi və biz ümid edirik ki, Minsk qrupunun həmsədri və dürüst vasitəçi kimi Fransa bu vəzifəyə sadiq olacaq. Fransa Minsk qrupunun həmsədri olmasaydı, əlbəttə, onun istənilən ölkə ilə münasibət qurması öz işi olardı. Bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Ancaq, səmimi desəm, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransa tərəf seçdi - Ermənistanın tərəfini. Özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu. Biz bu narahatlığı ifadə etdik, çünki bir daha qeyd etmək istəyirəm ki, istənilən ölkənin seçimləri, dostları və qeyri-dostları ola bilər. Bu, onların öz işidir və burada biz heç nə deyə bilmərik. Lakin bir ölkə vasitəçi olması ilə bağlı ATƏT-in mandatına sahibdirsə, bu halda ölkə bitərəf olmalıdır. Müharibə zamanı və ondan dərhal sonra baş verənlərə qayıtmaq istəmirəm, biz Parisdən gələcək münasibətlərimizlə bağlı müsbət siqnallar aldıq və onlara müsbət cavab verdik. Müxtəlif səviyyələrdə, o cümlədən bu yaxınlarda iki ölkənin xarici işlər nazirləri arasında təmaslar olmuşdur. Azərbaycan hər zaman əməkdaşlığa açıq olub. Fransa dünyada aparıcı dövlətlərdən biridir və biz normal münasibətlərin olmasını istəyirik. Hesab edirəm ki, müharibənin başlanmasından bir ilin keçməsinə baxmayaraq, regionda nəyə nail olmaq istədiyimizə gəldikdə, çox realist yanaşmanın tətbiq edilməsi vaxtı yetişib. Əminəm ki, Fransa regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzulayır. Biz də bunu istəyirik. Ümid olunur ki, Ermənistan da istəyir. Biz bunun üzərində işləməliyik, buna diqqətlə yanaşmalıyıq və bir il əvvəl baş verənlərə qayıtmalı deyilik. Bizə gəldikdə, bu çox xoşagəlməz hadisələrdən sui-istifadə etməyəcəyik. Biz səhifəni çevirmək istəyirik.

- Müsahibənin sonuna yaxınlaşırıq. Cənab Prezident, Sizə əlavə iki sualım da var. Hərbi əsirlərə gəldikdə, “Human Rights Watch” Azərbaycanı onları saxlamaqda, onlara işgəncə verilməsində ittiham edir. Buna cavabınız necə olardı? Xoşməramlı jest kimi, Ermənistanla onları mübadilə etməyə hazırsınızmı?

- Biz, əlbəttə, bu ittihamları rədd edirik. Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb. Ermənistan hökuməti bunu təsdiq edə bilər. Biz onları, hətta onlar bizim hərbi əsirləri qaytarmazdan əvvəl qaytardıq. QHT-lərin istinad etdiyi həmin şəxslərə gəldikdə, onlar müharibə başa çatdıqdan və noyabr Bəyannaməsi imzalandıqdan iki həftə sonra Ermənistanın hərbi komandirləri tərəfindən bizim mövqelərə doğru göndərilmişdilər və beləliklə, dörd azərbaycanlı hərbçini qətlə yetirərək cinayət törətmişlər. Onlar zərərsizləşdirildi və həbs olundular. Cinayətdə iştirakı olmayanların çoxu artıq qaytarılıb. Cinayət törədənlərə isə məhkəmələr tərəfindən cəza müəyyən edilib.

- Ermənistan isə iddia edir ki, siz hələ də hərbi əsirləri saxlayırsınız və həqiqəti söyləmirsiniz.

- Xeyr. Həmin saxlanılmış şəxslər sinifləşdirməyə, bütün beynəlxalq konvensiyalara uyğun olaraq, hərbi əsir hesab edilə bilməz. Hərbi əsirlər müharibə zamanı əsirliyə düşmüş insanlar hesab edilir. Noyabrın 10-da müharibə dayandırıldı. Dekabrın əvvəlində biz azad etdiyimiz ərazidə erməni təxribat dəstəsinin 62 üzvünü aşkar etdik. Onlar əraziyə noyabrın 26-da göndərilmişdi. Yəni, müharibə bitdikdən 16 gün sonra. Onlar hərbi əsir hesab edilə bilməz və biz onların çoxunu xoşməramlı jest kimi artıq qaytarmışıq. Lakin burada qalıb cəzasını çəkən şəxslər cinayət törədib və onlar ədalət mühakiməsi qarşısında cavab verməli idilər və bu, belə də oldu.

- Cənab Prezident, sonuncu sual: “Sərhədsiz reportyorlar” təşkilatı Sizə müraciət edərək, Azərbaycan blogeri Məhəmməd Mirzəliyə qarşı hədələrə və zorakılığa son qoymağa çağırıb. O, Fransada qaçqın kimi yaşayır. Mart ayında burada ona şiddətli hücum edilib, bıçaq xəsarəti alıb. Sualım belədir: “Sərhədsiz reportyorlar” təşkilatının rəyinə görə, Siz həmin şəxsləri susdurmaq məqsədilə xaricə adamlar göndərirsiniz.

- Əvvəlcə deyim ki, biz “Sərhədsiz reportyorlar” kimi QHT təşkilatı ilə uzun illər əvvəl hər hansı ünsiyyəti dayandırmışıq. Bu, bəlkə də 15 il əvvəl baş verib və bu, onların Azərbaycanla bağlı çox qərəzli və ədalətsiz mövqeyi ilə əlaqədardır. Bu səbəbdən onların hesabatı mənim üçün və Azərbaycan xalqı üçün heç bir əhəmiyyət daşımır. Avropada, o cümlədən Fransada yüzlərlə insan yaşayır və Azərbaycanda gördüyümüz işlər onların xoşlarına gəlmir. Onlar Fransada, başqa ölkələrdə yaşayırlar və heç kəs onlara toxunmur. Əgər sizin ölkədə yaşayan insanla bağlı hadisə baş verirsə, bunun araşdırılması məhz sizin ölkənizin hüquq-mühafizə orqanlarının işidir. Azərbaycanı bu məsələdə günahlandırmaq QHT-nin işi deyil. Sizin istintaqçıların bıçaqla xəsarət yetirmə halı ilə bağlı kifayət qədər sübutları varmi?

- Siz həmin şəxslə hər hansı əlaqənin olduğunu rədd edirsiniz?

- Tamamilə belədir. Yüz faiz rədd edirəm. Hər hansı sübut, araşdırma olmadan və kimin hansı cinayəti törətdiyini müəyyən etmədən bütün ittihamlar tamamilə əsassızdır və qərəzlidir.

- Prezident İlham Əliyev, “France-24” kanalına müsahibə verdiyinizə və kanalımızı seyr etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm.

- Dəvətinizə görə minnətdaram. Sağ olun.
ABŞ generalı: Taliban terror təşkilatıdır!Taliban Əl-Qaidə ilə əlaqələrini kəsməyib.

Bu sözləri ABŞ Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri, general Mark Milli deyib.

“Talibanın terror təşkilatı olduğunu və belə də qalacağını xatırlamalıyıq”, - deyə Milli bildirib.

O, Əfqanıstanda terrorçuların yenidən hücumunun real olduğunu vurğulayıb
Koronavirus ömrümüzü 10 il qısaldacaqElm adamları koronavirusun insan ömrünü təxminən 10 il azaldacağını proqnozlaşdırırlar.

Publika.az xəbər verir ki, bu barədə biologiya elmləri doktoru, Corc Mason Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova danışıb. Professor bildirib ki, gənclər sahib olduqları immunitet və ya immunizasiya sayəsində koronavirusun öhdəsindən gələ bilirlər:

“Yaşlandıqca xəstəliklərimiz daha da artır, koronavirus onlardan birinə çevrildi və buna görə də orta hesabla ömür uzunluğu azalır. Səhhətimizi tədricən pisləşdirən daha bir düşmənimiz peyda olub”.

“İstənilən populyasiyada təbii seçim var. İnsanlarda da. Koronavirusla mübarizə üçün uyğun olmayan genotiplərin sayı azalır və təhlükənin öhdəsindən gələnlər daha müvəffəqiyyətli olur. Əlbəttə ki, variantlar arasında virusun təbii zəifləməsi var, lakin pandemiyanın iki ili ərzində virus çox az zəifləyib.

Təxminən iki-üç nəsildən sonra insanlar COVID-19-la dərmansız daha yaxşı mübarizə aparacaqlar. İnsanlığa əzab verən virusların quruluşu dəyişə bilər, bəlkə də qrip nəhayət azalacaq. Buna bənzər xəstəliklərin müalicəsində səhiyyənin fövqəladə uğur qazanacağını da yaddan çıxarmaq olmaz”, - Baranova əlavə edib.
Torpaq erməniyə Vətən olmaq istəmir...Dünən Azərbaycanda anım, Ermənistanda isə matəm günü idi...

Biz qalibləri – Vətən torpağının hər qarışı uğrunda son damla qanınadək savaşan, Vətən sevgisi, cəsarəti, mərdliyi ilə ölümə meydan oxuyan şəhidlərimizi anırdıq, onlar isə Azərbaycan torpaqlarında məhv edilən qəsbkarlara yas saxlayırdılar.

Bir tərəfdə qanla suvarılan milli qürurun, ədalətin, Vətənə sədaqətin təntənəsi, digər tərəfdən suçluluq duyğusundan doğan qəzəb, nifrətdən süzülən göz yaşları, çat verən hikkə və haq edilən məğlubiyyətin yükü altında əzilən çarəsizlik vardı...

...Azərbaycan xalqı öz qəhrəman igidlərini qürurla, başını uca tutaraq anırdı... Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, rəşadətli Ordumuzun əsgər və zabitləri şəhid döyüş yoldaşlarının, qəsbkar müharibə canilərinin cinayətkar əməllərinin qurbanı olmuş mülki Azərbaycan vətəndaşlarının portretlərini başları üzərinə qaldıraraq, qürurla qol-boyun olan müqəddəs kədəri baxışlarında əridərək irəliyə - gələcəyə doğru addımlayırdılar.

Dünən Ermənistanda məğlubiyyətin matəm günüydü... Küçələrdə əzik-üzük adamların siluetləri qaranlıq saçan məşəllərin kölgəsində əriyir, çürük idealların dəfn olunduğu məkana doğru kölgə kimi sürünürdü...
Dünən də, bu gün də Ermənistandan hazırlanan reportajları, müxtəlif internet resurslarında, sosial şəbəkələrdə paylaşılan videoları gözdən keçirdim. Gənclər demək olar ki, gözə dəymirdilər. Üz-gözündən kin yağan, saçları Bakıda, Hərbi Qənimətlər parkında sərgilənən, 44 günlük müharibədə məhv edilmiş hərbi texnika kimi “paslanmış” küpəgirən qarılar həvəslə kameralar önünə keçir, nifrət püskürürdülər. Bir zamanlar beşik başında övladlarının qulağına pıçıldadıqları yalan və böhtanlar, bətnindən kin damlayan mif və əfsanələr Ermənistan ordusu kimi darmadağın edilmiş bu küpəgirənlər indi öz zəhərlərində boğulur, sudan çıxarılmış naqqa balıqları kimi kirli ağızları həvəssis bir şəkildə açıb-yumurdular.
...Bütün bu görüntülərdən sonra bir daha əmin oldum ki, DƏMİR YUMRUQ hələ uzun illər və bəlkə də əbədiyyətədək ermənilərin başı üzərindən çəkilməməlidir.

***

Ermənistan cəmiyyəti depressiyadan ayılmayıb və hələ uzun müddət ayılmayacaq. Onillər boyu yalanla nəfəs alan, ağlasığmaz əfsanə və miflərlə qidalandırılan, ətrafa kölə nifrətiylə baxan bir cəmiyyəti qısa bir zaman kəsiyində reallıqlarla barışdırmaq, islah etmək mümkün deyil. Ermənilər ayaq basdıqları hər yerə “yad cism” kimi daxil olur və Tanrının insanlara bəxş etdiyi İlhai harmoniyanı pozurlar. Ermənilər indinin özündə, bir zamanlar imperiyalar tərəfindən Azərbaycan torpaqlarında onlara biçilmiş “ölkə”nin sərhədləri çərçivəsində də özlərini yad kimi hiss edirlər. Amma hələ də anlaya bilmirlər ki, səbəb hiylə və məkrlə, terrorla, ən vəhşi canlılara belə xas olmayan qəddarlıq və amansızlıqla sahibləndikləri torpaqların onlara Vətən ola bilməməsidir. Tanrı tərəfindən tarix boyu onlara qucaq açan xalqlara qarşı etdikləri xəyanətlər səbəbindən lənətləndiklərini hələ də dərk edə bilmirlər.
Torpaq erməniyə Vətən olmaq istəmir, öz gerçək sahiblərinin qayıdışını gözləyir!

Elçin Mirzəbəyli
Koronaya yoluxanların sayı açıqlandıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 885 yeni yoluxma faktı qeydə alınıb, 2 114 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 482 286 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 455 082 nəfər müalicə olunaraq sağalıb, 6 498 nəfər vəfat edib. 20 706 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 525, bu günə qədər isə ümumilikdə 4 839 863 test icra olunub.
"ATƏT-in Minsk Qrupunun mövqeyi və fəaliyyəti bağışlanmaz idi"Bunu Avrasiya.net-ə aşıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.

Dövlət başçımız istər BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında, istər “Anadolu” xəbər agentliyinə müsahibəsində, istərsə də 27 sentyabr Anım Günü ilə bağlı xalqa müraciətində Ermənistanın təcavüzkar mahiyyətini və beynəlxalq hüquqa qarşı quldur dövlət kimi davranmasını xüsusi olaraq vurğulayıb: “Ermənistan qəbul olunmuş beynəlxalq qətnamə və qərarlara məhəl qoymamaqla, 30 il işğal siyasəti yürüdərək Azərbaycan torpaqlarını talan etməkləbir dövlət olaraq öz “qanundankənar” mahiyyətini və təcavüzkar mövqeyini nümayiş etdirdi, beynəlxalq hüquqa qarşı sayğısızlıq və saymazyanalıq göstərdi. Azərbaycan bu illər ərzində münaqişənin sülh yolu ilə həllinə daim sadiqlik nümayiş etdirsə də, lakin Ermənistan tərəfi mütəmadi təxribatlar törədərək işğalın ömrünü uzatmağa, “status kvo”nu qoruyub saxlamağa çalışırdı. Köçəryan-Sarkisyan rejimindən mahiyyətcə heç nə ilə fərqlənməyən Paşinyanın siyasəti 2018-ci ildən sonra danışıqları ümumiyyətlə “dalan”a dirədi. Ermənistanın yeni rəhbərliyi danışıqlar prosesini əngəlləyəcək avantürist bəyanatlarla çıxış etməyə, “yeni müharibə, yeni ərazilərin işğalı” doktrinasını ortaya atıb, yeni ərazilər işğal etmək xülyasına düşdülər.

Ümumiyyətlə, ötən 30 il ərzində biz beynəlxalq hüququn Ermənistan tərəfindən daim çeynənməsinin, kobudcasına tapdalamasının şahidi olduq. Ermənistan beynəlxalq hüquqa qarşı nümayiş etdirdiyi yolverilməz münasibətilə əslində ilk növbədə Azərbaycana qarşı deyil, beynəlxalq hüququ yaradan və qorumalı olan dünya birliyinə, xüsusilə Birləşmiş Millətlər Təşkilatı və bu təşkilatın Təhlükəsizlik Şurasının 5 daimi üzvünə, eləcə də ATƏT-in Minsk Qrupuna meydan oxudu. Ermənistanın Azərbaycana qarşı təcavüzkar, işğalçı siyasətini pisləyən qərar və qətnamələrin heç biri icra olunmadı, kağız üzərundə qaldı, əksinə işğal olunmuş ərazilərdə Ermənistan qanunsuz əməllər, narkoticarət, erməni vandalizmi həyata keçirildi”.

Partiya sədrinin sözlərinə görə, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışında və “Anadolu” agentliyinə müsahibəsində torpaqlarımızın nəyə görə 30 il Ermənistanın işğalı altında qalmasının səbəbləri və günahkarları üzərində geniş dayandı və bu məsələni dünyaya təhdid yaradan beynəlxalq riyakarlıq fonunda dəyərləndirdi , “ikili standartlar”ın hazırkı qlobal münasibətlər sistemi üçün ciddi təhdidlər yaratdığını xüsusi olaraq vurğuladı: “BMT kürsüsündən dünya ictimaiyyətinin diqqətinə çatdırıldı ki, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu ötən illər ərzində təcavüzkara qarşı beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn heç bir kəsərli addımlar atılmayıb və təcavüzkara qarşı beynəlxalq sanksiyalar tətbiq edilməyib. Bütün bunlar isə son nəticədə işğalın 30 ilə yaxın davam etməsinə zəmin yaradıb. BMT Təhlükəsizlik Şurasının üzvləri bu illər ərzində özlərinin qəbul etdikləri məlum qətnamələrin icrası üçün heç bir addım atmayıblar, əksinə, təcavüzkara qarşı heç bir tədbir həyata keçirməməklə işğalın və talanların, ekoloji soyqırımının, maddi-mədəniyyət abidələrimizə qarşı erməni vandalizminin davam etməsinə bir az da rəvac veriblər”.

ATƏT-in Minsk Qrupunun mövqeyi və fəaliyyəti (daha doğrusu, fəaliyyətsizliyi) isə ümumiyyətlə, bağışlanmaz idi. Belə ki, bu qrup mövcud olduğu dövr ərzində keçmiş “Dağlıq Qarabağ münaqişəsi”nin dinc yolla çözülməsi istiqamətində və beynəlxalq hüququn norma və prinsiplərinin təmin edilməsi yönündə heç bir ciddi irəliləyişə nail ola bilmədi. Həmsədrlik institutu sanki münaqişənin həlli üçün yox, əksinə, həll edilməməsi üçün, münaqişənin konservasiya olunub həllinin mümkün qədər uzadılması üçün yaradılmışdı. Həmsədrlər açıq şəkildə riyakar, ikiüzlü siyasət yürüdərək işğalçı Ermənistanın qeyri-konstruktiv addımlarının davam etməsinə və münaqişənin həllinin uzadılmasına, mənfur “status-kvo”nun qorunub saxlanılmasına kömək edirdilər. 1992-ci ildə yaradılan Minsk Qrupu bu illər ərzində istər BMT Nizamnaməsinə və BMT Təhlükəsilzik Şurasının müvafiq qətnamələrinə, istərsə də ATƏT sədrinin onlara verdiyi xüsusi mandatın tələblərinə hörmətsizlik etdi, saymazyanalıq göstərdi: “Həmsədrlər Ermənistanı işğalçı ölkə kimi sanksiyalara məruz qoymaq, cəzalandırmaq əvəzinə, onu himayə etdilər, bəslədilər. Əgər işğalçı ölkəni sülhə məcbur etməli olan belə bir mötəbər beynəlxalq qurum beynəlxalq hüququn aliliyinin təmin olunmasına bu cür etinasızlıq göstərir və “ikili standart”lar siyasətindən çıxış edirsə, o zaman işğalçı ölkənin özündən vicdanlı və dürüst davranış gözləmək də tamamilə absurd məsələyə çevrilir. Azərbaycan Prezidenti dünya birliyinin, o cümlədən BMT Təhlükəsizlik Şurasının üzvlərinin və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin bu cür “ikili standartlar” siyasəti yürütməsini bütün çıxışlarında vurğulayıb və onları daim təcavüzkarı cəzalandırmağa çağırıb. Ancaq istər həmsədrlər, istərsə də beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətinə son qoymaq əvəzinə, bir qayda olaraq həmişə Azərbaycana qarşı təzyiq göstərməyə, Azərbaycan xalqını işğal faktı ilə barışdırmağa çalışıblar. Xalqımız düz 30 il Ermənistanın mənfur işğalçılıq siyasətinə və həmsədrlərin, beynəlxalq təşkilatların riyakarlığına dözdü”.

Lakin Azərbaycan xalqının səbri limitsiz deyildi. Nə xalqımız, nədə ki dövlətimiz təbii ki, beynəxalq təşkilatların bu cür rüsvayçı riyakarlığı və Ermənistanın işğalçılıq faktı ilə barışa bilməzdi. Odur ki, Azərbaycan Prezidenti İlham Əliyev son 17 il ərzində bir yandan diplomatik müstəvidə gərgin mübarizə aparıb Ermənistanın işğalçı siyasətini ifşa etməklə və dostlarımızın, müttəfiqlərimizin sayını artırmaqla məşğul oldusa, digər yandan isə Azərbaycanın iqtisadi qüdrətinin artması və ordu quruculuğu istiqamətində böyük işlər gördü. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, milli hərbi sənayenin yaradılması və s. addımlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsi idi.

Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil oldu. Ordumuz döyüş hazırlığına görə MDB məkanında da ön sıralara çıxmışdı. Beləliklə, ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişikliklər gələcək qələbəmiz üçün əsaslı zəmin yaratdı. İlham Əliyevin ordunun modernləşdirilməsi və gücləndirilməsi taktikası düzgün seçilmiş taktika idi. Bu həqiqət zamanla da özünü təsdiqlədi. Bir il bundan öncəki reallıqlar İlham Əliyevin ordumuzun döyüş gücünün və hərbi-texniki potensialının artırılmasını prioritetə çevirməsinin müdrik seçim olduğunu göstərdi.

Azərbaycan Prezidenti beynəlxalq hüququn sadəcə kağız üzərində mövcud olduğunu, realda isə işləmədiyini vaxtında dərk etdiyi üçün Azərbaycan Silahlı Qüvvələrini ardıcıl surətdə ədalətin bərpa olunacağı günə hazırladı:

“Cənab Prezidentin də müsahibə və çıxışlarında dəfələrlə qeyd etdiyi kimi 44 günlük müharibənin gedişində Azərbaycan Ordusunun davranışları, Ermənistan ordusundan fərqli olaraq dinc əhaliyə toxunulmaması, hərbi əsrlərə qarşı humanist münasibət göstərilməsi, müharibə qanunlarına tam əməl olunması ölkəmizin beynəlxalq hüquqa sadiqliyini bir daha hər kəsə əyani olaraq göstərdi. Bundan fərqli olaraq Ermənistan isə danışıqlar prosesində olduğu kimi, müharibə vaxtında da müxtəlif təxribatlara əl atdı, dinc əhalini hədəfə çevirdi, gecə vaxtı cəbhədən xeyli uzaqda yerləşən şəhərlərimizə qadağan olunmuş raketlərlə zərbələr endirdi.

Beləliklə, Ermənistan hətta müharibənin gedişində də beynəlxalq hüququ ayaqlar altına atdı, dövlət kimi yox, əsl terrorçu qruplaşma kimi davrandı. Lakin Ermənistan dövlətinin bütün hərbi və mülki cinayətlərinə, eləcə də Fransa başda olmaqla bəzi dünya dövlətlərinin ədalətsiz davranışlarına baxmayaraq, biz öz suveren hüquqlarımızı tam bərpa etməyi bacardıq, torpaqlarımızda Ermənistanın faşizm siyasətinin mövcudluğuna son qoyduq. Nəticədə Azərbaycan beynəxalq təşkilatların qətnamə və qərarlarını təkbaşına icra etmiş oldu. Bu bir presedentdir. Azərbaycan bu addımı ilə müsbət mənada presedent yaratdı. Yəni ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır ki, bir ölkə əslində dünya birliyinin yerinə yetirməli olduğu missiyanı özü təkbaşına və həm də uğurla yerinə yetirir.

Bəli, Azərbaycan BMT və ATƏT-in Minsk Qrupunun 30 il ərzində həll edə bilmədiyi (daha doğrusu, həll etmək istəmədiyi, qəsdən dondurduğu) münaqişəni cəmi 44 günə hərbi-siyasi yollarla həll etdi və bununla da həm ərazi bütövlüyümüzün bərpa edilməsinə, həm də tarixi ədalətini bərqərar olmasına nail oldu. Nəticədə isə Cənubi Qafqazda sülhə və sabitliyə daim təhlükə törədən ən böyük münaqişələrdən biri sayılan Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı”.

Dövlət başçımız da bu günlərdə BMT kürsüsündən bütün dünyaya tamamilə haqlı olaraq bir daha bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və Azərbaycanda artıq “Dağlıq Qarabağ” adında inzibati-ərazi vahidi yoxdur. Məhz Azərbaycan Ordusunun rəşadəti və İlham Əliyevin uğurlu sərkərdəliyi sayəsində bu münaqişə kökdən çözüldü, torpaqlarımız erməni faşizminin əsarətindən azad edildi. Azərbaycan Ordusunun və Azərbaycan liderinin bu möhtəşəm Qələbəsi eyni zamanda beynəlxalq hüququ da rüsvayçılıqdan xilas etdi, hüquqi nihilizmə və ədalətsizliyə son qoydu.

Başqa sözlə desək, Azərbaycan 44 günlük müharibədə şanlı Qələbəyə imza atmaqla dünya birliyinə, BMT və ATƏT kimi təşkilatlara, həmsədrlərə sözün əsl mənasında dərs verdi və onların riyakarlığını üzlərinə çırpmış oldu: “Ümid edirik ki, iqtidarla siyasi qüvvələr arasında sivil münasibətlərin və əməkdaşlığın vacib amili kimi siyasi dialoq və həmrəylik amili bundan sonra da dövlətimiz və cəmiyyətimiz üçün öz vacibliyini qoruyub saxlamağa davam edəcək. Biz indi hətta müharibə günlərindəkindən də daha artıq həmrəy olmalı, milli birlik nümayiş etdirməli, siyasi dialoqa açıq olmalıyıq. Çünki indi qarşımızda 44 günlük müharibədəki hədəflərimizdən heç də az əhəmiyyət kəsb etməyən yeni hədəflər var. Postmüharibə dövrünün yeni reallıqları bizdən sarsılmaz milli birlik tələb edir.

Dünən xalqımızın 27 sentyabrı bütün şəhidlərimizin Anım Günü kimi ehtiramla yad etməsi də sözügedən milli birliyin təzahürü idi. Biz dünən növbəti dəfə milli birlik və ümumxalq ehtiramının təcəssümünü gördük. Xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının da ürəyi 44 gün ərzində olduğu kimi dünən də tarixi Vətəni ilə bir döyünürdü. Bütün soydaşlarımız 44 günlük müharibədə Zəfər qazanmağımıza necə sevindiklərini dünən şəhidlərimizin xatirəsini bizimlə birlikdə anmaqla bir daha nümayiş etdirdilər. Qardaş Türkiyə və Pakistan da eynilə müharibədə olduğu kimi dünən də bizimlə birlikdə idi. Hər iki ölkədə Azərbaycan şəhidlərinin xatirəsi sayğı ilə anıldı. Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan Anım Günü ilə əlaqədar həm paylaşım etdi, həm də Prezident İlham Əliyevə zəng vurdu, kədərimizə də, sevincimizə də hər zaman şərik olduğunu bir daha bəyan etdi”.

Prezident Ersin Tatar ABŞ -da yaşayan Kipr türkləri ilə görüşübPrezident Ersin Tatar Nyu - Yorkda və ətraf əyalətlərdə yaşayan Kipr türkləri ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, Prezident Tatar, Port Vaşinqton qəsəbəsindəki toplantıda Kiprdəki son hadisələr haqqında iştirakçıları məlumatlandırıb və fikirlərini dinləyib.

Suveren bərabərliyə və bərabər beynəlxalq statusa əsaslanan yeni siyasət haqqında iştirakçıları da məlumatlandıran Prezident Tatar, onlardan böyük maraq və dəstək alıb.

Prezident Tatar, çıxışında, vətəni Kipr ilə əlaqələrini heç vaxt kəsmədikləri üçün iştirakçılara təşəkkür edib və 1950-60 -cı illərdən sonra, əksəriyyətinin köç etmək məcburiyyətində qaldıqlarından sonra bir çox irəliləyişlərin olduğunu vurğulayıb.

Nyu - York əlaqələri haqqında məlumat verən Prezident Tatar, yeni siyasətin Türkiyə Cümhuriyyəti tərəfindən tam dəstəkləndiyini ifadə edib.

Türk Evinin açılışına qatıldığını və bir mərtəbənin KKTC nümayəndəsinə ayrıldığını deyən Prezident Tatar, bunun burada yaşayan insanlar üçün çox sevindirici olduğunu dilə gətirib.
İlham Əliyev Mehriban xanımın çəkdiyi videolardan danışdıXəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibə verib.

Avrasiya.net xəbər verir ki, Prezident müsahibəsində jurnalistin azad edilən bölgələrə səfər zamanı görüntülərin birinci xanım Mehriban Əliyeva tərəfindən çəkilməsi ilə bağlı verdiyi suala cavab verib.

Ali Baş Komandan bildirib ki, ilk dəfə Şuşaya gedəndə Bakıdan səhər çıxıblar:

“Bu, bilirsiniz, elə öz-özünə yarandı, təbii yarandı. Biz bunu planlaşdırmırdıq. Çünki o zaman yol çox uzaq idi. Biz Füzulidən Şuşaya Zəfər yolu ilə təqribən 3 saata getmişdik, özü də yollar qarlı idi, buz bağlamışdı. Ona görə səhər erkən çıxmışdıq, hələ qaranlıq idi və hava işıqlandıqca çox gözəl mənzərə yarandı. Mehriban xanım onu öz telefonu ilə çəkməyə başladı və məni də çəkdi. Mən də dedim ki, yolumuz Şuşayadır və bundan başladı. Ondan əvvəl təbii ki, Ağdam və digər rayonlar da var idi. Bu, xüsusi bir təşəbbüsdür. Çünki adətən mənim səfərlərimi rəsmi heyət işıqlandırır. Adətən orada çox rəsmi görüşlər, çıxışlar, mərasimlər və sair olur. Bu isə yeni bir yanaşma idi və bilirəm ki, bir çoxlarının xoşuna gəldi. Bizim də xoşumuza gəldi.
Minsk qrupu üçün sonuncu şans - Azərbaycan razılıq verdiATƏT-in Minsk qrupunun həmsədrləri Cənubi Qafqaz regionuna işçi səfərlərini bərpa edəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O, Nyu-Yorkda həmsədrlərin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşündə bu barədə razılıq əldə olunduğunu əlavə edib.

“Həmsədrlər Nyu-Yorkda Bakı və Yerevan ilə regiona işçi səfərlərin bərpası barədə razılıq əldə ediblər. Ötən il Qarabağla bağlı əldə olunmuş üçtərəfli razılaşmanın əsas nəticəsi stabillikdir”, -deyə nazir söyləyib
Həbsdə olan sabiq icra başçısının vəziyyəti ağırdırVəzifə cinayətlərinə görə həbs olunan, Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyevin vəziyyəti stabil ağır olaraq qalır.

Avrasiya.net xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında onun vəkili deyib.

Vəkilin sözlərinə görə, M.Quliyevin müalicəsi davam edir:

“ECMO cihazına qoşulu vəziyyətdədir, cihaz olmadan nəfəs ala bilmir. Həkimlər heç bir dəyişiklik müşahidə etmədiklərini deyirlər”.

Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

Ötən il aprelin 30-da isə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.