İordaniya və İraq mətbuatı azərbaycanlı şərqşünasın məqaləsini yayıbİordaniyanın “Əl Ənbat”, “Cohina” portalları və “Nayrouz” informasiya agentliyi, həmçinin İraqın “Əfkar Hürə” qəzeti azərbaycanlı şərqşünas Həşim Məmmədovun “Azərbaycan və azadlıq müharibəsindən sonra yeni reallıq” sərlövhəli məqaləsini yayıb.

Avrasiya.net xəbər verir ki, məqalədə Azərbaycanın geosiyasi baxımdan mürəkkəb və həssas regionda yerləşdiyi, bu amilin rəsmi Bakını beynəlxalq münasibətlərdə daha korrekt və balanslı siyasət yürütməyə vadar etdiyi qeyd olunur. Regional aktorlar olan qonşular - Türkiyə, Rusiya və İranla, habelə möhkəm iqtisadi əməkdaşlıq qurulmuş Gürcüstanla qarşılıqlı faydalı əməkdaşlıq və mehriban qonşuluq əlaqələri mövcuddur. Yalnız işğalçı siyasət aparan Ermənistanla bu əlaqələr yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin bu müdrik siyasi kursu öz müsbət nəticələrini verir. Eyni zamanda, Qərblə də konstruktiv əməkdaşlıq xarici siyasətin əsas istiqamətlərindən biridir.

Azərbaycanın Vətən müharibəsində Qələbəsindən sonra Çinin ölkəmizə marağı daha da artıb. Rəsmi Pekin Zəngəzur dəhlizini Asiya ilə Avropa arasında yeni bir logistika mərkəzi kimi dəyərləndirir.

Müəllif bütün bu amilləri nəzərə alaraq yazır ki, artıq regionda yeni reallıq yaranıb. Azərbaycan torpaqlarının işğaldan azad olunması nəinki regional, habelə beynəlxalq miqyasda əməkdaşlığın güclənməsinə təkan verəcək.
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım etdiAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 27 sentyabr - Anım Günü ilə əlaqədar rəsmi "İnstagram" hesabında paylaşım edib.

Avrasiya.net xəbər verir ki, paylaşımda deyilir:

"Əziz bacılar və qardaşlar!

Bu gün biz Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edirik. Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər. Adları əbədi olaraq Azərbaycan dövlətinin tarixinə həkk olunmuş bu cür igid oğullar böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkürümü bildirir, Uca Tanrıdan onlara səbir diləyirəm. Müharibə günlərində həlak olmuş günahsız vətəndaşlarımızın xatirəsini yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Uca Tanrı hər zaman xalqımızı qorusun!".
Beynəlxalq səyahətçilər Füzuli Hava Limanına endilərMüxtəlif ölkələrdən olan 30-dan çox dünya şöhrətli beynəlxalq səyahətçi kommersiya təyinatlı sınaq uçuşu ilə ilk dəfə Qarabağa gəlib.

Avrasiya.net xəbər verir ki, beynəlxalq səyahətçilər sentyabrın 27-də təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına eniblər.

Bakı-Füzuli marşrutu üzrə uçuş təxminən 35 dəqiqə davam edib.

Səyyahlar hava limanında görülən yenidənqurma işləri ilə tanış olacaqlar.

Bir il əvvəl ağır döyüşlərin getdiyi Füzuliyə məhz şəhidlərin Anım Günündə növbəti sərnişin təyyarəsinin enməsi tarixi Zəfərin daha bir nəticəsi kimi rəmzi məna daşıyır.

Qeyd edək ki, Vətən müharibəsində işğaldan azad olunan Füzuli rayonunda Prezident İlham Əliyevin tapşırığı ilə qısa müddətdə beynəlxalq aeroport tikilib. Bu il sentyabrın 5-də Füzuli Beynəlxalq Hava Limanına dünyanın 2 nəhəng hava gəmisi uğurlu eniş edib. Azərbaycanın “Airbus A340-500” və “SilkWay” şirkətinin “Boeing 747-400” təyyarələri texniki uçuşlarını müvəffəqiyyətlə yerinə yetirib.
Komitə sədri Anım günü ilə bağlı paylaşım edibMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Anım günü ilə bağlı paylaşım edib:

Bu gün Vətən müharibəsinin başlamasından bir il ötür.
2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayaraq, çox qısa bir müddətdə qəhrəman ordumuz düşmənin müdafiə xəttini yaradı və sürətli əks-hücum əməliyyatı həyata keçirməyə, ərazilərimizi düşmən tapdağı altından azad etməyə başladı.

Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və rəşadətli ordumuzun müqayisə edilməz qəhrəmanlığı, igidliyi, qorxmazlığı nəticəsində 2020-ci il 8 noyabrda Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşa şəhəri 28 il 6 aydan sonra düşmən işğalından azad olunaraq şəhərdə Azərbaycan Bayrağı qaldırıldı və bununla da düşmənin belini qırdı.

Məhz Şuşanın azad olunması müharibədə həlledici nöqtə oldu və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Təsadüfi deyil ki, məhz həmin gün Azərbaycan tarixinə Zəfər günü kimi həkk olundu. Lakin bütün bu qazanılan qələbələr şəhid qardaşlarımızın qanı və igid oğullarımızın sağlamlığı bahasına başa gəldi.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək. Tanrıdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa arzulayırıq!

Almaniya Sosial Demokrat Partiyası parlament seçkilərində qalib gəlibAlmaniyada keçirilən parlament seçkilərində Almaniya Sosial Demokrat Partiyası (SPD) 25,7% səs toplayaraq qalib gəlib.

“Report” xəbər verir ki, bunu Federal Seçki Komissiyası tərəfindən yayılan rəsmi ilkin məlumatlar sübut edir.

“Almaniya Xristian-Demokratik İttifaqı/Xristian-Sosial İttifaqı” (XDİ/XSİ) bloku ikinci yerdə qərarlaşıb - 24,1 faiz. Bu, mühafizəkarların ən pis göstəricisidir.

Onun ardınca “Yaşıllar” (14,8 faiz), Azad Demokratik Partiyası (AzDP, 11,5 faiz), Almaniya üçün Alternativ (AfD, 10.3 faiz) və “Solçular” (4,9 faiz) gəlir.

“Pfizer”in baş direktoru pandemiyanın nə zaman sona çatacağını açıqlayıb“İnsanlar hər il koronavirusa qarşı peyvənd edilsə pandemiya sona çatacaq və dünya normal vəziyyətə qayıdacaq”.

“Report” xəbər verir ki, bunu “Pfizer” şirkətinin baş direktoru Albert Burla bəyan edib.

“Düşünürəm ki, normal həyatımıza qayıda bilərik. Bu, yeni variantların (virusun - Red) yaranmayacağı anlamına gəlmir. Peyvəndsiz normal həyat yaşaya biləcəyimizi düşünmürəm” - Burla bəyan edib.

Onun sözlərinə görə, alimlər təsiri ən azı bir il davam edəcək dərmanlar yarada biləcəklər.
İran MAQATE müfəttişlərini nüvə obyektinə buraxmadı“İran əvvəlcədən əldə edilmiş razılaşmalara baxmayaraq, agentlik müfəttişlərinin müşahidə kameralarını yoxlamaq üçün Kərəc şəhərində yerləşən obyektinə girməsinə icazə verməyib”.

Bu barədə MAQATE məlumat yayıb.

“Baş direktor Rafael Qrassi vurğulayır ki, rəsmi Tehranın agentliyin işçilərinə Kərəcdəki santrifuq komponentlərinin istehsal edildiyi TESA kompleksindəki obyektə giriş izninin verməməsi ilə bağlı qərarı İranın vitse -prezidenti, Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami ilə baş direktorun 12 sentyabrda yaydığı birgə bəyanatın şərtlərinə ziddir”-məlumatda vurğulanır.

Qeyd edək ki, 12 sentyabr bəyanatına əsasən İran MAQATE müfəttişlərinə nüvə obyektlərində olan müşahidə kameralarını təkrar istifadəsinə icazə verəcəkdi.
Rəcəbov və Məmmədyarov uduzduŞahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində II turun görüşləri keçirilib.

Avrasiya.net xəbər verir ki, azərbaycanlı qrossmeysterlərdən Teymur Rəcəbov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. 4 hissəlik görüşdə qalib müəyyənləşmədiyindən, tay-breyk oynanılıb. Bu zaman rəqib daha güclü olub.

Şəhriyar Məmmədov isə Maqnus Karlsenlə qarşılaşıb. Bu görüşdə isə qalib əsas hissə və tay-breykdə yox, armaggedonda müəyyənləşib. Karlsen 4:3 hesabı ilə qalib gəlib
Xalq artisti İsraildə vəfat etdiAzərbaycanın məşhur "Qaya" ansamblının İsraildə yaşayan üzvü, Xalq artisti Teymur Mirzəyev sentyabrın 26-da dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, bu barədə Rəşid Behbudov Fondunun rəhbəri Kamil Şahverdi bildirib.

Beləliklə "Qaya" ansamblının dördüncü uzvü də haqq dünyasına qovuşub.

1961-ci ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alan dörd gənc - Arif Hacıyev, Adil Nəzərov, Rauf Babayev və Teymur Mirzəyev vokal kvartet yaratmaq fikrinə düşür. Qrupun ilk çıxışları tələbə yığıncaqlarında və musiqi məktəbinin kiçik otaqlarında baş tutur.
"Qaya" vokal ansamblı 1961-ci ildən 1988-ci ilə qədər fəaliyyət göstərib. Qrup Azərbaycan, ingilis, ispan, polyak və rus dilində mahnılar ifa edib.

T.Mirzəyev 1961-ci ildə "Qaya" ansamblının bədii rəhbəri və solisti olmuşdu.

Allah rəhmət eləsin...