AŞPA mina xəritələrinin verilməsinin vacib olduğunu bildirdiAvropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün işə başlayan payız sessiyasında "Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı qətnamə qəbul edilib.

Avrasiya.net xəbər verir ki, qətnamədə 1991-1994-cü illərdə baş verən birinci Qarabağ müharibəsi və 2020-ci ildə 44 günlik ikinci Qarabağ müharibəsi zamanı həlak olanlar, itkin, qaçqın, məcburi köçkün düşənlər, mədəni irsə dəyən ziyanlar, minalanmış ərazilər və digər məsələlər yer alıb.

Qarabağ müharibəsi zamanı baş verən insan faciəsinin aradan qaldırılması məqsədilə hər iki tərəfə tövsiyələr ünvanlanıb.

AŞPA birinci Qarabağ müharibəsinə son qoyan 9-10 noyabr tarixli atəşkəs elan olunmasına dair üçtərəfli razılaşmanı yüksək qiymətləndirib, sənədin atəşkəs üçün əsas elementlərdən ibarət olduğunu, müharibənin humanitar nəticələrinin həll edilməsinə imkan yaradan aparıcı sənəd olduğunu bildirib.

Qətnamənin müzakirəsi zamanı çıxış edən AŞPA üzvləri mina xəritələrinin Azərbaycana verilməsinin bundan sonrakı insan ölümünün qarşısının alınması üçün vacib olduğunu xüsusi vurğulayıblar.

Beynəlxalq icma xüsusilə Avropa Şurası hər iki ölkəyə yardım göstərməyə dəvət edilib.
Anım günü İqdırda da anılıb
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası, Iğdır Azərbaycan Evi Dərnəyi və Qars Azərbaycan Konsulluğunun töhfələri ilə təşkil edilən 27 Sentyabrda Azərbaycan Şəhidlərini anma proqramı Iğdırda keçirildi.

Proqram bir dəqiqəlik sükutla, Türkiyə-Azərbaycan milli marşlarının oxunması ilə başladı, Ehlibeyt Alimlər Dərnəyinin prezidenti Zeki Tümay şəhidlər üçün Qurani-Kərim və şəhidlər üçün dua oxudu.

Türk Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının, Iğdır Azərbaycan Evi Dərnəyinin prezidenti Serdar Ünsal, çıxışında 27 Sentyabrda Azərbaycanda Şəhidlər Gününü qeyd etdi. Azərbaycanın bütövlüyü, bütün türklərin qəlbində yaşayır.

Bu gün Türk dünyası üçün həm qürur, həm də kədər günüdür. Bu gün vətən torpağı uğrunda yerə yıxılan 2907 qəhrəmanın şəhid olduğu gündür.Bu gün 30 ildir işğal olunmuş torpaqların erməni zülmündən azad edildiyi gündür.Bu gün Qarabağın erməni əsirliyindən azad edildiyi gündür. Türk millətinin gücü sübut edildi, Türk-Azərbaycan qardaşlığı gücləndirildi və Turan ordusunun qurulduğu dünyaya elan edildi.
Qəhrəman Azərbaycan ordusunun 44 günlük müharibə nəticəsində türk gücünün, türk birliyinin və Turan ordusunun ermənilərə göstərdiyi bir gündür.
Ermənilərin ataları olmadan, ruslar, fransızlar və ABŞ olmadan heç bir şey olmadıqlarının, ermənilərin gücünün yalnız silahsız və günahsız insanlar üçün yetərli olduğunun sübut edildiyi və silahlı və qüdrətli azərbaycanlıya qarşı məğlub edildikləri bir gündür.

Prezident İlham Əliyevin qətiyyətli münasibəti ilə, Türk dövlətinin və millətinin və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə Azərbaycan ordusunun qəhrəman müharibəsi nəticəsində Ermənistana lazımi dərs verildi və qəhrəman Azərbaycan ordusu bir dəfə qəhrəmanlıq dastanı yazaraq Türk millətinin şücaətini dostlara və düşmənlərə bir daha göstərdik. Bayrağımızın endirilməməsi üçün mərhəmətlə vətən torpağı uğrunda şəhid olan Türkiyə və Azərbaycanda şəhid olanların xatirəsini anırıq. veteranlarımızın qarşısında hörmətlə baş əyirik.

"3 rəngli Azərbaycan bayrağını və Türk bayrağını Qarabağda dalğalandıran qəhrəman əsgərlərimizin cəsur ürəklərini öpürəm," Bayraq bir kərə yüksəlsə, bir daha enməz. Azərbaycan qardaşlığı, Qarabağ Azərbaycandır. NE MUTLU TÜRKÜM DİYENE ".

Azərbaycan Qars Baş Konsulluğunun İğdır nümayəndəsi Elnur Salayev də çıxışında erməni təcavüzünü vurğuladı və 44 günlük müharibədə qazanılan torpaqlar uğrunda mübarizədən danışdı.

44 günlük Qarabağ savaşında Türkiyənin verdiyi dəstəyi unutmayacaqlarını ifadə edən Elnur Salayev, Türkiyə-Azərbaycan qardaşlığının bu savaşda bir daha ortaya çıxdığını söyləyərək dedi: " İkinci Qarabağ savaşı başlayanda Azərbaycanın yanında olduqlarını söyləyən Türk dövləti və milləti mənəvi dəstəyini həmişə davam etdirdi.

Türkiyə prezidenti Sayın R.T.Ərdoğan Türkiyə olaraq, hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olduğunu bəyan etmişdir. Eyni zamanda Türkiyə istehsalı olan Bayraktar TB2 zərbə pilotsuz təyyarələri və Bayraktar TB2 dronları vastəsilə Azərbaycan Ermənistanın çoxlu sayda hərbi texnikasını məhv etmişdir. Ermeni ordusu məhv edildi və ermənilər qeyd -şərtsiz təslim oldular. Beləliklə, Türk-İslam birliyinin gücü bütün dünyaya elan edildi.

Iğdır valisi H. Engin Sarıibrahim, polis rəisi Dr. Oğuzhan Yonca, jandarma alayı komandir müavini Jandarma polkovniki Nadir Demirkan, AK Partiya İl Başkanı Ali Kamal Ayaz, CHP İl Başçısı Yrd. Artantaş, IYI Partiya Yöneticileri, Yenilikçi Partiya Mərkəzi İlçe Başçısı Ticarət Borsası Başçı Serhat Kumtepe və vətəndaşlar qatıldı.

Tatar: "Mövqeyimizdən bir addım da geri çəkilməyəcəyik"Nyu-Yorkda səfərdə olan Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bu gün BMT-nin Baş katibi Antonio Quterres və Cənubi Kiprin rum idarəçiliyinin rəhbəri Nikos Anastasiadis ilə üçtərəfli görüş çərçivəsindən bir araya gələcək.

Avrasiya.net xəbər verir ki, Ersin Tatar və rum lider Anastasiadis BMT Baş katibi Quterresin liderlərin şərəfinə verəcəyi nahar yeməyinə qatılacaq. Nahar yeməyi bu gün Bakı vaxtı ilə saat 21:15-də (Nyu-York vaxtı ilə 13:15-də) başlayacaq.

Onu da qeyd edək ki, görüş öncəsi Tatar Türkiyənin NTV canlı yayımına qatılaraq açıqlamalar verib.

O, Kipr Türk tərəfinin suveren bərabərliyə əsaslanan iki dövlətli bir mövqedən "heç vaxt geri çəkilməyəcəyini" vurğulayıb.
Ağsaqqallar Şurası Anım Günü münasibətilə müraciət yayıbAzərbaycan Ağsaqqallar Şurasının Anım Günü münasibətilə Azərbaycan xalqına

MÜRACİƏTİ

Bu gün Azərbaycanın Böyük Vətən Müharibəsinə başlamasının bir ili tamam olur. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti təxribatı xalqımızın səbr kasasını daşdıran “son damcı” oldu.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışan, işğalda olan torpaqlarımızın danışıqlar vasitəsilə qaytarılması prinsipinə sadiq olan ölkəmizin Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev təcavüzə son qoymaq üçün əks hücuma başlamaq barədə Orduya çoxdan gözlənilən əmri verdi. 44 gün davam edən bu müharibədə şanlı Ordumuz özünə “məğlubediıməz” imici yaratmağa cəhd edən, yeni ərazilər işğal etməkdə iddialı olan Ermənistan ordusuna sarsıdıcı, onilliklər boyu özünə gələ bilməyəcəyi ağır zərbələr vurdu, onun 6 mindən artıq canlı qüvvəsini, milyardlarla dollar dəyəri olan hərbi texnikasını məhv etdi. Ən başlıcası isə 30 ilə yaxın bir müddətdə erməni tapdağı altında olan ərazilərimizi çox böyük bir hissəsini işğaldan azad etdi, düşmən ölkə Ermənistanı təslim aktını imzalamağa məcbur etdi.

Bu müharibənin gedişində ölkəmizin başçısı cənab İlham Əliyev özünü yalnız müdrik siyasətçi, uzaqgörən dövlət rəhbəri deyil, həm də hərb işini gözəl bilən müzəffər sərkərdə olduğunu göstərdi. Təsadüfi deyildir ki, onun bilavəsitə rəhbərliyi altında həyata keçirilən hərbi əməliyyatlar dünya hərb tarixində çox böyük yeniliklər kimi yadda qaldı və hazırda bir çox dünya ölkələri bu təcrübədən örnək kimi istifadə etməyə cəhd göstərirlər.

44 günlük Vətən Müharibəsi bütün Azərbaycan xalqının ölkəmizin müdrik rəhbəri cənab İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşməsi, eləcə də qardaş ölkə olan Türkiyə Respublikasının əvəzsiz mənəvi dəstəyi sayəsində misli olmayan Zəfərlə başa çatdı.

Təəssüf ki, heç bir müharibə qurbansız başa gəlmir. Bu müharibədə Azərbaycanın 3 minə yaxın igid oğlu qələbə naminə özünü qurban verərək şəhidlik zirvəsinə yüksəldi, minlərlə ləyaqətli hərbiçimiz yaralandı. Dövlətimiz və xalqımız hərbçilərimizin bu şücaətini heç vaxt unutmur, şəhid ailələri və qazilərimiz, onların problemlərinin həlli daim diqqət mərkəzindədir.

Azərbaycan Ağsaqqallar Şurası bu müqəddəs “Anım Günü”ndə şəhidlərimizə bir daha Allahdan rəhmət, yaxınlarına səbr diləyir, qazilərimizin tezliklə şəfa tapmasını arzulayır.

Xalqımız 44 gündən sonra Müzəffər Ali Baş Komandanın rəhbərlərliyi altında qəhrəman Ordumuzun, igid əsgər və zabitlərimizin şücaəti sayəsində düşmən üzərində əzmkar qələbə qazanılaraq torpaqlarımızın işğaldan azad olunduğu “Zəfər günü”nü təntənə ilə qeyd edəcəkdir. Həmin gün ölkəmizin ərazi bütövlüyünün bərpası günü olaraq daim xalqımızın yaddaşında ən əziz bayramlardan biri kimi qalacaqdır.

2000-dən çox şəhid haqqında məqalə yaradılıb - EltürkAzərbaycanca Vikipediya icmasının istifadəçiləri tərəfindən onlayn ensiklopediyada şəhidlərimiz haqqında doğma dilimizdə məqalə yaradılması prosesi davam edir. Həmçinin xarici dil bölmələrində Vətən müharibəsinə aid məqalələr yaradılır və təkmilləşdirilir.

Bu barədə Avrasiya.net-ə Vikipediya üzrə mütəxəssis, araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Bu günədək 2000-dən çox Vətən müharibəsi şəhidi haqqında məqalə yaradılıb. Eyni zamanda, hazırda İkinci Qarabağ müharibəsi, döyüş və əməliyyatları, hərbçiləri, Vətən müharibəsi qəhrəmanları və şəhidləri haqqında xarici dillərdəki Vikipediyada məqalələrin yaradılması davam edir. Qeyd edək ki, Vətən müharibəsi başlanan gündən “viki” könüllülər səfərbər olmuşdular. Düşmənin informasiya müharibəsində bizə qarşı apardığı təxribatlarının qarşısını almaq üçün gecə-gündüz çalışır, həmçinin onlara faktlarla tutarlı cavablar verirdilər. Azərbaycanca Vikipediya icmasının üzvləri hər zaman şəhidlərimiz haqqında məqalələrin yaradılmasını diqqətdə saxlayırlar”, - E.Eltürk bildirib.

Ölkəmizdə koronaya yoluxanların sayı kəskin azaldıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1 241 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 481 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 452 968 nəfər müalicə olunaraq sağalıb, 6 476 nəfər vəfat edib. 21 957 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 684, bu günə qədər isə ümumilikdə 4 830 338 test icra olunub.
Prezident və xanımı Fəxri Xiyabanda - FotoSentyabrın 27-də - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri Xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısı, birinci xanım Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.
Əliyevin şəhidlərin xatirəsi önündə tarixi mesajlarıMüharibənin ildönümündə hələ də Qarabağla bağlı təhdidlər, risklər mövcuddur. Və Əliyev Anım Günündə bu təhdidlərlə bağlı Azərbaycanın mövqeyini təkrarladı, lakin diqqətçəkən məqam təhdidlərə qarşı atılacaq addımları bu dəfə şəhidlərin xatirəsi önündə elan etməsi idi.

Azərbaycanın ərazi bütövlüyü bərpa edilib: Qarabağda nəzarətdən kənar ərazilər müzakirə mövzusu deyil.

Əliyev bildirir: “Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”.

Rəsmi Bakının Qarabağla bağlı mövqeyi dəyişmir, lakin bu dəfə bir qədər də sərtləşdirilir. Əliyev əslində nə deyir?

1. Azərbaycana qarşı separatizmi körükləyənlərin özləri eyni halla üzləşə bilərlər;

2. Ölünü diriltmək istəyənlərə qarşı Bakı da eyni taktikanı seçə bilər: bu, “hücum diplomatiyası”na əsaslanan mesajdır;

3. Bakının hərbi güc addımı təkcə Ermənistana yox, “Dağlıq Qarabağı” diriltmək istəyən bütün tərəflərə şamil edilə bilər: Əliyev ordunun komandanı kimi xəbərdarlıq edir.

Xəbərdarlığını şəhidlərin xatirəsi önündə etməsi şəhidlərin ruhu önündə verilən söz idi.

“Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin!”, - Əliyev deyir.

Və bununla Əliyev Qarabağla bağlı geriyədönüşün olmadığı, heç bir güzəştin olmayacağı mesajını bu məsələdə maraqlı olan hər kəsə bəyan edir.

Əliyevin çıxışında iki mesaj da önəmli idi:

Birincisi, müharibənin ildönümündə xəbərdarlığı Ermənistana yox, üçüncü tərəflərə etdi: bu, “İrəvan artıq tərəf deyil, tərəf olmaq istəyənlər də Ermənistana qarşı atılan addımlarla üzləşəcək” deməkdir;

İkincisi, bölgədə və Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf Bakıdır, yəni “regionda bizimlə hesablaşmalısınız”.

Asif Nərimanlı
Hədə-qorxu ilə pul tələb edən "jurnalist" saxlanıldıAbşeron rayonunda yerləşən ictimai iaşə obyektlərindən birinin sahibi Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə şikayət edərək tanımadığı bir nəfərin özünü jurnalist kimi təqdim edərək guya obyektdə karantin qaydalarının pozulduğunu və bu barədə reportaj hazırlamamaq üçün ondan hədə-qorxu yolu ilə pul tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən qanun pozuntusunu törətməkdə şübhəli bilinən Nərmin Hacıyeva obyektin sahibindən 500 manat alan zaman saxlanılaraq Mehdiabad Polis Bölməsinə gətirilib.

Onun üzərində şəxsi axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdiyi pul vəsaiti, saxta jurnalist vəsiqəsi və digər maddi sübutlar aşkar olunaraq götürülüb. O, ifadəsində özünü jurnalist kimi təqdim edərək qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Nərmin Hacıyevanın qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
«Space» televiziyası yeni layihələrə start verib - FOTOAzərbaycan Ordusunun cəsur əsgər və zabitləri canı-qanı bahasına düşmənin silahlı qüvvələrini darmadağın etdi. Qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq. Azad olmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılmasında bir çox igid oğullarımız tək qolunun gücü ilə deyil həm də səsi ilə də mübarizə apardı. Oxuduqları gözəl mahnılarla əsgər yoldaşlarını ruhlandıraraq döyüş əzmlərini artırdılar.

Avrasiya.net xəbər verir ki, 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar «Space» televiziyası da yeni layihələrlə çıxış etdi. Maraqlı layihələrdən biri «Yuxuda gələn şəhadət» digəri isə «Spase» televiziyasının Müdafiə Nazirliyi ilə birgə İkinci Qarabağ savaşında təkcə qollarının gücü ilə deyil, həm də səslərinin gücü ilə döyüşən qazilərimizlə bağlı həyata keçirdiyi layihədir. Bu layihədə torpaqlarımızın qarış-qarış alınmasında iştirak edən qazilərimizin ifasında səslənən mahnılar «Spase» televiziyası tərəfindən lentə alınır, eyni zamanda, həmin qazilərimiz öz döyüş təəssüratlarını tamaşaçılarla bölüşürlər. Cəsur qazilərimiz ifa etdikləri mahnıları ilə bir daha sübut edirlər ki, biz öz torpaqlarımızı həm ordumuzun, həm qolumuzun, həm də səsimizin gücünə almışıq.