Bakıda məktəb direktorundan rüsvayçı çıxış - VideoBakıda məktəb direktorlarından birinin sosial şəbəkədə çıxışı yayılıb.

Avrasiya.net xəbər verir ki, şagird və valideynlərin qarşısında çıxış edən direktor 27 sentyabr Anım Gününə “Zəfər günü", 44 günlük Vətən Müharibəsinə isə “24 günlük müharibə” deyib.

Görüntülər sosial şəbəkələrdə kəskin tənqid edilib.

Həmin görüntünü təqdim edirik:
Kriminal dünyada yeni savaş: Lotu Qulinin qisası alınır?Ötən il Türkiyədə qətlə yetirilən azərbaycanlı qanuni oğru Nadir Səlifov (Lotu Quli) və onun klanına qarşı əks cəbhədə dayanan gürcü əsilli qanuni oğru Zaxari Kalaşov (Şakro Molodoy) kriminal aləmin ali statusundan məhrum edilə bilər.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, artıq Şakro Molodoya qarşı böyük bir cəbhə formalaşıb. Nüfuzli qanuni oğrular Tariel Onianı (Taro) və Merab Canqveladzenin (Merab Suxumski) rəhbərlik etdiyi Suxumi klanı Zaxari Kalaşovla son dəfə haqq-hesab çəkmək niyyətindədir.

Məlumatlara görə, bu günlərdə Şakro Molodoyla bağlı son qərarın verilməsi üçün Türkiyədə böyük "sxodka” təşkil olunub. Toplantıya Suxumu klanına daxil olan qanuni oğrularla yanaşı, Şakro Molodoyu qəbul etməyən kriminalitetlər də dəvət olunub.

"Sxodka”nın Şakro Molodoya yaxınlığı ilə seçilən qanuni oğru Aslan Kobuladzenin Kutaisi türməsindən və Rustavidəki koloniyadan onun adına gələn "qara pullar”ın taleyinə aydınlıq gətirilməsi üçün təşkil olunduğu bildirilsə də, əsas məqsəd Zaxari Kalaşovu küncə sıxışdırmaq olub.

Aslan Kobuladze əvvəlcə rəsmi dəvət tələb edib. Sonra ümumiyyətlə "yox”a çıxıb.

Məlumat üçün deyək ki, Kobuladze "obşak”ın pullarına nəzarət üçün oğlunu mükəlləf edib ki, bu da kriminal qaydalara ziddir. Bildirilir ki, Kobuladzenin oğlu bu məsul vəzifəni icra edəcək qədər nüfuza malik deyil. İkincisi isə kriminal dünyada "obşak” "ailə təsərrüfatı" hesab edilmir.

Suxumi klanı düşünür ki, Kobuladze bu üsulla "qara pullar”ı təyinatı üzrə xərcləməyib. Onun "sxodka”ya gəlməkdən imtina etməsi isə şübhələrin təsdiqi kimi qəbul edilə bilər. Çünki qaydalara əsasən, "sxodka”dan yayınan "qanuni oğru” artıq ittihamları qəbul etmiş hesab olunur. Ən yaxşı halda ona qarşı şübhələrin əsassız olmadığına və qarşı tərəfin müvafiq qərar çıxarmasına rəvac verir. Beləliklə, Aslan Kobuladze hər an "qanuni oğru” statusunu itirə bilər.

İddialara görə, Suxumi klanı mövzunu Şakro Molodoyun sıradan çıxarılmasına qədər uzatmaq niyyətindədir.

Zaxari Kalaşov Nadir Səlifov və onun klanını sıradan çıxarmaq üçün ən çox çalışan kriminalitet olub. Lotu Quli ilə Suxumi klanının yaxınlaşması da bu üzdən baş verib. Şakro Molodoyun sıradan çıxarılması Nadir Səlifovun qisasının alınması kimi də qəbul edilə bilər.

"Prezident BMT-dəki çıxışı ilə bir daha ədalətli və sülhsevər siyasətçi olduğunu nümayiş etdirdi"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri


Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışını həqiqətən də tarixi hadisə hesab etmək olar. Bu çıxışı mühüm hadisə kimi dəyərləndirməyə imkan verən əsas məqam orada yer alan fikirlərin, çağırışların aktuallığında idi. Türk dünyasının iki fəal liderinin – Türkiyə və Azərbaycanın dövlət başçılarının çıxışlarında dünya birliyinin, BMT-nin özünün və böyük dövlətlərin ünvanına səsləndirilən iradlar və tənqidi fikirlər istər dünyada, istərsə də bölgəmizdə sülhün, haqq və ədalətin, ümumbəşəri dəyərlərin bərqərar olması üçün olduqca mühüm əhəmiyyət kəsb edir.

İlham Əliyev öz çıxışında pandemiya ilə mübarizə sahəsində Azərbaycanın gördüyü işlərdən və irəli sürdüyü təşəbbüslərdən tutmuş, pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin vacibliyi, peyvənd alınması məsələsində zəngin ölkələrlə inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliyin aradan qaldırılması, “peyvənd millətçiliyi” ilə bağlı məsələlərə beynəlxalq diqqətin cəlb edilməsi, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın beynəlxalq ədalətin və beynəlxalq hüquq normalarının təmin edilməsinə çalışması, Hərəkata üzv dövlətlərin legitim maraqlarını güclü şəkildə müdafiə etməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə Azərbaycanın xüsusi önəm verməsi, beynəlxalq öhdəlikləri icra edən Azərbaycanın Paris İqlim Sazişini ratifikasiya etməsi və bu sazişin prinsiplərinə əməl etməsi, bərpa olunan enerji istehsalına önəm verməyimiz və işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun “ Yaşıl Enerji” zonası elan edilməsi, 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlanılmış və müsəlman dünyası ilə Avropa arasında dialoq və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyan “Bakı Prosesi”nin BMT tərəfindən güclü şəkildə dəstəklənməsi, BMT Baş Assambleyasının qətnamələrində Azərbaycanda müntəzəm olaraq təşkil olunan Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumunun “mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma” olaraq tanınması, habelə “Nizami ili”nin mərkəzi xəttini təşkil edən Nizami Gəncəvinin hələ 12-ci əsrdə öz əsərlərində təbliğ etdiyi sülh, ədalət, humanizm, azadlıq və bərabərlik kimi idealların və dəyərlərin bu gün BMT-nin təşviq və müdafiə etdiyi prinsiplərlə üst-üstə düşməsinə kimi bir çox önəmli məsələlərə toxundu. Bu məsələlərin hər biri bu gün təkcə bizim üçün yox, bütün ölkələr üçün vacib əhəmiyyət daşıyan məsələlərdir. Azərbaycanın dövlət başçısı bu məsələləri dünyanın iki ən mötəbər beynəlxalq təşkilatından birinə - Qoşulmama Hərəkatına rəhbərlik edən siyasi lider kimi gündəmə gətirir, ictimailəşdirir.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı həmçinin torpaqlarımızın nəyə görə 30 il Ermənistanın işğalı altında qalmasının səbəbləri və günahkarları üzərində də geniş dayandı və bu məsələni dünyaya təhdid yaradan beynəlxalq riyakarlıq fonunda dəyərləndirdi , “ikili standartlar”ın hazırkı qlobal münasibətlər sistemi üçün ciddi təhdidlər yaratdığını xüsusi olaraq vurğuladı. BMT kürsüsündən dünya ictimaiyyətinin diqqətinə çatdırıldı ki, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu ötən illər ərzində təcavüzkara qarşı beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn heç bir kəsərli addımlar atılmayıb və təcavüzkara qarşı beynəlxalq sanksiyalar tətbiq edilməyib. Bütün bunlar isə son nəticədə işğalın 30 ilə yaxın davam etməsinə zəmin yaradıb. BMT Təhlükəsizlik Şurasının üzvləri bu illər ərzində özlərinin qəbul etdikləri məlum qətnamələrin icrası üçün heç bir addım atmayıblar, əksinə, təcavüzkara qarşı heç bir tədbir həyata keçirməməklə işğalın və talanların, ekoloji soyqırımının, maddi-mədəniyyət abidələrimizə qarşı erməni vandalizminin davam etməsinə biraz da rəvac veriblər.

Prezident çıxışında ATƏT-in Minsk Qrupunun fəaliyyətinə (daha doğrusu, fəaliyyətsizliyinə) də toxundu, bu qrupun mövcud olduğu dövr ərzində keçmiş “Dağlıq Qarabağ münaqişəsi”nin dinc yolla çözülməsi istiqamətində və beynəlxalq hüququn norma və prinsiplərinin təmin edilməsi yönündə heç bir ciddi irəliləyişə nail ola bilmədiyini vurğuladı. Həmsədrlik institutu sanki münaqişənin həlli üçün yox, əksinə, həll edilməməsi üçün, münaqişənin konservasiya olunub həllinin mümkün qədər uzadılması üçün yaradılmışdı. Həmsədrlər açıq şəkildə riyakar, ikiüzlü siyasət yürüdərək işğalçı Ermənistanın qeyri-konstruktiv addımlarının davam etməsinə və münaqişənin həllinin uzadılmasına, mənfur “status-kvo”nun qorunub saxlanılmasına kömək edirdilər. 1992-ci ildə yaradılan Minsk Qrupu bu illər ərzində istər BMT Nizamnaməsinə və BMT Təhlükəsilzik Şurasının müvafiq qətnamələrinə, istərsə də ATƏT sədrinin onlara verdiyi xüsusi mandatın tələblərinə hörmətsizlik etdi, saymazyanalıq göstərdi. Həmsədrlər Ermənistanı işğalçı ölkə kimi sanksiyalara məruz qoymaq, cəzalandırmaq əvəzinə, onu himayə etdilər, bəslədilər.

Azərbaycan xalqı və dövləti isə təbii ki, beynəxalq təşkilatların bu cür rüsvayçı riyakarlığı və Ermənistanın işğalçılıq faktı ilə barışa bilməzdi. Odur ki, Azərbaycan 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başlamasına cavab vermək məqsədilə, BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı və beləliklə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü döyüşərək təmin etdi. Bu bir presedentdir. Azərbaycan bu addımı ilə müsbət mənada presedent yaratdı. Yəni ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır ki, bir ölkə BMT-nin yerinə yetirməli olduğu missiyanı özü təkbaşına və həm də uğurla yerinə yetirir.

Azərbaycan BMT və ATƏT-in Minsk Qrupunun 30 il ərzində həll edə bilmədiyi münaqişəni cəmi 44 günə hərbi-siyasi yollarla həll etdi və bununla da həm ərazi bütövlüyümüzün bərpa edilməsinə, həm də tarixi ədalətini bərqərar olmasına nail oldu. Nəticədə isə Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Və dövlət başçımız da BMT kürsüsündən bütün dünyaya bir daha bəyan etdi ki, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb. Prezident bir məqamı da xüsusi olaraq vurğuladı ki, indi istər dünya KİV-də, istərsə də beynəlxalq təşkilatların və ayrı-ayrı ölkələrin rəsmi sənədlərində, rəsmi şəxslərin açıqlamalarında bizim ərazilərimizə istinad edilərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verilməməlidir. Yəni ki, “Dağlıq Qarabağ” yox, Qarabağ, Şərqi Zəngəzur kimi coğrafi terminlərdən istifadə edilməlidir.

Ali Baş Komandanımız bir məqamı da özəlliklə vurğuladı ki, biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsək, qanuni özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik və hər kəs buna əmin ola bilər ki, ölkəmiz öz hərbi gücü ilə istənilən təhdidin qarşısını almaq iqtidarındadır. Bu mesaj birbaşa revanşist Ermənistana və onun havadarlarına ünvanlanmış açıq mesaj idi. İlham Əliyev bu mesajı ilə əslində hər kəsi yeni reallıqlarla hesablaşmağa çağırdı. Bəli, Azərbaycan 44 günlük müharibədə əldə etdiyi parlaq Qələbə nəticəsində Cənubi Qafqazda və onun hüdudlarından kənarda yeni reallıqlar yaradıb. Odur ki, hər kəs bu amili nəzərə almalıdır. Ermənistan da öz növbəsində revanşizmdən, etnik nifrət və düşmənçilik üzərində qurulmuş, erməni cəmiyyətinə aşılanan irqçi ideologiyadan, Azərbaycanofobiya və türkofobiyadan imtina etməli, o cümlədən qonşularına (Azərbaycana və Türkiyəyə) qarşı qanunsuz və əsassız ərazi iddialarına həmişəlik son qoymalı, sülh və əməkdaşlıq yolunu seçməlidir.

İlham Əliyev bəyan etdi ki, Ermənistanın sülhdən başqa heç bir yolu yoxdur. Odur ki, beynəlxalq ictimaiyyət də nəhayət ki, 30 ildən sonra bu prosesdə müsbət rol oynamağa başlamalı və sülhün alternativinin olmadığını dərk etmək üçün Ermənistana həm çağırış, həm də kömək etməlidir. Əks təqdirdə, revanşizm Ermənistanın sonunu gətirə bilər. Azərbaycan Prezidenti BMT Baş Assambleyasının sessiyasında təqdim edilən bu nitqi ilə bir daha dünya miqyasında ədalətli və sülhsevər siyasətçi olduğunu nümayiş etdirdi.

İrana getmək istəyənlərin NƏZƏRİNƏ“İran turizm sənayesini dirçəltmək üçün viza məhdudiyyətlərini aradan qaldırır”.

Avrasiya.net xəbər verir ki, bunu İranın yeni təyin olunan turizm və mədəni irs naziri İzətullah Zərqami deyib.

O bildirib ki, koronavirusa qarşı hər iki doza peyvənd vurduran xarici qonaqlar COVID pasportunu təqdim etməklə sərbəst şəkildə ölkəyə gələ biləcəklər.

Qeyd edək ki, İranın keçmiş hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkəyə daxil olmaq üçün viza məhdudiyyətləri tətbiq etmişdi.
Rəfail Becanov: “Rusiya sülhməramlılara separatçılıq təcrübəsi olanları komandan təyin edir”“Azərbaycan ərazisi olan Xankəndində yerləşən Rusiya sülhməramlıları özünü Ermənistan Müdafiə Nazirliyinin altqurumu kimi aparır. Gah humanitar aksiya təşkil edirlər, gah erməniləri kontingentin yerləşdiyi ərazilərdəki kilsələrə daşıyırlar”.

Bunu “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru Rəfail Becanov deyib.

O bildirib ki, səlahiyyətlərindən kənar fəaliyyətlər onların təkcə ermənilərə xüsusi simpatiya ilə yanaşması təəssüratını yaratmır, həm də gizli məqsədlərindən xəbər verir:

“Bizim cəmiyyətdə sülhməramlıların fəaliyyətinə, davranışına və onların ədalətli olmasına onsuz da inam azdır. Fəaliyyətləri ilə isə o azacıq inamımızı da yerləyeksan edirlər. Təəssüf ki, belə əməlləri tez-tez təkrar olunur.

Növbəti dəfə də belə bir fəaliyyət sərgilədilər. Sülhmərmalıların yeni təyin olunan komandanı general-leytenant Gennadi Anaşkin da ilk səfərini Ermənistana etdi və müdafiə naziri Arşak Karapetyanla görüşdü. Bundan əvvəl isə Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovu iki həftəlik əvəz edən Kosobokov da Anaşkin kimi birinci səfərini İrəvana etmişdi.

Niyə sülhməramlıların komandanı birinci Ermənistana getməlidir ki?

Sülhməramlı kontingent Azərbaycan ərazisində yerləşdiyinə görə yeni komandan ən azı tanışlıq və etiket xatirinə birinci Bakıya gəlməliydi. Onlar fəaliyyətlərini Azərbaycan ərazisində həyata keçirirlər. Deməli, birinci Bakıya gəlmək və fəaliyyətləri ilə bağlı rəsmi məlumat verəndən sonra vəzifələrinin icrasına başlamalıdırlar. Lakin Anaşkin də sələfi kimi bunu etmədi. Bu addımı ən yumşaq şəkildə sayğısızlıq adlandırmaq olar.

Digər maraqlı məqam isə Rusiyanın sülhməramlılara təyin etdiyi komandanların kimliyi ilə bağlıdır. Rusiya sülhməramlılara ancaq separatçılıq təcrübəsi olanları komandan təyin edir. Muradovu əvəz edən Kosobokov Abxaziyada xidmət edirdi. Yeni komandan Gennadi Anaşkinin belə bir təcrübəsi var. O, əvvəllər Cənubi Osetiyada xidmət edib. Yəni separatçılığa dəstək verib və Gürcüstan ərazilərinin işğalında iştirak edib.

Rusiyanın bu addımı çox düşündürücüdür...”
Şəhid jurnalistlər "TÜRKSOY Media Mükafatı”na  layiq görüldüBu gün Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşanan tarixi hadisələri, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerli və xarici media təmsilçilərinə “TÜRKSOY Media Mükafatı”nın təqdimetmə mərasimi keçirilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, tədbirin əvvəlində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhid jurnalistlərin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, iki gündən sonra Vətən müharibəsinin başlamasından bir il ötür: "Azərbaycan Müzəffər Ordusuna, Ali Baş Komandana minnətdarıq ki, bizi bu ləkədən qurtardı. Bu təkcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi deyildi, həm də şərəfə məsələsi idi. Bu xoşbəxtliyi bizə yaşatdıqları üçün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə sağlığına qovuşmasını arzulayıram. İnformasiya savaşında bizlə birgə olan, dəstək göstərənlərə də təşəkkürümü bildirirəm".

Nazirdən sonra TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı da çıxış edib.

Mərasimin sonunda şəhid jurnalistlər - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov da mükafata layiq görülüb. Onların mükafatı ailələrinə təqdim edilib. Bundan başqa, siyahıda Türkiyənin “Haber Global” televiziyasının əməkdaşı Osman Girgin, “A Haber”in əməkdaşı Abdulkərim Ulak və “CNN Türk”ün sabiq işçisi, hazırda Fox TV-də çalışan Fulya Öztürk, eyni zamanda, Qazaxıstan, Qırğızıstan və Özbəkistan media nümayəndələrinin də adı var.

Qeyd edək ki, tədbirlər çərçivəsində mükafat alan media nümayəndələrinin bir sıra dövlət və media qurumlarında rəsmi görüşləri, Şuşaya səfəri və Vətən müharibəsinin başlamasının ildönümünə həsr olunmuş silsilə tədbirlərdə iştirakı da nəzərdə tutulub
“Anım günü”nə həsr olunan “Qürur yerimiz – qəhrəman şəhidlərimiz” adlı tədbir keçirilib25 sentyabr 2021-ci il tarixdə Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 27 Sentyabr “Anım günü”nə həsr olunmuş “Qürur yerimiz – qəhrəman şəhidlərimiz” adlı onlayn tədbir keçirilib. Zoom tətbiqi vastəsilə təşkil olunan tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları və qaziləri, rayon ictimaiyyətinin nümayəndələri, həmçinin fəal gənclər iştirak ediblər.

Tədbir “Anım günü”nün qeyd olunması, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.2 və 5.1.10. yarımbəndlərinin icrasının təmin olunması, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi, gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyəsi işinin yüksəldilməsi məqsədi daşımışdır.

Anım tədbirinin açılış mərasimində Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Daha sonra tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Siyəzən rayon şöbəsinin sədri Nəbi Əliyev, şəhid anası Xatirə Əzimova, Vətən müharibəsi qazisi Pərvin Əzimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Aqil Əlisoy, Böyük Həmyə kənd tam orta məktəbin müəllimi Zamiq Güləliyev və fəal gənc Ömər Hacızadə çıxış edərək bildiriliblər ki, 30 ilə yaxındır torpaqlarımızın 20%-ni işğal altında saxlayan təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə başladığı Vətən müharibəsində qazanılan möhtəşəm qələbə məhz xalqımızın birliyinin, həmrəyliyinin, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, şəhidlərimizin misilsiz qəhrəmanlıqlarının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətinin və dəmir yumruğunun qələbəsidir. Qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsindən az sonra respublikamızda “Anım günü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir.

Çıxışlarda xüsusi vurğulanıb ki, Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmayacaq, onların xatirəsi həmişə əziz tutulacaq, qəlblərdə hər zaman yaşayacaqdır.





#BirÖlübMinDirildik
#ŞəhidlərÖlməz
#ŞəhidlərimİZ
#VictoriousAzerbaijaniHeroes
#VətənUğrunda
#VətənÜçün
#VətənSənəCanımFəda
#BizQalibik
#SinənHərbəMeydanOldu
#BirimizHamımız
#BizQayıtdıq
#BöyükQayıdış
#MüzəffərXalqınGəncləri
#QalibKomandan
#MüzəffərAliBaşKomandan
#DəmirYumruq
#SiyəzənGİİ #MysAZ #GənclərvəİdmanNazirliyi
Həmsədrlər nazirlərin görüşü ilə bağlı BƏYANAT yaydılarATƏT Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin İkinci Qarabağ müharibəsindən sonra ilk görüşünü alqışlayır.

Avrasiya.net-in məlumatına görə, bu barədə həmsədrlər, Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və İqor Xovayevin (Rusiya) bəyanatında deyilir.

Qeyd olunur ki, ATƏT Minsk qrupunun həmsədrləri BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ayrı-ayrılıqda görüşüb.

Daha sonra həmsədrlərin iştirakı ilə nazirlərin görüşü baş tutub.

Bəyanatda qeyd olunur ki, görüşlər zamanı Ermənistanla Azərbaycan arasında həll olunmamış məsələlər müzakirə olunub.

Həmsədrlər hər iki ölkənin xarici işlər nazirlərinin 2020-ci ilin noyabrından bəri keçirilən ilk görüşünü alqışlayıblar və mandatlarına uyğun olaraq bütün qalan məsələlərin hərtərəfli həllini tapması üçün tərəflərlə işləməyə davam etməyə sadiq qaldıqlarını bildiriblər.
Sumqayıtda iki azyaşlı uşaq oğurlanıb? - Rəsmi cavabSumqayıt şəhərində iki azyaşlının oğurlanması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, hadisə Sumqayıtın 4-cü mikrorayonu ərazisində qeydə alınıb. Bildirilir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində tüfeyli geyimində olan şəxs və ya şəxslər iki qardaşı götürüb aparıblar.

Avrasiya.net xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

"Sumqayıt şəhərində belə bir hadisə olmayıb. Məlumat həqiqətə uyğun deyil, əsassızdır. idaillar yoxlanılıb təsdiqini tapmayıb".
Türkiyə və Rusiyaya məxsus gəmilər toqquşduİstanbulun şimalında, Qara dəniz sahilində Türkiyə və Rusiyaya məxsus iki quru yük gəmisi toqquşub.

Hadisə İstanbulun Yeniköy yaxınlığında baş verib.

Qeyd olunub ki, Türkiyəyə məxsus 90 metr uzunluğunda "Tahsin İmamoğlu" və Rusiyaya məxsus 128 metr uzunluğunda "Rusiç 10" gəmiləri toqquşub.

Hadisə yerinə xilasetmə qayıqları göndərilib.