Kərəm Həsənovun bacısı falçıya verdiyi pulun yarısını aldı"Maya” ləqəbli falçı Şəfəq İsmiyeva Rəna Ağarzayevadan övladının bəxtini açdırmaq üçün dələduzluq yolu ilə aldığı bir milyon manat pulun bir hissəsini qaytarıb.

Avrasiya.net Qaynarinfo-ya istinadən xəbər verir ki, dünən cinayət işi üzrə təqsirləndirilənlər - Sabirabad rayon sakini Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi müəyyən səbəblərdən təxirə salınıb.

Baş verən cinayətə görə Ceyhun Zeynallı özünü günahkar bilmir. Şəfəq İsmiyeva iddiası əsasında Ceyhun Zeynallıdan hamilə olduğu üçün məhkəmənin hökmü ilə sərbəst buraxılıb. Artıq falçı uşaq da dünyaya gətirib.

Şəfəq İsmiyeva aldığı bir milyon pulu Ceyhun Zeynallıya verdiyini iddia edir. Qarşı tərəf isə onu təkzib edir və Şəfəq İsmiyevanın dünyaya gətirdiyi körpəsinin də atası olmadığını söyləyir.

Artıq zərərçəkmiş tərəfə, yəni Rəna Ağarzayevaya 400 min manata yaxın vəsait qaytarılıb.

Xatırladaq ki, Rəna Ağarzayevanın Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı olduğu deyilir.
Siyəzəndə iki kəndin su problemi həll olunduPrezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Siyəzən rayonunun su çatışmazlığından əziyyət çəkən Sədan və Eynibulaq kəndlərində içməli su layihəsinin icrası yekunlaşdırılıb.

Avrasiya.net "Azərsu" ASC-yə istinadən xəbər verir ki, səhmdar cəmiyyətinin həyata keçiridiyi layihə çərçivəsində kəndlərdə mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılaraq istismara verilib.

Sədan və Eynibulaq kəndlərinə içməli suyun verilməsi münasibətilə keçirilən tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov rayonda həyata keçirilən sosial infrastruktur layihələrindən danışıb. O, qeyd edib ki, içməli su qıtlığından əziyyət çəkən kəndlərdə icra olunan layihə mühüm hadisədir və sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

Siyəzən rayonundan olan millət vəkili Sadiq Qurbanov Vətən Müharibəsindən sonra belə layihələrin davam etriirlməsini ölkəmizin iqtisadi qüdrətinin göstəricisi kimi dəyərləndirib və içməli su layihəsinin yüksək keyfiyyətlə icra olunduğunu bildirib.

“Azərsu”yun sədr müavini Etibar Məmmədov dövlət başçısının tapşırıqlarına uyğun olaraq kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılmasını xüsusi diqqətdə saxlanıldığını xatırladaraq, son illər bu sahədə görülmüş işlər barədə məlumat verib. O, bildirib ki, həm dövlət investisiyaları, həm də daxili imkanlar hesabına su çatışmazlığı müşahidə olunan kəndlərdə layihələr icra olunur, belə layihələr 2022-ci ildə də davam etdiriləcək.

Tədbirdə çıxış edən kənd sakinləri içməli su probleminin həllinə göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə minnətdarlıqlarını bildiriblər.

Bu kəndlərdə içməli su təchizatı sistemləri mövcud olmadığından sakinlər suyu uzaq məsafədən daşıyır və ya maşınlarla alırdılar.

Hazırda Sədan və Eynibulaq kəndlərinə içməli su Şollar-Bakı su kəmərindən verilir. Bu məqsədlə Siyəzən şəhərini qidalandıran magistral xətdən birləşmə verilərək kəndlərə polad borularla ümumi uzunluğu 8 km olan magistral su xətləri çəkilib. Sədan və Eynibulaq kəndləri relyef baxımından yüksəklikdə yerləşdiyindən suyun nəqli ikipilləli nasos sistemi vastəsilə aparılır. Bu məqsədlə 2 yerdə - yeni magistral xəttin qoşulma nöqtəsində və Sədan kəndinin girişində nasos stansiyası və hər birinin həcmi 25 kubmetr olan 2 su anbarı tikilib.

Layihə çərçivəsində Sədan kəndində 11 km paylayıcı su şəbəkəsi yaradılıb 148 ünvana ev birləşməsi verilərək sayğaclar quraşdırılıb. Eynibulaq kəndində isə 10 km uzunluğunda paylayıcı su xətləri inşa edilib. Yeni şəbəkədən 170 ünvana ev birləşməsi verilib və sayğaclar quraşdırılıb.

Layihənin icrası nəticəsində Siyəzən rayonunun Sədan və Eynibulaq kəndlərinin 2 000-ə qədər sakininin içməli su problemi həll edilib.
İranlı nazir müavini Ağdamda - Fotoİranın xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpurun başçılıq etdiyi heyət və Türkiyənin İran Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğurun başçılıq etdiyi türkiyəli heyətlə birlikdə Azərbaycanın Ağdama səfər edib.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, səfər çərçivəsində qonaqlara Ağdamda ermənilər tərəfindən törədilən vəhşiliklər barədə məlumatlar verilir, nümayəndə heyətləri dağıntılarla yerində tanış olurlar.

Qeyd edək ki, İran xarici işlər nazirinin müavini Azərbaycan, İran və Türkiyə arasında araşdırmalar mərkəzlərinin rəhbərlərinin üçtərəfli iclasında iştirak etmək məqsədilə 21 sentyabrda Azərbaycana səfər edib. Səfər çərçivəsində iranlı rəsmi Azərbaycan rəsmiləri ilə də görüşlər keçirib.
Rəisi Ərdoğanı İrana dəvət etdiİran Prezidenti İbrahim Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı İrana dəvət edib.

Avrasiya.net xəbər verir ki, bu məlumatı İRNA agentliyi yayıb.

Məlumata görə, Rəisinin rəsmi dəvət məktubunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluya verib.

Qeyd edək ki, bundan öncə Abdullahiyanla Çavuşoğlu arasında görüş Nyu-Yorkda baş tutub.
“Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri şeyxülislama açıq məktub yazıb“Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri, Elman Eldaroğlu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allaşükür Paşazadəyə açıq məktub yazıb.

“Yardımlı Xeyriyyə Cəmiyyəti”ndən Avrasiya.net-ə verilən məlumata görə, məktubda deyilir:

“Hörmətli Allahşükür Paşazadə-şeyx həzrətləri, Yardımlı əsilli soydaşlarımızı təmsil edən bir ictimai təşkilatın rəhbəri kimi, Sizə çatdırmaq istəyirəm ki, 2011-ci ildə rayonumuza axund təyin etdiyiniz Füzuli Fərzullayevdən rayon əhalisi- ruhanilər, dindarlar, ziyalılar çox narazıdır. O, öz davranışı və ruhaniliyə zidd olan əməlləri ilə əhali arasında nüfuzunu itirməklə yanaşı, təmsil etdiyi təşkilatın adına da xələl gətirir. Bunun nəticəsidir ki, Yardımlının axundu olduğu halda onu rayon ərazisində tapmaq müşkül məsələyə çevrilib. Sanki hansısa xoşagəlməz səbəblər ucbatından əhali ilə təmasdan ehtiyyat edir.

Cənab Şeyx, bizə olunan çoxsaylı müraciətləri nəzərə alaraq bu məsələyə münasibət bildirməyinizi Sizdən xahiş edirik"..
İranın  xarici işlər naziri türkiyəli həmkarı ilə görüşdüİranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian dünən axşam BMT - nin Baş Assambleyasının iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşərək ikitərəfli əlaqələr , regionla bağlı məsələlər və xüsusilə Əfqanıstan və Suriyadakı son vəziyyətlə bağlı fikir mübadiləsi aparmışlar .
Xarici işlər nazirləri ikitərəfli əlaqələrlə bağlı ölkə başçılarının iclasından öncə Türkiyə xarici işlər nazirinin səfəri şərçivəsində strateji komitənin iclasının keçirilməsi və ali komitənin iclasının gündəliyinin hazırlanması barədə razılığa gəlmişlər.

Bu görüçdə həmçinin İran , Azərbaycan və Türkiyənin üçtərəfli iclasının Tehranda keçirilməsi barədə razılıq əldə edilmişdir .

Doktor Əmir Abdullahian iki ölkənin strateji əlaqələrinə toxunaraq bildirmişdir ki, İranın yeni hökümətinin vitse prezidenti iki ölkənin birgə komissiyasının sədri vəzifəsinə təyin olunacaq və bunu həmin sahədə ciddi irəliləyiş hesab edərək , İranın bir müddət təxirə salınmış birgə komissiyanın iclasının keçirilməsinə hazır olduğunu bildirmişdir .

İranın xarici işlər naziri bu görüşdə Türkiyə prezidentinin cənab doktor Rəisi tərəfindən İrana dəvət edilməsini türkiyəli həmkarına çatdırdı .

Hüseyn Əmir Abdullahian regionla bağlı məsələlərə toxunaraq bildirdi ki , hal-hazırda regionda yeni vəziyyət formalaşmaqdadır və bununla əlaqədar iki ölkənin davamlı məslətləşmələr aparmasının zəruriliyini nəzərə çatdırdı .

Doktor Əmir Abdullahian Əfqanıstanla bağlı bildirdi ki bu ölkədə bütün tərəflərlə əlaqə saxlayırıq , lakin Əfqanıstanda davamlı sülh və sabitliyin yaradılması üçün inklüziv hökümətin təşkili mühüm əhəmiyyət kəsb edir .

Türkiyənin xarici işlər naziri də bu görüşdə iki ölkənin birgə komissiyasına yüksək rütbəli şəxslərin sədrlik etməsini alqışlayaraq , bildirdi ki, Türkiyə tərəfindən də prezidentin müavini bu komissiyanın sədri təyin ediləcəkdir .

Çavuşoğlu İran İslam Respublikası əleyhinə tətbiq edilən sanksiyaları tənqid edərək , bildirdi ki, İran əleyhinə birtərəfli və qeyri –qanuni sanksiyalar gərək ləğv edilsin .

Türkiyənin xarici işlər naziri Tehranda keçiriləcək üçtərəfli görüşdə iştirak etməyə hazır olduğunu bildirərək , qeyd etdi ki , məsləhətləşmələrə başlamaq üçün ilk fürsətdə Tehrana səfər etməyə hazırdır .

Çavuşoğlu regional məsələlərlə qeyd etdi ki , iki ölkə birgə regional problemlərlə o cümlədən Əfqanıstandakı problemlərlə qarşılaşmış və bununla əlaqədar daha sıx məsləhətləşmələrin həyata keçirilməsi tələb olunur .

Türkiyənin xarici işlər naziri də Əfqanıstanda inklüziv hökümətin qurulması zərurətini qeyd edərək , bu ölkədə artan zorakılıq və ekstremizmlə bağlı narahatçılığını bildirdi .

Qeyd etmək lazımdır ki, tərəflər Türkiyənin daxili işlər və ədliyyə nazirlərinin İrana səfəri və həmçinin məhkumların mübadiləsi barədə razılıq əldə etdilər
Şəkidə 55 yaşlı kişi itkin düşübŞəki şəhər sakini, 1966-ci il təvəllüdlü Salamov Tofiq Səmail oğlu avqustun 30-u səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avrasiya.net-ə verilən məlumata görə, Tofiq Salamovun əlamətləri-boyu 164 sm, gözlərinin rəngi qəhvəyi, saçları ağ və qaradır. Evdən çıxarkən üzərində göy rəngli şalvar və gödəkçə olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur
ALDP sədri Pakistan səfiri ilə görüşübAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

Partiyanın Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Fuad Əliyev vurğulayıb ki, ortaq dini və mədəni dəyərlərə əsaslanan Azərbaycan-Pakistan əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir. Qardaş və dost Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan, Bakıda səfirliyi açan ilk ölkələrdəndir.

ALDP sədri Ermənistanın işğalçılıq siyasəti ilə bağlı, Vətən müharibəsi zamanı Pakistanın birmənalı və qəti mövqeyinin, hər zaman Azərbaycana dəstək olmasının xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Fuad Əliyev: "Mən Pakistanda olarkən, xalqın bizə olan dost-qardaş isti münasibətin şahidi oldum. Çox istərdim ki, Azərbaycan və Pakistan arasında vizasız gediş-gəliş olsun".

Səfir Bilal Haye Pakistan-Azərbaycan əməkdaşlığının inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirərək, bir daha vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsində Pakistan ölkəmizin ədalətli mövqeyini tam dəstəkləyib və bundan sonra da daim Azərbaycanın yanında olacaq.

Səfir Bilal Haye xoş sözlərə görə Fuad Əliyevə təşəkkürünü bildirərək görüşlərin davamlı olduğunu arzulayıb.

Hər iki tərəf ölkələrarası siyasi əlaqələrin və əməkdaşlığın vacibliyini vurğulayıblar.
Səudiyyə Ərəbistanı Krallığı "Milli Günü"-nü qeyd edirAzərbaycanla qardaş Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 24-də qurulub. İlk dəfə olaraq 1994-cü ilin aprel ayından etibarən Səudiyyə Ərəbistanı Krallığında Azərbaycan Respublikasının Səfirliyi fəaliyyət göstərir. 1999-cu ilin iyun ayından Səudiyyə Ərəbistanı Krallığının Səfirliyi Azərbaycanda fəaliyyətə başlayıb.

Unutmayaq ki, 1992-ci illərdə Azərbaycanın ən ağır durumunda Səudiyyə Ərəbistanı Krallığı Türkiyədən sonra ən çox Azərbaycana humanitar yardım göstərən ölkə olub.

Bu gün də, dostluq və qardaşlıq əlaqələrini uğurla inkişaf etdirən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dr. Hamad bin Abdullah bin Xudeyr Krallıq və Azərbaycan arasında olan bütün münasıbətlərin ən yüksək zirvədə olması üçün çalışır.

Qeyd etmək lazımdır ki, 44 günlük vətən müharibəsinin ilk günü Krallıq BMT -nın qəbul etdiyi 4 qətnamənin Ermənistanın qeyd şərtsiz yerinə yetirməsi barəsində tələblə çıxış edib.

Ermənistan tərəfindən ərazilərimiz və Qarabağı işğal etdiyi müddətdə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Krallığı bu ölkə ilə heç bir diplomatik əlaqə qurmayıb.

Bu gün də Krallıq Ermənistanla diplomatik münasibətlər qurmayıb. Baxmayaraq Azərbaycan öz ərazi bütövlüyünü 44 günlük vətən müharibəsində təmin edib və torpaqlarını azad edib. Azərbaycana siyasi dəstək verən dövlətlər arasında Səudiyyə Ərəbistanı Krallığı ön sıralardadır.

Krallığın 91-ci il dönümü, Milli Gün münasibətilə başda iki müqəddəs məscidin xadimi Kral Salman bin Əbduləziz Al Saud və Vəliəhd Məhəmməd bin Salman Al Saudu eləcə də, Səfir Dr. Həməd Abdullah Xudeyir və səfirliyin bütün əməkdaşlarını və Səudiyyə xalqını təbrik edir ən xoş və səmimi arzularımızı yetiririk.



Azərbaycanın İrandakı səfiri təşəkkür etdiSentyabrın 22-də Azərbaycan Respublikasının İrandakı səfiri, eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Əli Əlizadə təşkilatın baş katibi Xusrav Noziri ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, səfir Azərbaycanın İƏT-lə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini qeyd edərək ölkəmizin təşəbbüsü ilə təşkilat çərçivəsində həyata keçirilən bir sıra mühüm layihələrin bunu bir daha təsdiq etdiyini bildirib. İƏT çərçivəsində ticarət, investisiya, nəqliyyat, enerji, turizm və ətraf mühit sahələri üzrə əməkdaşlığın önəmini vurğulayan səfir Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin, istifadəyə verilmiş liman və azad iqtisadi zonaların, ölkəmizin təşəbbüsü ilə Bakıda fəaliyyət göstərəcək İƏT Tədqiqat Mərkəzinin və digər bu kimi layihələrin regional əməkdaşlığa öz tövhəsini verdiyini qeyd edib.

Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi zamanı İƏT-in ölkəmizin ərazi bötüvlüyünə göstərdiyi dəstəyə görə təşəkkür edən və bu dəstəyi yüksək qiymətləndirən səfir, 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımızın erməni işğaldan azad olunması ilə regionda yeni reallıqların və əməkdaşlıq üçün yeni imkanların yarandığını bildirib. Diplomat təşkilata üzv olan ölkələrin şirkətlinin və biznes dairələrinin bu ərazilərdə də sərmayə qoyuluşu həyata keçirərək təklif edilən imkanlardan yararlana biləcəyini diqqətə çatdırıb. Səfir Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi kimi xidməti müddətində təşkilat çərşivəsində qarşılıqlı səmərəli əməkdaşlığın daha da artırılmasına və müştərək layihələrin həyata keçirilməsinə öz tövhəsini verməyə çalışacağını bildirib.

Xusrav Noziri səfir Ə.Əlizadəni Azərbaycan Respublikasının İran İslam Respublikasına səfiri, eyni zamanda İƏT yanında daimi nümayəndə təyin olunması münasibətilə təbrik edib. Baş katib Azərbaycanın İƏT-in vacib ölkələrindən biri olduğunu, təşkilat çərçivəsində əməkdaşlığa göstərdiyi diqqət və aktiv fəaliyyətə görə təşəkkürünü bildirib. Qarşıdan gələn İƏT-in 15-ci Zirvə toplantısı və 25-ci Nazirlər Şurasının iclasının təşkili istiqamətində gərgin işlərin getdiyini vurğulayan X.Noziri bu tədbirlərin üzv ölkələrin birgə səyləri nəticəsində uğurla başa çatacağına ümidvar olduğunu bildirib və səfir Əli Əlizadəyə fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıb.