ABŞ Kabildəki səhvini etiraf etdi və ÜZR İSTƏDİABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) avqustun 29-da Əfqanıstanın paytaxtı Kabil şəhərində İŞİD terror təşkilatına qarşı pilotsuz uçuş aparatı (PUA) ilə zərbələr endirilərkən yanlışlığa yol verildiyini etiraf edib.

Avrasiya.net xəbər verir ki, bu barədə CENTCOM komandanı general Kennet Makkenzi məlumat verib.

General yanlış əməliyyatı “faciəvi səhv” adlandıraraq bütün məsuliyyəti öz üzərinə götürüb və üzr istəyib. O bildirib ki, əməliyyatdan 48 saat öncə aldıqları kəşfiyyat məlumatı onları səhv istiqamətə yönləndirib.

Pentaqon zərbə nəticəsində ölənlərin yaxınlarına təzminat ödənişlərinin mümkünlüyünü araşdırır.

Qeyd edək ki, Kabilə PUA ilə endirilən zərbə nəticəsində 7-si uşaq olmaqla 10 mülki şəxs həlak olmuşdu.
Fransa ABŞ-dakı səfirini geri çağırdıFransa məsləhətləşmələr üçün ABŞ və Avstraliyadakı səfirlərini geri çağırır.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN səfirlərin geri çağırılma səbəbini ABŞ və Avstraliyanın ortaqlıq elan etdikləri gün verdiyi açıqlamalarla əlaqələndirib.

Xatırladaq ki, Avstraliya, İngiltərə və ABŞ 16 sentyabrda yeni AUKUS təhlükəsizlik əməkdaşlığının yarasılmasını elan ediblər. Müqavilənin bir hissəsi olaraq, Avstraliya 2036-cı ildə xidmətə buraxılacaq ən azı 8 nüvə sualtı gəmisinin hazırlanması üçün amerikan texnologiyasından istifadə etməyi və silahlı qüvvələrini ABŞ qanadlı raketləri ilə yenidən təchiz etməyi planlaşdırır. Bu səbəbdən Kanberra Fransa ilə tarixində ən böyük (90 milyard dollarlıq - red.) müdafiə müqaviləsini ləğv edib və bu qərar fransızlar tərəfindən artıq "kürəkdən bıçaqlanma" adlandırılıb.