Səyavuş Aslanın oğlu küçələrdə: pul istəyir, ağlayır... - FotoMərhum xalq artistləri Səyavuş Aslan və Ofeliya Aslanın oğlu Çingiz Aslanın sosial şəbəkələrdə yayılan görüntüləri müzakirəyə səbəb olub. Onun psixoloji vəziyyəti daha da pisləşib. Artıq danışmaqda çətinlik çəkir, küçənin ortasında rəqs edir, ətrafdan pul istəyir, gah ağlayır, gah da gülür. Çingiz Aslanın görüntüsünü yayan vətəndaşlar onun sosial sığınacaqlardan birinə yerləşdirilməsini tələb ediblər.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib ki, Çingiz Aslan dəfələrlə sosial sığınacağa yerləşdirilsə də, öz seçimi ilə sığınacaqdan ayrılıb:

“Xidmət əməkdaşlarına tapşırıq verilib. Hazırda onlar Çingiz Aslanın görüntüləndiyi əraziyə göndəriliblər. Biz yenidən onu sığınacağa cəlb etməyə çalışacağıq”.

Qeyd edək ki, Ç.Aslanın narkotik asılılığı olduğu iddia edilir.
Xarkovda Nizami Gəncəvinin abidəsinin açılışı olubXarkov şəhər şurasının təşkil etdiyi açılışda Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçisi Oleq Krapivin və UAR baş katibi Ceyhun Məmmədovun da iştirak edib.

Təntənəli açılışdan öncə, Xarkov Şəhər Şurasının katibi və mer əvəzi İqor Terexov Bələdiyyə binasında Azərbaycan Respublikasının rəsmi nümayəndə heyəti və diasporu nümayəndələri ilə görüşüb.

Tədbirdə Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Quliyev, "Dostluq" Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin sədri Murad Ömərov, diplomatik korpusun və Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Rəsmi görüşdə çıxış edən Elnur Əliyevin sözlərinə görə, Xarkov Azərbaycan üçün tarixən əhəmiyyətli bir şəhərdir. Belə ki Azərbaycan kinosunun banisi Aleksandr Mişon Xarkovda anadan olub, Bakı əsilli və Nobel mükafatı laureatı Lev Landau 5 il Xarkov Universitetində çalışıb.

Görüş zamanı çıxış edən Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova görülən işlərə görə memar və layihə müəlliflərindən ibarət kollektivə təşəkkürünü bildirib. Xanım səfir Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanova “Pandemiya və Vətən müharibəsi dövründə göstərdiyi fəaliyyətə görə” Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşəkkürnaməsini təqdim edib.

Tədbirdə çıxış edən Ukrayna Azərbaycanlılatı Radasının həmtəsisçisi, Kiev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin yüksək təşkikatçılığa görə Xarkov şəhər adminstasiyasına, Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanova və Ukraynanın xalq rəssamı, azərbaycanlı heykəltəraş Katib Məmmədova təşəkkür edib. Diaspora rəhbəri bildirib ki Nizami Gəncəvi təkcə Azərbaycan xalqının deyil, bütün dünyanın dəyəridir. “15 sentyabr həm də 1918 ci ilədə Bakının işğaldan azad edildiyi gündür. Bu münasibətlə də soydaşlarımızı təbrik edirəm” deyən Krapivin qeyd edib ki bu tədbir Ukrayna ilə Azərbaycan arasındakı dostluğa dəyərli bir tövhədir.

Öz növbəsində İqor Terehov, birgə mədəniyyət layihələrinin həyata keçirilməsinin beynəlxalq əlaqələrin əhəmiyyətli bir komponenti olduğunu, Xarkovun istisnasız olaraq bütün sahələrdə əməkdaşlığa hazır olduğunu vurğulayıb. "Biz Azərbaycan Respublikasının şəhərlərindən biri ilə qardaşlaşma əlaqələri qurmaqda maraqlıyıq" deyən Terexov bunun yaxın zamanlarda reallaşacağına inandığını bildirib.

Tənyənəli açılış mərasimindən ardından qonaqlatın şərəfinə ziyafət verilib.

Tədbir Xarkov filarmoniyasıda Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun və Mirələm Mirələmov işirakı ilə keçirilən konsert programı ilə başa çatıb.


Bakıda gənc oğlan döyülərək öldürüldüSentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai Rayon Prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, 14 sentyabr 2021-ci il saat 17 radələrində zərərçəkmişin tanışı 1991-ci təvəllüdlü Həsən Çəndirli şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Hüseyn Hüseynovun bədəninin müxtəlif nahiyələrinə yumruqla xəsarətlər yetirib. Nəticədə H.Hüseynov almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Həsən Çəndirli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
İmişlidə gənc qadın itkin düşübİmişli rayonunda 30 yaşlı qadın itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İmişli rayonunun Məzrəli kənd sakini, 30 yaşlı Südabə Məmmədova avqust ayının 9-da səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Südabə Məmmədovanın əlamətləri belədir: boyu 158 sm., orta bədən quruluşlu, saçlarının rəngi şabalıdı, gözlərinin və qaşlarının rəngi qəhvəyidir.

"Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin İmişli Rayon Polis Şöbəsinə (02124) 6-60-13 şəhər və 055-231-00-32 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.
Ukrayna Ermənistana sanksiyalar tətbiq edə bilərUkrayna Prezidentinin rəsmi internet saytında BMT Baş Assambleyasının 76-cı sessiyasında bu ölkənin ərazi bütövlüyü əleyhinə səs vermiş Ermənistan və Belarusa qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı petisiya yaradılıb.

Axar.az xəbər verir ki, Petitsiyanın təşəbbüsçülərindən olan “İnformasiya müqaviməti” qrupunun koordinatoru, Ukrayna Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı mütəxəssisi, hərbi və siyasi şərhçi Aleksandr Kovalenko Report-a açıqlamasında sentyabrın 14-dən elan olunan petisiyada səsvermənin sürətlə getdiyini deyib.

O bildirib ki, petisiya 92 gün davam edəcək və 25 min müsbət rəy verən izləyici yığmalıdır:

“Ukrayna ilə təmasdan, əsasən də iqtisadi əlaqələrdən faydalanıb, amma ölkəmiz əleyhinə səs verənləri qanun çərçivəsində cəzalandırmaq istəyirik. Məsələn, Belarus Ukrayna ilə ticari əlaqələrdən ildə xeyli fayda götürür. O cümlədən Ermənistan bundan da artıq fayda götürür. Bundan başqa Ukraynada kifayət qədər erməni diasporu fəaliyyət göstərir ki, onlar da Ermənistanın büdcəsinin burdan faydalanmasında rol oynayırlar. Bizim petisiyanın da məqsədi bütün bunların qarşılığında Ukraynanın ərazi bütövlüyünə hörmət qoymayan bu ölkəyə və diasporuna qarşı ciddi sanksiyaların tətbiq edilməsidir. Çünki Ermənistan ilk dəfə deyil ki belə hərəkətə yol verir”.

Xatırladaq ki, “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki vəziyyətə dair” adlı bəndin BMT Baş Assambleyasının 76-cı sesiyasının gündəliyinə salınmasına dair keçirilən səsvermə zamanı Azərbaycan lehinə, Ermənistan isə əleyhinə səs verib.
"Soydaşlarımızın bir hissəsi ayağa qalxarsa İran diz üstə çökə bilər"Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev "Xalq Cəbhəsi"nə bildirib.

Partiya sədri qeyd edib ki, İran tarixən Azərbaycana düşmən gözü ilə baxıb. Özünü İslam Respublikası adlandırsa da islam qaydalarına həmişə arxa çevirib, ona zidd hərəkətlər edib, siyasət yürüdüb: "Uzaga getməyək, ötən ayın əvvəlində İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri, səfirliyin hərbi attaşesi polkovnik Bəhmən Sadeginlə birlikdə Ermənistan Müdafiə Nazirliyi nümayəndələrinin müşayiəti ilə Qeqarkunik bölgəsinə səfər ediblər. Hərbi hissənin komandiri, general-mayor Arayik Arutyunyan qonaqlara Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib. Qeyd edək ki, indiyədək yalnız ABŞ və Fransa səfirlərinin ziyarət etdikləri Ermənistanın Azərbaycanla həmsərhəd ərazilərinə İran rəsmilərinin səfəri bir sıra haqlı suallar doğurur. Ermənistan-Azərbaycan sərhəddini yalnız ABŞ və Fransanın Ermənistandakı səfirləri ziyarət edib. Təkcə onu xatırlamaq kifayətdir ki, ikinci Qarabağ müharibəsi zamanı İranın xarici işlər naziri Cavad Zərif Ermənistanın ərazi bütövlüyünü İranın qırmızı xətti adlandırıb. Bu vaxtadək İran Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından islam abidələrini dağıtmasına bir etiraz edibmi? Əksinə orada Azərbaycana məxsus dini abidə və ibadət yerlərini öz adına çıxarmağa cəhdlər ediblər. İran şirkətləri Qarabağda yeraltı və yerüstü bütün sərvətlərimizi talan edin. Ermənilər farslara böyük qucaq açmışdılar".

Partiya sədri onu da vurğulayıb ki, bu gün də İran Qarabağdakı ermənilərə yanacaq daşıyırsa, buna heç də təəccüblənmək lazım deyil: "Paşinyan seçkidən sonra ilk səfərini İrana etdi və bununla da İrəvanın Tehranın qardaşı olduğunu göstərdi. İran həmişə Azərbaycanın uğuruna göz yumub, qəbul etməyib. Xüsusən də 44 günlük müharibədə qazandığımız qələbə İranı da sındırdı. Azərbaycan-Türkiyə qardaşlığı da İranın kürkünə birə salıb. İran regionda özünü güc, məğlubedilməz hesab edir. Amma unudur ki, 30 milyondan çox soydaşımız var. Onların üçdə bir hissəsi ayağa qalxarsa İran diz üstə çökə bilər. İranın Azərbaycana qarşı nə Rusiyaya, nə də Ermənistana dostluq əlinin uzatmasının vaxtıdır. İranın özü bu gün Azərbaycandan asılıdır, bunu unutmasın. İslam haqq, ədalət dinidir. İslam Respublikası olan İran haqqın, ədalətin yanında durnalıdır".
Kadırov Zakayevi yandıracaqÇeçenistan lideri Ramzan Kadırov çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib.

Avrasiya.net xəbər verir ki, Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib.

“Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yansa belə, sən mənim atamın adını çəksən, mən səni özüm yandıracağam”, – deyə o bildirib.

Ermənilər qisas planı hazırlayır – ŞOK SSENARİBirinci Dünya müharibəsi bitdikdə almanlarla birlikdə məğlub olan Osmanlı İmperatorluğuna mənsub səlahiyyətlilərə qarşı müxtəlif ölkələrdə sui-qəsdlər həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyətinin üzvləri də bu sui-qəsdlərin qurbanı oldular.

Avrasiya.net xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında türkiyəli ekspert Həsən Oqtay İrəvanda Osmanlı və AXC dövlət xadimlərinə qarşı sui-qəsdlər törədən və silsilə qətllər icra edən terrorçulara abidə qoyulması barədə verilən qərarı şərh edərkən deyib.

Onun sözlərinə görə, müharibə zamanı guya “qurban olan ermənilərin” qisasını almaq üçün Almaniya, Roma, Tiflis kimi önəmli yerlərdə ermənilər vasitəsi ilə peşəkar sui-qəsdlər təşkil edildi: “Ermənilər bu terror əməllərinə bəraət üçün guya qondarma “soyqırım”ı törədənləri qətlə yetirdiklərini bildirirdilər. Ancaq terror qurbanlarının bir çoxu hətta ermənilərin iddia etdiyi yalançı “soyqırım”a yaxından-uzaqdan heç bir əlaqəsi olmayan şəxs idi, o cümlədən AXC yetkililəri. Bu fakt bir daha sübut edir ki, nə qədər maskalamağa çalışsalar da, bu, nüfuzlu türklərin terrorla aradan götürülməsi kimi çirkin əməliyyat idi”.

Ekspertin sözlərinə görə, “Nemezis” əməliyyatları adı verilən bu qətllər Berlində, Romada, Tiflisdə planlaşdırıldı, həyata keçirilməsi isə ermənilərə həvalə edildi: “Aksiyaları təşkil edən, planlaşdıran başqaları idi, həyata keçirənlər isə ermənilər idi. İndi Qarabağ müharibəsinin məğlubiyyətini insanlara unutdurmaq üçün ermənilər bu sui-qəsdlərdə və terrorda istifadə olunan subpodratçılar vasitəsi ilə qəhrəmanlıq nağılı uyduracaq və Qarabağ məğlubiyyətini unutdurmağa çalışacaqlar”.

Ekspert həmçinin bu kimi addımların gələcək təhdidlərə əsas ola biləcəyini açıqlayıb: “Önümüzdəki günlərdə türk səlahiyyətlilərinə, Türkiyə Cümhuriyyətinin rəsmilərinə, xüsusilə də Azərbaycan dövlət məmurlarına qarşı ediləcək sui-qəsdlərin əsaslandırılması üçün diqqət bu abidələrə yönləndiriləcək. Yerli əhaliyə “intiqam”ın yalnız bu formada mümkün ola biləcəyi aşılanacaq. Qarabağ müharibəsi məğlubiyyətinin qisası üçün ideoloji zəmin yaratmaq naminə indi belə bir hekayə xətti qurulur və buna görə də çox diqqətli olmaq gərəkdir”, – deyə mütəxəssis bildirib.


COVID-ə yoluxan böyrək xəstələrinin ölüm riski yüksəkdir“Böyrək xəstəliyi olan şəxslərin koronavirusa yoluxma zamanı ölüm riski iki dəfədən çoxdur”.

Avrasiya.net-in məlumatına görə, bu barədə E-tabib-in yaydığı məlumatda bildirilib.

Rəsmi məlumatda bunun ağciyər və böyrək arasında “çarpaz əlaqə” və infeksiya müalicəsində istifadə edilən hər hansısa dərmana qarşı xüsusi həssaslıqla əlaqəli olduğu qeyd edilib:

“Böyrək xəstəliyi olanlara COVID-19 infeksiyasına yoluxmamaq üçün özlərini qorumaları və qoyulan qaydalara əməl etmələri tövsiyə olunur”.
Bakıda vəzifəli şəxslərlə bağlı cinayət işi başlandıNəsimi rayonu MKTB-nın 14 saylı MİS-in vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Xidməti vəzifələrinin icrası ilə əlaqədar korrupsiya hüquqpozmalarına yol verən vəzifəli şəxslərin aşkar olunaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının həyata keçirdiyi məqsədyönlü və ardıcıl tədbirlər davam etdirilir.

Belə tədbirlərdən biri kimi, Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 14 saylı mənzil istismar sahəsinin rəisi vəzifəsində işləmiş Elçin Dinayev və digərlərinin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 (mənimsəmə və ya israf etmə təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Elçin Dinayevin 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi qurumda müxtəlif əməkdaşların işə gəlmədikləri halda sonuncuların maaş kartlarındakı məbləğləri Nəsimi rayonu ərazisində yerləşən müxtəlif bankomatlardan məxaric edərək nağdlaşdırılması yolu ilə ona etibar edilmiş ümumilikdə 23 min 449 manat pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı sözügedən qurumda müvafiq olaraq mühəndis və mühasib vəzifələrində çalışmış Naidə Əhmədova və Firəngiz Zeynalovanın 2019-cu ilin fevral-mart aylarından etibarən Elçin Dinayevin razılığı ilə faktiki olaraq işə gəlməyən 2 nəfər işçinin adına olan əmək haqqı kartlarını Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomatlardan məxaric edərək nağdlaşdırılması yolu ilə cəmi 10 min 873 manat məbləğində pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən digər halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.