Siyasi partiyaların nümayəndələri Türk Şəhidliyini ziyarət edibAzərbaycanda bir qrup siyasi partiyaların nümayəndələri Bakının işğaldan azad olunmasının 103-cü ildönümü münasibətilə Türk Şəhidliyini ziyarət ediblər.

Avrasiya.net-in məlumatına görə, ziyarətdə Yeni Azərbaycan Partiyasının sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova, REAL Partiyasının üzvləri Erkin Qədirli və Natiq Cəfərli, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev iştirak ediblər.

Ziyarətçilər sırasında partiyaların rəhbər şəxsləri ilə yanaşı digər üzvləri də olub.
Ruslar Xocalıda erməni uşaqlarına “sülh” dərsi keçdilərRusiya sülhməramlıları Xocalı rayonunun Əsgəran qəsəbəsinin Pirlər (Xramort) kəndinin orta məktəbində sülh dərsi keçiblər.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, aksiyaya hərbi yol polisi, humanitar minalardan təmizləmə bölmələri və sülhməramlı kontingentin yanğınsöndürmə briqadasından rusiyalı mütəxəssislər cəlb edilib.

Dərslərdə 50-dən çox şagird iştirak edib. Rus hərbi mühəndisləri uşaqlara “KamAZ” bazasındakı AC-6-40 yanğınsöndürmə maşınının, elektron komponentlərə əsaslanan partlayıcı qurğuları aşkar etməyə imkan verən portativ partlayıcı qurğuların necə işlədiyini, ərazinin minalardan təmizlənməsini və mina detektorların işlərini nümayiş etdiriblər.
Bakıda Türk Ağsaqqalları Birliyi yaradıldı – TAİB dövlət qeydiyyatından keçdi - FOTOAzərbaycanda yeni ictimai təşkilat - Türk Ağsaqqalları Birliyi (TAİB) yaradılıb.

Yeni yaradılmış və artıq Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatından keçmiş təşkilat Türk dünyası ilə bağlı layihələr həyata keçirəcək. Birliyin təsisçisi və İdarə Heyətinin sədri, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov bildirib ki, çağdaş dövrümüzdə türk dünyasının birliyi tarixi zərurət kimi meyadana çıxıb və türkdilli xalqlar arasında əməkdaşlığın genişlənməsinə, inteqrasiya prosesinin sürətlənməsinə indi daha çox ehtiyac var.

Ramin Əhmədov yeni birliyin yaradılmasının məhz sentyabrın 15-də elan olunmasının təsadüfi olmadığını da deyib.

Sitat: “Bilirsiniz ki, 103 il əvvəl bu gün, Qafqaz İslam Ordusunun köməkliyi ilə Bakı erməni daşnaq və bolşevik qüvvələrinin işğalından azad olunub. Hesab etdik ki, Türk Ağsaqqalları Birliyinin yaradılmasını da məhz bu gün elan etməliyik”, - sitatın sonu.

Uzun illərdir ki, türk dünyası ilə bağlı müxtəlif layihələr həyata keçirdiklərini və bu vaxta qədər layihələrin əsasən rəhbərlik etdiyi “Türk Dünyası Ağsaqqalları” qəzeti vasitəsilə reallaşdırıldığını deyən Ramin Əhmədov "Vikipediya" üzərindən gördükləri işlərdən də danışıb.

Sitat: “Vikipediyada” türk dünyasının tanınmış simaları, türkdilli xalqların zəngin tarixi və mədəni irsinin təbliği istiqamətində də işlər aparırıq. “Türk Dünyası Vikipediyada” adlı layihəyə könüllülər də cəlb olunub. Bu vaxta qədər Vikipediyada Türk Dünyası ilə bağlı 300-ə yaxın məqalə yaradılıb. Fəaliyyətimizi daha da genişləndirmək, türk dünyası ilə bağlı daha miqyaslı layihələr həyata keçirmək üçün yeni bir təşkilat yaratmaq qərarına gəldik. Düşündük ki, bu vaxta qədər topladığımız təcrübədən, türkdilli ölkələrlə əlaqələr qurmaq imkanlarımızdan istifadə edib, fəaliyyətimizi daha geniş müstəviyə çıxarmalıyıq. Bütün bu işlərin daha səmərəli təşkili üçün daha çox ağsaqqalların, geniş dünya görüşünə malik ziyalılarımızın, elm adamlarının, incəsənət xadimləri, şair və yazıçıların potensialından istifadə etməyi daha doğru hesab edirik. Çalışacağıq ki, yeni yaratdığımız Türk Ağsaqqalları Birliyi türk fikir adamlarının vahid əməkdaşlıq platforması kimi fəaliyyət göstərsin”, - sitatın sonu.

Ramin Əhmədov yeni yaradılan birliyin gələcək planlarından da danışıb.

Sitat: “Planlarımız kifayət qədər çoxdur. Ümid edirik ki, qarşıdakı mərhələdə pandemiya ilə bağlı situasiya yumşalacaq və biz də nəzərdə tutduğumuz beynəlxalq səviyyəli tədbirlərimizi həyata keçirə biləcəyik. Məqsədimiz həm də odur ki, yeni yaratdığımız təşkilatın İdarə Heyətində təkcə öz ölkəmizin deyil, türkdilli dövlətlərin tanınmış ziyalıları, alimləri, arşdırmaçıları da təmsil olunsun. Artıq bu yöndə danışıqlarımız da başlayıb. Eyni zamanda, həm Türkiyədə, həm də digər ölkələrdə türk dünyasının birliyi yönündə fəaliyyət göstərən təşkilatlarla da əlaqələr yaradırıq. Bundan başqa, türkdilli ölkələrin Kütləvi İnformasiya Vasitələri ilə də yaxından əməkdaşlıq etmək niyyətindəyik. Media ilə da bağlı xüsusi layihələrimiz olacaq”, - sitatın sonu.
SON DƏQİQƏ: Kim Çen In ballistik raketləri işə saldıYapon mediası Şimali Koreyanın Yapon dənizinə naməlum raket atışı etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, məlumata görə, bu, Şimali Koreya ballistik raketlərinin il ərzində beşinci sınağıdır.

Yaqoniya tərəfi bundan əlavə Şimali Koreyanın növbəti raket atışını gerçəkləşdirdiyini bildirib və bunun saat 12:43-də (Bakı vaxtı ilə 07:43) baş verdiyi qeyd olunur. Mərminin düşdüyü yer hələ də məlum deyil. Bildirilib ki, iki raketin eyni gündə buraxılması Cənubi Koreya Baş Qərargah İdarəsi tərəfindən də təsdiqlənib.

Yaponiyanın Baş naziri Yoşihide Suqa təcili olaraq Milli Təhlükəsizlik Şurasını toplamaq və gözlənilməz vəziyyətlərə hazır olmaq barədə göstəriş verib:

“Şimali Koreyanın ballistik raket buraxılışları ölkəmizdə və bölgədə sülhə, təhlükəsizliyə təhdiddir. Onlar BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur. Buna qətiyyətli etirazımızı bildirir və qəti şəkildə qınayırıq”.

Uzaq Şərq Federal Universitetinin Şərq İnstitutu - Regional və Beynəlxalq Araşdırmalar Məktəbinin direktor müavini, şərqşünas Artyom Lukin bildirib ki, Şimali Koreyanın bu addımı ABŞ-a və Cənubi Koreyaya təhdiddir. Onun sözlərinə görə, bu, eyni zamanda adıçəkilən ölkələr üçün bir siqnal olmalıdır:

“Birincisi, son vaxtlara qədər KXDR tez-tez sınaqlar keçirmirdi. Yəqin ki, bu müddət ərzində ortaya çıxan inkişafları sınamaq üçün texniki ehtiyac var idi. Göründüyü kimi, artıq növbəti mərhələ yaxınlaşıb. Co Bayden administrasiyasının gəlişindən sonra KXDR-in Vaşinqton üçün prioritetlər siyahısında olmadığı aydın oldu. Bu gün ABŞ Şimali Koreya ilə danışıqlar mövzusunda olduqca passiv mövqe tutdu – amerikalılar danışıqlar aparmaq üçün hazır olduqlarını söyləyirlər, ancaq güzəşt etmək üçün deyil. Şimali Koreya ABŞ-a varlığını xatırlatmaq, həmçinin amerikalılara güzəştlərə hazır olmağı xatırlatmaq istəyir”.
İran 2-3 aya nüvə silahı yarada biləcək – İDDİAİsrailin müdafiə naziri Beni Qants İranın nüvə silahı yaratmaq potensialı barədə danışıb.

Xarici KİV xəbər verir ki, nazir Tehranın 1 nüvə başlığı yarada biləcəyini təxmin edib.

“İran 2-3 aya nüvə bombası yaratmağa kifayət edəcək material toplayacaq. ABŞ, Çin, Rusiya və Avropa Tehrana siyasi, iqtisadi və diplomatik təzyiq göstərməlidir”.

Beni Qants İranın nüvə silahı yaradacağı təqdirdə region ölkələrinin də analoji addım atacağını istisna etməyib.
"1918-ci il sentyabrın 15-i xalqımızın qan yaddaşında özünə layiqli yer tutub"Sadiq Qurbanov
Millət vəkili


Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 103 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib.

Bildiyimiz kimi 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Belə vəziyyətdə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin isə ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi.

Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Sentyabrın 15-də qəhrəman türk əsgərləri və vətənpərvər azərbaycan xalqının şücaəti, qanı bahasına Bakı və digər rayonlar işğaldan azad olundu.

Bununla da yeni qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Məlum olduğu kimi, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin əsas məğzi xalqımızı cismən məhv etmək və "Böyük Ermənistan" xülyasını gerçəkləşdirmək idi. Amma türk qardaşlığı bu mənfur planın reallaşmasına imkan vermədi. Bakının işğaldan azad olunması Azərbaycan istiqlalının elan edilməsi qədər əhəmiyyətli idi. Hələ o vaxt Məmmədəmin Rəsulzadə yazırdı ki, 1918-ci il mayın 28-də Azərbaycan istiqlalını sülh ilə elan etmişdiksə, 1918-ci il sentyabrın 15-də əməl ilə həyata keçirdik.

Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb oldu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil etdi. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirildi. H. Z. Tağıyev türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etdi. Təəssüf ki, o zamankı şərait qardaşlarımızın burada uzun müddət qalmasına imkan vermədi. Birinci Dünya müharibəsindən sonra Antanta dövlətlərinin Osmanlı Türkiyəsinə olan təzyiqi getdikcə daha da artırdı. Ona görə də qısa müddətdən sonra türk qoşunları Bakını tərk etməli oldular.

Amma 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisə olaraq xalqımızın qan yaddaşında özünə layiqli yer tutdu. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah olunmasına baxmayaraq Azərbaycan xalqı hərbi əməliyyatlarda 1130 şəhid verən türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.

Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Hər il Şəhidlər xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirlir. Aradan uzun illər keçməsinə baxmayaraq Türkiyə Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi xalqımız və dövlətimiz tərəfindən heç vaxt unudulmur, daim minnətdarlıq hissi ilə xatırlanır.

Azərbaycan xalqı tarix boyu özünün dostu və düşmənini sınaqlardan keçirib. Hər zaman Türkiyə Azərbaycana daim öz dəstəyini nümayiş etdirib. Bu dəstək həm siyasi, həm də hərbi formada təzahür edib. Qardaş Türkiyə xalqı və dövləti işğal altında olan torpaqlarının azadlığı uğrunda 2020-ci ilin sentyabrın 27-də başlatdığı Vətən müharibəsinin ilk günündən Azərbaycana mənəvi və siyasi dəstəyini əsirgəmədi. İlk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və digər hökümət üzvlərinin dəstək yönümlü çıxışları və bəyanatları iki ölkə arasında qardaşlığın təcəssümü idi. Belə ki, göstərilən bu siyasi və mənəvi dəstək Azərbaycanın haqq savaşının zəfər qələbəi ilə yekunlaşmasında mühüm rol oynadı.

Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnək, türkü sevməyənlər üçün isə qorxuların başlanğıcıdır.

Türkiyə-Azərbaycan əlaqələri sürətli yüksələn xətt üzrə inkişaf edir. Bu inkişafın qarşısını heç bir qüvvə ala bilməz. Azərbaycan Prezidenti İlham Əliyev də bu barədə qəti fikirini bildirərək demişdir: " ... Türkiyə - Azərbaycan dostluq, qardaşlıq münasibətləri uğurla inkişaf edir, xalqlarımız biri-biri ilə sıx əməkdaşlıq edir, bütün birgə təşəbbüslərimiz, layihələrimiz uğurla icra edilir".

Bu iki qardaş ölkənin sarsılmaz birliyinin nəinki, türk dünyasının həmrəyliyinə də müsbət təsir edir, eyni zamanda bu birlik bölgə üçün, dünya üçün xüsusi önəm daşıyır.
Sabiq icra başçısı həbsdən azad edildiYevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov səhhəti ilə əlaqədar həbsdən azad edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Trend-ə təqsirləndirilən şəxsin vəkili Elnur Vəliyev məlumat verib.

O bildirib ki, sabiq icra başçısının vəziyyəti həbsdə kəskin pisləşib və o, Şəki Şəhər Mərkəzi Xəstəxanasına köçürülüb: "Orada bildirdilər ki, Qoca Səmədov təcili ürək əməliyyatı keçirməlidir. Ona görə də təqsirləndirilən şəxs Bakı şəhərinə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildi. İki gündür vəziyyəti ağırdır, anjioqrafiya olundu və diaqnoz qoyuldu ki, o ürək əməliyyatına salınmalıdır. Hazırda klinikada bununla bağlı hazırlıq görülür".

Vəkil deyib ki, Qoca Səmədiovun vəziyyəti pisləşdiriyindən məhkəmə onun barəsində başqa yerə getməmək qərarı çıxarıb və həbsdən azad edib.
Ruslar Belarusdan hücuma keçəcəklər – QordonUkraynanın güclü ordusu yoxdur.

Axar.az xəbər verir ki, bunu ukraynalı tanınmış jurnalist Dmitri Qordon deyib. O, Rusiyanın Ukraynaya üç istiqamətdə hücum edəcəyini, bunlardan birinin də Belarus olacağını bildirib:

“Mümkün hadisələrin bir neçə versiyası mövcuddur. Mənim çox hörmət etdiyim adamlar deyirlər ki, Rusiya üç istiqamətdə hücum edə bilər. Bunlardan biri Qomel-Çerniqov, yəni Belarus istiqamətidir. Bu, Kiyevə ən qısa yoldur. Digər istiqamətlər Donbas və Krımdır. Rusiya onların üçündən eyni anda da hücum edə bilər”.
14 milyon rüşvət alan MTN generalının cinayət işi məhkəməyə göndərildiLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digər vəzifəli şəxsləri tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı Baş Prokurorluqda olan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyənləşib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Kəşfiyyat: Əl-Qaidə ABŞ-da yeni terakt törədəcəkƏl-Qaidə terror təşkilatı bir-iki il ərzində ABŞ ərazisində terror hücumları həyata keçirmək potensialını bərpa edə bilər.

Bunu ABŞ-ın Müdafiə Kəşfiyyat İdarəsinin rəhbəri, general-leytenant Skott Berrier deyib.

ABŞ hərbi kəşfiyyatının rəhbəri vurğulayıb ki, bu mərhələdə kəşfiyyat birliyi bu qrupun fəaliyyətini izləmək üçün Əfqanıstanda məlumat toplamaq gücünü bərpa etməlidir.