Ukrayna mətbuatı Rusiya "sülhməramlıların"dan yazdıAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, jurnalist Cavid Şahverdiyevin Ukraynanın nüfuzlu newformat.info saytında
Qarabağda yerləşdirilən Rusiya sülhməramlıların fəaliyyətini öz öhdəliklərinə uyğun qurmadıqları və missiyadan kənar fəaliyyət göstərmələri ilə bağlı yazısı dərc olunub.

Yazıda sülhməramlıların Azərbaycan ictimaiyyətinin narahatlığına səbəb olan hərəkətləri sadalanıb.

Qeyd olunub ki, Rusiyanın sülhməramlı adlandırdığımız qüvvələrinin əməlləri BMT tərəfindən sülhməramlı fəaliyyətin əsasının qoyulduğu 1948-ci ildən bu günədək mövcud olan heç bir missiyaya uyğun gəlmir. Eyni zamanda onların fəaliyyəti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”, ölkə Konstitusiyası və beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil edir və dövlətimizin suverenliyini məhdudlaşdırır.

Yazının sonunda qeyd olunub ki, Rusiya sülhməramlıları həmişə olduqları yerlərdə müstəmləkəçi rolunda çıxış ediblər. Müəllif Kremlin Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələrdə reallaşdırdıqları planları Azərbaycanda təkrarlamağa cəhdinin heç vaxt reallşmayacağı, rəsmi Bakının kənardan gözlənilən istənilən müdaxilə və təhdidin qarşısını almaq gücündə olduğunu vurğulayıb.

Yazının tam mətni aşağıdakı linkdə.
http://newformat.info/politics/rossijskie-mirotvorcy-vsegda-veli-sebya-kak-kolonizatory/
Dünyada yoluxma sayı 226 milyonu ötdüDünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı artmaqda davam edir.

Avrasiya.net Worldometer saytına istinadla xəbər verir ki, dünyada indiyədək COVID-19 virusuna 226 003 396 yoluxma halı aşkarlanıb.

Koronavirusdan ölənlərin ümumi sayı 4 651 424 nəfərə çatıb. Virusa yoluxan 202 648 053 pasiyent sağalıb.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya, Böyük Britaniya qərarlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Bu yolda türkləri görəndə təzyiqim qalxır – Erməni qubernatorHər şeydən çox mən özüm haqda düşünürəm. Çünki hər gün bu yolla gedəndə qarşımda silahlı türkləri (Azərbaycan polisi nəzərdə tutulur – red.) görürəm. Üç nəsil vuruşan mənim üçün türkü görməkdən pis heç nə yoxdur. Mənim təzyiqim qalxır, halım hamıdan pisdir.

Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında Zəngəzur vilayətinin qubernatoru Məlikset Poqosyan Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində Azərbaycan polisinin post qurması haqqında deyib.

Poqosyan bildirib ki, azərbaycanlılar onun maşınını saxlamır:

“Azərbaycan polisi erməni nömrə nişanlı bir maşını da saxlamır. Onlar yalnız İran maşınlarını saxlayır və onların sənədlərini yoxlayır. Səbəbini bilmirəm”.

Qeyd edək ki, İran yük maşınlarının son bir ayda Azərbaycan sərhədini pozaraq, Qarabağa yük daşımaqda davam etdiyi faktı bir neçə gün öncə ortaya çıxıb. Belə ki, iyulun əvvəlindən avqustun ilk ongünlüyünə qədər Qarabağa 35 yük maşınının 70 dəfə girib çıxdığı müəyyənləşmişdisə, İrana nota verilməsindən sonra – 11 avqust-10 sentyabr tarixlərində 58 İran yük maşınının qanunsuz olaraq Qarabağa gəldiyi aşkarlandı.

Bunun ardınca, 12 sentyabr 12:00-dan başlayaraq, Azərbaycan polisi Gorus-Qafan yolunun Azərbaycandan keçən 21 km-lik hissəsində qurduğu polis postunda İran maşınlarının yoxlanılmasına başladı.
Hacıyevlə görüşdən məmnunam - MusəviAzərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdən məmnunam. İkitərəfli əlaqələrimizin inkişafını və ümumi maraq doğuran məsələləri müzakirə etdik.

Avrasiya.net xəbər verir ki, bunu İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Prezidentin köməkçisi, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə keçirdiyi görüş barədə Tvitter hesabında qeyd edib.