Şəmkirə yeni icra başçısı təyin edilibRəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə Neftçala rayonunda anadan olub.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində korporativ hüquq üzrə magistr dərəcəsi alıb.

2003-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.

2007-2013-cü illərdə “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib.

2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.

Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

2020-ci ilin dekabrından Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsində çalışıb.

Ailəlidir, iki övladı var.
Sabah rayonlarda yağış yağacaq, şimşək çaxacaqSentyabrın 15-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-30° isti, Bakıda 20-22° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaqğı, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.
Azərbaycanda mühəndis əməliyyat zamanı öldüAzərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin sabiq əməkdaşı vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Oxu.az-a kollecdən məlumat verilib.

Bildirilib ki, 72 yaşlı Əlixan Quliyev cərrahiyyə əməliyyatı zamanı vəfat edib.

O, uzun illər Kollecin İnzibati Təsərrüfat İşləri üzrə direktor müavini vəzifəsində çalışıb. Daha sonra isə Kollecin mühəndisi kimi fəaliyyət göstərib. Pandemiyadan əvvəl təqaüdə çıxıb.

Azərbaycanda ŞOK OLAY: 3 uşaq atası olan evli kişi qonşunun boşanmış qızını qaçırdıÖtən ilin 14 dekabr tarixində Şəmkir rayonu Qaracəmirli kəndində 41 yaşlı qonşusunu qaçırmış 1989-cu il təvəllüdlü Rəşad Quliyev barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, R.Quliyev barəsində Cinayət Məcəlləsinin 144.2.4-cü (adam oğurluğu - zor tətbiq etməklə törədildikdə) maddəsi ilə açılmış iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə maraqlı məqamlar üzə çıxıb.

Özündən 10 yaş böyük xanıma gözü düşdü

Bəlli olub ki, 1989-cu il təvəllüdlü R.Quliyev evlidir və 3 uşaq atasıdır. Bir müddət əvvəl ailədaxili münaqişə səbəbindən onun həyat yoldaşı evi tərk edib və Cəlilabad rayonuna – ata evinə gedib. Uşaqlar isə Qaracəmirlidə Rəşadın yanında qalıb. İş üzrə zərərçəkmiş şəxs qismində tanınan R.Quliyevin qonşusu, 1979-cu il təvəllüdlü Flora Muradova (ad və soyad şərtidir) isə 2000-ci ildə ailə həyatı qurub. Lakin 2005-ci ildə o boşanaraq ata evinə qayıdıb və hazırda 16 yaşlı qızı var.

Flora Muradova istintaqa ifadəsində bildirib ki, Rəşadın ona olan istəyindən xəbərdar olub. Lakin heç vaxt özündən 10 yaş kiçik olan Rəşadı sevməyib. Boşanıb ata evinə qayıtdıqdan sonra qonşuluqda yaşayan Rəşadla münasibəti olmayıb. Buna baxmayaraq 6 il əvvəl evli olan Rəşad Quliyev onun yaşadığı evin həyətinə qanunsuz olaraq daxil olduğu üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər və həmin hadisə prokurorluqda araşdırılıb.

Saçımdan tuta-tuta maşını sürürdü

Zərərçəkmiş qadın ifadəsində hadisəni belə təsvir edib: “14.12.2020-ci il tarixdə saat 17 radələrində evdən çıxıb kəndin mərkəzində yerləşən aptekə xəstə anama dərman almaq üçün təxminən 300-400 metr küçə ilə piyada hərəkət etdikdən sonra Rəşad idarə etdiyi sarı rəngli “VAZ 21011” markalı avtomobilini yanımda saxlayıb avtomobilə əyləşməyimi dedi. Rəşada yanımdan getməyini deyib irad bildirdim, sonra yola davam edib aptekə getdim. Aptekdən dərman alıb evə qayıdanda Rəşadın avtomobillə yenə kənardan getdiyini gördüm, lakin fikir vermədim. Evə çatmağıma təxminən 200 metr qalmış artezianın yanında Rəşad avtomobilini qarşımda saxladı. Həmin vaxt Rəşad avtomobildə tək idi. Mən yoluma davam etdim və bu vaxt Rəşad avtomobili arxaya doğru hərəkət etdirib qarşımda saxladı. Bundan sonra Rəşad sükanın arxasından düşdü və mənə yaxınlaşıb qolumdan və kürək nahiyələmdən hər iki əlləri ilə tutub avtomobilin sağ arxa qapısına tərəf gətirdi, sonra əli ilə arxa qapını açıb məni çəkişdirdi və zorla avtomobilə əyləşdirib qapının bağlanması üçün düyməni basdı. Sonra Rəşad sükana tərəf getmək istədi, mən isə qapını açıb düşmək istədim, lakin Rəşad imkan verməyib yenidən qapını bağladı. Həmin vaxt qapının çərçivəsi ilə ayna hissəsi mənim sifətimin sağ nahiyəsinə dəydiyindən ağrı hiss edib əlimlə başımı tutdum. Rəşad isə dərhal qabaq sağ oturacaqdan salona daxil olub əli ilə mənim saçımdan tutmaqla sükanın arxasında əyləşdi və avtomobili tək əli ilə işə saldı. Sonra Rəşad bir əli ilə mənim saçımdan tutmaqla digər əli ilə başımı aşağı saldı ki, heç kəs məni avtomobildə görməsin, digər əli ilə isə avtomobili idarə edirdi. Yolda gedərkən Rəşad məni hədələdi ki, bu barədə sonradan heç kəsə məlumat verməyim, əks halda onu şərlədiyimi deyəcəyini və buna görə də ona heç kəsin inanmayacağını bildirdi. Təxminən 100-200 metr Rəşadın avtomobilində kəndin çıxış hissəsinə doğru hərəkət etdik, həmin vaxt Rəşaddan məni buraxmasını tələb etsəm də, məni buraxmadı. Mən isə düşməyə cəhd etdiyimdən, eləcə də Rəşad bir əli ilə məni saxladığından sükanı sağa-sola döndərirdi. Bu vaxt avtomobil təpə kimi bir az yüksək yerə çıxıb dayandı, qapılar öz-özünə açıldı, tez avtomobildən düşmək istədim. Həmin vaxt Rəşad yenə əli ilə məni tutmaqla avtomobildən düşməyə icazə vermədi. Sonra Rəşad yenə təxminən 100 metr avtomobili idarə etdi və həmkəndlimiz İlhamın evinin qarşısında avtomobil yenidən öz-özünə dayandı. Bu vaxt qapaq sağ qapı açıldı, həmin vaxt Rəşad məni buraxmalı oldu. Çünki Rəşad bir əli ilə avtomobili işə salmaq istəyərkən və digər əli ilə sükanı tutduğundan əlini çəkdi. Mən də bundan istifadə edərək arxa qapını açaraq avtomobildən düşdüm. Həmin vaxt Rəşad arxamca düşməsə də, çağırıb dedi ki, “əşyan qaldı, əşyan qaldı”. Mən isə oradan iti addımlara qaçmaqla yaşadığım evə doğru hərəkət etməyə başladım. O, təxminən 100 metr məsafə qət etdikdən sonra Rəşadın avtomobillə yenidən yanıma çatdığını görüb, dərhal oradakı döngədən dönməklə bibimin evinə doğru hərəkət etdim. Düşündüm ki, yaşadığım evə doğru getsəm yenidən Rəşad məni avtomobilinə zorla mindirərəcək. Rəşad da döngədən dönməyimi görüb çıxıb getdi”.

Zərərçəkən qadın bildirib ki, utandığı üçün hadisə barədə valideynlərinə heç nə deməyib, lakin az sonra b u barədə bacısına deyib. O da əsəbiləşərək Rəşadgilin evinə gedib və polisə hadisə haqqında məlumat verib. F.Muradova izahat verdikdən sonra bədəninin üzərində xəsarətlər olduğuna görə tibbi müayinədən keçib, həmçinin onun iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Onu uşaq vaxtından sevmişəm

Təqsirləndirilən şəxs qonşuluqda yaşayan Floranı uşaqlıqdan sevdiyini, hadisədən 4 ay əvvəl həyat yoldaşının evdən çıxaraq getdiyini və 3 körpə uşağının onun öhdəsində qaldığını və yenidən evlənmək niyyətində olduğunu deyib. Həyat yoldaşında rəsmi qaydada qoşanmayan R.Quliyev qaçırılma hadisəsinin əvvəlcədən Flora ilə birlikdə planlaşdırdıqlarını deyib: “Şəmkir rayonu Qaracəmirli kəndində anam və azyaşlı övladlarımla birlikdə yaşayıram, arvadımla təxminən 4 ay əvvəl qeyri-rəsmi ayrılmışıq. Özümə məxsus “Vaz 21011” markalı avtomobillə fərdi taksi fəaliyyəti göstərib övladlarıma baxıram. Zərərçəkmiş şəxs mənim qonşumdur. Lakin, buna baxmayaraq hər ikimiz ailə qurmamışdan əvvəl bir-birimizi sevmişik. Lakin, valideynlərimiz bizim ailə qurmağımıza imkan verməyib, daha sonra Flora ailə qurub, lakin bir neçə ildən sonra boşanıb atasının evində yaşamağa başlayıb. Bundan sonra bir müddət əlaqələrimiz olub, təxminən 5-6 il əvvəl Flora məni evinin hamam otağında olan böyük ölçülü vedrəni götürməkdə ona köməklik etməyi xahiş etdi və həmin vaxt da onun ailə üzvləri bunu səhv anlayıb barəmdə Şəmkir rayon prokurorluğuna şikayət etdilər. Bundan bir müddət sonra Flora ilə danışmışıq, təxminən 4 ay əvvəl isə arvadım məndən ayrılıb getdiyindən 3 azyaşlı uşaq mənim himayəmdə qalıb. Mən də övladlarıma baxmaqda çətinlik çəkirdim və buna görə də ailə qurmağı planlaşdırırdım. Bununla bağlı Flora ilə danışdım və o da mənimlə ailə qurmağa razılıq verdi. 14 dekabr 2020-ci il tarixdə, saat 16 radələrində mən Flora ilə yaşadığım evin giriş qapısının qarşısında söhbət edərkən mənə bir saatdan sonra anasına kənddə yerləşən aptekdən dərman almaq üçün gedəcəyini, həmin vaxt gəlib onu aparmağımı bildirdi. Mən də razılaşdım və həmin günü saat 17 radələrində idarə etdiyim “Vaz 21011” markalı avtomobili ilə dükana gedib ərzaq alaraq yaşadığım evə gəldim. Sonra isə idarə etdiyim avtomobil ilə kəndin mərkəzinə doğru hərəkət edərkən Floranın küçə ilə aptekdən yaşadığı evə doğru tək piyada getdiyini gördüm və avtomobili arxaya doğru sürüb onun yanına yaxınlaşdım. Avtomobildən düşüb Floraya yaxınlaşdım və avtomobilə minməsinə dedim. Həmin vaxt Flora məndən öz istəyi ilə getməsini kiminsə bilməməsi üçün onu zorla avtomobilə mindirməyimi xahiş etdi. Flora ərindən boşanmışdı və kənddə adına söz yayılmasını istəmirdir. Buna görə də Floranın qolundan və sinəsindən tutmaqla dartışdırıb idarə etdiyim avtomobilin arxa oturacağına mindirdim və qabaq sərnişin oturacağından avtomobilə daxil olub qabaq sürücü oturacağında əyləşdirdim, sonra isə Floranı yaşadığım evə aparmaq üçün avtomobili hərəkət etdirdim. Təxminən küçə ilə yaşadığım evə doğru 100 metr məsafə qət etdikdən sonra Flora mənə getmək istəmədiyini və onu buraxmağımı dedi. Bundan sonra avtomobili saxlayıb qapısını açıb, Floraya getməsini dedim. Bundan sonra evə gəldim, bir neçə dəqiqədən sonra Floranın bacısı gəlib məni bacısını zorla qaçırmaqda günahlandırmaqla söyüb təhqir etdi və avtomobilimin arxa şüşəsini daşla vurub sındırdı. Mən Floranı zorla qaçırmamışam, ona xəsarət yetirməmişəm, onun öz xahişi ilə zorla aparmasını nümayiş etdirmək məqsədilə zorla avtomobilə mindirmişəm”.

Mənim pulumla aldığı maşınla...

Məhkəmədə ifadə verən həbs edilmiş şəxsin həyat yoldaşı deyib ki, olay o, Cəlilabadda olarkən baş verib: “Təqsirləndirilən şəxslə 2010-cu ildə ailə qurmuşam, birgə nikahdan 3 övladımız var. Zərərçəkmiş şəxs isə qonşumuzdur. Təxminən 5-6 il əvvəl Flora Rəşadı evinə daxil olmasına görə şərləyib və buna görə də onunla aralarında narazılıq yaranıb. Təxminən 2020-ci ilin yay aylarında mənim iş yerimdən aldığım pulların müqabilində Rəşad özünə “Vaz 21011” markalı, sarı rəngli avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olmağa başladı. 2020-ci il sentyabr ayının əvvəllərində isə Rəşad ilə aralamızda narazılıq yarandığından uşaqları da Rəşadın yanında qoyaraq ondan qeyri-rəsmi ayrılıb valideynlərimin yanına getmişəm. Təxminən 2020-ci ilin dekabr ayının 20-də ata evindən Qaracəmirli kəndində gələndə eşitdim ki, Rəşad qonşuları Floranı qaçırmaq istədiyinə görə polis əməkdaşları tərəfindən tutulub. Bundan sonra “Vaz 21011” markalı avtomobili satmaq qərarına gəldim və bu barədə qonşulara məlumat verdim. Həmin vaxt avtomobilin arxa pəncərəsi sındırılmış vəziyyətdə idi, mənə dedilər ki, şüşəni Floranın bacısı daşla sındırıb. Həmin pəncərəni də təmir etdirib maşını 1400 manata satdım”.

Məhkəmə prosesinin yekununda hadisəni lentə alan kamera görüntüləri, F.Muradovanın bədənindəki xəsarətlər və digər sübutlar nəzərə alınaraq R.Quliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
"Bakı Metropoliteni" maşinist peşəsi üzrə seçim elan edib"Bakı Metropoliteni" QSC maşinist peşəsi üzrə namizədlərin növbəti seçimini elan edir.

Avrasiya.net xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Seçimdə iştirak etmək istəyən namizədə dair tələblər aşağıdakı kimidir:

- yaşı 24-30 arasında olan kişi və qadınlar;

- ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı;

- kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).

Seçim məntiq testi, müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq.

Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar.

6-7 ay davam edəcək nəzəri və praktiki məşğələlərin hər mərhələsinin yekununda imtahanlar keçiriləcək.

İddiaçılar “Bakı Metropoliteni”nin veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

Elektron ərizə forması doldurularkən iddia edilən peşə kimi “MAŞİNİST” peşəsi mütləq qaydada göstərilməli və müvafiq xanaya yazılmalıdır.

Elektron ərizələr 15 sentyabr 2021-ci il tarixindən 30 sentyabr 2021-ci il tarixinə qədər qəbul edilir.

Göstərilən müddətdən əvvəl və sonra göndərilən, həmçinin “maşinist” peşəsi göstərilməyən elektron ərizələr diqqətə alınmayacaq. Çünki ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır və “maşinist” qeydi olmayan ərizələr müvafiq ərizə bankına daxil olmur.
Azərbaycan vətəndaşları Almaniyadan deportasiya olunurBu gün daha bir qrup Azərbaycan vətəndaşının Almaniyadan deportasiyası gözlənilir.

Avrasiya.net "Report"a istinadən məlumat verir ki, deportasiya prosesi Almaniya vaxtı ilə saat 12.00-da nəzərdə tutulub.

Belə ki, ötən gün axşam saatlarında 20-ə yaxın Azərbaycan vətəndaşı Almaniyanın müxtəlif şəhərlərindən Düsseldorf hava limanına gətiriliblər. Onların aralarında vaxtı ilə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyənlər də var.

Hava limanı yaxınlığındakı yataqxanada yerləşdirilən Azərbaycan vətəndaşları koronavirus testi verdikdən sonra bu gün Almaniya vaxtı ilə 12:00-da təyyarə ilə Azərbaycana göndəriləcəklər.
Məhkəmədən Səlim Müslümovla bağlı qərarSabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Avrasiya.net xəbər verir ki, Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı bağlı istintaq orqanının təqdimatına baxılıb və həbs müddəti daha 3 ay artırılıb.

Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar DTX-də araşdırıl­ıb.

Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qarabağda hərbi prokurorluqlar formalaşdırıldıErmənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 30 il ərzində digər dövlət orqanları kimi hərbi prokurorluq orqanları da işğal altındakı ərazilərdə fəaliyyət göstərə bilməyib.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət Şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə deyib.

"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının işğalçı Ermənistan üzərində möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü tam bərpa etməsi nəticəsində həmin ərazilərdə digər dövlət qurumları ilə yanaşı, hərbi prokurorluq orqanlarının da yaradılması və fəaliyyətinin təmin edilməsi zəruri idi.

Bununla əlaqədar olaraq, Azərbaycan Prezidentinin 1 aprel 2021-ci il tarixli işğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında sərəncamına əsasən, 30 il ərzində Ermənistanın işğalında olmuş və müzəffər ordumuz tərəfindən azad edilmiş ərazilərdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə yeni – Qubadlı Hərbi Prokurorluğu və Kəlbəcər Hərbi Prokurorluğu yaradılmış, həmçinin Qarabağ Hərbi Prokurorluğunun əsasında isə Ağdam Hərbi Prokurorluğu formalaşdırılıb. Bununla da Hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının yurisdiksiyasına aid olan bütün ərazilərdə təşkil edilib", - o vurğulayıb.
Ukrayna: Rusiya 8 vilayətimizi işğal etməliydiRusiya əvvəlki kimi Ukrayna ərazisinə yeni müdaxilədən imtina etməyib.

Axar.az xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinin eks-rəhbəri general-mayor Vasili Vovk deyib.

O, ölkənin şərq və cənub rayonlarının təhdid altında olduğunu bildirib.

Vovk Rusiyanın Belarusdakı qoşunlarının mövcudluğunun Ukrayna üçün təhdid kəsb etmədiyini deyib:

“Kremldə “Novorossiya” layihəsini hələ də xatırlayırlar. Bu layihəyə əsasən, 8 vilayət işğal edilməli idi: Xarkov, Donetsk, Luqansk, Dnepropetrovsk, Zaporojsk, Nikolayevsk, Xerson və Odessa idi. Biz dənizsiz qalmalı idik”.
Səyyad Əlizadənin vəziyyəti ağırlaşdıTanınmış müğənni Səyyad Əlizadənin vəziyyəti ağırlaşıb.

Bu barədə Kult.az-a Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda müğənni süni tənəffüs aparatından 70% oksigen dəstəyi alır. Müğənnin arterial təzyiqi 129/81, nəbzi 72, şəkəri 173, saturasiyası 88-dir.

Qeyd edək ki, müğənni avqustun 13-də koronavirus diaqnozu ilə Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasına yerləşdirilmişdi.