Yardımlı sakini həmkəndlisini güllələyərək öldürdüSentyabrın 12-i saat 13 radələrində Yardımlı rayon, Arvana kənd sakini 1999-cu il təvəllüdlü Nəsrəddin Sətizadənin odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yardımlı rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1988-ci il təvəllüdlü Asif Ağayevin kənd ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəsrəddin Sətizadənin sinə nahiyəsinə ov tüfəngindən atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Asif Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.
Eyvazov şəhid oğluna vəzifə verdiŞuşa Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşı Sənan Xəzani oğlu Əsgərov Goranboy Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, S.Əsgərov şəhid Xəzani Əsgərovun oğludur.
"Kaspi" rəhbərliyi müəllimi aldadıb - Foto + VideoGöygöl rayonunda tarix müəllimi işləyən Gəncə şəhər sakini Əliyev Fərman Ceyhun oğlu Avrasiya.net-ə Kaspi Təhsil Mərkəzi rəhbərliyi tərəfindən aldanıldığı ilə bağlı şikayət göndərib.

F.Əliyev bildirib ki, bu il iyul ayında Kaspi Təhsil Mərkəzi müəllimlərin işə qəbulu üzrə mesabiqə elan etdi və o da qeydiyyatdan keçib: "Bir neçə gündən sonra sirkətin əməkdaşları mənimlə əlaqə saxladılar və test imtahan mərhələsinin vaxtını dedilər. İmtahan online formada keçirildi (pandemiya qaydalarına görə) və imtahaı şəxsən şirkətin əməkdaşları izləyirdi. Mən test imtahanndan uğurla keçdim və mesahibə mərhələsinə dəvət olundum. 30 iyul 2021-ci ildə müsahibə mərhələsi təşkil olundu və mən bu mərhələdən də uğurla keçdim. 5 avqust tarixində mənim elektron poct unvanıma Kaspi sirkətindən mesaj gəldi və burada mənimle müqavilə, əməkdaşlıqla bağlı sənəd öz əksini tapmışdır. Mən də həmin gün bu sənədi çıxararaq imzaladım və skan ederek sirketin e mail ünvanına göndərdim".

F.Əliyevin sözlərinə görə, bu ana qədər hər şey yolunda idi. Problem və özbaşınalıq isə sentyabr ayında Kaspi Abituriyent filialının müdiri Anar müəllim tərəfindən başladıldı: "Bu şəxs mənə 9 sentyabr tarixindəki görüşümüzdə 2 qrupumun vı 6 saat dırsimin olacağını dedi və mmını uğurlar arzu etdi.10 sentyabr tarixində müqavilə ilı mənim işə baslayacaöım gun olmalı idi. Anar müəllim 9 sentyabr tarixində mənə 23:55 radələrində mesaj yazlb vı burada bele qeyd edib:

"Salam Ferman muellim.1 qrupda problem cixib ona gore size yalniz 1 qrup vere bilerem uygundur size ya necə". Mən də cavabımda belı yazdlm: "Beli uyğundur, zehmet olmasa mene dersimin vaxtini deyin".
Bu şəxs 10 sentyabr 09:55 radələrində də mənı bu formada cavab yazdı: "Muellim dersin vaxti ve kecirilmesi hele bilinmir, size melumat veriləcək".

Mən isə artlq kursda dərslırin başladığını şshidi olmuşdum. Çünki 9 sentyabrda bütün Kaspi filiallarında dərslər başlamışdır. Anar adlı bu şəxs mənim hüquqlarımı kobudcaslna pozaraq haqqım olan dərsi və işi mənə verməmək üçün müxtəlif yalanlar vı bəhanələrlə məni aldadaraq pzbaçnalıqb edib Mediadan xahiş edirəm ki, təhsilimizdə olan belə dələduzlar barədə hər kəsi məlumatlandırsın".

O, qeyd edib ki, bu barədə Kaspi Təhsil Mərkəzinin rəhbırliyinə də şikayət edib: "10 sentyabr tarixində məb sikayet etdim və mənə dedilər ki, sizə axşama kimi bir cavab veriləcək. Çox təəssüf ki, mənə heç bir izahat və cavab verilmədi".
Ağstafada 2 qardaş bıçaqlanıb, biri ölübAğstafada dəhşətli qətl hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.

Kənddə fəaliyyət göstərən kafelərin birində düşən mübahisə zamanı iki qardaş - Zeynalov Yaşar Əmirxan oğlu və 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Qardaşlardan biri - ürək nahiyəsindən bıçaq xəsarətləri alan Yaşar Zeynalov hadisə yerində dünyasını dəyişib. Müşfiq Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğludur.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
Gürcüstanda peyvənd olunanlar üçün lotereyaya start verilibGürcüstanda bu gündən vətəndaşların koronavirus əleyhinə vaksin olunmasının təşviqi məqsədilə lotereya oyunlarının keçirilməsinə başlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, peyvənd olunanlara pul mükafatları qazandıracaq kampaniya hər gün təsadüfi seçim əsasında təşkil olunacaq.

Bu ilin sonuna qədər davam edəcək lotereyanın ümumi mükafat fondu 2 milyon 800 min lariyə (900 min ABŞ dollarına yaxın) bərabərdir.

Minimal uduşun məbləği 100 lari təşkil edir. Hər gün 100 laridən 500 lariyədək, hər həftə isə 1 000, 1 500 və 10 min lari məbləğində pul mükafatları oynanılacaq.

Yekun oyun ilin sonuna yaxın keçiriləcək və uduş fondu 100 min lari olacaq.

Qeyd edək ki, sentyabrın 12-nə olan məlumata əsasən, qonşu ölkədə 897 427 nəfər peyvəndin bir, 593 944 nəfər isə iki dozasını qəbul edib.
ABŞ Çin və Rusiya ilə soyuq müharibəyə başlayırABŞ Əfqanıstandakı mövcudluğu zəiflədikdən sonra Çin və Rusiya ilə soyuq müharibə mövqeyinə qayıdacaq.

Avrasiya.net xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frank Kendal bildirib ki, Çin bizi dünyanın bir hissəsindən uzaqlaşdırmaq üçün böyük diqqət və strateji bacarıq nümayiş etdirir:

"Ancaq Çinlə mübarizə artıq gedir, Pekin Amerikanın beynəlxalq tərəfdaşlığını sınayır, hərbi təchizat kanallarının etibarlılığını şübhə altına alır. Amerikanın Yaxın Şərqdə uzun müddətdir davam edən qarşıdurmaları arxa plana keçdiyi üçün Soyuq müharibə haqqında danışılır".
Əlcəzairdə dəhşətli qəza: 18 nəfər öldüƏlcəzairdə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 18 nəfər həlak olub.

Axar.az xəbər verir ki, bu barədə “Afrigateneyus” portalı məlumat yayıb.

Qəza Naama vilayətində baş verib. Belə ki, Sidi-Bel-Abbes şəhərindən Bussemqun şəhərinə gedən avtobus yüksək sürətlə yük maşınına çırpılıb.

Qəzada yaralananlar ağır durumda xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Əlcəzair Prezidenti Əlbdüməcid Təbbun ölənlərin ailələrinə başsağlığı verib.
Özbəkistan əfqan pilotları ölkədən çıxarırÖzbəkistan hökuməti “Taliban”dan qaçan Əfqanıstan Hərbi Hava Qüvvələrinin pilotlarını ölkədən çıxarmağa başlayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb

Özbəkistanda olan ilk pilot qrupu və yaxınları həftə sonu bu ölkədən çıxarılıb. Qəzetin həmsöhbətlərinin dediyinə görə, əvvəlcə pilotların Qətərin paytaxtı Doha şəhərinə aparılacağı ehtimal edilirdi, lakin bu həftə sonu Əfqanıstan pilotlarının və yaxınlarıının BƏƏ-yə göndərildiyi məlum olub. Hazırda pilotların ABŞ-a və ya başqa ölkəyə köçürüləcəyi ilə bağlı heç bir məlumat yoxdur.

Nəşrin yazdığına görə, pilotların ölkədən çıxarılması əməliyyatı ABŞ və Özbəkistan hökumətləri arasında razılaşma əsasında aparılır.
Rusiyada sərnişin təyyarəsi qəzaya düşdü: ölənlər var - VideoRusiyanın İrkutsk vilayətində L-410 sərnişin təyyarəsi sərt eniş edib.

Avrasiya.net xəbər verir ki, Rusiya mediası sərt enişdən sonra təyyarənin alışdığı haqda məlumat yayıb.

Təyyarədə 14 sərnişin, 2 ekipaj üzvü olub.

İlkin məlumata görə, sağ qalanlar var. Belə ki, qəzadan sonra sərnişinlərdən biri doğmalarına zəng edib.

Mi-8 helikopteri hadisə yerinə göndərilib.

***

Rusiyanın İrkutsk vilayətində qəza enişi etmiş “L-410” təyyarəsinin iki ekipaj üzvü və iki sərnişin həlak olub.

Yaralıların sayı isə 5 nəfərdir.

Bildirilib ki, təyyarə təyinat nöqtəsinə 4 km qalmış enməyə məcbur olub.

***

Xilasetmə əməliyyatı başa çatıb.

Rusiya FHN-nin məlumatına görə, yaralanan 12 nəfərin hamısı xəstəxanalara yerləşdirilib.