Şimali Kipr səfər qaydalarını açıqlayıbŞimali Kipr Türk Cümhuriyyətinin Səhiyyə Nazirliyi pandemiya dövründə ölkəyə səfər edənlər üçün yeni qaydaları açıqlayıb.

Avrasiya.net xəbər verir ki, Səhiyyə Nazirliyi Yoluxucu Xəstəliklər Ali Komitəsi tərəfindən qəbul edilən yeni qərarlara görə, səfərdən əvvəl vətəndaşlar 72 saat keçərli olacaq neqativ PCR test nəticələri ilə ölkəyə daxil ola bilərlər. Səfər edənlər adapass.gov.ct.tr internet adresində olan formanı dolduraraq, alacaqları QR kodu ilə adaya daxil ola biləcəklər.

Bunu edə bilməyənlər 27 sentyabr 2021 -ci ilə qədər lazımi sənədlərlə girə biləcəklər. QR kodu əldə edərək ölkəyə daxil olan insanlar sürətli tranzit imkanından istifadə edə biləcəklər.

Bu qərar 18 yaş və yuxarı olanlar üçün məcburi olacaq.
Yaqub Zurufçunun vəziyyəti pisləşdiKoronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur.

Avrasiya.net xəbər verir ki, bu barədə "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov məlumat verib.

Onun sözlərinə görə, bu da əsasən kəskin böyrək çatışmazlığı ilə bağlıdır: "Bu məqsədlə ona hemodiyafiltrasiya dediyimiz fasiləsiz böyrək əvəzedici terapiya başlanıb".

Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər.
Səyyad Əlizadə süni tənəffüs aparatına qoşuldu: Vəziyyəti ağırdırTanınmış müğənni Səyyad Əlizadə xəstəxanaya yerləşdirilib.

Avrasiya.net xəbər verir ki, bu haqda BAKU.WS-ə sənətçinin kürəkəni Razim Qarayev məlumat verib. O, hazırda müğənninin vəziyyətinin ağır olduğunu bildirib:

“10 gün idi koronavirusa yoluxmuşdu. Amma vəziyyəti bu gün ağırlaşdı. Təcili yardımla xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olduğundan süni tənəffüs aparatına qoşulub".

Qeyd edək ki, Səyyad Əlizadə Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasına yerləşdirilib.
DGK Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınmasına münasibət bildiribDövlət Gömrük Komitəsi (DGK) Gorus-Qafan avtomobil yolunda İran maşınlarından rüsum alınması ilə bağlı ötən gün bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı açıqlama yayıb.

Avrasiya.net-in məlumatına görə, açıqlamada deyilir ki, Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.

Bu məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” qanunun 24-cü maddəsinə əsasən ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.

Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.
Ziya Məmmədovun oğlu istefa verdiSabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycan Qolf Federasiyasiyasının prezidenti vəzifəsindən rəsmən istefa verib.

Avrasiya.net xəbər verir ki, bu barədə xəbəri Qaynarinfo.az-a Gənclər İdman Nazirliyinin bu idman federasiyası üzrə kuratoru Fikrət Hüseynov bildirib:

"Federasiyanın rəhbərliyi yoxdur. Ona görə də fəaliyyəti tam dayandırıb".

2013-ci ildə oktyabrın 2-də mərhum Gənclər və İdman naziri Azad Rəhimovun iştirakı ilə açılan Azərbaycan Qolf Federasiyasının inzibati binası və Qolf Akademiyasının ərazisi artıq özəl tikinti şirkətinə satılıb, hazırda orada yaşayış binası tikilir.
Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri görüşdüTürkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi ordu generalı Yaşar Gülər Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev ilə görüşüb.

Xəbər verir ki, məlumatı “Anadolu agentliyi yayıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ilk xarici səfəri məhz qardaş Türkiyə Respublikasına həyata keçirilir. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.

Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Səfər sentyabrın 14-dək davam edəcək.
İcra başçısının polis oğlu işdən ÇIXARILDIAğcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğlu, polis kapitanı Şəhriyar Hüseynov daxili işlər orqanlarından xaric edilib.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, Ş.Hüseynov öz ərizəsi ilə işdən çıxarılıb.

Qeyd edək ki, Ş.Hüseynov ötən il xüsusi karantin rejiminin pozulması ilə bağlı Yasamal rayonunda Çevik Polis Alayının keçirdiyi əməliyyat zamanı vətəndaşlarla kobud davranışı ilə gündəmə gəlmişdi. Şəhriyar Hüseynov Suraxanı rayon icra başçısı Əziz Əzizovun kürəkənidir. Ş.Hüseynov Yasamal hadisələrindən sonra oradakı vəzifəsindən çıxarılaraq Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili təyin edilmişdi. Bu ilin fevral ayında isə həmin vəzifəsindən də çıxarılaraq sərəncama götürülmüşdü.
Rəşid Mahmudovdan oğlunun səhhəti ilə bağlı AÇIQLAMA: Başdanxarabın biri...Saytların çoxu təsdiq olunmamış xəbərləri yayıblar. Oğlumun guya infarkt keçirdiyini Füzuli rayonunun Balabəhməli kəndində yaşayan Tural Abdullayev adlı başdanxarab bir adam yazıb.

Bu sözləri Publika.az-a açıqlamasında Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov deyib.

Oğlunun infarkt keçirməsi xəbərini təkzib edən həkim bildirib ki, onun səhhətində heç bir problem yoxdur: “Şükürlər olsun ki, oğlum sapsağlamdır. Bu xəbəri yayan Tural Abdullayevin 41 yaşı var, başdan xarabın biridir, daun xəstəsidir, ağzına gələn şeyləri yazır. Onlayn dərslər zamanı mənə tez-tez zəng edib narahat edirdi, onu indi bloka qoymuşam. Polisə şikayət etmişəm, heç bir tədbir görmürlər.

Həmin adam mənə zəng edib deyir ki, səni çox istəyirəm. Etiraf edib ki, bu cür hərəkətləri özü qəsdən edir ki, onu polisə şikayət edim və həbs olunsun. Dedim ki, məni görmək istəyirsənsə, taksi tut Bakıya gəl, yol pulunu da mən verəcəyəm, mənim işim-gücüm var, ora gələ bilmərəm”.