Pəncşirin 3 rayonu Talibandan geri alındıƏfqanıstanın şimalındakı Pəncşir əyalətində Talibana qarşı döyüşən milli müqavimət qüvvələrinin dəstələri regionun üç rayonunu “radikallar”dan geri alıblar.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə yerli “Afghanistan Times” qəzeti bildirib.

Qəzetin mənbələrinin məlumatına görə, döyüşçülər Pəncşirin şimal və şimal-şərq hissələrində yerləşən Dara, Abşar və Paryan rayonlarını Taliban silahlılarından təmizləyiblər. Qeyd edilir ki, milli müqavimət qüvvələrinin silahlıları ağır döyüşlər nəticəsində Talibanın onlarla döyüşçüsünü məhv edib.

Qeyd edək ki, ABŞ-ın bir neçə ay əvvəl öz qoşunlarını Əfqanıstandan çıxaracağını elan etməsindən sonra Taliban hərəkatı ölkədə hökumət qüvvələrinə qarşı genişmiqyaslı əməliyyata başlayıb. Avqustun 15-də Əfqanıstan prezidenti Əşrəf Qani səlahiyyətlərini təhvil verərək ölkəni tərk edib və taliblər döyüşsüz Kabilə giriblər.

Lakin radikallarının hakimiyyəti ilə razılaşmayanlar Əhməd Məsudun başçılığı ilə Pəncşirdə müqavimət təşkil ediblər.

Bazar ertəsi taliblərin nümayəndəsi Zəbiullah Mücahid Pəncşirin tamamilə Talibanın nəzarəti altına keçdiyini və buna görə Əfqanıstanda müharibənin başa çatdığını elan edib. Öz növbəsində Məsud Əfqanıstanın bütün sakinlərini ümumi üsyana çağıraraq bildirib ki, radikallarla hərbi qarşıdurma davam edir.
11 sentyabr hadisələrindən 20 il ötdüABŞ-da dəhşətli 11 sentyabr hadisələrindən 20 il ötür.

Avrasiya.net xəbər verir ki, 2001-ci ilin sentyabrın 11-də yerli vaxtla saat 08:46-da "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Binaların aşmasına səbəb baş vermiş güclü yanğınlar idi. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.

Bu hadisələr 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələndi.

Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktlarını Əl Qaidə törətmişdi.