“Yardımlı Xeyriyyə Cəmiyyəti”nə qarşı varlıların üsyanıƏziz dostlar, uzun illər Yardımlının sosial-ictimai həyatında xidmətləri olan bir ictimai təşkilatın rəhbəri kimi, sizə məlumat verirəm ki, dünənədək “Yardımlı Xeyriyyə Cəmiyyətin”nin yanında olduğunu nümayiş etdirməyə çalışan bir neçə həmyerlimiz birləşərək, bizim təşkilata alternativ yeni bir Cəmiyyət yaradıblar. Və bizim təşkilatda olan bəzi insanları öz ətraflarına cəlb etməklə guya təşkilatımıza ağır zərbə vurduqlarını düşünürlər. Əslində onlar Yardımlı ictimaiyyətinin iki yerə parçaldıqlarına səbəb olacaqlarının fərqinə varmırlar…

Mən dörd il ABŞ-da yaşadığım müddətdə demək olar ki, “Yardımlı Xeyriyyə Cəmiyyəti” öz fəaliyyətini dayandırmışdı. Maraqlıdır, həmin vaxtlarda ehtiyac olduğu halda yeni bir təşkilatın yaranmasını ağılından belə keçirməyən bu adamlar, indi bunun baş tutması üçün dəridən-qabıqdan niyə çıxırlar?
Yatıb-yatıb indi ayılıblar ki, sən demə Yardımlıya bir xeyriyyə cəmiyyəti yox, ikisi lazım imiş.
Və bütün bu hadisələr “Yardımlı Xeyriyyə Cəmiyyəti”ndə axtardıqları xoşbəxtliyi tapmadıqlarından baş verir. Pul gölündə üzən bu adamlar çox çalışdılar ki, məni öz iradələrinə təslim etsinlər və məni necə deyərlər,- “Fatı qalx, Fatı otur”a çevirsinlər. İstəkləri baş tutmayandan sonra acıq edib, kənərda birləşməyə nail oldular. Acıqla görülən iş, Allahın rəhmətindən uzaq olar, deyiblər. Onların arzularının boşa çıxacağını indidən görən bir adam kimi məni heyfsiləndirən başqa məsələdir:- bunlar Yardımlı cəmiyyətinə iki tirəlik gətirəcəklər.
Bunu gənclər etsəydi yenə də razılaşmaq olardı. Deyərdim ki, düşüncələri müasirdir, bizimlə barışmırlar. Amma yekə-yekə kişilər bu işlə məşğul olanda adama gülmək gəlir…
Bəziləri indi də mənimlə əlaqə saxlayır: Kimisi üzə düşüb, onlara qoşulduğunu, kimisi bu işə başçılıq edən nüfuzlu iş adamından keçə bilmədiyini, söyləyib məsum olduğunu sərgiləmək istəyir. Aralarında siyasi partiya lideri, iş adamları ilə yanaşı, iki professor da var. Maraqlıdır, akademik səviyyədə düşündüklərinə ümid etdiyimiz bu professorlar həmin iş adamlarını niyə loru dildə başa salmağa cəhd etmirlər ki:- Ayə, ay həzarat, bir ovuc yardımlıları nə üçün iki cəbhəyə bölürsünüz? Beş nəfər bizim tərəfdə, beş nəfər də o tərəfdə və ya hər iki tərəfdə olanda nə udacağıq ki? Leopoldun sözü olmasın: "Ребята, давайте жить дружно"…

Nə isə, qoy yaratmaqlarında olsunlar, elə bilirlər ki, təzə yaratdıqları cəmiyyətdə yel əsib, qoz töküləcək…

P.S. Amerikada bəzi varlı adamlar həyatın bütün həzlərindən yorulandan sonra, bir də görürsən ki, itlərinə toy edirlər. İndi bizim də bəzi pulu çox həmyerlilərimiz hər şeydən doyub “Bənəvşə” oyunu oynayırlar:

-Bənövşə, bəndə düşə,
Bizdən sizə kim düşə?..
-Adı gözəl, özü gözəl…

Elman Eldaroğlu
Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının təlimi başlayırSentyabrın 12-dən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçiriləcək.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

"Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.
Koronadan vəfat edən rəis müavininin anası da öldüKoronavirusun qurbanı olan rəis müavininin anası da vəfat edib.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin rəis müavini, mayor Vüsal Mirzəyevin anası Xuraman Xəlilova ötən gecə dünyasını dəyişib.

Qeyd edək ki, bir neçə gün əvvəl V. Mirzəyev və atası Cərulla Mirzəyev koronavirusdan vəfat etmişdi.
BAXCP MNTK-nın sədri vəfat edibCOVİD-19 yeni növ koronavirusa yoluxan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (BAXCP MNTK) sədri Yeganə Mehdibəyli bu gün səhər saatlarında vəfat edib.

Həkimlərin səylərinə baxmayaraq, Yeganə xanımı xilas etmək mümkün olmayıb.

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Yeganə Mehdibəylinin vəfatı ilə bağlı onun doğmalarına başsağlığı verib. BAXCP sədrinin başsağlığı məzmunlu açıqlamasında deyilir:

“Milli Azadlıq Hərəkatının və onun qadın qolunun fəal iştirakçılarından biri, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Yeganə Mehdibəylinin vəfatı məni dərindən kədərləndirdi. Yeganə xanımın doğmalarına dərin hüznlə başsağlığı verirəm. Onun işıqlı xatırəsi daim qəlbimizdə yaşayacaq.

Allah rəhmət eləsin”.
Koronavirusa yoluxan Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilibKoronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib.

Bunu "Report"a açıqlamasında sənətçinin həyat yoldaşı Aynur Zurufçu deyib.

O bildirib ki, xarici və yerli həkimlər ötən gecə Y.Zurufçunun durumunu birlikdə izləyiblər: “Həkimlər 2-3 saat Yaqubun başının üstündə olublar, konsilum edib və vəziyyətini dəyərləndiriblər. Bunun nəticəsi olaraq müalicə və terapiya ilə bağlı qərarlar veriləcək. Nəticə barədə bu gün məlumat alacağıq”.

Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər.
Estoniya: Tezliklə, Rusiya ölkəmizə hücum edəcəkTezliklə, Rusiyanın Estoniyaya hücumunu gözləyirik.

Axar.az xəbər verir ki, bunu Estoniya Müdafiə Qüvvələrinin komandanı general-leytenant Martin Xerem deyib.

“Biz deyirik ki, Rusiya təhdid kəsb edir, o, hücum edə bilər. Nə zaman? Bu ilmi? Gələn ilmi? 3 il ərzindəmi? Biz başa düşməliyik ki, bu, yaxın bir neçə il ərzində baş verə bilər”, – deyə o bildirib.
Vilayət Eyvazovdan yeni təyinatDaxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub.

Axar.az Avrasiya.net-ə istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Hikmət Vəliyev vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə H. Vəliyev Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qazaxda gənc oğlan özünə xəsarət yetiribQazax rayonunda gənc oğlan özünə xəsarət yetirib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 1995-ci il təvəllüdlü T.Musayev kəsici alətlə ayağına xəsarət yetirib.

Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılıb. Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.
Saakaşvili hazırlıqlara başladı - Tiflisə qayıdırGürcüstanın Qanun və Ədalət Partiyasının lideri, millət vəkili Tako Çarkviani eks-prezident Mixail Saakaşvilinin Gürcüstana normal qayıtmasına kömək etmək üçün yeni təşkilat yaradıb.

Axar.az xəbər veri ki, bu barədə deputat özü məlumat yayıb.

"Bu gün Ümumi Xalq Hərəkatı təşkilatı qurulur. Biz Mişanı sülh yolu ilə ölkəyə qaytarmalıyıq. Gürcü dövlətini inkişaf etdirən, investisiyalarla dağıdılmış Gürcüstanı bir dövlətə çevirən və ayağa qaldıran adam sülh yolu ilə qayıtmalıdır. Siyasi təqiblər dayandırılmalıdır. Onun vətəndaşlığı geri qaytarılmalıdır. Gəlin, ona işləmək imkanı verək. O, parlaq islahatçıdır, bunu artıq sübut edib", - Çarkviani vurğulayıb.

Qeyd edək ki, Saakaşvili 2 oktyabrda Gürcüstana qayıdacağını açıqlayıb.
İntim videosu yayılan Ramiz Göyüşov nəyi xahiş etdi...“Bilirəm bu günlərdə sizə çox əziyyət vermişəm. Mənə göstərdiyiniz dəstəyə görə ayrı-ayrılıqda hər birinizə təşəkkür edirəm”.

Avrasiya.net xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri, partiya sıralarından çıxarılan Ramiz Göyüşov özünün "Facebook" səhifəsində yazıb.

O, Baş Prokurorluğun “Azadinfo.az”saytının rəhbəri Ələkbərov Mahir Məmmədhəsən oğlu ilə bağlı yaydığı xəbəri paylaşıb və izləyicilərindən məlumatı oxumalarını xahiş edib.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Mahir Ələkbərov 8 sentyabr 2021-ci ildə “azadinfo.az” xəbər paylaşım platformasında YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntülərin xəbər saytlarında yayacağını sonuncuya bildirərək ondan pul tələb edib. O, 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb.

Onu da bildirək ki, bir neçə gündür sosial şəbəkələrdə Ramiz Göyüşovun intim videogörüntüləri müzakirələrə səbəb olub.