Ramin Bayramlı vəzifədən çıxarıldı? - TƏBİB təkzib etmədiTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının tutduğu vəzifədən azad edildiyi bildirilir.

Avrasiya.net xəbər verir ki, Bakupost.az-a bu barədə məlumatlı mənbədən məlumat verilib. Hələlik rəsmi açıqlama və səbəbləri barədə informasiya verilməyib, yaxın saatlarda olacağı gözlənilir.

Saytımıza TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış xəbəri nə təkzib, nə də ki, təsdiq edib.

"Dəqiqləşdirib deyərəm" deməklə kifayətlənib.

Qeyd edək ki, son zamanlar TƏBİB-lə bağlı ciddi iradlar səsləndirilir.
“Dövlətimin bütün çağırışına hər an hazır olacağam”YAP –ın Nərimanov təşkialtınınn sabiq sədri Təmraz Tağıyev sosial media hesabından açqılama ilə çıxış edib. Açıqlamanı olduğu kimi təqdim edirik:

“Əziz dostlar, bildiyimiz kimi, dünən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilmişdir. İclasın gündəliyinə daxil olan məsələlərdən biri də Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə əsasən Partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilməməsi səbəbindən yerli təşkilatların rəhbərlərinin dəyişilməsi idi. Məlum olduğu üzrə, mən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının və Nərimanov Bələdiyyəsinin sədri kimi fəaliyyət göstərirəm, həmçinin, Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə Heyətinin və Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvüyəm. Bu səbəbdən Partiyanın yeni prinsipləri ilə əlaqədar olaraq artıq 22 ilə yaxındır sədri olduğum YAP Nərimanov rayon təşkilatındakı vəzifəmi təhvil verirəm.

Hər kəs bilir ki, bugünədək vəzifəmdən asılı olmadan hər bir məqamda Ulu Öndər Heydər Əliyev siyasi yolunu, ölkə rəhbəri cənab İlham Əliyevin qərarlarını və Yeni Azərbaycan Partiyasının prinsiplərini üstün tutaraq çalışmış və yaşamışam. Bundan sonra da ömrümün sonunadək Heydər Əliyev ideologiyasını dəstəkləyərək, əvəsiz Lider İlham Əliyevin siyasi fəaliyyətinin və sonsuzadək doğma olan Partiyamızın təbliğatçısı olmaqla yanaşı, dövlətimin hər bir çağırışına hər an hazır olacağam!”
“Dövlətimin bütün çağırışına hər an hazır olacağam”YAP –ın Nərimanov təşkialtınınn sabiq sədri Təmraz Tağıyev sosial media hesabından açqılama ilə çıxış edib. Açıqlamanı olduğu kimi təqdim edirik:

“Əziz dostlar, bildiyimiz kimi, dünən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilmişdir. İclasın gündəliyinə daxil olan məsələlərdən biri də Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə əsasən Partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilməməsi səbəbindən yerli təşkilatların rəhbərlərinin dəyişilməsi idi. Məlum olduğu üzrə, mən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının və Nərimanov Bələdiyyəsinin sədri kimi fəaliyyət göstərirəm, həmçinin, Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə Heyətinin və Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvüyəm. Bu səbəbdən Partiyanın yeni prinsipləri ilə əlaqədar olaraq artıq 22 ilə yaxındır sədri olduğum YAP Nərimanov rayon təşkilatındakı vəzifəmi təhvil verirəm.

Hər kəs bilir ki, bugünədək vəzifəmdən asılı olmadan hər bir məqamda Ulu Öndər Heydər Əliyev siyasi yolunu, ölkə rəhbəri cənab İlham Əliyevin qərarlarını və Yeni Azərbaycan Partiyasının prinsiplərini üstün tutaraq çalışmış və yaşamışam. Bundan sonra da ömrümün sonunadək Heydər Əliyev ideologiyasını dəstəkləyərək, əvəsiz Lider İlham Əliyevin siyasi fəaliyyətinin və sonsuzadək doğma olan Partiyamızın təbliğatçısı olmaqla yanaşı, dövlətimin hər bir çağırışına hər an hazır olacağam!”
"Azərbaycan adekvat addımlar atmağa məcbur olacaq"Ceyhun Məmmədov
Millət vəkili

İranla Azərbaycanı bir-birinə çox əsirlik tarixi əlaqələr bağlayır. Azərbaycan hər zaman İranla qonşuluq və dostluq əlaqələrinə sadiq qalıb, qarşılıqlı ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verib. Prezident İlham Əliyev Cəbrayıl və Füzuli rayonlarına səfər zamanı iki ölkə arasında sərhədi dostluq sərhədi adlandrıb.

Azərbaycan cəmiyyəti İranın da eyni münasibəti ölkəmizə qarşı bəsləməsini gözləyir. Son aylar İrandan davamlı olaraq Qarabağa yüklərin daşınması haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazılıq yaradır. #İran tərəfi Azərbaycanın bu həssaslığını mütləq nəzərə almalıdır. Bu hazırda Qarabağda ağır durumda yaşayan ermənilərin Azərbaycana qarşı müqavimət aparmasına dəstək anlamına gəlir.

Məlum olduğu kimi, bu ilin avqustunda Azərbaycan rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi bölgələrə çoxlu sayda İran yük maşınının daxil olması barədə məlumatlar əldə etmişdi. Təkcə 11 iyul - 8 avqust tarixlərində 35 İran avtomobili 70 dəfə Laçın dəhlizi vasitəsilə giriş-çıxış həyata keçirmişdir. Bununla əlaqədar, avqustun 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılaraq Azərbaycan tərəfinin narahatlığının ifadə olunduğu nota ona təqdim edilmişdi.

Əfsuslar olsun ki, həmin müddətdən bir ay vaxt keçməsinə baxmayaraq, hələ də İran tərəfi Bakının etirazlarına cavab verməyib və hazırda Qarabağa qanunsuz yük daşımağa davam edir. Belə ki, əldə olunan məlumatlara əsasən, avqustun 11-dən sentyabrın 10-dək İrandan Xankəndiyə müxtəlif təyinatlı, əsasən yanacaq-sürtkü materialları daşıyan 58 yük maşını daxil olub. Bunlardan 55-i oranı daha sonra tərk edib.

Onu da qeyd edək ki, bu məsələdə Rusiya sülhməramlıları da məsuliyyət daşıyır. Ermənilərin və iranlıların qanunsuz hərəkətləri onların gözü qarşısında baş verir. Belə çıxır ki, onlar Laçın dəhlizində vəziyyətə nəzarət edə bilmir, ya da bütün bunlar onların razılığı ilə baş verir.

Onu da qeyd edək ki, 11 iyul - 8 avqust tarixlərində 20 minə yaxın şəxs Xankəndini tərk edib və yalnız 15 min nəfər daxil olub. Sülhməramlılar bunu çox gözəl başa düşür ki, onların məsuliyyət zonası boşalacağı təqdirdə Qarabağda sülhməramlı kontingentin qalmasının məqsədəuyğunluğu sual altına düşəcək. Ona görə əhalinin Qarabağdan köçməsinin qarşısını süni yolla almağa çalışır, Xankəndində yaşayan ermənilərin məişət problemlərinin həllində xüsusi fəallıq nümayiş etdirirlər.

Hər kəsə məlum olduğu kimi, Azərbaycan tərəfi prosesi diqqətlə izləyir və bütün baş verənləri xüsusi diqqətdə saxlayır. İran tərəfi ikitərəfli əlaqələri nəzərə alıb, Qarabağa qeyri-qanuni yük daşımalarına son qoymalı, sülhməramlı qüvvələr də bu kimi qanunsuz fəaliyyətlərin qarşısını ciddi şəkildə almalıdır. Əks təqdirdə, Azərbaycan özü bu kimi halların qarşısını almaq üçün adekvat addımlar atmağa məcbur olacaq.
İranda daha 444 nəfər koronavirusdan öldüİranda ötən sutka ərzində 444 nəfər koronavirusdan (COVID-19) ölüb, 16 654 nəfər yoluxub.

Avrasiya.net xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 113 824 nəfərə,

yoluxanların sayı isə 5 275 567 nəfərə çatıb. Virus daşıyıcılarından 7 347 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 4 538 419 nəfər koronavirusdan sağalıb, 30,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 33,9 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 22,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 11,8 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 168 rayon qırmızı, 209 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 71 rayon sarı zona hesab olunur.
Azərbaycanın hərbi qüdrəti Moldova mətbuatındaMoldovanın nüfuzlu “Noi” və “Tribuna” xəbər portallarında ölkəmizin hərbi qüdrətindən bəhs edən İsveçrəli araşdırmaçıların məqaləsi dərc edilib

Azərbaycanın Fransa və Böyük Britaniya istisna olmaqla, münaqişədə əksər Avropa ölkələrinin silahlı qüvvələrini nəzəri olaraq məğlub edə biləcək güclü ordusu var.

Bu barədə İsveçrənin məşhur internet portalı “Le Temps”də dərc olunan məqalədə deyilir. Məqalədə Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti, Azərbaycanın İkinci Qarabağ Müharibəsindəki zəfərinin yaratdığı yeni geosiyasi reallıqlar və Azərbaycan ordusunun güclü cəhətləri haqqında ətraflı məlumat verilir.

Məqalədə son illərdə Qərbin hərbi üstünlüyünə meydan oxuya biləcək yeni güc dövlətlərinin meydana çıxdığı və buna cavab olaraq Fransa ordusunun yeni bir doktrina dəsti yaratdığı vurğulanır. Azərbaycanla Ermənistan arasında müdafiə sahəsində büdcənin fərqinin həlledici olduğu, Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin diapazonunun daha geniş və çevik olduğu da qeyd olunur.

Bundan başqa, Azərbaycanın uğurlarının əsasən hava hücumundan müdafiə, raketdən müdafiə və aerokosmik əsaslı kəşfiyyat və müşahidə sistemlərini birləşdirən müasir şəbəkəli komanda-idarəetmə quruluşu sayəsində əldə edildiyi vurğulanır. Bu da öz növbəsində fərqli əməliyyatlarda (kəşfiyyat və müşahidə, taktiki bombardman, quru qüvvələrinə dəstək) müxtəlif tipli pilotsuz uçuş aparatlarının (taktiki, strateji və s.) səmərəli və rasional şəkildə istifadəsinə imkan yaradıb.

Məqalədə qeyd edilir ki, hava zərbələri müharibə dövründə həlledici olub və bu tip zərbələrdə İHA -lar döyüş təyyarələrindən daha önəmli idi. Müharibənin ilk günlərindən düşmənin hava hücumundan müdafiə sistemlərinin məhv edilməsinin Azərbaycan Silahlı Qüvvələri üçün prioritet olduğunu vurğulayan müəlliflər, həmçinin Ermənistan tərəfinin hava hücumundan müdafiə sistemlərinin zəif olduğunu və erməni birləşmələrinin çox tezliklə hava hücumlarına qarşı müdafiəsiz qaldığını qeyd edib.

Araşdırmaçı müəlliflər qeyd ediblər ki, erməni tərəfinin komandanlıq və idarəetmə qabiliyyətlərinin səmərəsizliyi qərarvermə prosesində də çatışmazlıqları üzə çıxarıb. Müharibədə erməni qüvvələrinin yüzlərlə silah, hərbi texnika, maşın və tank olmaqla itkilərinin böyük olduğu qeyd olunub.

Məqalədə bildirilib ki, Qərb dövlətləri artıq yüksək texnologiyalı silahlardan yeganə istifadəçilər deyil, Azərbaycanın bir sıra Avropa İttifaqı ölkələrindən daha geniş miqyaslı əməliyyatlara cavab verə biləcək hərbi imkanları var. Azərbaycanın Fransa və Böyük Britaniya istisna olmaqla, münaqişədə əksər Avropa ölkələrinin silahlı qüvvələrini nəzəri olaraq məğlub edə biləcək qüdrətli ordusunun olduğu vurğulanır.

Məqalə ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür:
https://noi.md/ru/v-mire/zapadnye-smi-azerbajdzhan-imeet-moshhnuyu-armiyu
https://tribuna.md/ru/2021/09/11/zapadnye-smi-o-mosi-azerbaidjana/
Yezid ibn Müaviyənin uşaqları“İmam Quseyn xoroşiy,
yezid bolşoy sukin sın,
Plov davay pobolşe,
Yezid bolşoy sukin sın.
Şaxsey, vaxsey...”

...Yeniyetməlik dövründə oxuduğum əsərdəndi. İndi adını xatırlamıram. Yanlışlığıa yol verməmək üçün təxmin etdiyim əsərlərin adlarını da çəkmək istəmirəm. Əsas mətləbdi. O zaman keçək mətləbə... İranda xidmət keçən ac-yalavac rus əsgərləri İmam Hüseyni tərifləyən, Yezid ibn Müaviyəni söyən hər kəsin ehsana dəvət olunduğunu gördükdən sonra ənənəvi marşlardan imtina edib, rus dilində “mərsiyə” deməyə başlayırlar. Buna “kreativliyin dibinə varmaq” da demək olardı. Amma Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərinə qanunsuz olaraq axışan İrana məxsus yük avtomobillərini görəndə, hər iki tərəfin satmağa, satılmağa tarixən meyl saldıqlarını müəyyənləşdirmək çətin olmur. Çünki sadiq qala biləcəkləri dəyər, sonuna qədər qoruyacaqları prinsip yoxdur. Çox bəsit maraqları naminə rus dilində “mərsiyə”, farsca “çastuşka” da oxuya bilərlər.

...Hər gün onlarla yük maşını müxtəlif təyinatlı məhsullarla İrandan, indi Rusiya sülhməramlılarının müşahidəsi altında olan ərazilərə daxil olur.
44 günlük müharibədən öncə isə işğal altında olan ərazilərimizə axışırdılar. Daşımızı, torpağımızı daşıyırdılar. Ermənilərin viran qoyduğu evlərin dam örtüklərini satın alıb aparırdılar. Sonra da ağız dolusu müsəlmanların həmrəyliyindən danışır, Qəzzadan vurub Qüdsdən çıxırdılar. Amma qonşuluqdakı müsəlman azərbaycanlıları öz evlərindən didərgin salan, etnik təmizləməyə məruz qoyan, məscidlərimizdə donuz saxlayan, ibadət ocaqlarımızı təhqir edən... ermənilərlə “ can” deyib “ciger” eşidirdilər.

Bu arada dəyərli oxuculara Güney Azərbaycanda məşhur olan bir hadisəni xatırlatmağın yerinə düşəcəyini düşünürəm. Belə bir hadisənin həqiqətən baş verdiyini, yaxud uydurulduğunu deyə bilmərəm. Amma mənim baxış bucağımdan həqiqətə daha çox bənzəyir. Deməli, İrana İngiltərədən kəllə qənd gətirən tacirlər Təbriz imam cüməsinin haqqını vermirlər. O da cümə günü minbərə çıxıb deyir ki, ay camaat, İrana İngilistandan gələn qənd haramdır, kafir əli toxunub.

Camaat da imam cümənin, mollanın sözünə qulaq asıb qənd almır, çayı ərik, tut qurusu ilə içir. İrana İngiltərədən qənd gətirən tacirlər də ziyana düşdüklərini görüb mollanın ”haqqını" artıqlaması ilə çatdırırlar. Molla da cümələrdən birində yenə də minbərə çıxıb deyir ki, camaat, sən demə İngilistandan gələn qəndi yemək olar, amma dişləməzdən əvvəl çaya salıb qüsl eləmək lazımdır... Deyilənə görə, qəndin çaya salınıb “qüsl edilməsi” bu hadisə ilə bağlıdır.

Deyəsən İrandan qanunsuz yollarla Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərinə gələn yük maşınlarını da geriyə döndükdən sonra “qüsl edir”, günahlarını yuyurlar. Yoxsa müsəlmanlara divan tutan ermənilərə ərzaq, tikinti materialları, yanacaq daşıyan nəqliyyat vasitələri təkrar İran ərazisinə təkər basa bilməzlər. Çox güman ki, İran təmsilçiləri qaniçən erməni cəlladları ilə görüşüb öpüşəndə də dodaqlarını, yanaqlarını qüsl edibmişlər və eyni əməlləri hələ də təkrarlamaqdadırlar.

...Məhərrəm ayı hələ başa çatmayıb. Öz əqidəsi uğrunda ölümə meydan oxuyan İmam Hüseynin və tərəfdarlarının müsibətindən ideloji faktor kimi istifadə edənlər, bu müsibətin baş verdiyi ayda müsəlmanları qətlə yetirənlərə, yurd-yuvasından didərgin salanlara, şərə, zülmətə xidmət edənlərə, haqqa, ədalətə qılınc saplayanlara ərzaq, yanacaq daşıyır, hərtərəfli dəstək verirlər. O zaman kim olur bu naqis, insan və islam əxlaqından uzaq əməllərin sahibləri? Bunların Yezid ibn Müaviyədən, Xocalı canilərinin Kərbəla canilərindən fərqi nədir? Hər ikisi şərə xidmət edir və deməli hər ikisi şərin, Yezid ibn Müaviyənin uşaqlarıdır...

Elçin Mirzəbəyli
İran Qarabağa yenə yük daşıyır: Yeni GÖRÜNTÜLƏR - FOTO/VİDEOAvqustun 11-dən sentyabrın 10-na qədər İrandan Xankəndiyə müxtəlif təyinatlı 58 yük maşını gəlib, onlardan 55-i sonradan geri qayıdıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Caliber.az saytı məlumat yayıb.

İranlılar sərhədi keçən zaman hiyləyə əla taır. Belə ki, Laçın dəhlizi vasitəsilə Qarabağa daxil olan zaman maşına erməni nömrələri bağlayır və bununla da yük avtomobillərinin əsl sayını gizlətməyə çalışırlar. Ancaq nömrələrin təkrarlanması və yük maşınlarına dəfələrlə vurulması diqqətdən qaçmayıb.

Qeyd edək ki, 11 iyuldan 8 avqusta qədər İrana məxsus 35 yük maşını (31 yanacaqdaşıyan və 4 TIR) Laçın dəhlizindən 70 dəfə gəlib geçib.

Məlum məsələ ilə bağlı mediada məlumatlar və görüntülər yayıldıqdan sonra Azərbaycan XİN İran səfiri Seyid Abbas Musəvini dəvət edərək etirazını çatdırmışdı. səfir osə öz növbəsində məsələ ilə bağlı araşdırılma aparılıb, tədbir görüləcəyinə söz vermişdi.

Rəsmi Bakı həmin vaxt bəyan etdi ki, İranın yeni administrasiyası tərəfindən bu kimi qanunsuz hallara son qoyulması istiqamətində əməli addımların atılacağını gözləyir. Düz bir ay keçsə də, İran tərəfi bu kimi hadisələrin qarşısını almaq üçün heç bir tədbir görmür. Əksinə, ermənilərə yardımlarını davam etdirir.
DSMF-dən xəbərdarlıq: Diqqətli olun, aldanmayın!“Instagram”da “unvanli_sosial_yardim”, “sosial_yardim_qeydiyyat”, “unvanli_sos_yardim” kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir.

Dövlət Sosial Müdafiə Fondundan Avrasiya.net-ə verilən məlumata görə, bu elanlar kiminsə (və ya kimlərinsə) aztəminatlı ailələrin üzvlərini onların inamından və məlumatsızlığından sui-istifadə edərək aldatmaqla, dələduzluq yolu ilə qazanc əldə etməsi məqsədinə yönəlib.

Ünvanlı dövlət sosial yardımı ilə bağlı qeydiyyatdan keçmək üçün hər hansı bir ödəniş tələb olunmur. İstənilən şəxs ünvanlı dövlət sosial yardımı, bu yardımın kimlərə şamil olunduğu, ünvanlı dövlət sosial yardımı üçün müraciət etmək qaydası barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial.gov.az saytından “Ünvanlı dövlət sosial yardımı” bölməsindən öyrənə bilər. Eyni zamanda həmin bölmədəki müvafiq altbölmə üzərindən ünvanlı sosial yardımla bağlı müraciət edə bilər.

Ona görə də vətəndaşlara sosial şəbəkələrdə ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində guya köməklik ediləcəyi kimi aldadıcı elanlarla rastlaşdıqları halda diqqətli olmağı və aldanmamağı tövsiyə edirik.

Elan sahiblərinə isə bu səhiflərin ləğv edilməsi barədə xəbərdarlıq edilib. Səhifələr silinməzsə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Cəlilabadda gənc döyülərək baltalandıCəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb.

Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb.

Ağır xəsarət alan Ş.Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.