Erməni hərbçilər müharibədə öz təyyarələrini vurub - Rusiyalı analitikRusiyanın Strategiyalar və Texnologiyaların Təhlili Mərkəzi (STTM) Qarabağdakı 44 günlük müharibə barədə analitik məlumat hazırlayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

“Qafqazda Fırtına” adlanan analitik material mərkəzin direktoru Ruslan Puxovun ümumi redaktəsi altında çap olunub.

Təhlildə diqqət çəkən məqamlardan biri müharibə zamanı Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus dörd “Su-25” hücum təyyarəsi və bir helikopterin bu ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması olub.

Müəllif yazır ki, müharibə zamanı Ermənistanın Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələri arasında koordinasiya zəif olub.

Belə ki, Ermənstanın dörd “Su-25” hücum təyyarəsi və “Mi-8” helikopteri erməni hərbçiləri tərəfindən vurulub.

“Su-25” təyyarələrindən ikisi Vardenis üzərində, biri isə Qarabağda döyüş tapşırığını yerinə yetirib qayıdarkən məhv edilib.

Puxov təqdim edilən faktların etibarlılığının yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Milli intellektual mülkiyyətimizə vurulan zərbəƏkrəm Bəydəmirli

Ciddi araşdırmalar, dəqiq müşahidələr göstərir ki, Azərbaycan xalqı həm genetik, həm də tibbi baxımdan, həmçinin digər kriteriyalara görə, dünyanın ən intelllektual mülkiyyət sahibi olan xalqlarından geri qalmır. Lakin bu intellekt hər zaman təyinatı üzrə sərf olunmayıb. Tarixin müxtəlif dönəmlərində o cümlədən 20-ci əsrdə ağlı-qaralı, uzun yol keçən bir millət nə qədər repressiyalara, vicdanlı, imanlı aydınların itkisinə məruz qalar? Kimin sifariş verməsindən asılı olmayaraq bütün hallarda xalqın zəkalı, imanlı insanlarını aradan götürmək hədəflər sırasında olub.

Düşmən qüvvələr tərəfindən çox düşünülmüş, məkrli planların tərkib hissəsi olan belə mənəvi terror aktları keçmiş sovetlər birliyi dövründə öz “bəhrəsini” verdi.
Həmin totalitar rejim dövründə cəza aparatının üzvlərinin xeyli hissəsi ermənilər idi. Onların hədəfləri Azərbaycanın tanınmış simalarını sıradan çıxarmaq, millətin intellektual mülkiyyətini məhv etmək olub. Son illər bu mövzularla bağlı məntiqli və məntiqsiz formada xeyli yazılıb. Nəticə çıxarmaq isə oxucunun vəzifəsidir.

Gerçəkdən bir vətəndaş olaraq Azərbaycan tarixinin qaranlıq məqamlarını, qismən də olsa repressiya tarixini tədqiq etmək mənim istəyim olub. Bu tədqiqatlara media və QHT təmsilçisi olaraq vaxtılə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin layihəsi çərçivəsində başlamışdım. Son dövrlər əlimiz layihələrdən üzüldüyünə görə, bu müqəddəs missiyanı layihədən kənar davam etdirməyi qərar verdim.

Bu gün təəssüf və məyusluq hissilə fikirləşirəm ki, Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbənin arxasında kimlər dayanıb? Əgər həmin dövrlərdə saysız-hesabsız Azərbaycan ziyalısı bu qədər mənəvi və fiziki işgəncələrə məruz qalıb repressiyalara düçar olmasaydı millətin intellektual inkişaf səviyyəsi tamam fərqli olacaqdı.


Çox dəyərli tədqiqatçı Aslan Kənanın “XX əsrdə repressiyaya məruz qalanlar” kitabının elektron versiyasını diqqətlə oxudum. Kitabın müəllifini şəxsən tanımasam da, ona bu, fədakar əməyinə, zəhmətkeş tədqiqatına görə. təşəkkür edirəm. Çünki Ziya Bünyadovun «Qırmızı terror» kitabından sonra (1993) belə geniş araşdırmalara rast gəlməmişdim. Aslan Kənanın “XX əsrdə repressiyaya məruz qalanlar” kitabı dövrün şəхsiyyətlərinin talelərindən bəhs edən dəyərli araşdırmalar toplusudur. Kitab XX əsrdə repressiyaya mərruz qalmış insanların faciəli taleyindən bəhs olunur.

Mən üzərində çalışdığım “XX əsr Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbənin arxasında erməni izləri” geniş tədqiqat işində adını çəkdiyim şəxsiyyətlərin və digər insanların elmi araşdırmalarından mənbə kimi istifadə edirəm.

Azərbaycanın repressiya tarixini sakit şəkildə oxumaq, tədqiq etmək çətindir. Tacir ailəsində dünyaya göz açan Salman Mümtaz öz şüurlu həyatını, intellektini, hətta maddi resurslarını Azərbaycan elminə, ədəbiyyatına həsr etsə də, sonda görün, hansı aqibətlə üzləşir.

Onu “Bakinskiy raboçi” qəzetində nəşr olunan məqalələrində buraxdığı “ideloji səhvlərini” əsas göstərərək pantürkizm və millətçilikdə ittiham edirlər. “Xalq düşməni” damğası vurulan Salman Mümtaz tutduğu vəzifələrdən azad edilir və 8 oktyabr 1937-ci ildə həbs olunaraq, ağır işgəncələrə məruz qalır. Həbs olunan zaman topladığı 270-ə yaxın əlyazma məhv edilir. Salman Mümtaz 10 il müddətinə azadlıqdan məhrum edilərək Rusiyanın Oryol vilayətinə sürgün olunur. 1941-ci ilin sentyabrında Oryol şəhəri yaxınlığında Medvedski meşəsində güllələnir.

Osman Mirzəyev “Ağ ləkələr” kitabında (Bakı, 1991, səh. 93) tarixin daha bir ləkəsinə toxunaraq yazırdı: “Salman Mümtazın qızı xatırlayır ki, atama ailəsi ilə 15 dəqiqəlik görüş verdilər. Həmin görüşdə atam danışırdı ki, professor Çobanzadə və Qbeydulinin yalanlarına şahidlik edib üzümə durublar. Qbeydulina çox yaxşılığı keçmiş Salman Mümtaz professoru məzəmmət edir. Qbeydulin ona sarı atılıb kədərli bir səslə “məcburam Salman, məcbur eləyirlər, bacarmıram. Sonra nəzarətçilər professorun başına, ağzına təpiklə vuraraq, onu sürüyə-sürüyə aparırlar”.

Tədqiqatçı Aslan Kənan “XX əsrdə repressiyaya məruz qalanlar” (Bakı–2011-ci il, səh. 10.) kitabında yazırdı: Əhməd Cavad ağır işgəncələrə, məşəqqətlərə dözə bilməyərək Daхili İşlər Komissarı Sumbatova ərizə ilə müraciət edir: ―…Proşu vaşeqo rasporojeniya uskorit sledstvie moyemu delu…‖. Artıq istintaqın dözülməz gedişatına tab gətirə bilməyən yazıçı müstəntiqin suallarına ―”doğru”, ―”düzgün” cavab verməyə razılıq verir.

Həmin dövrlərdə müstəntiqlərin məqsəd yalnız istintaq işini nəyin bahasına olur-olsun başa çatdırıb, məhkəməyə təqdim etmək idi. Bunun nəticəsi idi ki, məhkəmələrdə hər bir ―müttəhimə 15-20 dəqiqə müddətində hökm çıхarılırdı.

Bu gün bəlkə də bir çoxları üçün belə mövzular maraqlı deyil. Ancaq qırıq-qırıq cümlələrdə bir çox hallarda həqiqətlər gizlənir. Bütün bunlar isə zövq almağa deyil, gerçəkliyə işıq salmağa xidmət edir. Dəyərli oxucular, aparılan araşdırmalarla bağlı cüzi məqamları diqqətinizə çatdırmağa cəhd etdim.

Putin Avropaya Lukaşenko ilə danışıq aparmağı məsləhət görübRusiya Federasiyası prezidenti Vladimir Putin Avropa ölkələrinə “Taliban” hərəkatından fərqli olaraq, hakimiyyətə qanuni yolla gəlmiş Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar aparmağı məsləhət görüb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

"Hamı "Taliban" hərəkatı ilə birbaşa danışmaq istəyir, hərçənd o, BMT-nin terror təşkilatları siyahıya salınıb. Deyirlər ki, bəli, "Taliban" əraziyə nəzarət edir, onunla danışmaq lazımdır. Amma Belarus prezidenti Aleksandr Lukaşenko hakimiyyətə silahlı mübarizə nəticəsində yox, səsvermə yolu ilə gəldi.

Nəticə kiminsə xoşuna gəlir, kiminsə xoşuna gəlmir - bu başqa məsələdir. Amma mənim cavabım belədir: - gedin Belarus hakimiyyəti ilə danışın. Bizimlə nə danışırsınızsa. Rusiyanın bura heç bir aidiyyəti yoxdur", - Vladimir Putin Rusiya-Belarus liderlərinin danışıqlarının nəticəsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
İran Kürd Muxtariyytində bu hədəfləri məhv etdiİraq Kürd Muxtariyyətinin ərazisindəki terror qruplarının mövqeləri və təlim düşərgələri məhv edilib.

Axar.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Sidekan, Hacı Omeran və Çoman bölgələrində terrorçuların mövqelərini hədəf alıb.

Hücum əsnasında Ərbildə İran Kürdüstan Demokratik Partiyasına (İKDP) məxsus təlim düşərgəsinin də vurulduğu bildirilib.

Məlumata görə, məhv edilən qruplar İrana hücum hazırlıqları planlaşdırırmış.

Qeyd edək ki, İKDP İran rejimi tərəfindən terror təşkilatı olaraq tanınır.