İntim videosu yayılan şəxs YAP-çıdır? - AçıqlamaYeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının Vüsal Həsənli adlı nəinki sədr müavini, rayon təşkilatı aparatının heç bu adlı əməkdaşı belə olmayıb.

Avrasiya.net xəbər verir ki, bunu Unikal.org-un sorğusuna cavab olaraq YAP Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə xoşagəlməz görüntüləri yayılan Vüsal Həsənli YAP Salyan rayon təşkilatının sədr müavini kimi təqdim olunub.
Sərhədi keçmək istəyən qaraçılar SAXLANILDI7 sentyabr tarixində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədindən buraxılış məntəqələrindən kənarda dövlət sərhədini pozmağa cəhd göstərən 3-ü azyaşlı uşaq olmaqla, 10 nəfərdən ibarət qaraçı milliyyətindən olan şəxslər saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, araşdırma zamanı onlardan 2 nəfərin eyni cinayət əməlini törətdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləşdirilib. Faktla bağlı cinayət işi başlanılmış, azyaşlılar istisna olmaqla, saxlanılan şəxslər cinayət məsuliyyətinə cəlb olunublar, hazırda istintaq tədbirləri davam etdirilir.

Ümumiyyətlə, son dövr ərzində qaraçı milliyyətindən olan şəxslərin dövlət sərhədindən buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstana və əks istiqamətdə dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərmə hallarının artması müşahidə olunur. 2020 və 2021-ci illər ərzində Azərbaycan-Gürcüstan və əks istiqamətdə dövlət sərhədini 34 halda pozmuş 140 nəfər saxlanılıb. Bu şəxslər barəsində dövlət sərhədinin qanunsuz olaraq keçmələrinə görə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb, 63 şəxs isə azyaşlı olduqları üçün aidiyyəti üzrə icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaya və ya komissiyanın iştirakı ilə müvafiq aktla valideynlərinə təhvil verilib. Buna baxmayaraq, saxlanılan şəxslərdən 13 nəfərinin təkrarən bir neçə halda dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərmələri müəyyən edilib.

Göstərilənləri nəzərə alaraq, bu kateqoriyadan olan sərhəd pozucularının dövlət sərhədini pozma cəhdlərinin qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə ciddi tədbirlər davam etdirilir.
"Qırğızıstan - qısametrajlı filmlər ölkəsidir"də azərbaycanlı rejissorun filmiAzərbaycanlı rejissor Zamin Məmmədovun "Səs" filmi MDB, Baltik və Gürcüstan ölkələrinin X Beynəlxalq Film Festivalının "Qırğızıstan qısametrajlı filmlər ölkəsidir" müsabiqə proqramına daxil edilib.

Bu barədə Avrasiya.net-ə rejissorun özü məlumat verib.

Bildirilib ki,festival 14-17 sentyabr 2021 -ci ildə Bişkekdə keçiriləcək.

"Səs" filminin ssenarisi Rövşən Almuradlıdır. Əsas rolları Vidadi Əliyev, Nigar Məmmədova və Rəşad Səfərov oynayır. Çəkilişlər Azərbaycanın İsmayıllı rayonunda aparılıb.

Film Qərbi Azərbaycandan qovulan soydaşlarımızın həsrətindən bəhs edir. Filmin qəhrəmanı arxiv görüntülərinə baxaraq sanki özünü o torpaqda hiss edən yaşlı bir adamdır. Bu kadrları seyr edərək yuxuya gedir və yuxuda doğma kəndini görür ...

(Müəllif: Cani Babaeva. Redaktor: Nadir Nəsirov)

Lefkoşanın fəthinin 451-ci ildönümü qeyd olunubLefkoşanın Osmanlı İmperatorluğu tərəfindən fəth edilməsinin 451-ci ildönümü qeyd edilib.

Avrasiya.net xəbər verir ki, bayram mərasimi dünən səhər saatlarında Lefkoşa Şəhidləri Xiyabanı qarşısında keçirilib.

Lefkoşanın fəthinin 451-ci ildönümü münasibətilə keçirilən mərasim protokola uyğun olaraq abidəyə çələnglərin təqdim edilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ecilib və dövlət himni səsləndirilib.
Türkiyənin Vitse-prezidentində etiraz – Tarixi silmək mümkün deyilTürkiyə Cümhuriyyətinin Vitse-prezidenti Fuat Oktay Cənubi Kiprin yunan idarəçiliyində (GKRY) Təhsil Nazirliyinin məktəblərdə tədris olunan bir dərs kitabından Mustafa Kamal Atatürkün anladıldığı səhifənin cırılması haqqında təlimat verməsini qınayıb.

Avrasiya.net xəbər verir ki, Fuat Oktay "Tvitter" hesabından yaydığı paylaşımda GKRY rəsmilərinə keçmişin çiyinlərinə yüklədiyi tarixi mirası dərs kitablarından silməyin mümkün olmayacağını xatırladıb.

"Cumhuriyətimizin qurucusu Atatürkə və onunla yanaşı, millətmizə edilən bu sayğısızlıq, əsasən, yunanların adadakı türk varlığını həzm edə bilmələrinin dəqiq göstəricisidir", - deyə o qeyd edib.
Azərbaycanda müxtəlif şəxslərlə cinsi əlaqədə olan 8-ci sinif şagirdindən ŞOK SÖZLƏRSentyabrın 6-da Mingəçevir şəhər məhkəməsində 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olan 1999-cu il təvəllüdlü Qurban Məmmədov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, hakim Məhburə Kərimovanın sədrliyi ilə keçirilən iclasda Mingəçevir şəhəri 14 saylı orta məktəbin 8-ci sinif şagirdi olan 14 yaşlı Aysu Musayevanın (ad-soyad şərtidir) digər şəxslərlə də münasibətinin olduğu üzə çıxıb.

Belə ki, hadisə barədə ilk olaraq Aysunun böyük bacısı xəbər tutub. Aysu bacısına Vüsal, Ramil və Qurban adlı şəxslərlə cinasi əlaqədə olması və onlardan polisə şikayət etdiyini deyib. Bundan sonra onun anası da hadisədən xəbər tutub. Həyata keçirilək ekspertiza nəticəsində məktəbli qızın bəkarətinin pozulduğu və qeyri-təbii yolla cinsi əlaqədə olması təsdiqlənib.

Məhkəmədə ifadə verən yeniyetmə qız hadisəni belə təsvir edib: “2020-ci ilin iyun ayının ortalarında lan mobil telefonuma vatsapda tanımadığım nömrədən sms gəldi, sms yazan şəxs adını Qurban kimi təqdim edərək tanış olmaq istədiyini bildirdi. Bir qədər Qurbanla smsləşdikdən sonra tanış olduq. Təxminən 5 gün sonra şəhər ərazisində görüşmək barədə razılaşdıq. Həmin gün günorta saatlarında Qurbanla H.Əliyev prospektində yerləşən Sənaye Parkının yaxınlığında görüşdük. Qurban qara rəngli xarici markalı avtomobillə gəldi. Avtomobili başqa tanımadığım şəxs idarə edirdi. Avtomobilə əyləşdikdən sonra Qurban həmin şəxsin adının Mirzə olduğunu bildirdi. Avtomobillə hərəkət edərkən Mirzə telefon vasitəsi ilə Şəhriyar adlı şəxslə danışaraq görüşməkləri üçün Şəhriyardan ev istədi. Şəhriyar da onunla razılaşdıqdan sonra Mirzə avtomobili idarə edib Mingəçevir şəhəri Mərkəzi Bazarın yaxınlığında yerləşən yeraltı piyada keçidinin yaxınlığındakı binanın qarşısında saxladı. Mənzil 2 otaqdan və mətbəxdən ibarət idi. Qurbanla birlikdə həmin otaqda olarkən Mirzə çıxıb getdi. Otağa keçən kimi Qurban qolumdan dartıb çarpayının üzərinə ağzı üstə yıxdı. Qurbanla cinsi əlaqədə olduqdan sonra birlikdə mənzildən çıxdıq. Daha sonra Qurban və Mirzə məni avtomobillə yaşadığım evin yaxınlığına aparıb orada düşürdülər. Bundan bir neçə gün sonra yenə də şəhər ərazisində Qurbanla görüşdük. Birlikdə Mirzənin idarə etdiyi avtomobillə şəhər ərazisində bir qədər gəzdik. Lakin həmin zaman aralamızda heç nə olmadı. Bir neçə gün sonra Qurbanla şəhər ərazisində yeidən görüşdük, Qurban yenə də Mirzənin idarə etdiyi qara rəngli xarici markalı avtomobillə gəlmişdi. Birlikdə görüşdükdən sonra Qurban ilk dəfə görüşdüyümüz mənzilə getməyi təklif etdi. Qurban mənə qarşı əxlaqsız hərəkətlər etməyəcəyinə söz verib məni inandırdıqdan sonra birlikdə həmin mənzilə getdik. Mənzilə daxil olduqdan sonra Qurban qolumdan tutub çarpayının üzərinə yıxdı. Ona müqavimət göstərməyə gücüm çatmadı. Hazırda Qurbanla barışmışıq, ona yüngül cəza verilməsini xahiş edirəm”.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs Aysu ilə onun öz razılığı ilə görüşüb cinsi əlaqədə olduğunu, ona qarşı heç bir zorakılıq etmədiyini bildirib.

Məhkəmə Q.Məmmədovu 152.1-ci, yəni yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqəyə girmə maddəsi ilə təqsirli bilib. Gənc oğlan 1 il müddətinə şərti cəzaya məhkum edilib.
Xankəndidəki terrorçuların "komandiri" istefa verdi, qaçmaq İSTƏYİR“Qarabağda separatçı-terrorçuların ətrafında çəmbər daralır, xüsusilə Laçın dağlarındakı təlimlər – Türkiyə hərbçilərinin işğaldan azad olunmuş ərazilərə gəlişi ruslara da, ermənilərə də siqnal olub.

Xankəndidəki separatçı-terrorçu rejimin qondarma “müdafiə naziri” Mikael Arzumanyanın istefa ərizəsini qondarma “rəhbəri” Araik Arutyunayana təqdim etməsi təsadüfi deyil”.

Avrasiya.net xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, Mikael Arzumanyan qanunsuz erməni hərbi birləşmələrin bölgədən çıxarılması zamanı “nazir” kimi qalmaq və qovulmuş “general” olmaq istəmir.

“Araik Mikaelin ərizəsini qəbul etməkdən imtina edib, lakin onun qaçacağı istisna deyil”.

Ekspert deyir ki, separatçılar ruslara da etibar edə bilmirlər:

“Rusiya hökumətinin ticarət sahəsi üzrə vahid informasiya sisteminin rəsmi saytında məlum “Dağlıq Qarabağ Respublikası” ifadəsinin Bakının etirazından sonra silinməsi və “Azərbaycan Respublikası” olaraq qeyd olunması ermənilərin narahatlığını artırıb.

Rusiya bu cür “texniki səhvlərlə” Bakının etiraz həddini yoxlayır: həm mesaj verir, həm də istəklərini almaq üçün təzyiq aləti olaraq istifadə edir. Bu yanaşma separatçı-terrorçuların dəstəklənməsinə də aiddir və istəyini aldıqdan sonra onların təmizlənməsinə göz yumacaq.

Görünür, Mikael Arzumanyan proseslərin inkişaf istiqamətini indidən anladığı üçün getmək niyyətindədir”.
Bakıda sayt rəhbəri saxlanıldı - RƏSMİ"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab ötən axşam Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə adıçəkilən saytın redaksiyası sosial şəbəkələrdə açıqlama yayıb.

Məlumata görə, Mahir Xəttab Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Onun YAP-ın Binəqədi rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti üzrə istintaqa cəlb olunduğu deyilir.

Modern.az-ın əldə etdiyi xəbərə görə, o, hədə qorxu ilə pul tələb etməkdə təqsirləndirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qurumdan bildiriblər ki, faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
DİM-in gənc əməkdaşı koronadan vəfat etdiDövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşı Zəhra Qarayeva vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib.

O qeyd edib ki, Z.Qarayeva avqust ayının 2-də məzuniyyətə çıxıb, məzuniyyət vaxtı COVID-19-a yoluxub və xəstəxanaya yerləşdirilib:

“Daha əvvəl hər iki doza vaksin olunub. Xəstəxanada müalicə alıb və özünü normal hiss edib. Lakin sonradan daxili orqanlarında – böyrəyində yaranmış problemlə əlaqədar vəziyyəti pisləşib. Həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb və sentyabrın 8-də xəstəxanada vəfat edib. Gənc idi, 29 yaşı var. Allah yaxınlarına səbir versin. Allahdan rəhmət diləyirik!", - X.Xanlarzadə deyib.
Türkiyədə itkin düşən azərbaycanlı tələbə ölü tapıldıTürkiyədə təhsil alan azərbaycanlı tələbə tikinti sahəsində asılı vəziyyətdə tapılıb.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, 2 il öncə Azərbaycandan Türkiyəyə köçən Azərbaycan vətəndaşı Ümid Can İzmir şəhərində Buca Atatürk Liseyinin 2-ci kurs tələbəsi olub.

2005-ci il təvəllüdlü yeniyetmə sentyabrın 3-də restoranda nahar etmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı əməliyyat axtarış tədbirləri nəticəsində Ümid Can sentyabrın 9-da səhər saatlarında Kızıltəpə yaxınlığındakı tikinti sahəsində asılmış vəziyyətdə tapılıb.

Yeniyetmənin cənazəsi bu gün səhər saatlarında Bakıya gətirilib.