“Yeni Azərbaycan” qəzetinə yeni baş redaktor təyin olunubHakim Yeni Azərbaycan Partiyasının mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzetinə yeni baş redaktor təyin olunub.

"Report"un xəbərinə görə, YAP-ın İdarə Heyətinin qərarı ilə bu vəzifəyə Alqış Musayev (Həsənoğlu) təyin olunub.

Qeyd edək ki, qəzetin bundan əvvəlki baş redaktoru deputat Hikmət Babaoğlu idi.

A.Musayev əvvəllər də “Yeni Azərbaycan” qəzetinin baş redaktoru işləyib. O, Milli Məclisin sabiq deputatıdır.
Jurnalistin həbsinin təfərrüatı məlum oldu - RƏSMİ“Azadinfo.az” MMC-nin təsisçisi Ələkbərov Mahir Məmmədhəsən oğlunun qanunsuz hərəkətlərinin ifşa olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.

Bu barədə Baş Prokurorluqdan verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Mahir Ələkbərov 8 sentyabr 2021-ci ildə “azadinfo.az” xəbər paylaşım platformasında YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntülərin xəbər saytlarında yayacağını sonuncuya bildirərək görüşməyi təklif edib:

“Ramiz Göyüşov görüşə gəlmədikdə onu qəsdən hörmətdən salan rüsvayedici məlumatları videoçarx formasında “azadinfo.az” xəbər portalında 8 sentyabr 2021-ci ildə qəsdən yayıb. Daha sonra sonuncunun özü ilə görüşməsinə nail olaraq, videogörüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb.

Qeyd edilənlərlə bağlı 9 sentyabr 2021-ci ildə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış və Mahir Ələkbərov şübhəli şəxs qismində tutulub.

10 sentyabr 2021-ci ildə həmin Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Baş Prokurorluq xəbərdarlıq edərək, kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə etik normalara riayət edilməsini və bu kimi sui-istifadə hallarının qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətinə səbəb olduğunu bildirir. Habelə, bu qəbildən olan qanunazidd hallarla üzləşən şəxslərə Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə məlumat verilməsini tövsiyə edir.
Göyüşovun yerinə o təyin olundu Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bu gün keçirilən iclasında partiyanın rayon təşkilatlarına yeni sədrlərin təyin olunması məsələsi müzakirə edilib.

Avrasiya.net xəbər verir ki, məsələ ətrafında İdarə Heyətinin üzvləri çıxış ediblər.

Sonra rayon təşkilatlarının sədrlərinin təyin olunması ilə bağlı qərar qəbul edilib.

Qərara əsasən, YAP-ın Səbail rayon təşkilatının sədrliyinə Nağıyev Muxtar Teymur oğlu, Nəsimi rayon təşkilatının sədrliyinə Süleymanov Azər Abdul oğlu, Yasamal rayon təşkilatının sədrliyinə Nəbiyev Bəxtiyar Eyvaz oğlu, Nərimanov rayon təşkilatının sədrliyinə Vəliyev Samir Əhməd oğlu, Xətai rayon təşkilatının sədrliyinə Rəhimzadə Vüqar Gəncəli oğlu, Nizami rayon təşkilatının sədrliyinə Vəlibəyov Ramil Vaqif oğlu, Binəqədi rayon təşkilatının sədrliyinə İsmayılov Vüsar Qəşəm oğlu, Sabunçu rayon təşkilatının sədrliyinə Vəliyev Misirxan İzzət oğlu, Suraxanı rayon təşkilatının sədrliyinə Seyidov Vüqar Səməndər oğlu, Xəzər rayon təşkilatının sədrliyinə Əhmədov Namiq Məcid oğlu, Qaradağ rayon təşkilatının sədrliyinə Əliyev Qafar Məmməd oğlu, Pirallahı rayon təşkilatının sədrliyinə Abasov Emil Tofiq oğlu təsdiqlənib.
Tağı Əhmədov bu vəzifəsindən azad olunduHakim Yeni Azərbaycan Partiyasının (YAP) Bakı üzrə 9 rayon təşkilatının sədrləri vəzifəsindən azad edilib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul olunub.

Belə ki, iclasda partiyanın rayon təşkilatlarına yeni sədrlərin təyin olunması məsələsi müzakirə edilib.

Partiyanın vəzifədən azad olunan rayon təşkilatlarının sədrləri aşağıdakılardır:

Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Nəsimi rayon təşkilatının sədri deputat Məlahət İbrahimqızı, Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynov, Nizami rayon təşkilatının sədri, deputat Sədaqət Vəliyeva, Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva vəzifəsindən azad ediliblər.

Bundan əlavə, iclasda Vüqar Seyidov yenidən Suraxanı rayon təşkilatının sədri, Namiq Əhmədov isə yenidən Xəzər rayon təşkilatının sədri vəzifəsinə təyin olunub.

Xatırladaq ki, bu ilin aprel ayında partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayıldıqdan sonra o, vəzifəsindən azad edilib. H.Mirələmov eyni zamanda YAP üzvlüyündən xaric edilib.

Qeyd edək ki, İdarə Heyətinin qərarına əsasən, Səbail rayon təşkilatının sədrliyinə Nağıyev Muxtar Teymur oğlu, Nəsimi rayon təşkilatının sədrliyinə Süleymanov Azər Abdul oğlu, Yasamal rayon təşkilatının sədrliyinə Nəbiyev Bəxtiyar Eyvaz oğlu, Nərimanov rayon təşkilatının sədrliyinə Vəliyev Samir Əhməd oğlu, Xətai rayon təşkilatının sədrliyinə Rəhimzadə Vüqar Gəncəli oğlu, Nizami rayon təşkilatının sədrliyinə Vəlibəyov Ramil Vaqif oğlu, Binəqədi rayon təşkilatının sədrliyinə İsmayılov Vüsar Qəşəm oğlu, Sabunçu rayon təşkilatının sədrliyinə Vəliyev Misirxan İzzət oğlu, Qaradağ rayon təşkilatının sədrliyinə Əliyev Qafar Məmməd oğlu və Pirallahı rayon təşkilatının sədrliyinə isə Abasov Emil Tofiq oğlu təsdiqlənib.

Sentyabrın 10-da Siyəzən Gənclər Mərkəzində Siyəzən və Şabran rayonlarından olan şahmatçılar arasında 21 Sentyabr “Beynəlxalq Sülh günü”nə həsr olunmuş yoldaşlıq görüşü keçirilib.

Uşaq və yeniyetmələri əhatə edən turnirdə 40-dan çox şahmatçı iştirak edib. Yoldaşlıq görüşünün təşkili ümumbəşəri dəyərlərin yeniyetmələr arasında təbliği, yeniyetmə şahmatçıların oyun təcrübəsinin və idman ustalığının artırılması, perspektivli şahmatçıların üzə çıxarılması, həmçinin Siyəzən və Şabran şahmatçıları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyıb.
Şahmatçılar arasında yoldaşlıq görüşü keçirilib
Açılış mərasimində Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur. Tədbirdə Siyəzən Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, Şabran Rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov və Şabran rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Zeynal Zeynalov yarış məqsədləri və Vətən müharibəsinin tarixi əhəmiyyəti haqqında məlumat verərək bildiriblər ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir.

Bu şərəfli missiyanın yerinə yetirilməsi, tarixi qələbə Azərbaycanın güclü dövlət olması, güclü iqtisadiyyyata, güclü orduya malik olması, ən əsası xalqımızın Prezident Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi hesabına əldə edildi.
Maraqlı keçən oyunların sonunda yer tutmuş və fərqlənmiş şahmatçılara fəxri fərmanlar təqdim olunmuşdur.

Azərbaycan yazıcısının romanı Türkiyədə işıq üzü görübQalib Şəfahətin SANDIQ romanı Türkiyədə KARABAĞ SANDIĞI adı ilə nəşr olunub.

Roman "ASMALTI" yayın evi tərəfindən yayımlanıb.

Romanı Türkcəyə çevirən Addulkadır Özkandır.
KARABAĞ SANDIĞI müəllifin Türkyədə nəşr olunan üçüncü kitabıdır.

Bundan əvvəl -2017- ci ilədə "KIRIQ MERDİVEN", 2021- ci ildə "ÖLÜMLE YÜZ YÜZE" hekayələr kitabı çapdan çıxıb.
Prezident “Kəlbəcər” tankerinin istismara verilməsi mərasimindəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı gəmiqayırma zavodunda “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib.

Avrasiya.net xəbər verir ki, bu neftdaşıyan tankerin tikintisinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda 2 il əvvəl başlanılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə tanker “Kəlbəcər” adlandırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev bir müddət əvvəl işğaldan azad edilən Kəlbəcərdə üçrəngli Azərbaycan bayrağını dalğalandırdı. İndi isə üçrəngli Azərbaycan bayrağı altında beynəlxalq sularda üzəcək “Kəlbəcər” neft tankerinin istismara verilməsi mərasimində iştirak edib. Bunun çox böyük rəmzi mənası var.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Dünyada pandemiyanın davam etməsi və iqtisadi-maliyyə böhranının yaratdığı problemlər fonunda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafı tam təmin olunur. Bu gün Azərbaycan strateji əhəmiyyətə malik məhsulları artıq özü istehsal edir. Bakı gəmiqayırma zavodunda gəmilərin istehsalı, o cümlədən “Kəlbəcər” neftdaşıyan tankerinin inşa olunaraq istismara verilməsi bunun əyani təzahürüdür. Şübhəsiz ki, bu cür mühüm əhəmiyyətə malik istehsalın ölkəmizdə təmin olunması iqtisadi qüdrətimizi və Azərbaycanda icra olunan böyük sosial-iqtisadi infrastruktur layihələrinin ardıcıl şəkildə davam etməsini nümayiş etdirməklə gəmiçiliyin fəaliyyətinin şaxələndirilməsi ilə bağlı görülən işlərin həcmini aydın şəkildə göstərir.

Dövlətimizin başçısı tankerin istifadəyə verilməsini bildirən rəmzi lenti kəsdi.

“Kəlbəcər” neftdaşıyan tankerinin inşası, eyni zamanda, son illərdə yeni gəmilərin tikintisi və donanmaların yenilənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərin tərkib hissəsidir. Gəmiçiliyin Strateji İnkişaf Planına uyğun olaraq son illərdə 18 gəmi istismara verilib. Bu da ölkəmizin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılmasında, Azərbaycan ərazisindən artan tranzit yükdaşımalarına yaranan tələbatın ödənilməsində və dənizdə neft-qaz layihələrinin uğurla icrasında mühüm rol oynayır.

Uzunluğu 141 metr, eni 16.9 metr olan “Kəlbəcər” tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Dedveyti – yükgötürmə qabiliyyəti 7,800 ton olan tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Tankerin texniki göstəriciləri, xüsusilə suya oturumu digərləri ilə müqayisədə, maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımasına imkan yaradır.

Yeni tanker Bakı gəmiqayırma zavodunun 2019-cu ildə təhvil verdiyi və hazırda Qara dəniz-Aralıq dənizi hövzələrində üzən “Laçın” tankeri ilə eyni tiplidir. Bu tip 4 tanker sifariş verilib ki, hazırda yerli mütəxəssislər tərəfindən ikisinin tikintisi davam etdirilir. Ümumilikdə, zavoda 10 yeni gəminin tikintisi ilə bağlı sifariş verilib ki, onların da artıq altısının, o cümlədən 1 yedək, 3 sərnişin, 1 Ro-Pax tipli gəmi-bərənin və 1 tankerin tikintisi başa çatdırılaraq istismara verilib. Hazırda daha 2 neft tankeri ilə yanaşı, Ro-Pax tipli bir gəmi-bərənin inşası davam etdirilir. Gəmilərin tikintisi əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mənfəəti hesabına maliyyələşir. Bu da yerli gəmi tikintisi sənayesinin inkişafına töhfə verir.

Hazırda Qara dəniz və Aralıq dənizi hövzələrində Azərbaycan bayrağı altında 8 quru yük gəmisi və 3 tanker olmaqla, 11 gəmi istismar olunur. Heyətləri yalnız yerli mütəxəssislərdən ibarət olan bu gəmilər tanınmış dövlət-mədəniyyət xadimlərimizin, rayon və şəhərlərimizin adlarını daşıyır. Bu ilin sonunadək “Prezident Heydər Əliyev”, “Kəlbəcər” və “Şuşa” tankerlərinin də Xəzərdən kənarda, o cümlədən Baltik və Şimal dənizlərinə çıxışı təmin olunacaq.
Sərhəddə atışma: yaralanan varDövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluq birgə məlumat yayıb.

Avrasiya.net birgə məlumatı təqdim edir:

"Sentyabr ayının 8-də saat 00:57 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz’” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunmuşdur.

Sərhəd naryadının “Dayan” komandasına, havaya xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozucularının ərazidən qaçmaq cəhdinin qarşısını almaq məqsədilə “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilmişdir.

Sərhəd pozucularından 1-i yaralanmış, digər 2 nəfəri havanın qaranlıq və ərazinin meşə massivi olmasından istifadə edərək ərazidən uzaqlaşmağa müvəffəq olmuşlar.

Qol nahiyəsindən yüngül yaralanmış sərhəd pozucusu Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırılmış, zəruri tibbi yardım göstərilmişdir. Araşdırma zamanı saxlanılan şəxs özünü İİR vətəndaşı 1981-ci il təvəllüdlü Zəmani Mirəsgər Mirağa kimi təqdim etmişdir. Onun əlindəki çantaya baxış zamanı içərisindəki bağlamalardan təxmini çəkisi 11 kiloqram 770 qram narkotik vasitəyə bənzər maddələr aşkarlanmışdır.

Baş vermiş hadisə barədə İran tərəfi məlumatlandırılmışdır.

Digər sərhəd pozucularının aşkarlanaraq saxlanılması məqsədilə hadisənin baş verdiyi istiqamətdə dövlət sərhəd xətti boyu ərazi qapadılmışdır.

Faktla bağlı Füzuli Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1, 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmışdır.

Hazırda prokurorluq və DSX əməkdaşları ilə birgə intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir".
Mer Kiyevdə səfərdədirBakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun başçılıq etdiyi rəsmi nümayəndə heyəti Kiyev şəhərinin meri Vitali Kliçkonun dəvəti ilə Ukrayna paytaxtına səfərə gəlib.

Avrasiya.net xəbər verir ki, səfərin ilk günü Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və nümayəndə heyəti üzvləri Kiyevdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə tər güllər düzüblər.

Səfər çərçivəsində nümayəndə heyətinin Kiyevdə bir sıra görüşləri nəzərdə tutulub.
Əbülfəs Qarayevin məhkəməyə çağırılması tələb edildiBakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Azəraqrartikinti ASC-nin filial müdiri Nüsrət Ömərov ifadə verib.

O deyib ki, İncəsənət Muzeyindəki təmir işlərinə görə keçirilən tenderdə ASC qalib olub və Dövlət Xidmətindən onların şirkətinə 31 milyon manat pul ayrılıb.

Daha sonra təqsirləndirilən şəxs məhkəmədən çıxış üçün söz istəyib. O, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin məhkəmədə dindirilməsini tələb edib.

Z.Sultanov bildirib ki, nazirlikdə həyata keçirilən bir çox işlərdən Ə.Qarayevin xəbəri olub.

Məhkəmənin növbəti iclası sentyabrın 16-na təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə, mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində vəzifə səlahiyyətlərindən istifadə edərək razılıq verilməsi ilə bağlı əldə olunmuş məlumatlar araşdırılıb.

Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.