Paşinyan Gürcüstanda - Tiflis İrəvanla Bakı arasında dialoq platforması hazırlayırErmənistanın baş naziri Nikol Paşinyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyəti bu gün Gürcüstana iki günlük rəsmi səfər edir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səfərdə məqsəd bütün sahələrdə ikitərəfli əlaqəni yeniləməkdir.

Bu, yeni təyinatdan sonra Paşinyanın Gürcüstana ilk rəsmi səfəridir. Rəsmi İrəvan Tiflisi bölgədə vacib tərəfdaş və qonşu hesab edir.

Səfər zamanı Paşinyan gücü həmkarı İrakli Qaribaşvili ilə müzakirələr aparacaq.

Verilən məlumatlara görə, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin gündəliyə çıxarılacağı istisna olunmur. Qeyd edilur ki, bu məsələ 90-cı illərdən bəri gündəmdədir və hələlik həll olunmaması bütün tərəflər üçün müəyyən həssaslıqdan xəbər verir.

Məlumata görə, tərəflər birgə bəyanatlar verəcək. Tiflis bölgədə sülhün və sabitliyin qorunmasının vacibliyini əsas gətirərək, İrəvanla Bakı arasında dialoq üçün bir platforma hazır olduğunu bəyan edəcək.

Ehtimal ki, tərəflər bölgədəki kommunikasiyaların blokadadan çıxarılması məsələsini də müzakirə edəcəklər.
TƏBİB-in rəhbərliyi Milli Məclisə çağırılacaqMilli Məclisin payız sessiyasında koronavirus pandemiyası ilə bağlı dinləmə keçiriləcək.

Avrasiya.net xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.

O bildirib ki, TƏBİB rəhbərliyi dinləməyə dəvət ediləcək:

“TƏBİB rəhbərliyi ölkədəki vəziyyətlə bağlı məlumat verəcək”.

Ə.Əmiraslanov həmçinin qeyd edib ki, qanunverici orqanın payız sessiyasında onkoloji xəstələrə göstərilən tibbi yardımın vəziyyəti, bu işin daha da yaxşılaşdırılması perspektivləri və ürək-qan dövranı çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlərə tibbi yardımın göstərilməsinə dair dinləmə də keçiriləcək.
Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!Ermənistan bölgədə kommunikasiyaların açılmasında qərarlıdır.

Avrasiya.net xəbər evrir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Paşinyan xatırladıb ki, avqustun 24-də hökumətin 5 illik proqramını parlamentə təqdim edərkən qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsi və ya normallaşdırılmasının Ermənistan hakimiyyəti üçün ən vacib iş sahələrindən biri olacağını deyib.

“Bildiyiniz kimi, yenidən baş nazir vəzifəsinə seçildikdən sonra artıq İrana səfər etdim və bu gün də Gürcüstana gedirəm. Həm İran, həm də Gürcüstanla müzakirə olunan məsələlərin gündəliyində regional kommunikasiyaların inkişafı mövzusu ciddi rol oynayır və bu kontekstdə Şimal-Cənub layihəsinə önəm verirəm”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın Rusiya və İranla dəmir yolu əlaqəsi qurması son dərəcə vacibdir. Bu məsələnin üçtərəfli formatda (Ermənistan, Rusiya, Azərbaycan) həlli üçün kommunikasiyaların açılması məsələsi müzakirə olunur:

“Bakının Naxçıvanla da əlaqə qurmaq istədiyini anlayaraq, konkret nəticələr əldə etmək üçün səy göstərməyə qərarlıyıq və hazırıq”.
İŞİD-in ən təhlükəli terrorçularından biri tutulduLiviya xüsusi xidmət orqanları Bəni-Vəlid şəhərində İŞİD-in ən təhlükəli terrorçularından sayılan Umbarak Xəzmini ələ keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə “Lybia Observer” nəşri məlumat yayıb.

Məlumata görə, Xəzmi Bəni-Vəlid şəhərinə terrorçuların yerləşdirilməsindən məsul imiş.

Liviya Baş naziri Əbdülhəmid Dibeybə bildirib ki, indi hüquq-mühafizə orqanlarının əməkdaşları terrorla mübarizəni gücləndirmək üçün vacib məlumatlar əldə edə biləcəklər.
Azərbaycanlıların su üsyanı: polislə toqquşma baş verdiŞərqi Azərbaycan əyalətinin Miyanə rayonunun Bulukan kəndinin əhalisi ilə hökumət məmurları arasında toqquşma baş verib.

Avrasiya.net xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, insidentə səbəb kəndlilərə məxsus su paylarının hökumət tərəfindən qarşısının alınması olub.

Quraqlıq və yağıntıların az olduğundan içməli suyun təmini və əkin sahələrinin suvarılmasında çətinlik çəkən kəndlilər onlara məxsus su payının verilməməsindən narazılıqlarını bildiriblər.

Kəndə xüsusi polis qüvvələri yeridilib. Onlar güc tətbiq edərək əhalini ərazidən uzaqlaşdırmağa çalışıblar.
DTX-dən əməliyyat: Bu şəxslər həbs olunduDövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində xarici dövlətin ərazisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak edən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunub.

Avrasiya.net DTX-nin saytına istinadən xəbər verir ki, istintaqla Azərbaycan Respublikasının vətəndaşları - 1980-ci il təvəllüdlü Cumayev Mənsur Məmmədəli oğlunun və 1971-ci il təvəllüdlü Cahangirov Nəsir Qaçay oğlunun ölkə hüdudlarından kənarda, getdikləri dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyən edilib.

Aparılmış araşdırmalara əsasən məlum olmuşdur ki, Mənsur Cumayev və Nəsir Cahangirov qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ildə ölkəni tərk edərək qeyri-leqal yolla xarici dövlətin ərazisinə keçməklə orada fəaliyyət göstərən “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olmuş və həmin silahlı qruplaşmanın tərkibində döyüş təlimlərində və əməliyyatlarında iştirak etmişlər.

Faktla bağlı Mənsur Cumayev və Nəsir Cahangirov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmuş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Adları qeyd olunan şəxslər istintaq zamanı törətdikləri cinayət əməlini etiraf etmiş və səmimi peşmançılıq hissi keçirdiklərini bildirmişlər.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Güclü külək, intensiv yağış, dolu - Bu günün HAVASIBu günə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-19° isti, gündüz 22-24° isti, Bakıda gecə 17-19° isti, gündüz 22-24° isti olacaq.

Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə saatlarında Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi yerlərində intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gecə ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 24-29° isti, dağlarda gecə 6-11° isti, gündüz 12-17° isti olacaq.
Tramp revanşa hazırlaşır: Baydenə siyasi hücum...ABŞ-ın keçmiş lideri Donald Tramp 2024-cü ildə - növbəti prezidentlik yarışında iştirak edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

Bildirilib ki, Tramp bu barədə yekun qərar verməyib, amma uyğun anda bunu ictimaiyyətə elan edəcək.

Nəşrdə vurğulanır ki, milyarder son zamanlar media məkanında öz təsirini gücləndirib və komandası siyasi reklamlar yerləşdirməklə hazırki prezident Co Baydenə hücum etməkdədir.

Trampın yaxın ətrafından verilən məlumata görə, koronavirusla bağlı vəziyyətin pisləşməsi və Əfqanıstandakı məğlubiyyət Trampın seçkilərdə iştirak marağını gücləndirib.
Türkiyədə silahlı insident zamanı 12 nəfər yaralanıbTürkiyədə silahlı insident olub.

Bu barədə “Report” “Cümhuriyyət”ə istinadən xəbər verir.

Məlumata görə, hadisə İzmir əyalətində qeydə alınıb. Konak rayonunda 2 şübhəli şəxs əvvəlcədən xoşagəlməz münasibətin olduğu ailənin yaşadığı evin önünə gəlib. Onlardan biri odlu silahdan ətrafdakılara atəş açıb. Nəticədə 12 nəfər xəsarət alıb. Yaralılar arasında 1 yaşlı körpə, habelə yeniyetmə, gənclər də var.

Hadisə ilə əlaqədar əraziyə çoxlu sayda polis əməkdaşı və təcili tibbi yardım maşını cəlb edilib. Ərazi hüquq-mühafizə orqanları tərəfindən əhatəyə alınıb.

İnsidentlə bağlı 2 nəfər polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.
BMT-dən xəbərdarlıq: Əfqanıstan əhalisini aclıq təhlükəsi gözləyir"Əfqanıstanda ərzaq və həyat üçün zəruri olan digər mallar tükənmək üzrədir".

Avrasiya.net xəbər verir ki, bu barədə BMT-nin humanitar fəaliyyət üzrə koordinasiya idarəsi xəbərdarlıq edib.

“Yemək və həyat üçün zəruri olan başqa mallar tezliklə qurtaracaq. Biz beynəlxalq donorları sürətli və səxavətli dəstək verməyə səsləyirik”, - Fransa KİV-ləri idarənin nümayəndəsi Yens Layerkin bu sözlərini sitat gətirib.

Təşkilatdan bildiriblər ki, əhalisi aclıq təhlükəsi ilə üzləşmiş Əfqanıstana kömək üçün 600 milyon dollar toplamaq lazımdır. Bu bəyanat Əfqanıstana yardım üzrə beynəlxalq konfrans ərəfəsində səslədirilib.

Bundan əvvəl ekspertlər qeyd ediblər ki, Əfqanıstan çox ciddi ərzaq qıtlığı qarşısındadır. Bu, həm ölkədəki qeyri-sabitlik, həm də məhsul azlığı ilə izah olunur. Belə bir şəraitdə ölkə xarici ərzaq yardımından çox asılı vəziyyətə düşəcək.