"Bir zamanlar Kıbrıs" serialı yeni adla ekranlara gələcək"Bir zamanlar Kıbrıs" serialının ikinci sezonu üçün çəkilişlərinə başlanıb.

Avrasiya.net xəbər verir ki, baş rollarını Ahmet Kural, Serkan Çayoğlu, Pelin Karahan, Tayanç Ayaydın, Gülper Özdemir və Devrim Saltoğlunun oynadığı ilk sezonu "Bir zamanlar Kıbrıs" olaraq yayımlanan serial ikinci sezonunda "Kıbrıs zəfərə doğru adıyla TRT1-də ekranla gələcək.

TRT-dən verilən açıqlamaya görə Kıbrısın Çanaqqala dastanı olaraq tarixə düşən "Erenköy dirənişi"ni əks etdirən, yeni sezonda "Kıbrıs zəfərə doğru" adı ilə tamaşaçılarla görüşə gələn serialın çəkilişləri Kıbrısda başlayıb.

Yeni bölümlərdə Erenköy dirənişinin bütün gerçəkliyi və çarpıcılığı ekrana yansıyacaq. Ankara, İstanbul və İngiltərədən vətənlərini müdafiə etmək üçün universitet təhsillərini yarıda buraxıb vətənə dönən kıbrıslı tələbələrin və mücahidlərin dastanlara sığacaq müqaviməti ilə yanaşı, aktyor Kemal Uçarın canladırdığı Türkiyənin ilk hərbi pilot şəhidi yüzbaşı Cengiz Topelin ürəkləri dağlayan tarixə keçmiş hekayəsi tamaşaçılarla buluşacaq.

Gənc aktyor Mehmet Aykaç "Erdil", Tekin Temel "Ali Rıza Vuruşkan", Musab Ekici "Kurtcebe" və Metin Büktel isə "Gazeteci" rolu ilə serialın çəkiliş qrupuna daxil olub.

İstehsalı "TMC Film" aid, prodüseri Erol Avcı, rejissorluğu Osman Taşçı və Barış Erçetin, ssenari müəllifləri Emre Özdür və Başar Başaran olan "Kıbrıs zafərə doğru" serialı yeni sezonda TRT 1 ekranlarında olacaq.
Oğuzda şəhid ailələrindən tələb: Yusifov işdən çıxarılsın!Bu gün Oğuz rayonunda şəhid ailələri İcra Hakimiyyəti önündə aksiya keçirib.

Axar.az xəbər verir ki, aksiyaya səbəb şəhidlər xiyabanında şəhid məzarları üzərindən əklil və dövlət bayraqlarımızın götürülərək zibilliyə atılması olub.

İcra başçısı şəhid valideynləri ilə görüşsə də, bu qərarı verən şəxs - icra başçısının müavini Etibar Yusifov onların qarşısına çıxmayıb.

İcra başçısı Eyvaz Qurbanov şəhid ailələrinə məsələnin həllinə dair söz verib.

Şəhid valideynləri isə Etibar Yusifovun vəzifədən azad olunmayana qədər mübarizə aparacaqlarını bildiriblər.

Qeyd edək ki, Oğuz rayon icra başçısının müavini Etibar Yusifov şəhidlərimizə və dövlət bayrağımıza böyük hörmətsizlik edərək, şəhid məzarları üzərindən əklil və bayraqları götüzdürüb, yaxınlıqdakı zibillik əraziyə tullatdırıb.
Rusiyanın fövqəladə hallar naziri ölübRusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçyev vəfat edib.

TASS xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

Bildirilib ki, nazir xidməti vəzifəsini yerinə yetirərkən ölüb.

O, idarələrarası təlimlərdə bir insanın həyatını xilas edib.

Qeyd edək ki, 55 yaşlı Y.Ziniçyev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.
Millimizin qapıçısı xalqımızdan üzr istədiFutbol üzrə Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev azarkeşlərdən üzr istəyib.

Avrasiya.net xəbər verir ki, idmançı bu barədə sosial media hesabında paylaşım edib.

“Azərbaycan milli komandasının formasını geyinmək mənim üçün böyük şərəfdir. Sizi sevindirə bilmədiyimiz üçün üzr istəyirik”, - Məhəmmədəliyev yazıb.

Qeyd edək ki, dünən Bakıda baş tutan Azərbaycan-Portuqaliya matçı 0-3 hesabı ilə başa çatıb.
Sabahın hava proqnozu açıqlandıBakıda və Abşeron yarımadasında sentyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, gündüz havanın arabir tutulacağı, Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 24-26° isti, Bakıda gecə 17-19° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.
Mətbuat Şurasında jurnalistlərin növbəti vaksinasiyası həyata keçiriləcəkSentyabrın 13-də Azərbaycan Mətbuat Şurasında jurnalistlərin COVID-19 infeksiyası əleyhinə növbəti vaksinasiyası həyata keçiriləcək.

MŞ-dən Avrasiya.net-ə verilən məlumata görə, Şura bu barədə TƏBİB-lə razılığa gəlib.

Qeyd edək ki, MŞ-də jurnalistlərin sonuncu vaksinasiyası 2021-ci ilin avqustun 5-də keçirilib.

Həmin gün vaksinin ilk dozası tətbiq edilmiş jurnalistlər sentyabrın 13-də ikinci dozanın tətbiqi üçün yaxınlaşa bilərlər.

Eyni zamanda media təmsilçilərinin COVID-19 infeksiyası əleyhinə peyvəndin ilk dozası üçün də müraciət etmələri mümkündür.

Onu da bildiririk ki, respublikamızın müxtəlif şəhər və bölgələrindəki tibb müəssisələrində vətəndaşların COVID-19 infeksiyası əleyhinə peyvəndlənməsi həyata keçirilir. Hazırkı vaxtda Şuranın TƏBİB-lə birgə reallaşdırdığı bu aksiya media təmsilçilərinin əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə həyata keçirilir. Xahiş edirik ki, KİV redaksiyaları və jurnalistlər bunu nəzərə alsınlar, prosesə həssas yanaşsınlar, mütəşəkkil şəkildə aksiyaya qoşulsunlar.

KİV redaksiyaları yaşı 18-dən yuxarı olan və vaksinasiyadan hələ keçməmiş əməkdaşlarının siyahısını Şuraya ünvanlamalıdırlar. Orada vaksinasiya olunacaq jurnalistlərlə bağlı aşağıdakılar yer almalıdır:

Adı, soyadı, atasının adı;

Doğum tarixi;

Şəxsiyyət vəsiqəsinin rekvizitləri (seriya və nömrə və ya fin kod);

Əlaqə vasitələri (şəhər telefonu və mobil telefon).

Siyahı şəxsən də, Mətbuat Şurasının [email protected][email protected] ünvanlarına da (PDF faylda skan olunmuş) göndərilə bilər.
Həbsdə olan icra başçısı öldüAğstafa rayonunun sabiq icra başçısı, hazırda həbsdə olan Nizaməddin Quliyev bu gün dünyasını dəyişib.

Axar.az-a daxil olan məlumata görə, o, həbsxanada koronavirusdan vəfat edib.

Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs olunmuşdu.

Bu ilin avqustun 7-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə zamanı Nizaməddin Quliyev 8 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi.
Komitə sədri Siyəzəndə tələbə adını qazanan gənclərlə görüşüb - FotolarMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov dünən Siyəzən rayonunda ali təhsil ocaqlarına qəbul imtahanları zamanı yüksək bal toplaysn, tələbə adını qazanan gənclərlə görüşüb.

Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və Təhsil Şöbəsinin müdiri Pərvin Ağasiyev də görüşdə iştirak edərək rayon təhsilinin uğurları barədə iştirakçılara məlumat veriblər.

Millət vəkili görüşlə bağlı təəssüratlarını bölüşüb: "Sevindirici haldır ki, 44 günlük "Vətən Müharibəsi"ndən sonra ali məktəblərə qəbul imtahanları zamanı hərbi məktəblərə qəbul olunanlar əvvəlki illərə nisbətən 50% artmışdır. Bu vətənpərvərlik ruhunun, vətən sevgisinin, eyni zamanda dövlətin, Ali Baş Komandan cənab İlham Əliyevin bu sahədə apardığı siyasətin nəticəsi və göstəricisidir. Azərbaycana əyri baxanların cavabıdır. Torpaqlarımıza göz tikənlərə, yeni-yeni oyunlar quraraq üstümüzə gəlmək istəyənlərə göz dağıdır.
Tədbirdə mən də öz növbəmdə gənc dostlarıma:
"Sizi tələbə adı qazanmağınız münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Çətin pandemiya dövründə göstərdiyiniz nəticə bir daha sübut edir ki, çətinliklər qarşısında təslim olmayanda, iradəli olaraq bilik və bacarıqları səfərbər etdikdə və inadla çalışdıqda yüksək nəticələr əldə etmək olar.

Əminəm ki, ali təhsil illəri həyatınızın ən parlaq və yadda qalan dövrlərindən biri olaraq heç vaxt yaddaşınızdan silinməyəcək. Eyni zamanda inanıram ki, sizin əldə edəcəyiniz biliklər, elmi nəaliyyətlər Azərbaycanın sürətli inkişafına və tərəqqisinə öz töhvənizi verməklə, ölkəmizə yeni uğurlar qazandıracaq. Müasir dünyada uğuru şərtləndirən əsas amillər, daim inkişaf etmək, təkmilləşmək və yeniliklərə can atmaqla çətinliklərə qalib gəlməkdir.

Dəyərli gənc dostum!

Bu gün Azərbaycanımız cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən qudrətli dövlətlərindən birinə çevrilmişdir. Sizində ölkəmizin hərtərəfli inkişafı və rifahına öz töhvənizi verməyiniz üçün tükənməz enerji, daim zehn açıqlığı, yeni uğurlar arzulayıram!
Bir daha sizi bu böyük nəailiyyətiniz üçün səmimi qəlbdən təbrik edirəm!

Yolunuz açıq olsun!" mətni ilə təbrik ünvanladı".

S.Qurbanov qeyd edib ki, təbriklərdən sonra onlara fəxarət hissi yaşadan gənc dostlara hədiyyələr və təltiflər təqdim edib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov yuksək bal toplamış tələbələrə pul mükafatı ayrılması barədə sərəncam verdiyini söyləyib.

Görüş zamanı valdeyinlər və tələbələr də öz fikir və təkliflərini bildiriblər.






"Əllərinizi Afrikadan çəkin""Harada olmasından, kimə qarşı yönəlməsindən asılı olmayaraq, qeyri-demokratik müdaxilə və çevrilişlərin əleyhinəyik. Çevrilişlərdən çox əziyyət çəkmiş bir xalq olaraq bunu hər dəfə şiddətlə vurğulayırıq".

Avrasiya.net xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qvineyadakı dövlət çevrilişindən danışarkən deyib.

Türkiyənin baş diplomatı insanları bir araya gəlməyə, hər sahədə inkişafa, sabitliyə, terrorizmlə mübarizəyə və Afrikanın inkişafına töhfə verməyə səsləyib: "Əllərinizi Afrikadan çəkin. Buranın inkişafı dünya iqtisadiyyatına çox əhəmiyyətli töhfələr deməkdir. Hər şey yolunda gedirsə, Afrikanın dünya iqtisadiyyatına qatqısı 2050-ci ildə 50 kvadrilyon civarında olacaq. Digər tərəfdən, Afrikada sülh olarsa, Avropa da sülh içində olar. Bu səbəbdən Afrikada belə oyunlar oynanılmamalıdır. Bu yaxınlarda Çad prezidenti öldürüldü, orada, Madaqaskarda isə çevriliş cəhdi oldu".

Çavuşoğlu qvineyalılara "Bilin ki, sizə dəstək olmaq istəyənlər sizdən istifadə etmək istəyənlərdir. Bu səbəbdən birliyinizi qoruyun, ən qısa zamanda demokratik təcrübələrə uyğun hərəkət edin və vətəndaş demokratiyasına keçin" - deyə çağırış edib.
Azərbaycanda yetkinlik yaşına çatmayan qızdan ŞOK SÖZLƏR – GÜNDƏ 15 KİŞİ İLƏ CİNSİ ƏLAQƏDƏ OLURDUMBir müddət əvvəl həbs edilən və Azərbaycanlı qadınları aldadaraq və ya digər yollarla Türkiyəyə apararaq cinsi istismara məruz qoyan Xaçmaz rayon sakini Nurəsdə Əlimuradovanın bacısı Nuridə Əlimuradova da məsuliyyətə cəlb edilib.

Publika.az xəbər verir ki, uzun müddət Türkiyədə yaşayan və bacısı Nurəsdənin Azərbaycandan göndərdiyi qadınları İstanbulda qarşılayaraq müxtəlif ünvanlarda yerləşdirən, həmçinin Murad adlı şəxslə birgə onları fahişəliyə məcbur edən 1981-ci il təvəlllüdlü Nuridə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsinin 6 bəndi üzrə cinayət işi açılıb. Cinayət işinin ibtidai istintaqı başa çatdıqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılıb.

Məlum olub ki, Əlimuradova bacıları Xaçmaz rayonundan ümumilikdə 5 qadını aldadaraq və ya şirnikləndirərək Türkiyəyə aparıb. Onlar arasında yetkinlik yaşına çatmayan Xaçmaz şəhər sakini Günay (şərti) də olub. Belə ki, Nurəsdə Əlimuradovanın bacısı İstanbulda yaşadığı üçün yeniyetmə qızın anası Türkiyəyə gedib müalicə olunmaq istədiyini bildirib.

Məhkəmədə ifadə verən Günay Əliverdiyeva bildirib ki, ilk dəfə Türkiyəyə anası ilə gedib və əvvəldəcən ona deyildiyi kimi kafedə xadimə işləyəcəyini düşünüb. Orada onu Nuridə və onunla birgə olan Türkiyə vətəndaşı Murad adlı şəxs qarşılayıb: “Anam xəstə olduğu üçün onun müalicəsinə vəsait lazım idi. Nurəsdə hətta bildirmişdir ki, bacısı anamın müalicə olunmasına da İstanbulda köməklik göstərəcək. Nurəsdəyə getmək üçün yol pulunun olmadığını bildirdik. O da narahat olmamağımı, bu məsələni o və bacısı həll edəcəklərini bildirdi. Nurəsdə mənim və anamın avtobus biletini alaraq bizimlə birlikdə Bakı şəhərindən Türkiyəyə yola düşdü. İstanbulda bizi Nuridənin özü və həyat yoldaşı kimi təqdim etdiyi Murad adlı şəxs qarşıladı, Nuridə bizi İstanbul şəhərinin Halkalı bölgəsində yerləşən yaşadıqları evə apardı.İki gün Nuridəgil ilə birlikdə yaşadıqdan sonra mən və Nurəsdə ayrıca ev tutub orada yaşamağa başladıq, anam isə Nuridənin yaşadığı evdə qaldı. Yeni evə Nuridə və Murad da bzimlə birgə gəlmişdi. Mən evə gəlib əşyalarını yerləşdirdikdən sonra Nuridə pasportumu alaraq belə izah etdi ki, birdən pasportu itirərəm. Yeni evə köçdüyü günün sabahısı Nuridədən hansı kafedə xadimə işləyəcəyini soruşdum. O isə dedi ki, xadimə işi yoxdur, onun nəzarəti altında fahişəliklə məşğul olmalıyam. Çıxış yolum olmadığı və yaşamaq və anasımı müalicə etmək üçün pula kəskin ehtiyacım olduğundan Nuridənin tələbini qəbul etdim və bundan sonra Nuridə ilə Muradın gətirdiyi şəxslərlə intim əlaqədə olmuşam. Həmin şəxslərdən pulları Nuridə və yaxud Murad özləri alaraq mənə çox az bir hissəsini ödəyirdi. Onlar məni pul müqabilində gün ərzində 10-15 nəfər kişi müşətəri ilə görüşdürüb cinsi əlaqədə olmağa məcbur edirdi. Yaşım az olduğu və buna dözmədiyimi dedikdə isə Nuridəgil məni hədələyirdi və o buna görə məcbur olub onların dediyini etmişəm. Daha sonra Nuridədən yalvararaq xahiş etdim ki, anamı həkimə aparsın. Nuridə bundan sonra anamı həkimə aparmağa başladı.

Müştərilərlə 100 türk lirəsi müqabilində görüşmüşəm, həmin pulun 70 lirəsini Nuridəgil özlərinə götürürdü, qalan 30 lirəsini isə mənə verirdilər. Bundan başqa Nurəsdə məndən hər gün 30 türk lirəsi ev pulu alırdı.Müştərilərlə evdən kənarda otellərdə və evlərdə də görüşmüşəm, əsasən müştərilər gəlib özləri ilə aparırdılar. Bir müddət sonra o, Nuridəgilə anamla birlikdə getmək istədiyimizi bildirdikdə Nuridə məcbur qalıb razılaşdı və bilet alaraq bizi yola saldı. Kasıbçılıq ucbatından və Nuridənin zəng edib İstanbula gəlib fahişəliklə məhğul omasını deməsinə görə bundan sonra daha 3 dəfə Türkiyə Respublikasına getmişəm, orada Nuridənin yanında yaşamış, sonuncunun evinə gətirdiyi və yaxud müştərilərin apardığı yerlərdə intim əlaqədə olmuşam. Sonuncu dəfə Türkiyəyə gedərkən bacım Könülü də Nuridənin dəvəti ilə İstanbula aparmışam. O da Nuridə tərəfindən cinsi istismara məruz qalıb. Hal-hazırda təqsirləndirilən şəxs qarşı heç bir tələbim yoxdur”.

Cinsi istismara məruz qalmış Könül Əliverdiyeva Nuridəni bacısının rəfiqəsi kimi tanıdığını və onu yüksək məvacibli işə düzəltmək adı ilə aldadaraq Türkiyəyə apardıqlarını deyib. O, İstanbulda 4-5 gün ərzində fahişəliklə məşğul olandan sonra Nuridəyə sərt etiraz etdiyini və Azərbaycana qayıtdığını bildirib.

Məhkəmədə ifadə verən digər zərərçəkənlər də eyniməzmunlu ifadələr veriblər. Onlar N.Əlimuradovadan artıq şikayətçi olmadıqlarını da bildiriblər.

Təqsirləndirilən şəxslər onun yanına gəlmiş qızların öz təşəbbüsləri ilə gəldiklərini, onları fahişəliyə məcbur etmədiyini, pasportlarını almadığını, yalnız gündəlik kirayə pulu aldığını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 40 yaşlı N.Əlimuradova 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nuridədən əvvəl bacısı Nurəsdə də həbs edilib.