Keçmiş Milli Qəhrəman bıçaqlandıGoranboyda bıçaqlanma hadisəsi baş verib.

Avrasiya.net xəbər verir ki, hadisə Heydər Əliyev prospetində qeydə alınıb.

Keçmiş Milli Qəhrəman, 1956-cı il təvəllüdlü Əkbərov Rasim Ağa oğlu bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, R.Əkbərovu bıçaqlayan şəxs Xaliq Məmmədov adlı gəncdir. O, polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R.Əkbərova 1992-ci ildə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilsə də, həbs olunandan sonra 2001-ci ildə bu addan və "Azərbaycan Bayrağı" ordenindən məhrum edilib. O, dövlət çevrilişinə cəhddə günahlandırılıb və 15 illik həbs cəzası almışdı.
Videogörüntüləri yayılan Göyüşov YAP-dan çıxarılır?Sosial şəbəkələrdə yayılmış Ramiz Göyüşovun heç bir əxlaqi normalara sığmayan videogörüntüləri ilə bağlı böyük təəssüf hissi keçirir və hiddətlə qınayaraq bildiririk ki, onun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmış hesabat konfransında artıq xitam verilib.

Avrasiya.net xəbər verir ki, bunu Report-a Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev deyib.

O bildirib ki, YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı ilə yanaşı R.Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə isə YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında baxılacaq.
QHT Agentliyi müsabiqə elan edəcəkAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən Avrasiya.net-ə verilən məlumata görə, iclasda qurumun Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Agentliyin strukturu, işçilərinin say həddi və onların əməkhaqlarının məbləği təsdiq edilib.

Daha sonra Müşahidə Şurası tərəfindən yaradılmış İşə Qəbul Komissiyasının fəaliyyəti və müvafiq vəzifələrə işə qəbul qaydaları müzakirə edilib. Komissiyaya qısa müddət ərzində əməkdaşların işə qəbul edilməsi ilə bağlı müsahibələrin keçirilməsi tapşırılıb.


İclasda Agentliyin 2021-ci il üçün kiçik qrantlar müsabiqəsinin elan edilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Müşahidə Şurasının üzvlərinin təklifi ilə kiçik qrant müsabiqəsinin hazırlanması, habelə müsabiqə mövzularının müəyyənləşdirilməsi və digər texniki məsələlərlə bağlı işçi qrup yaradılıb.

Sonda QHT-lərin iştirakı ilə 2021-ci il kiçik qrantlar müsabiqəsinin mövzularının müzakirəsinin təşkil olunması qərara alınıb.
Rusiya bu fəaliyyətindən çəkinməlidir - DeputatAvrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Xalqcebhesi.az-a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Rusiyanın bəzi politoloqları bəyan edirlər ki, Rusiya Qarabağa uzun müddətə gəlib və Azərbaycan bu vəziyyətlə barışmalıdır. Bu kimi fikirlərə münasibətiniz necədir?

- Dünyada hadisələr o qədər sürətlə inkişaf edir ki, ciddi politoloqlar belə qəti fikirlər söyləməməlidirlər. Vaxtilə KTMT-nin baş katibi səviyyəsində hədələnirdik ki, biz torpaqlarımızı işğaldan azad etməyə cəhd etsək Gürcüstanın taleyini yaşaya bilərik. Dövlətlərin maraqları, ona uyğun da müttəfiqləri və beynəlxalq məsələlərə yanaşması dəyişir. Zamanla bəzi dövlətlər intibah, bəziləri isə tənəzzül dövrü yaşayır. 5 ildən sonra regionda vəziyyət necə olacaq, bunu heç kim söyləyə bilməz. Rusiya regionun çox önəmli ölkəsi olan Azərbaycanla dostluq və strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək istəyirsə dövlətimizin suverenliyinə hörmət etməlidir. Başqa variant yoxdur.

- Rusiya sülhməramlılarının statusunun müəyyən olunması istiqamətində danışıqlar aparıldığı deyilir. Belə bir sazişin imzalanması perspektivinə necə baxırsınız?

- Azərbaycanın da 2017-ci ildə qoşulduğu “Beynəlxalq müqavilələr hüququ haqqında” Vyana Konvensiyasına görə, 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış Birgə Bəyanat dövlətlərarası müqavilədir. Azərbaycan Respublikasının Konstitusiyasına və 1995-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa görə dövlətlərarası müqavilələr Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya olunmalıdır. Bunun hansı müddətdə edilməsinə dair qanunda dəqiq müddət nəzərdə tutulmasa da, bu ağlabatan bir müddətdə icra olunmalıdır. Bundan başqa “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” Qanunun 4.4-cü maddəsinə əsasən, Azərbaycan öz ərazisində sülhməramlı əməliyyatlar aparmaq üçün digər dövlətlərə və beynəlxalq təşkilatlara müraciət edə bilər, amma bunun həyat keçirilmə mexanizmləri, sülhməramlıların Azərbaycanda qalma müddəti və statusu nəzərdə tutulmadığından mövcud qanunvericilik aktı yenidən işlənməlidir. Mən bu barədə Milli Məclisdə məsələ qaldırmışam. Rusiyalı bəzi politoloqların sazişin ratifikasiya olunub-olunmamasının onlar üçün heç bir əhəmiyyət kəsb etməməsi barədə dedikləri isə onların hüquq mədəniyyətinin göstəricisidir. 10 noyabr bəyanatı Rusiyanın ermənipərəst, destruktiv, Azərbaycanın suverenliyinə hörmət etməyən fəaliyyətinin nəticəsi olaraq Azərbaycan Milli Məclisində ratifikasiya olunmasa Rusiyanın Azərbaycanda hərbi mövcudluğu qanunsuz xarakter alacaq və bunun doğuracağı beynəlxalq və regional nəticələrə görə məsuliyyəti Rusiya daşıyacaq.

Ona görə də Azərbaycan təcili BMT-nin sülhməramlı əməliyyatlar təcrübəsinə istinad edərək Rusiya sülhməramlılarının mandatına dair Qanun qəbul etməlidir. Rusiya ilə bu istiqamətdə imzalanmalı olan ikitərəfli dövlətlərarası saziş də bu Qanun əsasında hazırlanmalıdır. BMT-nin Sülhməramlı Əməliyyatlar Departamenti (Department of Peaskeeping Operations) və Yerində Dəstək Departamenti (Department of Field Support) 2008-ci ildə BMT-nin 1948-ci ildən bu günə qədar həyata keçirdiyi 60-dan artıq sülhməramlı əməliyyatlar təcrübəsinə əsasən “BMT-nin sülhməramlı əməliyyatları - prinsiplər və əsas fəaliyyət istiqamətləri haqqında” (United Nations Peaskeeping Operationns, Principles and Guidelines) bu sahədə çalışan insanlar üçün rəsmi sənəd hazırlayaraq dərc etmişdir. Rusiya sülhməramlılarının səlahiyyətləri bu çərçivədən kənara çıxmamalıdır. BMT-nin sülhməramlı əməliyyatlarda iştirakı barədə qərar BMT-nin Təhlükəsizlik Şurası, yaxud BMT Baş Məclisi tərəfindən verilir. Hər bir hal üçün sülhməramlıların mandatı fərqli müəyyən olunur. Hər hansı bir dövlətin daxilində (intra-state) mövcud olan münaqişəni aradan qaldırmaq üçün sülhməramlıların köməyinə ehtiyac olarsa, onlar qarşısına birinci vəzifə o qoyulur ki, həmin dövlətə kömək edilsin ki, o öz ərazisində təhlükəsizliyi, qanunun aliliyini və insan haqlarına hörməti təmin edə bilsin. Yalnız ikinci prinsip kimi barışın təmin olunması və effektiv idarəetmə institutlarının yaradılması qeyd olunur.

Bunu ona görə xüsusi vurğulayıram ki, Rusiya bu sahədə mövcud olan beynəlxalq prinsiplərə, Azərbaycanın suverenliyinə hörmət etməlidir. Rusiya tərəfsizlik prisipinə sadiq qalaraq ermənilərin könlünü almaq üçün vətəndaşlarımızı qıcıqlandıran fəaliyyətdən çəkinməlidir. Rusiya regionda mövcudluğunu qaba güc və münaqişənin saxlanması yolu ilə yox, qarşılıqlı hörmət əsasında təmin etməlidir. Azərbaycanda kiçik istisnalarla hamı qəbul edir ki, Rusiya bizim üçün əlverişli ticarət tərafdaşı, iş və kənd təsərrüfatı məhsullarımızın satış bazarıdır. Rusiyada iki milyon azərbaycanlı, 30 milyon müsəlman, 16 milyon türk yaşayır. Bizi tarixi, mədəni əlaqələr bağlayır. Rusiya 44 günlük savaşda neytrallığını saxlamaqla qazandığı rəğbəti heç bir ciddi əsas olmadan 20-25 min erməniyə görə itirməməlidir.

- Qüdrət bəy, Fərid Qayıbovun gənclər və idman naziri təyin olunmasını necə qarşıladınız? Bu sahədə ciddi dəyişikliklər gözləməyə dəyər?

- Çox normal qarşıladım. Gözlənilən idi. Azərbaycanda bir qayda olaraq siyasi vəzifələrə peşəkar səviyyədə siyasətlə məşğul olan hakim partiyanın funksionerləri təyin olunmur. Nazir təyin olunmuş icraçılar, məmurlar rəhbərlik etdikləri sahələr üzrə siyasətin müəyyən olunmasında əhəmiyyətli rol oynamır, əsasən təşəbbüskar olmur, tapşırıqlar gözləyir və onun icrası ilə məşğul olurlar. Ona görə də ciddi dəyişikliklər gözləmirəm, amma hər bir dəyişiklik yeni bir ümiddir. Mən Fərid Qayıbovu yaxından tanımıram, liderlik keyfiyyətlərinə də bələd deyiləm, buna baxmayaraq onu təyinatı münasibətilə təbrik edirəm,uğurlar arzu edirəm.
“Bütün hücumları dəf etməyə gücümüz var”Ceyhun Məmmədov: “Məqsədimiz dövlətimizə, xalqımıza, millətimizə xidmət etmək, azərbaycanlıları birləşdirmək, həmrəyliyə nail olmaqdır”

Fuad Muradov Diasporla İş Üzrə Dövlət Komitəsinə sədr təyin olunan kimi ilk gördüyü və böyük uğur qazandığı iddia olunan işlərindən biri Ukraynadakı diaspor təşkilatlarını Ukrayna Azərbaycanlıları Radası ətrafında birləşdirmək oldu. Buna da əsas səbəblərdən biri Ukraynada fəaliyyət göstərən diaspora təşkilat sədrləri arasında "soyuq müharibə"ni yatırtmaq olub. Belə ki, aparılan danışıqların sonunda 14 aprel 2019-cu ildə Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının (UAR) təsis qurultayı keçirilib. 200 nümayəndədən 178 nəfərin iştirak etdiyi qurultayda Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin UAR-ın həmsədrləri seçiliblər. UAR-ın baş katibi isə Seyid Qədiməliyev təyin olunmuşdu. Eyni zamanda, 3 əsas təşkilatdan 5 nəfər İdarə Heyətinə üzv seçilib. 2020-ci ilin martın 19-da Rövşən Tağıyev Radadan ayrılıb. Yerli medianın yazdığına görə buna səbəb təşkilat daxilində yaranan fikir ayrılığı olub. Bu il iyulun 2-də isə Kiyev şəhərində UAR-ın İdarə Heyətinin toplantısında Ceyhun Məmmədov təşkilatın baş katibi seçilib. İki aydır yeni vəzifəyə seçilməsinə baxmayaraq C.Məmmədovun aktiv fəaliyyəti bizim onunla müsahibəmizə əsas səbəblərdən biri oldu.

C.Məmmədov "Xalq Cəbhəsi"nə öncə Ukraynada diaspora quruculuğundan və UAR-ın yaranma səbəblərindən, fəaliyyətindən danışdı.

- UAR Ukraynada diaspora sahəsində aparılan quruculuq və islahatlar prosesi nəticəsində yaranıb. Heç kəsə sirr deyildi ki, burada bir-biri ilə yola getməyən, fikirləri haçalanan diaspora təşkilatları vardı. Çox vaxt şəxsi maraqlarımız milli maraqlarımızı üstələyirdi. Bu da ümumi işimizə ziyan vururdu. Gücümüz, potensialımız olsa da həmrəylik, birlik nümayiş etdirə bilmirdik. Ukraynada ilk diaspor təşkilatı 1992-ci ildə ümummili liderimiz Heydər Əliyev təşəbbüsü ilə yaranıb. Bu təşkilatın şərəfli, zəngin və tarixi bir keçmişi var. İlk diaspora təşkilatı sədri Nazim İbrahimov sonradan səfir, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olub. Ukraynada diaspora təşkilatı sədri olan Tələt Müseyibov da sonradan burada səfir işləyib. Yəni Ukraynada yaşayan azərbaycanlıların gözündə diaspora təşkilatı nüfuzlu, hörmətli və statuslu bir yer kimi qalıb. Bəlkə ona görə də Ukraynada çoxlu diaspor təşkilatları yaranmışdı. Diaspora quruculuğu sahəsində dönüş, belə deyək islahatlar Fuad Muradovun komitəyə sədrliyi dönəmindən başlayıb. Onun atdığı ilk addımlardan biri xarici ölkələrdə yaşayan azərbaycanlılar, diaspora təşkilatları arasında həmrəylik, birlik yaratmaq, təşkilatlanmaq məqsədilə Koordinasiya şuralarının yaradılması və Azərbaycan Evlərinin açılması olub. Səhv etmirəmsə, bu günədək 27 ölkədə 11 Koordinasiya Şurası yaradılıb. Bu böyük nəticədir. Fuad Muradov Ukraynaya səfərdə olarkən 3 böyük diaspors təşkilat sədrləri ilə görüşdü, onları bir araya gətirərək həmin təşkilatların əsasında Ukrayna Azərbaycanlıları Radası yaradıldı. Böyük nüfuz və hörmətə malik hər üç təşkilat - Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin UAR-ın həmsədrləri seçiliblər. Sonradan Rövşən Tağıyev bu Radadan ayrıldı, təşkilatın iki həmsədri qaldı. Düşünürəm ki, qarşıya qoyulan məqsədə - təşkilatların birgə fəaliyyətinin koordinasiyasına artıq nail olunub. Kiyevdə UAR-ın möhtəşəm bir qərargahı var, geniş formada təşkilatlanmış, milli və dövlətçilik maraqlarımızın qorunması istiqamətində intensiv iş aparırıq. Təkcə Ukraynada deyil, xaricdə yaşayan azərbaycanlılar və diaspora təşkilatları artıq Azərbaycan hökumətinin diaspora quruculuq sahəsinə diqqət və qayğısını artırdığının şahidi olublar. Bundan əlavə Komitə böyük və vacib layihələrin həyata keçməsində öz dəstəyini göstərib. Həm maddi, həm mənəvi baxımından komitə diaspora təşkilatları ilə sıx əməkdaşlıqdadır. Bu da soydaşlarımızın diaspora sahəsinə böyük inam və etibarının artmasına səbəb olub. Bu gün xaricdə yaşayan soydaşlarımız milli və dövlətçilik maraqları, azərbaycançılıq ideologiyasının qorunması istiqamətində əzmlə çalışırlar, fədakarlıq göstərirlər. Bizim yanımızda olmayan bəzi regional təşkilatlarla da intensiv iş aparırıq ki, güclərimizi birləşdirək.

- İki aydır təşkilatın baş katibi postuna seçilmisiz. Bütün yük çiyinlərinizdədir, hansı məsələlərdə çətinliklərlə üzləşirsiz?

- İki ayda ciddi bir problemlərlə üzləşmədik, bir az təşkilatın media ilə əməkdaşlığında axsamalar vardı, o da aradan qaldırılıb. Təbliğatımızı gücləndirmişik. Təbii ki, əgər biz hansısa məqsədə nail olmağı qarşımıza məqsəd qoymuşuq bu yolda çətinliklərin, maneələrin, risklərin ola biləcəyini də düşünmüşük. Asanlıqla heç nəyə nail olmaq mümkün deyil, özü də diaspora sahəsində. Diaspora sahəsi çox ağır və məsuliyyətli bir sahədir. Bu sahədə təcrübə, nüfuz, hörmət, intellekt və bir də vətən, xalq, millət sevgisi lazımdır. Çətinliyimiz və reallaşdırmaq istədiyimiz hədəf buradakı azərbaycanlıları birləşdirmək, təşkilatların vahid mərkəzdən koordinasiyasına nail olmaqdır. Kifayət qədər çətin, məsuliyyətli və əsas məsələdir. Hədəfimiz Ukraynada fəaliyyət göstərən millətini, dövlətini, vətənini sevən sağlam qüvvələri bir çətir altında, UAR ətrafında birləşdirməkdir. Bilirsiz, insanlar arasında ortaq bir məxrəcin tapılması çətin olsa da mümkündür. Bunun öhdəsindən gələ bilmək üçün bizim geniş imkanlarımız var.

- Hər hansı bir təşkilatın ayaq üstə durması, geniş və əhatəli fəaliyyəti üçün ilk növbədə maliyyə lazımdır. Ukraynadakı azərbaycanlı iş adamlarını bu sahəyə cəlb edə bilmisiz?

- UAR-ın həmsədrləri - Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin təşkilatın ayaq üstə durması üçün maliyyə dəstəyi göstərirlər. Eyni zamanda onların ətrafında olan iş adamları da diaspora quruculuğu sahəsində bizə dəstək olurlar. UAR-ın yaranmasından bir il sonra dünya pandemiya təhlükəsi ilə üz-üzə gəldi. Sərhədlər bağlandı, ölkələrarası əlaqələr kəsildi, sərt karantin qaydaları tətbiq olundu və s. Həmin dövrdə, sərhədlər açılanadək təkcə Kiyevdə 1500-dən çox soydaşımıza hərtərəfli yardım göstərildi. Burada qalmaq, yeməklə təmin olunmaqdan çarter reyslər vasitəsilə vətənə yola salınmasına qədər bütün xərcləri UAR-ın həmsədrləri və onların ətrafında olan iş adamları ödədi. Bundan sonra İkinci Qarabağ savaşı, Yaşat Fonduna fərdi və Diasporla iş üzrə Dövlət Komitəsinin həmin fonda yardım aksiyası marafonuna da qoşulduq. Eyni zamanda 44 günlük müharibədə qazı, müharibə iştirakçısı olan, şəhid ailələriunə də yardımlar olunub. Sorğu və monitorinq keçirilsəydi, belə bir xeyriyyəçilik aksiyalarında iştirak edən xarici ölkələr arasında Ukrayna ilk beşlikdə olardı. Ukraynada yaşayan fəaliyyət göstərən azərbaycanlı iş adamları heç vaxt ümummilli, dövlətçilik maraqlarından geri çəkilməyiblər, bu istiqamətdə fəaliyyət göstərən hər bir təşkilata dəstək olublar. Dövlət Komitəsinin bizə maddi yardımını da qeyd etməliyəm. Ümummilli layihələrin həyata keçməsi, ofisin saxlanması, diaspora quruculuq və təşkilatlanma işlərində hər zaman komitədən dəstək göstərilib.

- UAR-ın Ukraynada fəaliyyət göstərən digər ölkələrin diaspora təşkilatlarla əlaqələri hansı səviyyədədir?

- Bu sahədə də əlaqələrimizi genişləndirmək niyyətindəyik. Öncə türkdilli ölkələrin diaspora təşkilatları ilə əməkdaşlığımızı möhkəmləndirmək planı üzərində intrensiv iş aparırıq. Məsələn, bu yaxınlarda UAR-ın ofisində “ДОСТИК” Qazax mədəni birliyinin rəhbəri Daniyar Eqamberdiyev ilə görüş keçirdik. İlk olaraq qardaş qazax xalqının diasporu ilə başladığımız bu görüş digər türkdilli ölkələr üzrə davam edəcək. Sonra bu ölkələrin diasporu ilə yekun birgə konfrans keçirməyi planlaşdırırıq. Antiazərbaycan mövqeyində duran qüvvələrdən başqa xarici ölkələrin diaspora təşkilatları ilə əməkdaşlıq etməkdə maraqlıyıq və edəcəyik.

- Aparılan informasiya, ideoloji mübarizədə UAR hansı uğurlar əldə edib?

- İndiki dövrdə ideoloji mübarizə aparmaq çətindir. UAR-ın informasiya, ideoloji mübarizəsindəki böyük uğurlarından danışmaq fikrimcə, hələ tezdir. İki il öncə yaranmışıq, onun da bir ili pandemiya dövrünə düşüb, hələ də o təhlükədən xilas olmamışıq. Amma bütün bunlara baxmayaraq, zamanın bizə verdiyi fürsətdən istifadə edib ideoloji işimizi qura bilmişik. İnanıram ki, gələcəkdə UAR bu sahədə də böyük nailiyyətlərə, uğurlara imza atacaq. Bizim təşkilatda yetərincə yüksək intellektə malik kadrlar var. Güclü potensiala malikik, təşkilatın nüfuzu ildən-ilə artır, güclənir. Bu göstəricilər də bizə imkan verəcək ki, Azərbaycanı Ukraynada layiqincə təmsil edə bilək. Ancaq onu da deyim ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və ona yaxın deputatlar tərəfindən Ali Rada da iki dəfə Xocalı soyqırımının tanınması məsələsi gündəmə gətirilib. Təəssüf ki, Ukrayna siyasi elitasında özünə yer edən ermənilər və ermənipərəst qüvvələrin təzyiqi ilə bu məsələ gündəmdən çıxarılıb. Amma bu bizi heç də ruhdan salmayıb, Azərbaycan həqiqətlərini ictimailəşdirmək, ermənilərin işğalçılıq siyasətinin iç üzünü açmaqda davam edirik. Ukayana mediası, siyasilərlə əməkdaşlığımız, əlaqələrimiz yüksək səviyyədədir. İkinci Qarabağ müharibəsi zamanında Ukraynada media mənsubları, ekspertlərin iştirakı ilə dəyirmi masalar təşkil edildi, haqq işimiz yerli mediada işıqlandırıldı. Yerli media ilə əlaqəılərimnizi möhkəmləndiririk. Bu yaxınlarda Ukraynanın əməkdar jurnalisti Şvets Aleksandr Efimoviçlə təsisçisi və baş redaktoru olduğu “Faktlar və Şərhlər” (Фа́кты и коммента́рии) nəşrinin redaksiyasında görüşümüz olub. Belə görüşləri müxtəlif redaksiyalarda davam etdirəcəyik.

Ermənistan hərbi qüvvələri tərəfindən Azərbaycanın Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtər rayonlarının şəhər və kəndlərininin raket və ağır artilleriya hücumlarına məruz qalma faktları, nəticədə onlarla dinc sakinin öldürülməsi, yüzlərlə tikilinin dağıdılması və s. işğalçılıq faktları Ukrayna ictimaiyyətinə çatdırılıb. Bundan başqa 44 günlük müharibədə hər yerdə olduğu kimi Ukraynada yaşayan azərbaycanlılar da ordumuz, hökumətimizə dəstək nümayiş etdiriblər. Düşünürəm ki, bu aksiyalar öz müsbət nəticəsini verib. Bu dəstək təkcə Ukraynada yaşayan azərbaycanlılar deyil, yerli hökumətdən də gəlib. Bu gün iki ölkə arasında güclü dostluq və qardaşlıq münasibətləri mövcuddur. Ukrayna Azərbaycanın, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və bütün beynəlxalq tribunalarda bir-birlərini dəstəkləyirlər. Bu günlərdə Ukrayna prezidenti Zelenski ölkəsinin xarici siyasətinin prioritetlərini açıqlayarkən, bəzi ölkələr rəsmi Kiyevə düşmən göstərilsə də, Azərbaycan dost ölkə, strateji müttəfiq kimi qəbul edilib. Bunlar Azərbaycan hakimiyyətinin apardığı uğurlu və uzaqgörən siyasət və bu siyasətin tələblərini, məqsədlərini Ukraynada həyata keçirən diaspora təşkilatlarının fəaliyyətinin nəticəsidir.

- Ukraynada azərbaycanlılar çoxdur. Qeyri rəsmi məlumata görə beş yüz mindən çox. Amma ölkənin ictimai, siyasi səhnəsində görünmürlər, yüksək vəzifə sahibi deyillər, heç Rada da təmsil olunmayıblar.

- Bu sualı biz burada da bir-birimizə veririk. Bununla bağlı mənim subyektiv fikirlərim var. Birincisi, Ukraynada 500 min azərbaycanlının yaşadığına inanmağım gəlmir, bu rəqəm qənaətimcə, haradasa 100-150 min ola bilər. 500 min azərbaycanlının yaşadığı bir ölkədə vəzifəli və ya deputatın olmaması nonses ola bilər. İkincisi, bizim Ukraynada kifayət qədər, başarılı, uğurlu ziyalılarımız, mədəniyyət xadimlərimiz var. Onlar niyə vəzifədə, siyasi arenada deyillər, düşünürəm ki, belə hədəfləri olmayıb. Bura gələnlərin çoxu bizneslə məşqul olmaq istəyiblər və olublar. Amma UAR olaraq bizim həmsədrlər, İdarə Heyəti üzvləri ilə danışıqlarımızda soydaşlarımızı buna təşviq etməyi tövsiyə etmişik. Elə insanlar var ki, bunun marağında olmayıblar, elələri də var ki, dövlət işində olmaq istəyindədir, amma madiyyatı buna imkan vermir. Rada olaraq düşünürük ki, tərəflərə maddi və mənəvi dəstəkdə olmalıyıq, onları bu postlarda təmsil olmalarına ruhlandırmalıyıq. Düzdür, əksəriyyəti rayon, şəhər meriyasında təmsil olunublar, amma yuxarı siyasi elitada, kürsülərdə deyillər. Bunu isə soydaşlarımızın bacarıqsızlığı, savadsızlığı ilə heç də bağlamazdım. Sadəcə soydaşlarımızın başqa hədəfləri var ki, buna çatmağa qərarlaşdırıblar və bu sahədə uğurlar qazanıblar. Amma bir daha deyim ki, Rada olaraq ölkədə nüfuzu, çəkisi, hörməti, intellekt səviyyəsi olan soydaşlarımız arasında təbliğat aparırıq ki, ölkənin ictimai, siyasi həyatında aktivlik nümayiş etdirsinlər, potensial və güclərindən istifadə edib yüksək dövlət strukturlarında, siyasi çevrələrdə təmsil olunsunlar.

- Necə fikirləşirsiz, UAR-ın yaranmasını istəməyən qüvvələr hələ də mövcuddur, yoxsa artıq "dənizdə sakitlikdir"...

- Ümumi olaraq sakitlik var. Amma vurğuladığımız kimi, bizi istəməyən qüvvələr də var. Hər bir yeni yaranan təşkilatı istəməyən qüvvələr də olacaq, onu istəyən, dəstəkləyənlər də olacaq, loyal münasibət bəsləyənlər də olacaq. Sadəcə bizi istəməyən qüvvələrin haqqımızda dedikləri doğru fikirlərdən nəticə çıxarıb fəaliyyətimizi gücləndirməliyik. Tənqidə hörmətliə yanaşırıq. Bizi istəməyən, gözü götürməyən qüvvələr həmişə olacaq və onları tamamilə sıradan çıxarmaq fikrində də deyilik. Müxtəlif fikirli, düşüncəli insanlar var, Azərbaycanı sevən, sevməyən qüvvələr də var. Onların hamısı bizi sevməyə məhkum və məcbur deyillər, bunun marağında da deyilik. Amma onlar bizim ətrafımızda ola da bilməz, onları aramıza, yaxınımıza buraxmarıq. Ancaq ölkəmizi istəməyən, inkişafına, güclənməsinə yarasa gözü ilə baxan və ya baxmaq istəyən qüvvələrlə həmişə mübarizə aparırıq və aparacağıq da. Bu mübarizə yolunda biz mətnləşəcək, təcrübə toplayacaq, təşkilatlanacaq, ptofessionallaşacaq, gücənəcəyik. Bu bizim ümumi işimizin xeyrinədir. Azərbaycanı, dövlətini, millətini sevənlərə həmişə aramızda yer olacaq. Bircə onu deyə bilərəm ki, son illərdə Ukrayna- Azərbaycan əlaqələrinin möhkəmlənməsi, dostluq münasibətlərinin qorunub saxlanmasında buradakı diaspor təşkilatların da rolu az olmayıb. 44 günlük müharibədə Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması, intensiv şəkildə, aramsız və operativ ictimaiyyətə düzgün məlumatların verilməsində diaspora təşkilatlarımız birlik nümayiş etdiriblər. Bütün bunlar Azərbaycan dövlətinin, Diasporla İş üzrə Dövlət Komitəsinin apardığı məqsədyönlü siyasətin uğurudur. Özümüzü heç kimlə müqayisə etmək istəməzdim. Bizim öz yolumuz var - ölkəmizə, dövlətimizə, xalqımıza, millətimizə, gələcəyinə, güclənməsinə xidmət etmək. Bu yolda qarşımıza kəsə biləcək istənilən qüvvəyə güc gəlmək iqtidarındayıq. Bütün hücumları dəf etməyə gücümüz var. Niyyətimiz, məqsədimiz “Fikirdə, sözdə, əməldə bir” şüarı altında azərbaycanlıları birləşdirmək, həmrəyliyinə nail olmaqdır. Bütün sahələrdə uğur qazanmaq üçün ilk növbədə həmrəy olmağımız vacibdir. İnanıram və ümid edirəm ki, buna tezliklə tam nail olacağıq
"Biz bu xain və xain hücumu unutmamışıq, unutmayacağıq"Prezident Ersin Tatar, Allahverdi Kılıçın Yunan əsgərləri tərəfindən şəhid olmasının ildönümü ilə əlaqədar bir mesaj yayımladı; "Mücahidlər və Mehmetçik yeganə təminatımızdır"

Prezident Ersin Tatar, Yunanlar tərəfindən Piyada Ordusu Allahverdi Kılıçın şəhid olmasının 25 -ci ildönümü münasibətilə bir mesaj yayımladı.
Türk əsgərinin Türkiyənin zaminindən vaz keçə bilməyəcəyinə işarə edən Prezident Tatar, "Şəhid olmasının 25 -ci ildönümündə, 8 sentyabr 1996 -cı ildə gözətçi postunda Yunan əsgərləri tərəfindən güllələnərək öldürülən Piyada Hərbçisi Allahverdi Kılıç, Təhlükəsizlik Qüvvələri Komandirliyi daxilində milli vəzifəsini yerinə yetirərkən, bir daha şəhid oldu, rəhmət və ehtiramla anırıq. Biz bu xain və xain hücumu unutmamışıq, unutmayacağıq. Şəhidlərimizi yaşatmaq və onları izzətləndirmək bizim ən böyük borcumuzdur "dedi.

Prezident Tatar, Rum əsgərlərinin bu hücumunun, Kıbrıs Rum rəhbərliyinin cinayət qeydinin olduğuna dair bir başqa sübut olduğuna diqqət çəkərkən, Kıbrıs Türk xalqına yaşamaq hüququ verməyən və xalqı bir xalq olaraq görən bir Yunan zehniyyətinin olduğunu bir daha nümayiş etdirdi. azlıq, dəyişməyib və dəyişməyəcək. Vurğulamaq, xalqı qorumaq, xalqın və yeni nəsillərin gələcəyini təmin etmək və ədalətli və uzunmüddətli bir razılaşmanın əldə edilməsini əsas məqsədləri olduğunu vurğuladı.

Bunun yolu federal əsaslı qeyri-mümkün bir razılaşma yolu ilə deyil; Cenevrədə ilk dəfə danışıqlar masasına qoyduqları iki ayrı suveren bərabər dövlətin mövcudluğuna əsaslanan müqavilənin mesajına aşağıdakı ifadələr daxil edildi.

“Bölgənin ən qüdrətli və ən böyük ölkəsi Vətən Türkiyə tərəfindən də dəstəklənən bu həll təklifi ən real həlldir və bu təklifdən geri addım atmayacağıq. "Sıfır əsgər, sıfır zəmanət" deyərək Türkiyənin qarantını çıxarmağı və Türk əsgərlərini Kiprdən uzaqlaşdırmağı hədəfləyən Yunan hökuməti, Vətən Türkiyə zaminindən və Türk əsgərlərindən əl çəkməyəcəyimizi bilməlidir. Mücahidlər və Mehmetçik yeganə zəmanət və zəmanətimizdir.

Bu gün vətənimiz bildiyimiz bu torpaqlarda böyük bir müqavimətdən sonra suveren, azad və qorxmaz olaraq öz dövlətimizin damı altında yaşasaq, bunu hər zaman yanında olan şəhidlərimizə, mücahidlərimizə, Mehmetçiyə və Vətən Türkiyəyə borcluyuq. bizi. Əziz şəhidlərimiz, yaxşı yatın, əmanətlərinizi heç vaxt ayaq altına almayacağıq. Şəhid Piyada Ordusu Allahverdi Kılıç və bütün şəhidlərimizi rəhmət və minnətdarlıqla anıram. Ruhları rahat olsun."
Əsgərimiz özünü güllələyib - Baş Prokuror məlumat yaydı6 sentyabr 2021-ci ildə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikzadə Məmmədağa Zakir oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, fakt üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və zəruri istintaq hərəkətləri həyata keçirilib.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə, istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda iş üzrə zəruri tədbirlərin görülməsi davam etdirilir.

Rövşən Əkbərov Elçini öldürdüyünü ona etiraf edib - ŞahidBu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində vaxtilə Müdafiə Nazirliyinin tərkibində Mülki Müdafiə üzrə Qərargah rəisinin müavini işləmiş, ehtiyatda olan polkovnik Elxan Cəbiyev dindirilib.

O deyib ki, 2001-ci ilin may ayının sonlarında Ukraynanın Kiyev şəhərində keçirilən tədbirdə iştirak edib:

“Həmin tədbirdə Rövşən Əkbərovla tanış oldum. Kiyevdən qayıtmazdan əvvəlki gün, mayın 31-də o, məndən bir bağlamanı Bakıya aparmağımı xahiş etdi. Səfirliyə gedib bağlamanı götürdüm. Səhəri gün isə Bakıya gətirdim, içərisində nə olduğunu bilmirdim”.

Daha sonra "Olaylar" qəzetinin baş redaktoru, qətlə yetirilən Elçin Əliyevin yaxın dostu olmuş Yunis Oğuz ifadə verib.

O bildirib ki, hadisənin səhərisi günü E.Əliyevin qətlə yetirildiyini eşidib:

“Elçinin atasıgilə gələndə orada söz-söhbət gəzirdi ki, onu Rövşən Əkbərov öldürüb. Elçinin meyitini gətirməyə gedən Nazim İbrahimov da mənim yaxın dostum olub. Həm o, həm də Ukaynada olan qardaşım Musaxan Əliyev söylədi ki, Elçini Rövşən qətlə yetirib. Qardaşım hadisə vaxtı orda olmayıb, bu haqda eşidib”.

R.Əkbərov Y.Oğuzun ifadəsinə etiraz edib. O söyləyib ki, hadisə vaxtı orada olan Məzahir Şıxəliyev olaydan 3 gün sonra öldürən adamın kimliyini müəyyən etmək üçün şəkil istəyib:

“Bu halda hadisə günü onun Yunis Oğuza məlumat verməsi ziddiyətlidir”.

Məhkəmədə qətlə yetirilən E.Əliyevin qohumu Elman Ağayev də dindirilib. O vurğulayıb ki, hadisədən bir neçə saat əvvəl E.Əliyevlə telefonla danışıb:

“O, Rövşən Əkbərov adlı generalın Ukraynada qonaq olduğunu, onunla görüşdüklərini, həmin gün də yenidən görüşəcəklərini söylədi. Səhəri gün zəng gəldi ki, Elçini qətlə yetiriblər. Nazim İbrahimov Elçinin meyitini gətirdikdən sonra mənə Rövşən Əkbərovla görüşdüyünü bildirdi. Rövşən Əkbərov Nazim İbrahimova Elçini öldürdüyünü etiraf edib”.

Generalın vəkilləri şahidin 2003-cü ildəki ifadəsi ilə hazırki ifadəsi arasında kəskin ziddiyətlər olduğunu deyiblər. Belə ki, E.Ağayev əvvəlki ifadəsində N.İbrahimovun hadisədən sonra 1 il gizləndiyini bildirib.

Şahid 17 il əvvəl ifadə verdiyini, hər şeyi detallı xatırlamadığını deyib: “Amma biz bilirik ki, Rövşən Əkbərov əvvəlcə Məzahirin sabiq daxili işlər naziri İsgəndər Həmidovun sürücüsü olduğunu biləndən sonra vurub. Daha sonra maşından küt alət götürüb Elçini öldürüb. Qüdrət də onun yanında olub".

Məhkəmənin növbəti iclası sentyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Rusiyada yaşayış binasında partlayış: – Ölənlər varBu gün səhər saatlarında Rusiyanın Noginsk şəhərində yaşayış binasında partlayış baş verib.

Avrasiya.net xəbər verir ki, partlayış nəticəsində 17 mənzil tamamilə dağılıb.

Xilasedicilər dağıntılar altından iki nəfərin cəsədini çıxarıb. 14 nəfər isə yaralanıb. Yaralılardan 6-sı xəstəxanaya yerləşdirilib.

Rusiya Fövqəladə Hallar Nazirliyi partlayışın qaz sızmasından baş verdiyini bildirib.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Ümumilikdə binadan 170-dən çox insan təxliyə edilib.
Narkomaniya və insan alveri ilə mübarizəni yalnız polis aparmalı deyilTəəssüflər olsun ki, bu gün cəmiyyətimizdə əksəriyyət insanda belə bir yanaşma var ki, mütləq şəkildə narkomaniya və insan alveri ilə mübarizəni ancaq polis, hüquq-mühafizə orqanları aparmalıdır.

Avrasiya.net xəbər verir ki, bu sözləri ekspert Ramiz Alıyev bildirmişdir. Əlbəttə ki, bu yanaşma yanlışdır və belə düşüncə təhlükəlidir. Hər bir ailə kiçik dövlətdir ona görə də valideynlər və yaşca böyük olan insanlar özlərindən yaşca kiçik ailə üzvlərinə güclü nəzarət etməlidir. Eyni zamanda bu gün təəssüflər olsun ki, bir çox televiziya kanalları həm insan alveri, həm də narkomaniya ilə bağlı sanballı, təsiredici maarifləndirmə işləri apara bilmirlər.

Tez-tez veriliş təşkil edib bu mövzuya yaxından və uzaqdan heç bir əlaqəsi olmayan “ekpertləri” dəvət edərək “maarifləndirmə” aparmaq görüntüsü yaratmaq göyərçinlə məktub göndərməyə bənzəyir. Eyni ilə bəzi vətəndaş cəmiyyətinin üzvlərinin və gənclər təşkilatlarının “capy-paste” edib hazırlatdığı buklet və bröşürlər kimi. Artıq o dövürlər bitib. Bu gün Daxili İşlər Naziriliyinin sosial şəbəkəkələrdə olan səhfələrinin narkomaniya və insan alveri ilə bağlı apardığı maarifləndirmə işləri bəzi televiziyaların apardığı “maarifləndirmə” işlərindən qat-qat yaxşıdır və müasirdir. Maraqlıdır ki, dövlət tərəfindən maliyyələşən televiziyalar bu gün yenə də 10 il öncə necə maarifləndirmə işləri aparırdısa indi də o cür davam edirlər.

Daha yaxşı olardı ki, mövzu ilə bağlı insanlara təsir edən, gəncləri maarifləndirən video-çarxlar, bədii filmlər, seriallar çəkilsin. Kim deyirsə ki, bu cür video-çarxlara və filmlərə baxan yoxdur onlar yalan deyirlər! Bu il ATV kanalı ilə birlikdə biz narkomaniya və insan alveri ilə bağlı 6 bölümdən ibarət “İFŞA” adlı serial çəkdirdik və demək olar ki, bütün ölkənin bu serialdan xəbəri oldu. Televizayaların reytinq cədvəlində də ən reytinqli seriallardan biri oldu. Ölkə mətbuatı mütəmadi olaraq bu serial haqqında yazılar yazıdı, diqqətdə saxladı.

Hətta qardaş Türkiyənin 30-dan artıq mediasında bununla bağlı yazılar getdi və türk seriallarına bənzədildiyi yazılırdı. Doğrudur, bu, Azərbaycanda ilk polis serialı idi və belə proyektlər etmək digər seriallar kimi asan deyil, ancaq bu cür film, serial və video-çarxlar çəkmək, sosial şəbəkələrdə müasir dövrə uyğun formada bununla bağlı maarifləndirmə işləri aparmaq mütləq lazımdır!

Standart və keçmişdən qalan təbliğat formalarından televiziya kanalları çəkinməlidir. Bu gün Azərbaycanın hüquq -mühafizə orqanları və xüsusən də Azərbaycan polisi gündəlik olaraq narkomaniya və insan alveri ilə bağlı apardıqları əməliyyat tədbirləri haqqında məlumat verir, istər televizayalarda, istərsə də Nazirliyin sosial şəbəkədəki hesablarında.

Düşünürəm ki, maarifləndirmə işi ilə məşğul olmalı olan sahələr daha müasir formalardan istifadə etsələr və televiziyalar da o mənasız verilişlərdən uzaq olub daha müasir verilişlər, bu sahə ilə bağlı video-çarxlar, filmlər, seriallar etsələr yaxşı nəticələr olar. Bu gün, həqiqətən, Azərbaycan polisi çox böyük əziyyət çəkir və gərgin iş rejimində çalışır ki, bu bəladan ölkəmizi və xalqımızı, xüsusən də gənclərimizi qorusun. Maarifləndirmə işləri ilə məşğul olmalı olan sahələr də bu qayda ilə çalışmalıdır ki, ölkəmizi və gənclərimizi bu bəladan xilas edə bilək.