Alim Qasımovun kürəkəninə hökm oxunubXalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlamovun cinayətin işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, iclasa Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə qeyd olunub ki, Tamilla Aslanovaya dəymiş 51620 manat ziyanla bağlı mülki iddia təmin edilsin.

Qeyd edək ki, Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir.

Zərərçəkmiş qismində tanınan şəxslər Xalq artistinin həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyevdir.

Qeyd edək ki, E.Mövlanov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə ittiham olunur.

Mədəniyyət nazirinə birinci müavin təyin olunduMədəniyyət Nazirliyinə birinci müavin təyinatı olub.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Elnur Əli oğlu Əliyev Mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Elnur Əliyev bundan əvvəl mədəniyyət nazirinin müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, Elnur Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançestr Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini alıb.

E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışıb. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında və Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.
Deputat başçıya zəng etdi: Etibar Yusifov dərhal cəzalandırılsın!Oğuz rayonunda şəhidlərimizə və dövlət atributumuza qarşı edilən hörmətsizlikdən xəbərdaram. Az əvvəl icra başçısı Eyvaz Qurbanovla danışdım və bu hörmətsizliyi edən şəxsin şəhid ailələrindən üzr istəməsini və ciddi şəkildə cəzalandırılmasını tələb etdim.

Bu sözləri Axar.az-a açıqlamasında Oğuz rayonunun deputatı Aqiyə Naxçıvanlı sözügedən rayonun icra başçısının müavini Etibar Yusifovun şəhidlərimizin məzarı üzərindən əklil və bayraqlarımızın zibilliyə atılması ilə bağlı “əmr”indən danışarkən deyb. Deputat bildirib ki, məsələ diqqətindədir:

“Mənə orada təmir işlərinin getdiyini, əklil və bayraqların buna görə götürüldüyünü demişdilər. Amma təbii ki, bunlar bəhanədir və istənilən halda şəhid ailəsinə qarşı bu cür hörmətsizlik qəbuledilməzdir.

Bir az əvvəl icra başçısı Eyvaz Qurbanovla danışdım. Etibar Yusifov adlı bu şəxsin şəhid ailələrindən üzr istəməsini və onun çox ciddi şəkildə cəzalandırılmasını tələb etdim.

Şəhidlər bizim üçün müqəddəsdir, onlara toxunmaq, onlarla bu cür “zarafat”lar eləmək olmaz. Təmir məsələsi doğrudursa, valideynlər dərhal çağırılmalı, onlara bu addımı atacaqları ilə bağlı məlumat verilməli idi. Bu diqqətsizliyə, hörmətsizliyə yol verilməməli idi.

Bu insanlar hələ özlərinə gəlməyib, yaraları hələ çox təzədi. Bu ağrıların üzərindən bir də bu cür hörmətsizlik etmək yolverilməzdir.

Hazırda bir neçə təşkilat və şəxsən mən özüm bu məsələ ilə məşğulam. Etibar Yusifov kimdir, bilmirəm. İstənilən halda kimdir, kim olur-olsun, öz töhmətini, cəzasını mütləq almalıdır!”

Qeyd edək ki, Oğuz rayonunda şəhidimiz Məhəbbət Paşayevin atası Vaqif Paşayev rayonun Şəhidlər Xiyabanında şəhid məzarları üzərindən təzə əklillərin və bayrağımızın zibilliyə tullanmasını əks etdirən video paylaşıb.
Napoleonun papağı hərraca çıxarıldıFransa imperatoru Napoleon Bonapartın DNT nümunəsinin aşkar edildiyi papaq Honq Konqdakı “Bonhams” muzeyində sərgilənib.

Kult.az xəbər verir ki, oktyabrın 27-də İngiltərənin paytaxtı Londonda hərraca çıxarılması planlaşdırılan papağın start qiymətinin 150-200 min dollar arasında olacağı bildirilir.

Papağın Bonaparta məxsus olduğunun təsdiqlənməsindən sonra bu məbləğin daha da artacağı gözlənilir.
Gürcüstanda əcnəbi turistlər itkin düşübGürcüstanın Svaneti bölgəsində Uşba dağında iki xarici ölkə vətəndaşı itkin düşüb.

“Report”un yerli bürosu xəbər verir ki, onların axtarışı bir neçə gündür davam etdirilir.

Axtarışlara helikopter də cəlb olunub. Əlverişsiz hava şəraiti axtarış-xilasetmə əməliyyatını çətinləşdirir.

Yayılan məlumatlara əsasən, ata-oğul olan turistlər Moldova vətəndaşlarıdır.
İcra baçşısının müavinindən şəhidə və bayrağımıza HÖRMƏTSİZLİK - VİDEOOğuz rayon İcra Hakimiyyəti tərəfindən 2-ci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımıza qarşı inanılmaz addım atılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Axar.az-a şəhidlərimizin qohumları məlumat verib.

Bildirilib ki, avqustun 29-u Oğuz rayon Şəhidlər Xiyabanında şəhidlərimizin məzarı üzərinə qoyulan əklil və bayraqlar sökülərək, yaxınlıqdakı zibilliyə atılıb.

Sakinlər bildirib ki, əklillərin məzardan götürülməsi əmrini icra başçısının müavini Etibar Yusifov verib.

Şəhid valideynləri İcra Hakimiyyətindən bunun səbəbini öyrənməyə çalışanda Etibar Yusifov ”əcəb etmişik” deyib.

Oğuz Rayon İcra Hakimiyyətindən saytımıza verilən məlumata görə, icra başçısı bu məsələ ilə bağlı məlumatlandırılıb: “Araşdırma aparılır. Tezliklə məsələ öz həllini tapacaq”.

Şəhid məzarı üzərindən əklilləri, dövlət bayrağımızı götüzdürərək yaxınlıqdakı zibillik əraziyə tullanması göstərişini verən Etibar Yusifov isə zənglərimizə cavab vermədi.

Qeyd: Video şəhid Məhəbbət Paşayevin atası Vaqif Paşayev tərəfindən qeydə alınıb.
Ermənistanda təbii artım kəskin azaldıBu ilin yanvar-iyul aylarında Ermənistanda əhalinin təbii artımı cəmi 1252 nəfər təşkil edib.

Bu barədə Ermənistan Milli Statistika Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 1.8 dəfə, 2019-cu illə müqayisədə isə 2.9 dəfə azdır. Müqayisələr göstərir ki, ölkədə təbii artım dinamikasındakı tendensiyalar pisləşməyə doğru gedir.

Bunda Ermənistanda koronavirusdan ölənlərin sayının kəskin artması da rol oynayıb. Belə ki, yanvar-iyul aylarında koronavirusdan 2.3 mindən çox ölüm hadisəsi baş verib. Bu rəqəm ötən ilin analoji dövründə 800 nəfər idi.

Bundan başqa təbii artımın azalmasına ermənilərin kütləvi şəkildə ölkəni tərk etməsi də ciddi təsir göstərir. 2018-2020-ci illərdə və bu ilin yanvar-iyun aylarında 103.6 min erməni Rusiya vətəndaşlığını qəbul edib. Onlardan 21.9 mini bu ilin yanvar-iyun aylarının payına düşür. Ötən il Rusiya vətəndaşlığına 30.5 min erməni qəbul edilib. Göstərilən rəqəmlərdən də aydın olur ki, proses artım xarakteri daşıyır. Ötənilki rekordun bu il keçiləcəyi tamamilə mümkün görünür.

Miqrasiya prosesi təkcə Rusiya ilə məhdudlaşmır. Əsasən reproduktiv yaşda olan kişilər və qadınlar da daxil olmaqla, əsasən gənc ailələr ölkəni tərk edirlər. Bu da qısa müddətdə ölkənin demoqrafiyasında mənfi nəticələrə gətirib çıxarır.