Əmrullah Saleh Pəncşirdən qaçdıƏfqanıstanın vitse-prezidenti Əmrullah Saleh Pəncşiri tərk edərək Tacikistana qaçıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.

Qeyd edək ki, bu gün Taliban Pəncşirin tamamilə ələ keçirildiyini elan edib. Pəncşirdəki Müqavimət Cəbhəsi isə məlumatı təkzib edərək, mübarizənin davam etdiyini bildirib.