Nazir bütün müşavirlərini vəzifədən azad etdiEkologiya və təbii sərvətlər naziri Muxtar Babayev bütün müşavirlərini vəzifədən azad edib.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə ekologiya və təbii sərvətlər nazirinin müşaviri Xəlil Ramazanov yaşa görə pensiyaya göndərilib.

Nazirin digər müşaviri Natiq Əhməd oğlu Şirinzadə başqa dövlət qurumuna təyinat aldığı üçün işdən azad olunub.

Muxtar Babayev ötən il Xaliqverdi Hüseynovu özünə müşavir təyin etsə də, artıq o, bu vəzifəsindən azad edilərək Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi Şöbəsinin müdir əvəzi təyin edilib.
Amerikalı konqresmenlər Tiflisə gəlirABŞ konqresmenlərindən ibarət nümayəndə heyəti sentyabrın 6-da Tiflisə gələcək.

Avrasiya.net xəbər verir ki, bu məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.

Nümayəndə heyətinin səfəri 3 gün davam edəcək. Tiflisə gələcək heyətə Aleks Ksavyer Mun, Brayan Corc, Kelli Maykl Armstronq, Kerol Devin Miller və Ronald Cin Estes daxildir.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladıEl bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum.

Avrasiya.net xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

O, dördüncü dalğanın uzun müddət davam etməsinin səbəblərini belə izah edib: “Mənim proqnozumla dördüncü dalğa bu günlərdə bitməli idi . Deltanın dalğası nisbətən uzun çəkir, çünki sürətlidir, yanından keçən adama da yoluxa bilir. Ailədəkilər də tez yoluxur. Amma nə qədər sürətli olsa da, hər dalğanın müəyyən müddəti var, o müddəti keçə bilməz. Tezliklə bitəcək. Qorunma tədbirlərini hamı bilir. Bir az ciddi yanaşsanız, tezliklə yoluxma sayında kəskin enmənin şahidi olacağıq”.

Bu gündən etibarən daha bir neçə ölkənin vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilib.

Avrasiya.net xəbər verir ki, sentyabrın 6-dan hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Azərbaycana gələ və gedə biləcəklər:

- Çin, Estoniya, Finlandiya, Fransa, Honq-Konq, Xorvatiya, İslandiya, İtaliya, Latviya, Malayziya, Səudiyyə Ərəbistanı, Yaponiya və Litva.

Qeyd edək ki, daha əvvəl iyunun 10-dan Rusiya, Türkiyə, iyunun 21-dən isə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Macarıstan, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Qətər Krallığı vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərin hava nəqliyyatı vastəsilə Azərbaycana giriş-çıxışına icazə verilib.

Avqust 5-dən eyni şərtlərlə siyahıya daha 20 ölkə əlavə edilib:

- Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Kanada, Luksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Yunanıstan.

Xatırladaq ki, qeyd olunan ölkələrdən Azərbaycana girişə icazə verilməsi həmin ölkələrdə davamlı vaksinasiyanın həyata keçirilməsi və pandemiya ilə mübarizənin qənaətbəxş olması ilə əlaqəlidir.

Həmin ölkələrin vətəndaşlarının da Azərbaycan Respublikasına səfər etmələri üçün aşağıdakı tələblər gözlənilməlidir:

- yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması;

- 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması.

Yaşı 1-dən aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.
Lütfi Zadənin oğlu özünün erotik jurnalında atasından YAZDIBu gün görkəmli riyaziyyatçı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin müəllifi Lütfi Zadənin anım günüdür.

Modern.az-ın məlumatına görə, Lütfi Zadənin oğlu Norman Zadə atasının anım günü ərəfəsində özünün sahibi olduğu jurnalın sonuncu sayında onun barəsində yazı dərc etdirib.

ABŞ-da nəşr olunan “Perfect 10” adlı jurnalda Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsindən bəhs olunub.

Bundan başqa, jurnalın bu sayında Norman Zadə özünün tərcümeyi-halının yeniləşmiş variantını da dərc etdirib.

Qeyd edək ki, Norman Zadənin naşiri olduğu “Perfect 10" jurnalı Amerikada çox populyardır.

“Perfect 10” erotik jurnalı vaxtilə məşhur “Playboy” jurnalının əsas rəqiblərindən biri olub.

Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda doğulub. O, üçüncü sinfədək təhsilini Bakıda alıb, sonradan o, ailəsi ilə birgə Tehrana köçüb. 1944-cü ildə Tehran universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib.

Lütfi Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb.1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik edib.

Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran kəşfi isə elmdə inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir.

Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb. Bu nəzəriyyə riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açıb.

Hazırda Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto ve videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub.

Bu gün qeyri-səlis məntiq nəzəriyyəsi Amerikanın “General Motors”, “General Electric”, “Motorola”, “Dupont”, “Kodak” və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.

Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif edib: “təəssüratlar nəzəriyyəsi”, “sistemlər nəzəriyyəsi”, “sözlə işləyən kompüter nəzəriyyəsi”, “optimal süzgəclər nəzəriyyəsi” və “soft kompyutinq”.

Dünya şöhrətli alimin dünyada məşhur olan qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi ABŞ-da kosmik proqramların həyata keçirilməsində, Yaponiyada foto-radio cihazların istehsalında, eləcə də super yeni, beşinci, altıncı nəsil kompüterlərin yaradılmasında mühüm rol oynayıb.

Görkəmli alim 2017-ci il sentyabrın 6-da dünyasını dəyişib, öz vəsiyyətinə uyğun olaraq Bakıdakı Fəxri xiyabanda dəfn olunub.

Lütfi Zadənin həyat yoldaşı Fey Zadə də həmin il yanvarın 17-də vəfat etmişdi.

Lütfi Zadənin Stella və Norman adlı iki övladı var. Qızı Stella 2006-cı ildə 59 yaşında vəfat edib.

Məşhur alimin oğlu Norman Zadə 1950-ci ildə doğulub, hazırda 66 yaşı var. O da atası kimi Amerikada kifayət qədər tanınır. ABŞ-da onu daha çox Norm Zada adı ilə tanıyırlar.
Norman informatika sahəsi üzrə riyaziyyatçı alimdir, eyni zamanda peşəkar poker oyunçusudur. Bundan başqa, o, həm də vəkil və media maqnatıdır.

Norman Zadə qeyd etdiyimiz kimi, pokerin dərin bilicisidir. O qədər dərin ki, hətta poker oyunu haqqında 1974-cü ildə kitab da yazıb - “Uduşlu poker sistemləri” (“Winning Poker Systems”). Norman 1974-cü ildə poker üzrə yarışlarda qalib olub.

Norman Zadə naşiri olduğu “Perfect 10" jurnalını buraxmazdan öncə atasının işlədiyi yerdə - Kaliforniyanın Berkli Universitetində professor kimi çalışıb, eyni zamanda Stenford və Kolumbiya universitetlərində dərs deyib. Tətbiqi riyaziyyat üzrə ixtisaslaşan Norman Zadənin poker bilicisi kimi yazdığı “Uduşlu poker sistemləri” kitabı qumar oyunlarının həvəskarları üçün bələdçi rolunu oynayır.

Norman Zadə 2010-cu ildə Beverli Hilsdəki malikanəsini 16,5 milyon dollara satıb. “Qremmi” və “Emmi” mükafatlarının laureatı Coan Rivers onun sevgilisi olub
İraqın Babil əyalətində “Haşdi-Şabi” silahlı birləşməsinin əl-Cəzirə əməliyyatlar komandanı Asif Həsən Kərim bomba hücumu nəticəsində ölüb.

Avrasiya.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Babil əyaləti Polis İdarəsinin rəisi “Anadolu” agentliyinə bildirib.

Məlumata görə, hadisə Babil əyalətinin İveysat bölgəsinin Ceref ən-Nasr nahiyəsində komandanın olduğu avtomobilə yerləşdirilən bombanın partlaması nəticəsində baş verib.

Partlayış nəticəsində Kerimlə yanaşı iki nəfər də yaralanıb. Hadisə baş verən Uveysat bölgəsi “Haşdi Şabi” silahlı birləşməsinin nəzarəti altındadır. Hadisənin məsuliyyətini hələ ki, üzərinə götürən yoxdur.

ABŞ və Ukrayna Prezidentləri - Co Bayden və Vladimir Zelenski görüş zamanı Donbasla bağlı gizli qərar verə bilərlər.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilir ki, "Minsk-2" bu gün Donbasda sülhün bərqərar olması üçün beynəlxalq səviyyədə tanınan yeganə müqavilədir və Vaşinqton görüşündən sonra bu barədə səssiz qalmaq qorxulu bir hadisəyə işarədir.

Ekspertlər qeyd ediblər ki, bu, həm Vaşinqtonun danışıqlara qatılmaq istəmədiyini, həm də Donbasla bağlı hələ ictimaiyyətə təqdim olunmamış razılaşmaların mövcudluğunu göstərə bilər.

İkinci versiyaya görə, Bayden və Dövlət Departamenti Zelenskini Donbasda güzəştə getməyə və Ştaynmayer düsturunu tətbiq etməyə fəal şəkildə inandırıblar.
DSX-yə yeni mətbuat katibi təyin edildiDövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzində kadr təyinatı olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bununla bağlı DSX-nin rəisi general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Rəşad Məşədiyev Xidmətin mətbuat katibi vəzifəsinə təyin edilib.

DSX-nin Mətbuat Mərkəzi faktı təsdiqləyib.
Flora Kərimova Prezident təqaüdünü qazilərə verdiAzərbaycanın xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən müharibəsi qaziləri arasında bölüb.

Avrasiya.net Nyus24.az-a istinadən xəbər verir ki, xalq artisti təqaüdünü 2 qaziyə verib.

Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlər zamanı ağır yaralanan Rəvan Əzizovdur.
Əfqanıstanda Pəncşir müəmması: Kimin əlindədir?Pəncşir vilayəti tamamilə Talibanın nəzarətinə keçib.

Bunu Taliban nümayəndəsi Zəbiullah Mücahid deyib.

“Düşmənlərin sonuncu qalası Pəncşir vilayəti tamamilə ələ keçirildi. Ölkədə təhlükəsizliyin təmin edilməsi üçün edilən son səylər də nəticəsini verdi və Pəncşir İslam Əmirliyinin tam nəzarətinə keçdi”, - Zəbiullah bildirib.

Onun sözlərinə görə, bəzi qiyamçılar döyüşdə məğlubiyyətə uğrayıblar, bəziləri isə qaçıblar. Taliban Pəncşir əhalisinə müraciət edərək bildirib ki, onlara toxunmayacaqlar.

***

Pəncşirdəki Müqavimət Cəbhəsi vilayətin Taliban tərəfindən ələ keçirilməsiin təkzib edib və mübarizənin davam etdiyini deyib.

“Müqavimət Cəbhəsinin qüvvələri vadi boyu bütün strateji mövqelərdədir. Əfqan xalqını əmin edirik ki, ədalət və azadlıq təmin olunana kimi taliblər və onların tərəfdaşlarına qarşı mübarizə davam edəcək”, - Cəbhənin yaydığı məlumatda bildirib.