Oktyabrın 2-də Gürcüstana gəlirəm - SaakaşviliGürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili oktyabrın 2-də Gürcüstana gələcək.

Axar.az xəbər verir ki, bu barədə eks-prezident özü məlumat verib.

Saakaşvili həbs olunacağından qorxmadığını qeyd edib:

"Əminəm ki, gürcü xalqı özünü azad edəcək və mən də azadlığa çıxacağam. Taleyimi gürcü xalqının əlinə verməkdən qorxmuram. Gürcüstanı xilas etmək bizim vətənpərvərlik borcumuzdur. Gürcüstanda hər şey məhv olur, insanlar ölkəni hər gün kütləvi şəkildə tərk edir. Hər kəs seçkiyə getməli və Bidzina İvanişvilinin arzusunun əleyhinə səs verməlidir”.

M.Saakaşvili tərəfdarlarını planları barədə mərhələli şəkildə məlumatlandıracağını vurğulayıb.
Fərəh Əliyeva “Şöhrət” ordeni ilə təltif edildiAzərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Fərəh Şirməmməd qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, F.Əliyeva Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiridir. Sentyabrın 7-də onun 60 yaşı tamam olur.
Azərbaycanda iki azyaşlı qız kanalda BATDIFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 06.09.2021-ci il tarixində Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında boğulan 2006-cı il təvəllüdlü Niftəliyeva Arifə Ceyhun qızı və 2008-ci il təvəllüdlü Usubova Fatimə Ədalət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Avrasiya.net-ə bildiribli ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində A.Niftəliyeva və Ə.Usubovanın meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Tokioda 3 qızıl medal qazanan Ramana 600 min manat pul mükafatı veriləcəkBu gün Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, yarışlarda əldə etdikləri yüksək nəticələrə görə idmançılara və onların məşqçilərinə pul mükafatları təyin edilib. Belə ki, birinci yeri tutan hər bir paralimpiyaçıya 200 000 (iki yüz min), onun məşqçisinə 100 000 (yüz min) manat, ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min), onun məşqçisinə 50 000 (əlli min) manat, nəhayət üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min), onun məşqçisinə 25 000 (iyirmi beş min) manat məbləğində mükafat veriləcək.

Qeyd edək ki, ötən gün XVI Yay Paralimpiya Oyunlarına yekun vurulub. Azərbaycan komandası yarışda 19 medal - 14 qızıl, 1 gümüş və 4 bürünc qazanaraq böyük uğura imza atıb.

Paralimpiya komandamız tarixinin ən yaxşı nəticəsini göstərərək medal sıralamasında ilk “10-luq”da qərarlaşıb.

Komandamızın heyətində Şəhanə Hacıyeva, Saleh Raman, Vüqar Şirinli, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimli, Həmid Heydəri, Elvin Astanov, Dürsədəf Kərimova, Vəli İsrafilov, Lamiyə Vəliyeva, Orxan Aslanov qızıl, Lamiyə Vəliyeva gümüş, Pərvin Məmmədov, Namiq Abaslı, İlham Zəkiyev, Səid Nəcəfzadə bürünc medal qazanıblar.

Paralimpiyaçımız Raman Saleh Tokioda tarixi rekorda imza ataraq 3 qızıl medal qazanıb. O, dövlət himnimizi Yaponiyanın paytaxtında keçirilən mötəbər yarışda 3 dəfə səsləndirib, bayrağımızı ən yüksək zirvəyə qaldırıb.

Paralimpiya oyunlarının tarixinə düşən Raman Salehə 3 qızıl medal qazandığına görə, 600 min manat pul mükafatı veriləcək. Onun məşqçisi üçün 300 min manat vəsait ayrılıb.

Məlumat üçün bildirək ki, Raman Saleh “Tokio-2020”də 100 metr məsafəyə arxası üstə, sərbəst və batterflay üsulu ilə üzmə yarışlarında bütün rəqiblərini geridə qoyaraq, paralimpiya çempionu olub.

Üçqat çempionumuz Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Şöhrət” ordeni ilə təltif olunub.

Beynəlxalq yarışlarda ölkəmizi təmsil edən belarus əsilli para-üzgüçü Roman Sergeyeviç Saley 1994-cü il fevralın 27-də anadan olub. O, ölkəmizə 2013-cü ildən Azərbaycanın şərəfini qoruyan qardaşı Dmitrinin tövsiyəsi ilə gəlib.

Raman Saleh ilk dəfə Azərbaycan bayrağı altında 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarına qatılıb. Həmin turnirdə 100 metr məsafəyə arxası üstə üzmə yarışlarında gümüş medal qazanıb. Daha öncə müxtəlif illərdə iki dəfə dünya ikincisi və iki dəfə də dünya üçüncüsü olub.

Onun böyük qardaşı Dmitri Saleh də üzgüçüdür və Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edərkən 2 gümüş medal qazanıb. O hazırda Belarus bayrağı altında çıxış edir.

Bundan öncə Raman Saleh və qardaşı Dmitri Saleh XV Yay Paralimpiya Oyunlarında qazandıqları yüksək nailiyyətlərə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" III dərəcəli ordeni ilə təltif ediliblər.
"Dostluq" mədəniyyət və təhsil mərkəzi yeni tədris ilini açdıUkrayna Azərbaycanlıları Radasının (UAR) Xarkov şəhərindən kollektiv üzvü olan "Dostluq" Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin qapıları 21 dəfə tələbələrin üzünə açılıb. Qürbətdə yaşayanlar üçün Azərbaycan dilini, tarixini, mədəniyyətini və adət-ənənələrini öyrənməsi üçün hər şəraitin təşkil olunduğu məktəbdə bu il 40 çox şagird təhsil alacaq.

UAR-dan Avrasiya.net-ə verilən məlumata görə, tədbir mərkəzin tələbələri tərəfindən Azərbaycan və Ukraynanın himnləri səslənidirilməsi ilə başlayıb.

Sonra Azərbaycan və Ukrayna şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bayram şənliyini giriş dözü ilə açan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov İdarə Heyəti adından şagirdləri və onların valideynlərini, eləcə də Mərkəzin müəllimlərini yeni dərs ilinin başlaması münasibətilə təbrik edib və Dostluq Mərkəzinin fəaliyyətindən danışıb. Xarkov Şəhər Şurasına, Xarkovun Şevçenkovski Rayon Təhsil Şöbəsinə, 131 saylı orta məktəbin direktoruna Mərkəzin bütün fəaliyyət dövrü ərzində göstərdikləri işlərə, verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Bayramın təşkilatçıları 2020-2021-ci tədris ili üçün Dostluq mərkəzinin həyatının ən parlaq epizodlarını əks etdirən slayd şousu nümayiş etdiriblər.

Ukrayna Azərbaycanlıları Radasının həmsədrləri Oleq Krapivinin və Hikmət Cavadovun təbriklərini açılış iştirakçılarına çatdıran baş katibi Ceyhun Məmmədov “DOSTLUQ” cəmiyyətinin bütün üzvlərinə təşəkkür edib. “Biz bu gün Xarkovda Azərbaycan naminə dildə, fikirdə və işdə birliyin şahidi olduq. Gücümüz birliyimizdədir” deyən Məmmədov Ukrayna üçün də birliyin vacibliyini vurğulayıb. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Qüvvət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz…” sözünü balacalara xatırladan Məmmədov yeni dərs ilində onlara uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Ukrayna Azərbaycanlıları Radasının aparat rəhbəri Elşad İbrahimov uşaqları ən dəyərli hədiyyə olan kitablarla sevindirib. Heydər Əiyev fondunun vitse-prezidenti Leyla Əliyevanın da dəstəyi ilə çap olunan, Ukraynada yaşayan azərbaycanlılar üçün nəzərdə tutulan dərslik kitablarını balacalara təqdim edib.

Tədbirdə iştirak edən yeniyetmələr arasında boks üzrə Avropa çempionu Kərimova Azərbaycan Respublikasının Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri Elmira Axundovanın təşəkkür məktubu təqdim edilib.

Xarkov Şəhər Şurasının nümayəndəsi Nikita Sterin, Xarkov Şəhər Şurasının katibi İqor Terehov adından gələnləri bayram münasibətilə təbrik edib və onlara Xarkov Zooparkını ziyarət etmək üçün dəvətnamələr, habelə Xarkov haqqında kitablar təqdim edib.

Murad Ömərov da "İdman uğurlarına və qazanmaq iradəsinə görə" Dostluq cəmiyyətinin idarə heyəti adından çempiona təşəkkür və qiymətli hədiyyələr təqdim etdi. Oğlunu böyütdüyünə və çempionu layiqincə tərbiyə etdiyinə görə məşqçi Vasifə və valideynlərinə təşəkkür etdi və onlara hədiyyələr təqdim edib. "Dostluq" cəmiyyətinin idarə heyətinin üzvləri təhsildəki uğurlarına və ictimai həyatında fəal iştirakına görə Mərkəzin tələbələrinə diplomlar təqdim ediblər.

Tədbirdən sonra qonaqlara və uşaqlara çay və Azərbaycan şirniyyatı ikram edilib.
Tatar Yeşilırmak Müqaviməti və Bütünləşmə Günü münasibətilə mesaj yayımlayıbQuzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Yeşilırmak Müqaviməti və Bütünləşmə Günü münasibətilə mesaj yayımlayıb.

Avrasiya.net xəbər verir ki, Ersin Tatar mesajda Yeşilırmak Müqavimətinin əhəmiyyətini vurğulayıb və dövlətdən, suverenlikdən və azadlıqdan vaz keçilməyəcəyini bildirib.

Prezident Ersin Tatar mesajında ​​bunları qeyd edib:

“Yeşilırmak Müqavimətinin 47 -ci ildönümündəyik və Barış Hərəkatının bitməsi ilə Yeşilırmakın sərbəst bölgəyə inteqrasiyasındayıq.
Yeşilırmak milli mübarizəmizdə çox əhəmiyyətli bir yerə sahib olsa da, Kıbrıslı Türklərin Anadoluya açılan qapılarından və nəfəsliklərindən biri idi. Yeşilırmak bölgəsi də Erenköy bölgəsi kimi Enosis hədəfli yunan hücumlarında da hədəf alınarkən, bu hücumlara qarşı güclü və dastan yazılacaq bir müqavimət göstərildi.

Yunan alayından gücləndirilmiş qoşunları bu bölgəyə girə bilmədi. Bu dirənişdə də xalqımızın övladları torpağa düşdü, şəhidlər verdik. 20 İyul - Barış Hərəkatınında azad bölgələrin xaricində qalan Yeşilırmak kənd əhalisinin və mücahidlərin misilsiz mücadiləsi ilə azad bölgələrlə bütünləşdi. Bu dastana dönən müqaviməti və torpağa düşən şəhidlərimizi unutmaq mümkün deyil.

Bu gün öz vətənimizdə və öz dövlətimizin çətiri altında azad, müstəqil və suveren bir xalq olaraq yaşayırıqsa, şəhidlərimizə və hər zaman bizimlə olan Ana Vətənimiz Türkiyəyə borcluyuq.

Şəhidlərimizin qanı və canı bahasına qurulan dövlətimizdən, suverenliyimizdən və azadlığımızdan heç vaxt vaz keçməyəcəyik. 1974 -cü ilin qara günlərinə qayıtmayacağıq. Məqsədimiz və səylərimiz Kipr həqiqətlərinə əsaslanan ədalətli və davamlı bir razılaşma əldə etməkdir. Bunun yeganə yolu Cenevrədə ilk dəfə danışıqlar masasına qoyduğumuz iki ayrı suveren bərabər dövlətin mövcudluğuna əsaslanan həlldir. Ana Vətən Türkiyə tərəfindən də dəstəklənən bu həll forması həm Kiprin, həm də bölgənin xeyrinə bir həlldir və bundan geri çəkilməyəcəyik".
Qaribaşvili: Saakaşvili dovşandırƏgər Saakaşvili gəlmək istəyirsə, qoy gəlsin. 8-9 il keçib, sizcə, o, niyə hələ də gələ bilməyib? Ona görə ki, o, qorxaqdır, dovşandır.

Vunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.

“Çox istərdim ki, Saakaşvili gəlsin. Biz çox yaxşı əylənəcəyik. Ona söz vermişəm ki, çox gözəl qalstuk kolleksiyası hazırlayacağam və ona həbsxanaya göndərəcəyəm. Saakaşvilinin taleyi budur”, – deyə o bildirib.

Qeyd edək ki, Saakaşvili Gürcüstanın gələcəyi ilə bağlı planlarını sentyabrın 6-da açıqlayacağını bildirmişdi.
Leysan olacaq, külək əsəcək - Sabahın havasıBakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 24-27° isti, Bakıda gecə 20-22° isti, gündüz 25-27° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi yerlərində isə güclü olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
ALDP sədri ŞKTC-nin Bakı təmsilçisi ilə görüşübAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin yeni təyin olunan Bakı təmsilçisi Mustafa Kamal Bəyazbayramla görüşüb.

Partiyadan Avrasiya.net-ə verilən məlumata görə, Fuad Əliyev ilk görüş olduğuna görə, cənab Mustafa Kamal Bəyazbayrama partiya haqqında qısa məlumat verəndən sonra, partiyanın beynəlxalq əlaqələrindən danışıb:

"ALDP-nın geniş beynəlxalq əlaqələri var. Bu əlaqələrdən istifadə edərək, Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasında, onların dəstəyini almağa çalıçacağıq".

Fuad Əliyev Azərbaycanın qardaş Şimali Kipr Türk Cümhuriyyətilə əlaqələrin dərinləşməsi və genişlənməsini arzulayıb.

Öz növbəsində cənab Mustafa Kamal Bəyazbayram xoş sözlərə görə Fuad Əliyevə təşəkkürünü bildirərək görüşlərin davamlı olduğunu arzulayıb.

Hər iki tərəf ölkələrarası siyasi əlaqələrin və əməkdaşlığın vacibliyini vurğulayıblar.

Görüş "Üç dövlət bir millət" şuarı altında çox səmimi və mehriban şəraitdə keçib.