Nazirlik yanında İctimai Şuranın sədri vəfat etdiRegional Ekoloji Mərkəzin direktoru, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Mələk Şükürova vəfat edib.

Avrasiya.net xəbər verir ki, M. Şükürova ötən gün dünyasını dəyişib.

Faktı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumatı təsdiqləyiblər.

İlkin məlumata görə, ölümə səbəb ürəktutması olub.
Prezident Paralimpiyadada qızıl medal qazananları TƏBRİK ETDİPrezident İlham Əliyev Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalları qazanan idmançılarımızı təbrik edib.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı bununla bağlı rəsmi "Twitter" səhifəsində paylaşım edib:

Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!


Alimlərdən şok: Koronaya yoluxan insan sürətlə qocalırKoronavirusa yoluxmuş insanların orqanları 30 dəfə sürətlə qocala bilər.

Bu barədə amerikalı alimlərin araşdırmasında deyilir.

Araşdırma koronavirusdan sağalan 89 min, həmçinin heç vaxt COVİD-19-a yoluxmamış 1,6 milyon insan üzərində aparılıb.

Mütəxəssislərin sözlərinə görə, 30-40 yaşlı sağlam yetkin insanda böyrəyin funksiyasını itirməsi il ərzində 1 faiz təşkil edir. İnfeksiya isə bu orqana ciddi və sağalmaz zərbə vura bilər.

“Yeni araşdırma göstərir ki, koronavirusdan sağalmış 4757 insanda bir il ərzində böyrəyin öz funksiyasını itirməsi 30 faiz təşkil edib. Bu, bir ildə orqanizmin 30 il qocalması deməkdir”, - deyə tibb işçilərindən biri Ziyad Əli deyib.
Tokio-2020: Azərbaycan 14-cü qızıl medalını qazandıAzərbaycan təmsilçiləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha iki qızıl medal qazanıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, para-atlet Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55 saniyə ilə bütün rəqiblərini geridə qoyub.

O, həmçinin paralimpiya rekordunu da qırıb.

Bundan əlavə, digər para-atlet Orxan Aslanov uzunluğa tullanma növündə qızıl medal əldə edib. O, 7,36 metr nəticə göstərib.

Qeyd edək ki, aktivində 14 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 9-cu pillədə qərarlaşıb
Taliban havaya atəş açan hər kəsi həbs edəcəkTaliban şəhərlərdə havaya atəş açan şəxslərdən silahları müsadirə edib, onları məsuliyyətə cəlb edəcək.

Avrasiya.net xəbər verir ki, bu məlumat Talibanın Tvitter hesabında yer alıb.

“Taliban liderinin müavini Məhəmməd Yaqub havaya atəş açanlarla bağlı tapşırıq verib. Sabahdan Kabildə və digər şəhərlərdə hava atəş açan hər kəsdən silahlar dərhal müsadirə ediləcək. Belə fəaliyyətlər xəzinəyə zərər vurur və onların günahkarları məsuliyyətə cəlb ediləcək”, – deyə o bildirib.