Millimiz qələbəni son dəqiqələrdə əldən verdi2022-ci il dünya çempionatının seçmə mərhələ oyununda üz-üzə gələcək İrlandiya və Azərbaycan milli komandalarının start heyətəri açıqlanıb.

Yığmalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

İrlandiya: 1. Qavin Bazunu, 2. Şeymus Koulman, 4. Şeyn Daffi, 5. Con Eqan, 6. Josh Cullen 7. Mett Doerti, 11. James Mclean, 17. Jayson Molumby, 21. Aaron Connoly, 10. Troy Parrot, 9. Adam İdah

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev, 14. Elvin Bədəlov, 18. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 20. Filip Ozobiç, 7. Namiq Ələskərov

Ehtiyat oyunçular: 12. Mehti Cənnətov, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Rüfət Əhmədzadə, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Bəhlul Mustafazadə, 16. Anatoli Nuriyev, 19. Təmkin Xəlilzadə, 21. İsmayıl İbrahimli 22. Rəhim Sadıxov,

Qeyd edək ki, Dublindəki "Aviva" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

***

İrlandiya - Azərbaycan matçı başladı.

***

Matçın ilk hissəsinin son dəqiqəsində Emin Mahmudov möhtəşəm qolla millimizi hesabda önə çıxardı: 0-1.

***

İrlandiya matçın 87-ci dəqiqəsində hesabı bərabərləşdirdi: 1-1.

***

İrlandiya - Azərbaycan matçı 1-1 hesablı bərabərliklə yekunlaşdı. Hər iki komanda bununla qrupda ilk xalını qazandı.
Pəncşirdə “Taliban”ın 600 üzvü öldürüldü, 1000-dən çoxu ələ keçirilibƏfqanıstanın Pəncşir vilayətinə sığınan müqavimət qüvvələri “Taliban” hərəkarının 600 üzvünü öldürüb.

Bu barədə müqavimət qüvvələrinin nümayəndəsi Fahim Daşti özünün tvitter hesabında məlumat verib.

O qeyd edib ki, “Taliban”ın 1 000-dən çox silahlısı ələ keçirilib və ya tərksilah edilib.

Xatırladaq ki, Pəncşir Əfqanıstanda “Taliban” hərəkatının nəzarət etmədiyi yeganə bölgədir.
Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına 3 305 yeni yoluxma faktı qeydə alınıb, 3 423 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 439 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 380 710 nəfər müalicə olunaraq sağalıb, 5 800 nəfər vəfat edib, aktiv xəstə sayı 53 052 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 172, ötən müddət ərzində isə ümumilikdə 4 535 906 test aparılıb.

Rəsmi Bakı Rusiyaya etiraz etdiAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində (zakupki.gov.ru) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma “Dağlıq Qarabağ Respublikası” qeyd olunması məsələsinə münasibət bildirib.

Bu barədə Avrasiya.net-ə XİN-dən bildirilib.

"Qeyd etmək istərdik ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi etirazını diplomatik kanallarla dərhal Rusiya tərəfinə çatdırmışdır. Bu kimi yanlış məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Qarşı tərəf isə öz növbəsində məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib", - məlumatda qeyd olunub.
Kiyevdə 5 ölkə vətəndaşını ölümcül döyən azərbaycanlı saxlanılıbUkraynanın paytaxtı Kiyevin Peçersk rayonunda Azərbaycan vətəndaşı saxlanılıb.

Kiyev şəhər polisindən “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, bu, 1993-cü il təvəllüdlü Quliyev Rasim Sahib oğludur.

Onun saxlanılmasına səbəb Peçersk rayonu ərazisində gecə klublarından birində bir neçə şəxsi ölümcül döyərək ağır xəsarət yetirmə ittihamı olub. Belə ki, azərbaycanlı gənc gecə klubunda ardıcıl bir neçə gündə Türkiyə, Çin və daha 3 ölkə vətəndaşını ağır formada döyərək xəsarət yetirib. Zərərçəkənlərdən ikisinin vəziyyəti ağırdır.

Rayon məhkəməsi R. Quliyev ilə bağlı iki aylıq həbs qətimkan tədbiri seçib.
Dənizdə batan gənc polisin QƏHRƏMANLIĞI: həmin gün 4 nəfəri xilas edib - TƏFƏRRÜAT/FOTOBakıda çimərlikdə boğulmaqda olan şəxsi sudan çıxarmaq istəyərkən həyatını itirən gənc polis əməkdaşı həmin gün 4 nəfəri ölümdən xilas edə bilib.

Avrasiya.net Trend-ə istinadla xəbər verir ki, hadisə Xəzər rayonundakı “Mayak” çimərliyində baş verib. Əlahiddə Çevik Polis Alayının əməkdaşı, 21 yaşlı İbrahim Əlosmanov dənizə əslində çimməyə deyil, təsadüfən gedibmiş.

Məlumata görə, polis əməkdaşı sahildə olarkən dənizdə bir ailənin 5 üzvünün boğulmaq təhlükəsilə üzləşdiyini görüb. Özünü itirməyən İ.Əlosmanov dərhal dənizə girib və ilk cəhddə ailənin iki üzvünü xilas edib. Sonra o, daha iki nəfəri ölümdən qurtarıb sahilə çıxarıb. Həmin vaxt xilas etdiyi şəxslərdən biri qəflətən epilepsiya keçirib və həmin şəxsin dili qatlanıb. Polis əməkdaşı bu prosesdə də özünü itirməyib və həmin şəxsin həyatını təkrar xilas edə bilib.

Məlumatda bildirilir ki, İ.Əlosmanov 4 nəfəri xilas edəndən sonra yorulub taqətdən düşsə də, xilas edilənlər daha bir nəfərin dənizdə batmaq təhlükəsində olduğunu deyib. Yorğun olmasına baxmayaraq, polis əməkdaşı yenidən dənizə girərək həmin şəxsi də xilas etmək istəyib. Amma İ.Əlosmanov yorğun və halsız olduğundan sonuncu şəxsi xilas edə bilməyib. Dənizdə gücdən düşən polis əməkdaşı boğulan şəxsi tutsa da onu dənizdən çıxarmağa gücü çatmayıb. O həmin şəxsi köməksiz vəziyyətdə buraxmaq istəmədiyindən özü də onunla birlikdə boğulub. Küləkli hava şəraiti nəticəsində yaranan dalğa hər ikisini dənizin dərin yerinə atıb və onlar xilas ola bilməyiblər.

Qəhrəman polisin atası da ötən il vəfat edib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirildiAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Avrasiya.net-in məlumatına görə, iclasda “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclaslarının təşkili, keçirilməsi, sənədlərin və qərarların qəbul edilməsi Qaydası” müzakirə edilərək təsdiq edilib.

Daha sonra “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant Siyasəti” adlı sənəd layihəsinə baxılıb və ətraflı müzakirədən sonra layihə konseptual baxımdan məqsədəmüvafiq hesab edilib. Müşahidə Şurası qərara alıb ki, sənəd layihəsinin təkmilləşdirilməsi İşçi qrupu tərəfindən davam etdirilsin və QHT sahəsi üzrə təcrübəli ekspertlərin bu haqda rəy və təklifləri öyrənilsin.

Müşahidə Şurası Agentliyin mövcud elektron resurslarının diaqnostikasının aparılması, rəsmi internet səhifəsinin istifadəyə verilməsi, loqotipinin sifariş əsasında hazırlanması və 2022-ci il üzrə qrant müsabiqəsinə hazırlıqla əlaqədar qurumun səlahiyyətinə aid məsələlərlə bağlı bir sıra qərarlar qəbul edib.
“Taliban” Pəncşirin daha 2 bölgəsini nəzarətə aldığını elan edibƏfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması tabe olmaqdan imtina edən Pəncşir vilayətində daha 2 bölgəni nəzarətə aldığını açıqlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndələri məlumat veriblər.

Bildirilib ki, Pəncşir vilayətinin Hinc və Ənnaba bölgələri “Taliban”ın nəzarətinə keçib.

Hinc bölgəsinin strateji əhəmiyyətli ərazi olduğu vurğulanıb.