Növbəti savaş İrəvan xanlığını bərpa edəcək - ŞevçenkoYeni müharibə İrəvan xanlığının bərpası ilə nəticələnə bilər.

Axar.az xəbər verir ki, bunu rusiyalı siyasətçi Maksim Şevçenko Caliber.az-a açıqlamasında deyib.

“Müharibə Ermənistan üçün ağılsızlıqdır. Rusiya dəli deyil ki, erməni siyasi elitasının maraqlarına görə qan töksün. Düşünürəm ki, Ermənistandakı hərbi toplanış daxili tələbat üçün növbəti addımdır”, - Şevçenko bildirib.

Daha bir kəndin problemi həll olunduSiyəzən rayonunun Dağ Quşçu kəndinin elektirik probleminə son qoyuldu.

Dövlətin gördüyü bu və ya digər bu tipli tədbirlər cənab prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü sosial - iqtisadi siyasətin nəticəsidir və əhalinin və onun müxtəlif təbəqələrinin həyat fəaliyyətinin yaxşılaşmasına xidmət edir.

Nəzərinizə çatdırım ki, təməli 1958 ci ildə qoyulmuş Dağ Quşçu kəndinin elektrik xəttinin bir hissəsi, üzün illərin istismarı nəticəsində əsasən ağac materialından olan dayaqların böyük əksəriyyəti çürümüş, əyilmiş, naqillər korroziyaya uğrayaraq müqavimətini və keçiricilik qabiliyyətini itirmişdir. Bir çox yerlərdə dayaqlar arası xətlərdə qabaritlərin pozulması, meşə massivində ağacların xətlərə toxunması daha təhlükəli vəziyyət yaratmışdır.

“Dağ-Quşçu” hava xəttinin istismar müddətini başa vurması, yararsız vəziyyətə düşməsi qeyri-sabit hava şəraitində tez-tez qəzaların baş verməsinə və həmin xətdən qidalanan 21 kəndin enerji təchizatında uzunmüddətli fasilələrin yaranmasına səbəb olurdu. Həmin xətlə ötürülən enerjinin 40-45% itkilərə məruz qalırdı. Bu barədə kənd sakinləri tərəfindən bizə bir neçə dəfə müraciət daxil olmuşdu.

Müraciətləri və yaranan problemi aradan qaldırmaq məqsədi ilə aidiyyəti orqanlara müraciət etdik. Nəticədə, Dağquşçu kəndində 35/10 kV-luq “Yeni Dağquşçu” yarımstansiyasının tikintisinə 2021-ci ilin may ayında başlandı. Yarımstansiyadan çəkilmiş 35 kV-luq Dağquşçu hava xəttində 163 ədəd aralıq, 1 ədəd anker və 1 ədəd portal quraşdırıldı. 9,5 km uzunluğunda yeni çəkilmiş 35 KV-luq “Dağquşcu” hava xətti 35/10 kV-luq “Əmirxanlı” YS-dan çıxan 35 kV-luq şəbəkəyə qoşuldu.

Sadiq Qurbanov
Milli Məclisin deputatı
Məşhur prodüserin səhhəti ağırlaşdıProdüser-aparıcı Sayqa Cahidin vəziyyəti ağırdır.

Kult.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə aparıcı Elgiz Əkbər sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, S.Cahid müalicə olunmaq üçün Türkiyəyə aparılıb. Maddi imkanı müalicəsinə çatmayan həmkarı üçün Elgiz yardım istəyib. Oğlunun tələbə olduğunu xatırladan aparıcı Sayqanın yardım kampaniyasından xəbərsiz olduğunu vurğulayıb:

"Səhər saatlarında çox üzücü xəbər aldım. Tanınmış jurnalist, prodüser Sayqa Cahid ağır vəziyyətdə Türkiyəyə çatdırılıb. Burada dərdinə əlac olmayıb. Hal-hazırda vəziyyəti kritikdir. Maddi sıxıntısı var. Allaha xatir, onu ölməyə qoymayaq. Xahiş edirəm, nə olar, köməyimizi əsirgəməyək. Vəziyyəti çox ağırdır. Pulu ödəməsə xəstəxanadan çıxaracaqlar. Allah yardımçınız olsun".

Aparıcı Firuzə Cəlilova (Fira) həmkarının səhhətinim ağırlaşmasına səbəbkarın Bakı Sağlamlıq Mərkəzinin həkimləri olduğunu iddia edib:

"Tanınmış prodüser və aparıcı Sayqa Cahidin səhhətinin ağırlaşmasına səbəbkar olan "qəhrəman"lar. Sayqa hal-hazırda ağır vəziyyətdə İstanbulda xəstəxanaya yerləşdirilib. O, ay yarım əvvəl mərkəzdə uroloq-androloq Niyaməddin Əliyev və Qardaşxan Mamedov tərəfindən böyrək əməliyyatı keçirib. Böyrəyində daş var idi. Əməliyyat uğursuz keçib. Əməliyyat bitdikdən sonra ona stend qoyulub. Stendi çıxarandan sonra davamlı şəkildə qızdırması olub. Sayqa hər gün kritik vəziyyətdə xəstəxanaya aparılıb-gətirilib. Axırda məcbur olaraq İstanbula gətirməli olublar. Həkimlər təcili konsilium edərək vəziyyətinin çox ağır olduğunu bildiriblər. Qırmızı qan hüceyrələri həddən artıq düşüb. Hətta həkimlər onun sağ qaldığına məəttəl qalıblar. Addım belə ata bilmir. Həkimlər onu kritik vəziyyətdən çıxarmağa çalışır. Əməliyyat zamanı infeksiya düşdüyü üçün böyrəyi şişib. Bədəndə olan infeksiya yüksəlib. Həkimlər onu kritik vəziyyətdən çıxara bilsələr, yenidən əməliyyat edəcəklər".
DSK rəhbərləri yoxlamalardan keçəcəkBəzən bir nəfərin xoşagəlməz fəaliyyəti nəticəsində məntəqə seçki komissiyasını buraxırıq. Biz seçkiləri ədalətli, qanunauyğun şəkildə keçiririk. Ona görə də komissiya üzvləri layiqli şəkildə seçilməlidir.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

“Dairə seçki komissiyalarının rəhbərlərini yoxlamalardan keçirməyə çalışılacağıq. Onlar elə rəhbər olmalıdır ki, gələcəkdə hansısa xoşagəlməz hadisələr baş verməsin”.
Lənkəranda dəhşətli qətl - 9 yaşlı oğlunun boğazını kəsdi,  özü isə intihar etdiLənkəran rayonunda ata 9 yaşlı oğlunun boğazını kəsib, sonra intihar edib.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Zövlə kəndində baş verib.

Belə ki, yaxınları hadisədən bu gün xəbər tutublar. Onlar ata və oğlunun meyitlərini kəndə yaxın ərazidə - Ulum çayından tapıblar.

İlkin məlumatlara görə, 1979-cu il təvəllüdlü Şaiq Həzi oğlu Məmmədov 9 yaşlı oğlu Vahid Məmmədovun boğazını kəsib, daha sonra özü də arteriyal qan damarını kəsərək intihar edib. Onun meyiti isə çaya düşüb.

Yaxınları bildirib ki, Ş.Məmmədov məhkumluq həyatı yaşayıb. Ailəsi ilə boşanıb. Oğlu da anası ilə yaşayıb. Bir müddət əvvəl oğlu V.Məmmədov atasının yanına qayıdıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
“Azərsu” adından pul tələb edən dələduz - FotoBakı şəhəri Sabunçu rayonu ərazisində özünü Azərsu Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda olub.

“Azərsu”dan Avrasiya.net-ə verilən məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən və özünü Əli kimi təqdim edən şəxs debitor borca görə suyun kəsilməməsi müqabilində abonentlərdən pul tələb edib.

Azərsu ASC-nin Sabunçu rayon Sukanal İdarəsinin mühəndisi Elçin Quliyev ərazidə olarkən bir neçə abonent bildirib ki, sizdən əvvəl başqa bir əməkdaşınıza nəğd qaydada pul ödəyiblər. Ərazidəki müşahidə kameralarından həmin şəxsin görüntüsü əldə edilib. Aşkar olunmuş hal üzrə faktlar və sənədlər araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.

Azərsu ASC bir daha abonentlərin diqqətinə çatdırır ki, Azərsu ASC əməkdaşlardan vəsiqə tələb etsinlər, heç bir halda onlara nəğd pul ödəməsinlər, əməkdaşların qeyri-qanuni əməlləri ilə rastlaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat versinlər. Abonentlərdən xahiş olunur ki, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər.
İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdiPrezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik ünvanlayıb.

Avrasiya.net təbrikin mətnini təqdim edir:

Hörmətli həmvətənlər!

Yəhudi xalqının yeni il bayramı – Roş ha-Şana münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Mədəniyyətlərarası və dinlərarası harmoniyanın hökm sürdüyü Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin nümayəndələri əsrlərdən bəri sülh və əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində yaşayırlar. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunması, milli azlıqların dil və mədəniyyətinin inkişafı dövlətin daimi himayəsi altındadır. Bu siyasət milli-tarixi ənənəyə və beynəlxalq hüquqi prinsiplərə sadiq Azərbaycan üçün prioritet istiqamətlərdəndir.

Dünyada nümunəvi tolerantlıq məkanı kimi tanınan Azərbaycanda yəhudi icmasının özünəməxsus yeri vardır. Yüz illərdir ölkəmizdə məskunlaşan yəhudilər burada heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmamış, öz dilini, mədəniyyətini, dini inanc və adət-ənənələrini günümüzədək qoruyub saxlamışlar.

Məmnunluq hissi ilə qeyd edirəm ki, Qarabağın işğaldan azad olunmasında yəhudi əsilli vətəndaşlarımız respublikamızda yaşayan bütün xalqların nümayəndələri ilə birgə əsl qəhrəmanlıq nümunələri nümayiş etdirmişlər. Yəhudi icması bu gün də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində uğurla fəaliyyət göstərir.

Yeniliyin, mənəvi saflığın, həmrəylik və xeyirxahlığın rəmzi olan Roş ha-Şana ilə əlaqədar bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!
Vüqar Səfərlinin məhkəməsi bu tarixdə keçiriləcəkBakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Avrasiya.net-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, məhkəmə tərkibindəki hakimlərdən biri koronavirusa yoluxduğu üçün məhkəmə prosesi keçirilə bilməz. Bu məqsədlə məhkəmə prosesi sentyabrın 17-nə keçirilib.

Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.

Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.
Qəbələdə məktəbli qız intihar etdiQəbələ rayonunda məktəbli qız özünü asıb.

Avrasiya.net "Report"a istinadən məlumat verir ki, hadisə rayonun Yenikənd kəndində baş verib.

Belə ki, 2008-ci il təvəllüdlü Həlimə Emin qızı Hüseynova özünü asaraq intihar edib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.
Rusiyanın ən radikal millətçisi Azərbaycanla sərhəddə SAXLANILDIRusiyada fəaliyyət göstərən “Kişi dövləti” millətçi hərəkatının sədri Vladislav Pozdnyakov Azərbaycanla sərhəddə saxlanılıb.

Rusiya mediası xəbər verir ki, millətçilik və antifeminizm ideyalarını təbliğ edən hərəkat bir sıra aksiyaları ilə yadda qalıb.

Sonuncu dəfə “Tanuki” restoranlar şəbəkəsini boykot etməyə çağıran Pozdnyakov bu şəbəkənin bəzi restoranlarında yalandan bomba yerləşdirilməsi barədə telefon zəngləri etməkdə təqsirləndirilir. Ona qarşı “qəsdən terrorizm aktı barədə yalan xəbər vermə” maddəsi ilə iş açıla bilər.