İki gündə 5263 nəfər toya BURAXILMADIİyulun 31-də və avqustun 1-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 640 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən (DİN) Avrasiya.net-ə verilən məlumata görə, monitorinq 475 şadlıq sarayında, 165 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 185 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

- 5263 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Türkiyə meşələrinə od vuranlar ermənilərdir – FaktTürkiyənin cənub bölgələrində başlayan meşə yanğınlarına görə məsuliyyəti PKK terror təşkilatına bağlı olan “Atəşin uşaqları” qrupu üzərinə götürüb. Bu təşkilat PKK nəzdində yaransa da, daim erməniləri müdafiə edib. 2019 və 2020-ci illərdə erməniləri müdafiə edən bu terror təşkilatının maliyyəçiləri içərisində Amerika və Fransadakı erməni fondları var.

Avrasiya.net xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.

O bildirib ki, bu terror təşkilatının yaranmasının təşəbbüskarı ASALA-dır:

“Atəşin uşaqları”na təlimlər ASALA kamplarında keçirilib. Bunu ASALA haqqında olan sənədlərdə görmək olar. PKK-nın bu qanadının üzvləri 2016-2017-ci illərdə o zaman işğal altında olan Qarabağda təlimlərdə iştirak ediblər. Təşkilatın maliyyə məsələrindən məsul şəxsi də məhz ermənidr...

Türkiyənin Hatay şəhərində bir müddət öncə 400 hektarlıq ərazini yandıran “Atəşin uşaqları” terror təşkilatı rəsmi bəyanatında da demişdir: “Hatayı biz ermənilərə dəstək üçün yandırdıq”.

Türkiyədə iş adamı olan ermənilər bu terror təşkilatına mütamadi maliyyə yardımı edirlər. İkinci Qarabağ müharibəsi zamanı öz saytlarında ermənilərə dəstək verən bu terror təşkilatı PKK-nı erməniləri müdafiə etməyə səsləyib”.
Payızda referendum keçirilir, MM buraxılır? Niyə? – ProfessorSon vaxtlar mətbuatda payızda ölkədə referendum keçiriləcəyi barədə müxtəlif iddialara rast gəlmək mümkündür. Hətta referendumun gündəliyi barədə də fikirlər səsləndirilir və bildirilir ki, guya referendum ölkə Konstitusiyasına bir sıra dəyişiliklər etmək məqsədilə keçirilir. Bu dəyişiliklər içərisində yeni parlament seçkiləri və seçki qaydalarında dəyişiliklər, proporsional seçki sisteminin tətbiqi və parlamentin say tərkibinin artırılacağı, bunların Avropa İttifaqı ilə razılaşmalar kontekstində ediləcəyi xüsusi vurğulanır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq, professor Qabil Hüseynli deyib.

O bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə bağlayacağı müqavilənin bu məsələləri özündə ehtiva etməsi ilə bağlı səsləndirilən iddialar doğru deyil:

“Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli müqavilənin imzalanmasına dair intensiv danışıqlar gedir və bu işin uğurlu sonuclanacağı ehtimalı çox yüksəkdir. Referendum məsələsinə gəlincə, onun indiki vaxtda keçirilməsinə heç bir ciddi səbəb yoxdur.

Birincisi, Ermənistanla sülh müqaviləsi imzalanib ərazi bütövlüyümüz tanınmayınca, sərhədlərimizin demarkasiyası, delimitasiyası başa çatmayınca, bu xarakterli tədbirlərə ölkənin ehtiyacı olduğunu düşünmürəm.

İkincisi, Azərbaycan diktə edən tərəf olsa da, bölgədə hələ tam sabitliyə nail olunmayıb, Ermənistanda müxtəlif dövlətlərin və bəzi siyasi dairələrin qızışdırıcı fəaliyyətləri davam edir.

Nəhayət, “Böyük qayıdış” layihəsinə uyğun olaraq erməni faşistlərinin viran qoyduğu Qarabağ torpaqlarında aparılan böyük quruculuq işləri, buraya ayrılan maliyyə vəsaitləri daha bir bahalı tədbirin həyata keçirilməsini, üstəlik ölkənin bir neçə aylıq siyasi gündəminin dəyişməsini lüzumsuz edir”.

Politoloq vurğulayıb ki, real görünməyən, həm də vaxtı çatmamış məsələlər ətrafında ehtirasların qızışdırılmasına heç bir ehtiyac yoxdur.
Paşinyan Bakı ilə yeni müqaviləyə hazırlaşırErmənistan parlamenti Cinayət Məcəlləsinə “siyasətçilərin təhqir edilməsinə görə həbs cəzası” nəzərdə tutan dəyişikliyi qəbul edib: sosial şəbəkədə, yaxud ictimai yerlərdə təhqirə yol verənlər 140 dollar cərimə ediləcək, təhqirlər davam edəcəksə, bir aydan üç aya qədər həbs cəzası alacaq.

Bu addımın 44 günlük müharibədən sonra ağır təhqirlərə məruz qalan Paşinyanı, Ermənistanın siyasi rəhbərliyini qorumaq məqsədi daşıdığı bəllidir.

Sual yaranır: Paşinyan niyə indi belə dəyişikliyə getdi, xüsusilə hökuməti formalaşdırmadan öncə?

Öncədən də yazdığımız kimi, Putin-Paşinyan, Putin-Əliyev görüşü Moskvada mümkün üçtərəfli görüşə hazırlıq məqsədi daşıyırdı və istisna deyil ki, yeni sərhəd müqaviləsi imzalanacaq. Sərhəddə baş verən toqquşmaların əsas səbəbi də masaya əli güclü şəkildə çıxmaq istəklərindən irəli gəlir.

Bu görüşün Ermənistanda hökumətin formalaşmasından sonra olacağı gözləniləndir. Sərhəd müqaviləsi Qarabağ məsələsində də Bakının istəyini əldə etməsi baxımından əhəmiyyətli rol oynayacaq.

Paşinyan anlayır ki, müqaviləyə imza atmaq Ermənistan daxilində ona qarşı yeni etiraz, yeni təhqir dalğasının başlanmasına səbəb olacaq. Bu baxımdan, hökuməti formalaşdırmadan öncə Qarabağ müharibəsində üzləşdiyi hücumların qarşısını almaq, təhqir dalğasının önünü kəsmək üçün Cinayət Məcəlləsinə dəyişiklik etdi.

Asif Nərimanlı
Jirinovski siyasi kloundurAzərbaycanın Jirinovskinin sərsəm açıqlamalarına görə Rusiyaya nota verməsi düzgün addımdır. Mən Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyimizə (XİN) dəvət olunmasını və görüş zamanı Rusiya Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı narahatlıq və etirazımızın müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılmasını təqdir edirəm. Bu vacib addımdır. Çünki bu siyasi kloun həm Azərbaycan XİN-in, həm də cəmiyyətimizin sərt təpkisini hiss etməlidir ki, özünü yığışdırsın və məsuliyyətini dərk etsin. Bu mənada, bizim XİN nota verməklə tamamilə düzgün addım atıb.

Elə Rusiya cəmiyyətinin özü də bu siyasi təlxəyə ciddi təpki göstərməlidir. Çünki onun kiflənmiş imperiya çağırışları və faşist ritorikası ilk növbədə Rusiyanın özünü dünya birliyinin hədəfinə gətirir və nüfuzuna ağır zərbə vurur. İndi heç bir ölkə öz işğalçı keçmişi ilə, müstəmləkə siyasəti ilə öyünmür. Bu gün hətta Fransa kimi, İngiltərə kimi böyük ölkələr belə öz müstəmləkəçi keçmişləri barədə ümumiyyətlə danışmamamağa, susmağa üstünlük verirlər. Çünki çağdaş dünyada bu kimi hallar istənilən ölkə, istənilən toplum üçün rüsvayçı hal sayılır. Ancaq Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski isə öz çıxışında Cənubi Qafqazın Rusiyanın uzun müddət nüfuz dairəsində olduğuna görə bu gün hər kəsin Rusiyanın iradəsi ilə hesablaşmalı olduğunu iddia edir və eyni zamanda Azərbaycanı rus ordusu ilə təhdid edir, Azərbaycanın dövlət başçısına xitab edir, hədə-qorxu gəlir. Jirinovskinin bu ritorikası Rusiya cəmiyyəti və dövləti adına həqiqətən də çox ayıb bir davranışdır.

Belə bir hərzə-hədyan dolu çıxış ilk növbədə Kremlin özünə zərbədir və Kremlin bölgədəki siyasətinə xələl gətirir. Jirinovski bu çıxışı ilə əslində dolayısı yolla Rusiyanı işğalçı kimi təqdim edir. Əlbəttə, biz əminik ki, Jirnovskinin neoimperialist sayıqlamaları Kremlin rəsmi mövqeyi deyil. İndi Rusiya Prezidenti Vladimir Putin Jirinovski kimi, Zatulin kimi, Solovyov kimi qatı rus millətçilərinin, ermənipərəst siyasətçilərin çıxışlarını dinləsə də, lakin onların təhrikçi fikirlərini özünün cari siyasətinin “yol xəritəsi”nə daxil etmir və onların məsləhətləri ilə oturub durmur. Əksinə, o, Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük önəm verir, qarşılıqlı bərabərhüquqlu iqtisadi əlaqələrin daha da genişlənməsi üçün səy göstərir. Biz bunu Prezident İlham Əliyevin bu yaxınlarda Moskvada Putinlə görüşü zamanı da bir daha müşahidə etdik.

Yaxşı ki, bu gün Rusiyada təkcə Kreml rəhbəri deyil, eləcə də əksər insanlar Jirinovskiyə ciddi siyasi fiqur kimi deyil, sadəcə siyasi təlxək kimi baxırlar. Ancaq özünü təlxək yerinə qoyub işğalçı-faşist fikirlər səsləndirən bu avantürist rus siyasətçisi bir həqiqəti bilməlidir ki, Azərbaycan Ermənistan deyil, Azərbaycan xalqı da, Azərbaycan Ordusu da erməni xalqı və erməni ordusu kimi deyil. Həmçinin İlham Əliyev də Paşinyan deyil. Sən özünü açıb buraxa və məğlub Paşinyanın, məğlub erməni ordusunun ünvanına ağzına gələni deyə bilərsən. Amma Azərbaycan xalqının, Azərbaycan liderinin əleyhinə ağlına və ağzına gələni danışmaq isə sənin başın üçün deyil.

Sən bunu da bilməlisən ki, məhz İlham Əliyevin liderliyi ilə, Ali Baş Komandanlığı ilə Azərbaycan xalqı və Ordusu bir yumruq kimi birləşərək cəmi 44 gün ərzində öz torpaqlarını erməni işğalından azad etdi. Bütün siyasi partiyalar İlham Əliyevlə, Ordumuzla birlik və həmrəylik nümayiş etdirdilər. Odur ki, bundan sonra heç bir qüvvə Azərbaycandakı mövcud milli həmrəyliyi, birliyi poza bilməz. Biz istənilən xarici müdaxilənin qarşısını öz milli birliyimizlə dəf etməyə qadirik. 20-ci əsrin müstəmləkəçi təfəkküründə ilişib qalmış və işğalçı-faşist ritorikasından heç cürə qurtula bilməyən sənin kimi “kiçik Hitler”lərin, mussolinilərin, səddam hüseynlərin, Jan-Mari Le Penlərin yeri isə tarixin zibilliyidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Səfirdən yanğınlarla bağlı soydaşlarımıza müraciətTürkiyənin Azərbaycandakı səfiri həmin ölkəfə yaşayan və müvəqqəti olaraq səfərdə olan Azərbaycan vətəndaşlarına müraciət edib.

Avrasiya.net-in məlumatına görə, səfir Rəşad Məmmədov bildirib ki, son günlər Türkiyə ərazisində baş verən meşə yanğınları və digər təbii fəlakətlərdən əziyyət çəkən həmvətənlərimiz Səfirlikdə yaradılmış aşağıdakı “qaynar xətt” nömrəsi ilə əlaqə saxlaya bilərlər.

"Qaynar xətt" nömrəsi: 05372826740