AZZA müştəriləri belə aldadır: Donuz əti...AZZA sadəcə tort və şirniyyat satmır, həm də tərkibində donuz əti olan kolbasa-sosis məhsulları satır. Donuz əti satmaq qanunla qadağan deyil, onu yeyən də var, lakin məhsulun tərkibi haqqında onun üstündə Azərbaycan dilində məlumat olmalıdır. AZZA isə arxasında balaca hərflərlə "pork", "pork meat" yazıları olan ət məhsullarını əhaliyə satır.

Avrasiya.net xəbər verir ki, bunu hüquqşünas Fərhad Mehdiyev yazıb.

“Vətəndaşlarımızın ciddi sayılacaq hissəsi dini səbəblərlə donuz əti yemir. İndi AZZA-dan neçə nəfər bu şəkildə donuz tərkibli kolbasa-sosis alıb, ingiliz dilində bilmədiyi üçün də onları bəh-bəhlə aşırıb. Bax, bu, bilinmir. Bu səbəblə Azərbaycan dilində məhsulun tərkibi haqqında məlumat verməməklə AZZA sadəcə Nazirlər Kabinetinin 94 saylı qərarını pozmaqla yetinmir, həm də dini səbəblərlə donuz ətini yeməyənlərin dini inancına hörmətsizlik edir.

Ümid edirəm ki, şirkət rəhbərliyi bu məsələdə həssaslıq göstərib müştərilərindən üzr istəməklə yanaşı, bu cür məhsullar üzərində tərkibi barəsində öz dilimizdə məlumat verəcək”, - Mehdiyev bildirib.
İşçi Qrupunun növbəti iclası keçirildiAzərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun növbəti iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, iclasda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə bağlı həftə ərzində həyata keçirilmiş tədbirlər, həmçinin İşçi Qrupunun ötən iclaslarında qəbul edilmiş qərarların icrası ilə bağlı görülən işlər haqqında müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən məlumat verilib.

Şuşa şəhərində strateji obyektlərin elektrik enerjisi ilə təminatı və istilik təchizatı ilə bağlı görülən işlərə dair müzakirələr aparılıb. Şəhərdə tikinti prosesi davam etdirilən elektrik yarımstansiyaları, elektrik xətləri və istilik qazanxanaları ilə bağlı məlumatlar diqqətə çatdırılıb.

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki ümumi gücləri müvafiq olaraq 200 MVt və 80 MVt olacaq “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının tikintisi ilə bağlı görülən işlər nəzərdən keçirilib.

Qeyd edilən ərazilərdə qazpaylama infrastrukturunun yaradılması, qaz təsərrüfatı obyektlərinin inventarlaşdırılması, balansa götürülməsi və mövcud infrastrukturun mühafizəsi barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Şair-jurnalist Əhməd Oğuz vəfat edibTanınmış şair- jurnalist Əhməd Oğuz vəfat edib.

Avrasiya.net xəbər verir ki, məlumatı Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza ictimailəşdirib.

59 yaşlı şair bu gün vəfat edib.

Mərhumun uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Əhməd Oğuz 1961-ci il noyabrın 13-də Qərbi Azərbaycanda anadan olub. Azərbaycan Pedaqoji İnstitutunu bitirib.

"Xəzər" jurnalında, "Oğuz eli" qəzetində, Azərbaycan Radiosunda radio xalq yaradıcılığı baş redaksiyasında şöbə müdiri vəzifəsində çalışıb.

Ötən əsrin 80-ci illərinin əvvəllərindən "Ulduz", "Azərbaycan" jurnallarında, "Ədəbiyyat və incəsənət" qəzetində müntəzəm çap olunub.

Allah rəhmət eləsin.
Tokio-2020: Azərbaycan 10-cu qızılını qazandıAzərbaycan üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.

Avrasiya.net xəbər verir ki, o, 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında bütün rəqiblərini qabaqlayıb.

Saley məsafəni 52.69 saniyəyə qət edib.

Qeyd edək ki, Roman Saley daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal əldə edib. Bununla da Azərbaycanın 10-cu qızıl medalını qazanaraq, ümumilikdə 14 medalla 10-cu pillədə qərarlaşıb.
"Böyük Zəfər"in təsiri Kiprdə də əks olunub30 Avqust Zəfərinin 99-cu ildönümü Türkiyədə olduğu kimi KKTC-də də mərasimlərlə qeyd edilib.

Bayram tədbirləri çərçivəsində Dr. Fazıl Küçük Bulvarında mərasim təşkil edilib.

Mərasimdəki çıxışında Prezident Ersin Tatar, "Böyük Zəfər" in təsirinin Kiprdə də əks olunduğunu və Kipr Türk xalqının mübarizə illərində bu ilham və güclə yaşaya bildiyini söyləyib.

İki ayrı suveren və müstəqil dövlətin işbirliyi ilə Kiprdə bir razılaşmanın əldə oluna biləcəyini vurğulayan Prezident Tatar, "Türkiyə Cümhuriyyətinin dəstəyi ilə bunu bütün gücümüzlə elan etməyə davam edirik" deyib.

Prezident Ersin Tatar, Türk millətinin əsirliyi əsla qəbul etməyəcəyini, heç bir xarici gücün boyunduruğu altına girməyəcəyini, böyük fədakarlıq və cəsarətlə bütün dünyaya bağırdığını söyləyib.

Mustafa Kamal Atatürkün qəhrəman əsgərlərinin və qəhrəman ordusunun bütün dünyaya Türkiyə Cümhuriyyətinin böyüklüyünü və Türk millətinin qəhrəmanlığını fövqəladə bir müharibə, fövqəladə səy və cəsarətlə göstərdiyini ifadə edən Prezident Tatar, Türkiyə Cümhuriyyətinin də azlıqlar və məzlum xalqlar və millətlər üçün bir işıq olduğunu söyləyib.

Kiprdə özünü yaşatmağı bacardığını və İngilis müstəmləkəçilik dövründə təklikdə yaşamağa çalışan Kıbrıslı Türklərə ilham və güc mənbəyi olduğunu vurğulayıb.
Daha bir vəzifəli şəxs koronaya yoluxduBakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev koronavirusa yoluxub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu gün hakimin koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Nəticədə S.Əliyevin icraatında olan məhkəmə işləri təxirə salınıb.

Bundan başqa, Samir Hüseynovla eyni tərkibdə olan hakimlər Eldar İsmayılov və Cavid Hüseynovun da icraatında olan cinayət işləri təxirə salınıb.
“Federasiyamız artıq yeni bir dövrə qədəm qoyur” – TADEF-in yeni sədri“Keçən həftənin bazar günü Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasına üzv olan dərnəklət ilə birgə seçkilərlə iştirak etdik. Tədbirdə 44 günlük Vətən müharibəsində zəfər qazanan şanlı Azərbaycanımızın qardaş ölkədə layiqincə təmsil olunması üçün mühim qərarlar alındı. Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını əldə rəhbər tutaraq öz fəaliyyətimizi yenidən qurmaq, Türkiyədə fəaliyyət göstərən müxtəlif diaspor təşkilatlarımız arasında daimi koordinasiyanı təmin etmək, dünya azərbaycanlıları üçün örnək təşkilata çevrilmək qarşımıza qoyduğumuz ön ümdə vəzifələrdəndir...
İnanırıq ki, bundan sonra görəcəyimiz işlər-həyata keçirəcəyimiz fəaliyyət Azərbaycan - Türkiyə münaibətlərinin inkişafına böyük töhfələr verəcək və regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda ciddi resurs kimi çıxış edəcək və Anti-Azərbaycan, Anti-Türkiyə qüvvələrin zaman-zaman təkrarlanan qarayaxma kampaniyalarının önündə yeri gələndə gələndə hücum, yeri gələndə müdafiə xətti olacaq.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş diaspor siyasəti Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilmiş, şaxələndirilmiş və yeni müstəviyə qədəm qoymuşdur. Azərbaycan Prezidentinin "Mən hər bir azərbaycanlının Prezidenti olacam" cümləsi hər birimizin ana vətənimizə mənəvi bağlılığını daha gücləndirmişdir...

Fərqindəyik ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadəti ordumuzun Vətən Müharibəmizdə şanlı zəfəri qarşımızda yeni üfüqlər açmış, ölkələtimizin diaspor siyasətində yeni yanaşmaların ortaya çıxmasına zəmin yaratmışdır.
Ona görə də Azərbaycan Respublikasının yenilənən diaspor quruculuğunda canla-başla və səmərəli formada iştirak etmək üçün yenidən təşkilatlanmağı zəruri hesab etdik.

Əminik ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası yeni dövrə qədəm qoyacaq, qısa zaman ərzində nümunəvi fəaliyyət sərgiləyəcək, ki qardaş ölkə arasındakı qırılmaz münasibətlərin daha dərinləşməsinə ciddi töhfələr verməyi bacaracaq və Azərbaycanımızın haqq səsinin müxtəlif yerli və beynəlxalq platformalarda gur səslə duyulması üçün rupora çevriıməyi bacaracaq.
Yaşasın Azərbaycan!
Yaşasın Azərbaycan və Türkiyə qardaşlığı!”

Bu sözləri Türkiyə Azərbaycan Dərnəkləri federasiyasının dünən keçirilən qurultayında sədr seçilən Ədalət Turan mediaya verdiyi açıqlamada bildirib. Federasiya sədri bildirib ki, Azərbaycan Türkiyə münasibətlərinin bütün dövrlərində flaqman kimi fərqlənən qurum bundan sonra da eyni şəkildə proseslərdə aktiv rol oynayacaq, iki ölkə arasında diaspor fəaliyyətlərinin inkişafına müxtəlif istiqamətlərdə öz töhfəsini verməyə çalışacaq.

Ədalət Turanın sözlərinə görə, bu fəaliyyət zamanı ölkədəki bütün ictimai institutlarla, qeyri hökumət təşkilatları ilə, eyni zamanda cəmiyyətin tanınmış simaları ilə işləməyə hazırdırlar: "Federasiyanın bundan öncəki sədri çox hörmətli Bilal Dündarın fəaliyyətini yüksək qiymətləndiririk. Zatən Bilal bəy bundan sonra da federasiyamızın fəxri sədri olaraq qalacaq. Biz keçmişimizə, dəyərlərimizə hörmətlə yanaşaraq ölkələrimizin bu günü və sabahı üçün çalışmalı, gördüyümüz bütün işlərdə dövrün tələbinə uyğun olaraq Azərbaycanımızın və Türkiyəmizin dövlət maraq və mənafelərinə uyğun olaraq ölkələrimizin qarşılarına qoyduqları hədəflərinə doğru inamla addımlamasına yardım etməliyik. TADEF olaraq planlarımızı yeri gəldiyi zaman ictimaiyyətə açıqlayacağıq... Əsas olan hədəflərə gedən yolda yorulmadan, qarşımıza çıxan maneələri dəf edərək yolumuza davam etməkdir. Üzərimizə götürdüyümüz tarixi missiyanın öhdəsindən Azərbaycan üçün çalışmaq istəyən hər kəsin əlini sıxaraq, onlara qapılarımızı sonuna kimi açaraq gələcəyimizdən əminəm".
Əhməd Məsud təslim olmağa razıdır“Taliban iqtidarı hər kəslə bölüşmək, Əfqanıstanda ədalət mühiti qurmaq və hamıya bərabərlik, azadlıq bəxş etmək niyyətindədirsə, geri çəkilib siyasəti tərk edəcəyəm”.

“RİA Novosti” xəbər verir ki, bunu Əfqanıstan müqavimət hərəkatının lideri Əhməd Məsud bildirib.

O, hansı halda “Taliban”ın hakimiyyətini tanıyacağına dair şərtlər irəli sürüb. Bildirib ki, digər tələb Əfqanıstanda vahid icra orqanların yaradılmasıdır.

Bundan əlavə, Əhməd Məsud xaricdən maddi dəstək almadığını diqqətə çatdırıb.
Ramiz Mehdiyev cərimələndiPrezident Administrasiyasının sabiq rəhbəri, Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev “Azəriqaz” İstehsalat Birliyinin (İB) əməkdaşları tərəfindən cərimələnib.

Avrasiya.net Hurriyyet.az-a istinadən xəbər verir ki, Ramiz Mehdiyev Novxanıda yerləşən villasının qaz borcunu illərdir ödəməyib.

Bu müddət ərzində “Azəriqaz” əməkdaşları mavi yanacağa görə borcun miqdarını hesablaya bilməyiblər. Çünki sayğaç içəridə quraşdırılıb və onların villaya daxil olmasına icazə verilməyib.

Məlumata görə, bu günlərdə “Azəriqaz” rəhbərliyinin göstərişi ilə R.Mehdiyevin villasına daxil olan əməkdaşlar PA-nın sabiq rəhbərinin 16 min manat həcmində cərimələyiblər.


Gəncədə küçəyə atılmış körpə tapıldıGəncədə küçəyə atılmış körpə aşkar edilib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, körpə tapılarkən, Gəncə şəhər A.Ziyatxanov küçəsində yerləşən 18 nömrəli məktəbin yanında çantanın içərisində olub.

3-4 aylıq olduğu təxmin edilən azyaşlı qız 2 saylı uşaq xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin normal olduğu bildirilib.