Taliban yenə terror təşkilatı adlana bilərmi? - ProfessorTaliban terror təşkilatı sayılırmı? Axı o, dünənə qədər terror təşkilati idi, necə olur ki, indi, məsələn, Moskva ya da Ankara Taliban hökuməti ilə əlaqə quracağını deyir?

Avrasiya.net xəbər verir ki, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bu suallara aydınlıq gətirərkən, hökumətə gələn istənilən qüvvənin artıq terror təşkilatı adlanmasının mümkün olmadığını deyib.

“Ola bilsin ki, o, avtoritar, zalım, insan hüquqlarını pozan, qeyri-demokratik olsun, amma hökumət olursa, yəni dövlətin başına keçirsə və bu da qısa müddətlik kimi görsənmirsə, onun statusu dəyişir. Hətta siz o hökuməti tanımasanız belə, yenə də artıq hansısa gizli terror təşkilatından danışmaq mümkün deyil”, - ekspert bildirib.

F.Mehdiyevin sözlərinə görə, terror təşkilatları gizli və adətən qeyri-formal olur, dövlət vasitələrindən və hakimiyyət gücündən istifadə etmir:

“Bu səbəblə Taliban təşkilatı artıq Taliban hökumətinə çevrilməklə avtomatik olaraq terror təşkilatı olmaqdan çıxır. İnsanları öldürməyə davam edirsə, bu aktların adı terror sayılmır, çünki gizli törətmirlər, özlərinin məhkəməsinə çıxarıb orda öldürürlər.

İşin digər tərəfi də ondan ibarətdir ki, Talibanı "əhliləşdirmək" üçün onunla əlaqələrin qurulması zəruridir. Ölkənin ətrafına dəmir pərdə çəkilsə, bu ancaq ordakı xalqın zülmünün artması ilə nəticələnəcək”.
Ukrayna Azərbaycanlıları Radası qırğızları təbrik edibQırğız Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətiylə bayram tədbiri keçirilib. Bayram şənliyində UAR’ı baş katib Ceyhun Məmmədov və aprat rəhbəri Elşad İbrahimov təmsil edib.

Avrasiya.net xəbər verir ki, Qırğız Respublikasının Ukraynadakı səfirliyi tərəfindən Kiev şəhərində, Dnepr çayının mənzərəli sahilində, tarixi şəhər mərkəzinin qarşısııdakı Truxanov Adasında keçirilən bayram tədbirində səfirlik əməkdaşları, Ukraynada yaşayan qırğızlar və qonaqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan
Qırğız Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Jusupbek Şaripov müstəqilliyin qırğızlar üçün önəmini vurğulayıb. “Allah türk elini və qırğızları qorusun” deyən Şaripov azərbaycan diasporuna və qonaqlara təşəkkür edib.

Qardaş Qırğız xalqını Respublika günü münasibəti ilə təbrik edən UAR baş katibi Ceyhun Məmmədov dəvətə görə cənab səfirə təşəkkür edib. UAR həmtəsisçiləri Oleq Krapivinin və Hikmət Cavadovun təbriklərini şənlik iştirakçılarına çatdırıb. “Bu gün həm də qardaş Türkiyənin zəfər günüdür. Sizinlə bərabər qardaş Türkiyəmizi də təbrik edirəm” deyən Məmmədov “Türk Şurası” çərçivəsində diaspor fəaliyyətlərinin birgə kordinasiyasının vacibliyini vurğulayıb. Baş katib: “Bizlər “Fikirdə, sözdə və işdə” birlik ideyasını həyata keçirib, bir olmalı, güclü olmalıq” deyib

Bayram şənliyi konsert və idman yarışları ilə davam edib.
Azərbaycanda vəziyyət ağırlaşırAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 107 yeni yoluxma faktı qeydə alınıb, 1 770 nəfər müalicə olunaraq sağalıb.

Avrasiya.net Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 421 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 362 898 nəfər müalicə olunaraq sağalıb, 5 592 nəfər vəfat edib. 52 613 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 191, bu günə qədər isə ümumilikdə 4 442 244 test icra olunub.
Prezident və xanımı Şuşada təşkil edilən sərgilərlə tanış olduAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 30-da Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgiləri ilə tanış olublar.

Avrasiya.net xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Şuşa Rəsm Qalereyasında “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” adlı sərgi ilə tanış oldular.

Qeyd edək ki, Qarabağ Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə sahibdir. İşğal dövründə talan edilən muzeylərdə Azərbaycana məxsus qiymətli tarix və mədəniyyət nümunələri, dünyada məşhur Azərbaycan xalçaları və Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, həmçinin digər dəyərli eksponatlar olub. Məhv edilən həmin xəzinələr təkcə Azərbaycanın yox, həm də bütün dünya mədəniyyətinin nümunələri idi.

Sərgidə nümayiş olunan rəsm və heykəltəraşlıq nümunələri ziyarətçiləri sevincli və kədərli, real və fantastik, açıq və gizli, rəngarəng və monoxrom dünyaya səyahətə aparır. Burada nümayiş etdirilən əsərlərdə əsas ilham mənbəyi Qarabağdır. Azərbaycanın tarixi diyarı olan Qarabağ uzun illər ərzində özünəməxsus atmosferi ilə fərqli nəsillərdən və cərəyanlardan olan rəssamların və heykəltəraşların dünyagörüşünə böyük təsir edib.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgidə Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Nadir Abdurrəhmanov, Mikayıl Abdullayev, Ucal Haqverdiyev, Müseyib Əmirov və Azərbaycanın digər görkəmli rəssamlarının əsərləri yer alıb. Sərgidə Qarabağın mənzərələri, ədibləri, xalçası, atı, muğamı, Vətən müharibəsində qələbə mövzularına geniş yer verilib. Altmışdan çox əsərin nümayiş olunduğu sərgidə Xalq rəssamı Altay Hacıyevin “Məclisi-üns”, Xalq rəssamı Səttar Bəhlulzadənin “Yuxarı Daşaltı”, Əməkdar rəssam İnna Kostinanın “Qarabağın zənginliyi”, Leyla Əliyevanın “Xarıbülbül” əsərləri, Faiq Hacıyevin “Qarabağ atı”, Orxan Nəbizadənin “Qarabağ gözəli” kimi heykəltəraşlıq nümunələri və digər əsərlər nümayiş olunur.

***

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən bərpa və təmir olunaraq yaradılan Şuşadakı Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi ilə tanış olublar. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyinin təqdim etdiyi sərgidə xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş olunur. Sərgidə, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına daxil olan xalça nümunələri də yer alıb.

Qeyd edək ki, yenidən öz doğma diyarında sərgilənən bu eksponatların əksəriyyəti Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialından Bakıya gətirilib. Sərgidə əsrlər boyu çox yüksək dəyərləndirilən, xarici muzey və şəxsi kolleksiyaların nadir inciləri sırasına daxil olan Qarabağ xalçalarının müxtəlif bölgələrə aid nümunələrini görmək mümkündür. Buraya maldarlıqla məşğul olan əhalinin həyat tərzini əks etdirən damğa naxışlı, həm də şəhər mədəniyyətini özündə ehtiva edən, peşəkar emalatxanalarda toxunan nəbati naxışlı və süjetli xalçalar – “Vərni”, “Zili”, “Çələbi”, “Ləmpə”, “Malıbəyli”, “Qasımuşağı”, “Əyan məclisi” və digərləri aiddir. İri ölçüsü, mükəmməl kompozisiya quruluşu və əlvan koloriti ilə “Ləmpə” dəst xalı-gəbəsi xüsusi maraq doğuran eksponatlardandır. Beləliklə, “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi qədim torpağın ruhunu, əsrlərlə burada yaşayıb-yaradan insanların həyat və məişətini, estetik zövqünü, sənətkarların bədii dünyagörüşünü duymağa, həmin tarixi dövrlərə səyahət etməyə imkan yaradır.

***

Heydər Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri çərçivəsində Şuşada “Yaddaş. Fotoqrafik tarix” sərgisi də təşkil edilib. Fotosərgi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təcəssüm etdirir. Ermənistan vaxtilə işğal altında saxladığı ərazilərdə mədəni irsimizə, tarixi-memarlıq nümunələrimizə qarşı vandalizm həyata keçirib, düşmən tərəfindən tarixi-mədəni obyektlər, dini ocaqlar məhv edilərək, bir sıra rayon və şəhərlər yerlə-yeksan olunub.

Ziyarətçilərə, həmçinin işğaldan azad olunmuş rayon və şəhərlərdə ermənilərin törətdiyi vəhşiliklərə, dağıntılara dair fotolar da təqdim edilir. Sərgidə Vətən müharibəsi zamanı Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətləri əks etdirən fotolar da nümayiş olunur.
Şuşalılar Şuşaya qayıdırlar - İlham ƏliyevBeşulduzlu otel gözəl yerdə inşa ediləcək. Ən önəmli tədbir dünən yeni yaşayış kompleksinin təməl daşının qoyulması idi. Bu yaşayış kompleksi, deməli, Şuşanın Baş Planı əsasında inşa ediləcək. Şuşanın Baş Planı təsdiq edildi və çox müfəssəl, gözəl işlənmiş plandır. Birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur, üç, dörd və beşmərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 30-da Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunan Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı deyib.

"Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup gəlirlər, öz doğma şəhərinə, şəhəri ziyarət edirlər. Eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik", - dövlət başçısı bildirib.
Şuşanın 270-ci ildönümünü təntənəli qeyd edəcəyikŞuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimində çıxış edərkən deyib.

"İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında, qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik və öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik", - Prezident vurğulayıb.
Prezident: “Bu gün Şuşa artıq dirçəlir”"44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik və bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli-praktiki addımlar atılır".

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 30-da Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunan Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı deyib.

"Müharibədən sonra mən ilk dəfə Şuşaya 14 yanvar, bu ilin yanvarın 14-də gəlmişdim. Bu tarix də təsadüfən seçilmədi. Çünki ondan, o tarixdən 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz 14 yanvarda mənim bura gəlməyimin çox böyük rəmzi mənası var idi və ilk səfərimdə buraya gəldim və ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər. İçəridəki Vaqifin barelyefini sökmüşdülər, sinə daşını sökmüşdülər. Yəni, onlara xas olan vandalizm törətmişdilər, necə ki, bütün başqa azad edilmiş torpaqlarda biz bunun şahidiyik və məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü və bu gün biz bu məqbərənin önündə Vaqif poeziya günlərinə start veririk. Vaqif poeziya günləri də bərpa edildi, Xarıbülbül festivalı da bərpa edildi, bu ilin may ayında biz çox böyük coşqu ilə bu festivalı keçirdik və bu tarixi bərpa etdik", - deyə Prezident vurğulayıb.
Azərbaycanın Ermənistana qarşı "cəbhəsi": Sülhə mərburetmə metodologiyasıAzərbaycan müharibədən sonra bütün növ mübahisələrə son qoyacaq hərətərəfli sülhə nail olmaq üçün Ermənistana qarşı yeni cəbhə açıb.

Siyasi analitik Aqşin Kərimov bildirib ki, İrəvanı sülhə məcburetmə taktikası üçün bir neçə metod seçib:

- Hərbi metod: İntensiv hərbi təlimlər, o cümlədən birgə təlimlər, müasir silahların tədarükü, birgə silah istehsalı (İsraillə), silah alışı üçün yeni bazarların axtarışı, işğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələrin açılması, sərhədlərin delimitasiyası, bununla da Ermənistan ətrafında həlqənin daralması,

- Psixoloji metod: İnformasiya müharibəsində Azərbaycan MN operativdir (İSTİSNALAR var) bu isə psixoloji üstünlüyün ələ alınmasında vacibdir. Ermənistan ərazisindəki Azərbaycan toponimlərinin tarixi adlarının çəkilməsi, Gorus-Qafan yoluna tam nəzarət.

Prezident İlham Əliyev çıxışlarının birində bu barədə demişdi ki, Azərbaycan humanizmi əsas tutaraq o yolu bağlamır, lakin İrəvan bundan dərs çıxarmadı və Azərbaycan əsgəri bir neçə gün öncə İranla Ermənistanı birləşdirən həmin magistralı bağladı. Bununla göstərildi ki, İlham Əliyev dediklərini edəcək - əgər qarşı tərəf konstruktivlik nümayiş etdirməsə.

İlham Əliyevin İrəvan, Zəngəzur, Göyçə mahalı ilə bağlı dedikləri də Ermənistandakı psixoloji çatları dərinləşdirir, intellektual böhranın miqyasını genişləndirir.

- Diplomatik metod: Azərbaycan Türkiyə ilə, İsrail ilə, Pakistan ilə əməkdaşlığı dərinləşdirir, Rusiya ilə münasibətləri istiləşdirir, Qərbdən də bir çox məsələdə dəstək qazanır. Ermənistan isə proseslərdə özünün xeyrinə dönüş nöqtəsi yarada bilən həlledici dəstəkdən məhrumdur.

-İqtisadi metod: Zəngəzur dəhlizinin icrası Bakıya əlavə təzyiq mexanizmi kimi sərf edir. Ermənistan yeni iqtisadi platformoda təmsilçilik hüququ qazanmayacaqsa, bu, onun özünə ağır zərbə olacaq.

Bunların hamısı bir-biri ilə koordinasiyalı şəkildə həyata keçirilir, birini digərindən ayrı təsəvvür etmək yanlışdır.

Qarabağ qazisi intihar edibI Qarabağ müharibəsinin qazisi Rövşən Məmmədov intihar edib.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı onun yaxınları ictimailəşdiriblər.

Cəbrayıl rayonunun Dağ Tumas kənd sakini olan qazinin intihar etməsinin dəqiq səbəbi açıqlanmayıb.

Qarabağ Qaziləri İctimai Birliyinin məlumatına görə isə Rövşən Məmmədov sonuncu dəfə "Azərsığorta"ya gedib, 25 ildir ala bilmədiyi sığorta pulunu istəyib, lakin verməyiblər. Qazinin bundan hirslənərək, intihar etdiyi bildirilib.
OBA marketdə dava: satıcı döyüldüOBA marketdə müştəri ilə satıcı arasında dava düşüb.

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, hadisə dünən Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən OBA marketdə baş verib.

Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Əmrah Mirzəyev marketdə döyülüb. Ə.Mirzəyev polisə müraciətində bildirib ki, onu döyən şəxs müştəri qismində marketə daxil olan Əlibəy Ağayevdir.

Faktla bağlı araşdırma aparılır.